Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2227/2026 20.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), Məmmədova Şərafət Asif qızından və X2 oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 işшtrakları, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasından çıxılan 295,58 manat və əlillik müddətinin bitməsi ilə əlaqədar ödənilməyən (209,62 manat X 10 ay) 2096,20 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçının pensiyasından çıxılan 295,58 manat və əlillik müddətinin bitməsi ilə əlaqədar ödənilməyən (209,62 manat X 10 ay) 2096,20 manat pul vəsaitinin ödənilməsi ilə əlaqədar qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona verilən məlumata görə, aldığı pensiyaya 456.67 manat pul vəsaiti artıq ödənilmişdir. Həmin dövrdən sonra ondan 295.58 manat əmək pensiyasından çıxılmışdır. O heç vaxt pensiyasından pulun tutulmasına razılıq verməmiş və hesab edir ki, bu halda onun pensiyasının tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39.1ci maddəsinin tələblərinə ziddir. Bunu nəzərə alaraq 295.58 manat ona qaytarılmalıdır. ## ####### 2021-ci il tarixində əlillik dərəcəsinin müddətinin bitməsi ilə əlaqədar pensiya ödənişi # ###### 2021-ci ildən dayandırılmış və ## ###### 2022-ci ildə əlillik dərəcəsi müəyyən olunaraq pensiyası bərpa edilmişdir. Qanunvericiliyin tələbinə əsasən 6 ay ərzində əlillik dərəcəsi müəyyən edilərsə, pensiya həmin 6 aylıq müddət daxil olmaqla bərpa edilir. Əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq pensiyanın kəsilməsi onun hərəkəti və ya hərəkətsizliyi ilə bağlı olmamışdır. O çoxsaylı institut və laboratoriyalarda çoxsaylı müayinələrə göndərilmiş və hər yerdə əvvəlki xəstəlikləri təsdiq olunmuşdur. Bu halda, # ###### 2021-ci il tarixindən ## ###### 2022-ci il tarixədək olan 10 aylıq müddətdə pensiyasının kəsilməsi qanunsuzdur. Həmin dövrdə aldığı pensiyanın məbləği 209.62 manat olduğundan həmin müddət ərzində ödənilməyən (209.62 manat × 10 ay) 2096.20 manat pul vəsaiti ona qaytarılmalıdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi geri götürülmüş hesab edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddaçı ##.##.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Eyni zamanda, məhkəməyə təqdim etdiyi digər ərizədə səhhətilə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. 2025-ci ilin sentyabr ayından etibarən ağır xəstəlik səbəbindən yataq xəstəsi olmuş və hazırda da əmək qabiliyyətini müvəqqəli itirdiyi üçün müalicədədir. Bu səbəbdən işə çıxmaq və məhkəmə iclaslarında iştirak etmək imkanı olmamışdır. Sağ ayağından əməliyyat olunmuş, ayağına implant qoyulmuşdur. Beləliklə, məhkəmə iclaslarında iştirak etməməsi üzrlü səbəblərlə bağlı olmuşdur. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, hazırki iş üzrə ilkin məhkəmə iclası ##.##.2025-ci il tarixə təyin edilmiş və iclas iddiaçının iştirakı ilə keçirilmişdir. Məhkəmə iclasında sədrlik edən iddiaçıya hüquqi yardım göstərərək iddia tələbinin Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 13 və 48-ci maddələrinə əsasən dəqiqləşdirilmə aparılmasını təklif etmişdir. İddiaçı isə dəqiqləşmə barədə ərizənin məhkəməyə təqdim edilməsi üçün məhkəmə iclasının qısa müddət ərzində təxirə salınmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək və iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məhkəməyə məqsədi ilə məhkəmə iclaslarını ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2026-cı il və ##.##.2026-ci il tarixlərinə təyin etmiş, məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri və SMS bildirişləri göndərmiş, lakin iddiaçı İddiaçı iclasların heç birində iştirak etməmişdir. İddiaçı apellyasiya şikayətində səhhətilə əlaqədar iclaslarda iştirak edə bilmədiyini və onun iştirakı olmadan baxılması barədə ərizə təqdim etdiyini bildirmişdir. Lakin məhkəmənin nəzərinə çatdırırıq ki, birinci instansiya məhkəməsi gedişatında nə dəftərxana yolu ilə, nə də elektron kabinet yolu ilə iddiaçının iclaslarda iştirak etməməsilə bağlı üzrlü vəziyyətini təsdiq edən heç bir sənəd və ərizə məhkəməyə daxil olmamışdır. Hazırki iş materiallarından göründüyü kimi, iddiaçı məhkəmənin ##.##.2025-ci il, ##.##.2025- ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq inzibati iş üzrə məhkəmə araşdırmanın aparılmasına imkan yaratmamışdır. Məhkəmədə iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün inzibati iş həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı geri götürülmüş hesab edərkən qeyd etmişdir ki, iddiaçı məhkəmənin ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2026-cı il və ##.##.2026-cı il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq inzibati iş üzrə məhkəmə araşdırmanın aparılmasına imkan yaratmamışdır. Odur ki, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Nəzərə alınmalıdır ki, qeyd olunan Məcəllənin 55.3-cü maddəsində tərəflərə məhkəmə iclası barədə məlumat verilməsi deyil, məhkəmənin tələbinə baxmayaraq ifadəsi qeyd olunub. Bu isə ona dəlalət edir ki, məhkəmə tərəfindən Məcəllənin 55.3-cü maddəsində qeyd olunan qaydanı o halda tətbiq edə bilər ki, həmin Məcəllənin 49.1.5-ci maddəsinə əsasən proses iştrakçısının şəxsən məhkəmə iclasında iştirakı tələb edilmiş olsun. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəmənin hazırlıq iclasında iştirak etmiş, daha sonra iddiaçı tərəfindən ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilmişdir. Sonradan keçirilən iclasların vaxtı və yeri barədə məlumat xarakterli bildirişlər göndərilmişdir. Belə olduğu halda iddiaçının iş üzrə məhkəmə icraatından yayınma halının mövcud olmaması müəyyən edilir. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının məhkəmə icraatından yayınması və bunun nəticəsi olaraq iddianın məhkəmə tərəfindən geri götürülmüş hesab edilməsi barədə düzgün nəticəyə gəlməmişdir . Ona görə də, qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli, iş qeyd olunan halların ətraflı araşdırılması məqsədi ilə həmin məhkəməyə göndərilməlidir. Qeyd olunanlara əsasən və İPM-in 87, 90, 89, 90-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2227/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2227/2026
20.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver