Məhkəmə qərarları › İş №2-1(3-6)-2246/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2246/2026

28.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2246/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 iştirakı ilə iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" Istehsalat Birliyinin cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "##.##.2000-ci il tarixli *** nömrəli sərəncamın etibarsızlığının tanınması" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: Bakı Şəhəri Cavabdeh başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamına əsasən, Cavabdeh başçısının ##.##.1998-ci il tarixli **** nömrəli sərəncamı ilə X4 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən ayrılmış 300 kv.m torpaq sahəsinin etibarsız hesab edilməsi, həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Üçüncü şəxs verilməsi, yaşayış evinin tikintisinin fərdi, yaxud bir tipli layihə əsasında aparılması, vətəndaşa fərdi yaşayış evinin tikintisi üçün rayon mənzil-kommunal birliyi ilə müqavilə bağlamasının tapşırılması və fərdi yaşayış evinin tikintisinin Rayon Icra Hakimiyyəti başçısının sərəncamından sonra 3 il müddətində başa çatdırılması qərara alınmışdır. Iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" Istehsalat Birliyi cavabdeh Bakı Şəhəri Cavabdeh ##.##.2025-ci il tarixli **-*-*-*/*-***/**** nömrəli məktubla müraciət edərək bildirmişdir ki, Bakı Şəhər Icra Hakimiyyətinin (keçmiş Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsi) ##.##.1962-ci il tarixli **/*** nömrəli qərarı ilə SOCAR-ın "Azneft" Istehsalat Birliyinin Ə.C.Əmirov adına Neft və Qazçıxarma Idarəsinin istifadəsinə ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 39 T 393760; 4464658 coğrafi koordinatlarda yerləşən 300 kv.mdən ibarət bir hissəsi Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə fərdi ev tikintisi üçün Üçüncü şəxs ayrılmışdır. Həmin torpaq sahəsi üzərində aparılan hər hansı fəaliyyət insanların həyat və sağlamlığı üçün potensial təhlükə mənbəyidir. Həmin ərazidə tikinti işlərinin aparılması qanunla qadağandır və torpaq sahəsinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Məktubun yekununda Bakı Şəhəri Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının ləğv olunması xahiş edilmişdir. Bakı Şəhəri Cavabdeh ##.##.2025-ci il tarixli *-**/*-****/**** nömrəli cavab məktubunda göstərilmişdir ki, Cavabdeh başçısının sərəncamı ilə qanuna uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün Üçüncü şəxs Qaradağ rayonu Lökbatan qəsəbəsində 39 T 393760; 4464658 coğrafi koordinatlarda yerləşən 300 kv.m torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxs ayrılmış torpaq sahəsində özünə fərdi yaşayış evi tikmiş və ailə üzvləri ilə birgə hal-hazırda həmin ünvanda yaşayır. Cavabdeh başçısının ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının ləğv edilməsi rayon icra hakimiyyətinin səlahiyyəti xaricindədir. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" Istehsalat Birliyi ##.##.2026-cı ildə cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək SOCAR-ın "Azneft" Istehsalat Birliyinin neft və qaz əməliyyatlarının aparılması məqsədilə daimi istifadəsinə ayrılmış ünvan 1 ünvanında 39 T 393760; 4464658 coğrafi koordinatlarda yerləşən 300 kv.m-dən ibarət sənaye təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tikilməsi məqsədilə Üçüncü şəxs ayrılması barədə Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Iddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçıan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" Istehsalat Birliyinin (IB) neft və qaz əməliyyatlarının aparılması məqsədilə istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin ünvan 1 ünvanı 39 T 393760; 4464658 coğrafi koordinatlarda yerləşən 300 kv.m-dən ibarət bir hissəsi Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı ilə qanunsuz olaraq fərdi yaşayış evinin tikilməsi məqsədilə Üçüncü şəxs ayrılmışdır. Cavabdehin hüquqazidd hərəkətləri nəticəsində göstərilən torpaq sahəsinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuş və SOCAR-ın "Azneft" IB-nin fəaliyyətinə ciddi maneələr yaranmışdır. Cavabdehin ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı etibarsız sayılmalı və qanunsuz ayrılmış torpaq sahəsi geri qaytarılmalıdır. Belə ki, "Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları"nın təsdiq edilməsi haqqında İddiaçıan Respublikası Nazirlər Kabinetinin ##.##.2017-ci il tarixli ** nömrəli Qərarının 3.3-cü bəndi ilə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir ki, həmin ərazilərdə tikinti işlərinin aparılması qanunla qadağandır. "Texniki təhlükəsizlik haqqında" İddiaçıan Respublikasının ##.##.1999cu il tarixli Qanununa və Nazirlər Kabinetinin ##.##.2001-ci il tarixli ** nömrəli qərarına əsasən, neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda 3-cü şəxsə ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşın özü üçün həyati təhlükədir. Göründüyü kimi, Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli "fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması barədə" qərarı üzərindən nə qədər müddət keçməsinə baxmayaraq qəbul edildiyi andan etibarsız hesab edilir. Qaldırılmış iddianın subsidiarlığına gəlincə, etibarsızlığın tanınması barədə iddia məcburetmə barədə iddialardan daha geniş mahiyyət kəsb edir. Burada subsidiarlıq yalnız qəbul edildiyi andan etibarsız olan inzibati aktın nəticələrinin aradan qaldırılmasına aid ola bilər. İddiaçıan Respublikası Torpaq Məcəlləsinin 9-cü maddəsinin 2-ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə İddiaçıan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu səbəbdən yuxarıda göstərilən torpaq sahəsinə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquq müəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarı mövcud olduğu halda həyata keçirilə bilər. Lakin göründüyü kimi, Nazirlər Kabinetinin belə bir qərarı mövcud deyildir. İddiaçıan Respublikası Torpaq Məcəlləsinin 22-ci maddəsinin tələbinə əsasən, sənaye obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericilikdə müəyyən edilmiş qaydada ayrılan və ya əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar kateqoriyasına aiddir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır ki, həmin ərazidə tikinti işləri və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq qadağandır. Həmin Məcəllənin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Ona görə də, Cavabdeh tərəfindən ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün etibarsız sayılmalıdır. Mübahisə predmeti olan Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı hal-hazıra qədər "Azneft" IB-yə verilməmişdir və yalnız belə sərəncamın mövcudluğu vətəndaş tərəfindən tikinti işləri aparan zaman əməkdaşlara təqdim edildikdən sonra məlum olmuşdur. Bununla bağlı, "Azneft" IB tərəfindən Cavabdeh "Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının ləğv edilməsinə dair" müraciət edilmişdir. Iş Bakı Inzibati Məhkəməsinə daxil olduqdan sonra iddianın mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası ##.##.2026-cı ilə təyin olunaraq tərəflərə bu barədə məhkəmə bildirişi göndərilmiş, bundan başqa, məhkəmənin ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçıya buraxılmış prosessual müddətin bərpası ilə əlaqədar məhkəməyə ərizə verməsi təklif edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ##.##.2026-cı il tarixli ərizə verərək bildirmişdir ki, mübahisə predmeti olan Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı bugünədək iddiaçıya rəsmi qaydada təqdim edilməmiş və ya onun surəti göndərilməmişdir. Sözügedən inzibati aktın mövcudluğu barədə iddiaçı yalnız ərazidə üçüncü şəxs tərəfindən aparılan qanunsuz tikinti işləri zamanı, həmin sənədin yerində təqdim edilməsi nəticəsində məlumat əldə etmişdir. Nəticə etibarilə iddiaçı həmin aktdan vaxtında şikayət vermək imkanından məhrum olmuşdur. Sözügedən ərazinin neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın "Azneft" IB-nin daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində yerləşdiyini, həmçinin gələcəkdə bədbəxt hadisə və texnogen qəzaların baş verə biləcəyi ehtimalının yüksək olduğunu nəzərə alaraq, fərdi ev tikintisi üçün Üçüncü şəxs ayrılması barədə Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının ləğv edilməsi cavabdehdən xahiş olunmuşdur. Lakin həmin xahiş cavabdeh tərəfindən əsassız olaraq təmin edilməmişdir. Iddiaçı qurum dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan strateji müəssisədir. Inzibati aktın mövcudluğu barədə məlumatın iddiaçıdan gizlədilməsi (və ya göndərilməməsi) hüquqlarının müdafiəsini vaxtında təmin etməyə imkan verməmişdir. Bu səbəbdən müddətin ötürülməsi iddiaçının iradəsindən kənar baş vermişdir. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadına əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə iddiaçının ərizəsi rədd edilmiş və iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının mübahisə açdığı məsələ Inzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Inzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və ##.##.2000-ci ildən qüvvəyə minmiş İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin ##.##.2011-ci ilədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, eləcə də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, ##.##.2011-ci ilədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ##.##.2011-ci ilədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Inzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Belə olan halda, inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının ##.##.2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda, inzibati orqanın ##.##.2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Hazırkı iddia ərizəsi məhkəməyə ##.##.2026-cı ildə verilmişdir. Iddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi uçun qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, huquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. Inzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. Bununla əlaqədar IPM-in 13 və 48-ci maddələrinə əsasən, məhkəmə öz yardım etmək vəzifəsinə uyğun olaraq iddiaçıya ##.##.2026-cı ildə hüquqi yardım barədə məktub ünvanlamış, həmin məktubla buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət edilməsi təklif olunmuşdur. Iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizəsini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı bu günədək iddiaçıya rəsmi qaydada təqdim edilməmiş və ya onun surəti göndərilməmişdir. Sözügedən inzibati aktın mövcudluğu barədə iddiaçı yalnız ərazidə üçüncü şəxs tərəfindən aparılan qanunsuz tikinti işləri zamanı, həmin sənədin yerində təqdim edilməsi nəticəsində məlumat əldə etmişdir. Nəticə etibarilə iddiaçı həmin aktdan vaxtında şikayət vermək imkanından məhrum olmuşdur. Məhkəmə hesab etmişdir ki, qeyd edilənlər iddiaçı tərəfindən buraxılmış prosessual müddətin üzrlü hesab edilməsinə əsas vermədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə təmin edilməməlidir. Belə ki, iddiaçı qeyd edilən müddətdə torpaq sahəsinə dair müvafiq tədbirlər görə bilərdi, lakin bununla bağlı hər hansı məhdudiyyətin mövcud olmasını və ya bunu mümkünsüz edən şərtləri bildirməmiş, üçüncü şəxs tərəfindən aparılan qanunsuz tikinti işləri zamanı həmin sənədin yerində təqdim edilməsi nəticəsində məlumatlı olmasını əsas gətirmişdir. Odur ki, aktın mübahisələndirilməsi (etibarsızlığının tanınması) ilə bağlı yol verilən müddət ötürülmüşdür, qeyd edilən dəlil prosessual müddətin buraxılmış hesab edilməməsi üçün əsas hesab oluna bilməz, iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallar mövcud deyildir. Odur ki, iddiaçının inzibati məhkəmə icraatı qaydasında bu tələbi irəli sürməyə hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur. Məhkəmə, həmçinin, qeyd etmişdir ki, iddia mümkün sayılmadığından üçüncü şəxsin cəlb edilməsi məsələlərinə baxılmasına zərurət qalmamışdır. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün Bakı Inzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, mübahisə predmeti olan Cavabdeh ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamı hal-hazıra qədər "Azneft" IB-yə rəsmi qaydada verilməmişdir və yalnız belə qərarın mövcudluğu vətəndaş tərəfindən tikinti işləri aparan zaman əməkdaşlara təqdim edildikdən sonra məlum olmuşdur. Məhkəmə mübahisə predmeti olan sərəncamın müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinə istinad edərək iddianı qeyri-mümkün saysa da, iddiaçının iradəsindən kənar baş verən bu gizlədilmə faktını və obyektiv maneəni nəzərə almamışdır. Səlahiyyət həddi aşılaraq qəbul edilən aktlar ilkin anından etibarsız olduğu üçün onlara qarşı iddia müddətinin və ya 2011-ci ilə qədərki köhnə prosessual müddətlərin ötürülməsinin əsas gətirilməsi hüquqaziddir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə iclası tərəflərin nümayəndələrinin iştirakı olmadan keçirildi. TƏTBIQ EDILƏN HÜQUQ: İddiaçıan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 2.2. Inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); ... 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İddiaçıan Respublikasının Mülki Prosessual Məcəlləsi: 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. "Inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" İddiaçıan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2015-ci il tarixli * nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, IPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü IPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. Iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, IPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı, ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Kollegiya hesab edir ki, iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünə qiymət verərkən məhkəmə irəli sürülmüş iddia növünün, o cümlədən mübahisələndirmə (Inzibati Prosessual Məcəllənin 2.2.1, 32 və 70-72-ci maddələri), yaxud inzibati aktın etibarsızlığının tanınması (Inzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsi) haqqında olmasını müəyyən etməlidir. Işdən göründüyü kimi, hazırkı işdə iddiaçı cavabdehin ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının etibarsız hesab olunması tələbini irəli sürmüşdür. Halbuki Inzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyriəminliyi aradan qaldırmaqdır. Inzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası "Inzibati icraat haqqında" Qanunun 65-ci maddəsində müəyyən edimişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın "Inzibati icraat haqqında" Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (Inzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. Iddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Işin hallarından görünür ki, iddiaçı İddiaçıan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" Istehsalat Birliyi cavabdeh Bakı Şəhəri Cavabdeh sərəncamı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin sərəncamı mübahisələndirmişdir. Bu hal isə irəli sürülmüş iddianın inzibati aktın etibarsızlığının tanınması haqqında iddia kimi qəbul olunmasını istisna edir. Qeyd olunmalıdır ki, bu zaman mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Inzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Oxşar müddəa Inzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş İddiaçıan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, analoji hüquqi mövqe İddiaçıan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "T.Idrisovun şikayəti üzrə İddiaçıan Respublikası Ali Məhkəməsinin Inzibati-Iqtisadi Kollegiyasının # ###### 2014-cü il tarixli qərarının İddiaçıan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" ##.##.2015-ci il tarixli Qərarında ifadə edilmişdir. Birinci instansiya məhkəməsi bildirmişdir ki, iddiaçının mübahisə açdığı məsələ Inzibati Prosessual Məcəllə qüvvəyə minməzdən əvvəlki dövrə aiddir. Iddiaçının ##.##.2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlərdə məhkəməyə müraciət etməsi müəyyən olunmur, belə olan halda, inzibati orqanın ##.##.2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Kollegiya qeyd edir ki, müddətin axımının iddiaçının sərəncam haqqında məlumat əldə etdiyi gündən başlandığını nəzərə alsaq, iddia müddətinin düzgün hesablanması üçün ilk növbədə onun başlanğıcı dəqiq müəyyən edilməlidir. Iddiaçı sərəncam barədə məlumatı ayrılmış torpaq sahəsində tikintinin aparıldığı zaman əldə etdiyini bildirmişdir. Torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün Üçüncü şəxs verilməsi barədə cavabdehin ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamından görünür ki, evin tikintisinin həmin sərəncamın verilməsindən sonra 3 il müddətində başa çatdırılmalı olması qərara alınmışdır. Tikintinin sərəncama uyğun olaraq 3 il ərzində, yəni ##.##.2003-cü ilədək olan müddətdə aparıldığı müəyyən olunduğu halda, iddiaçının həmin vaxt sərəncam haqqında məlumatlı olmasını güman etmək olardı. Lakin işdə evin nə vaxt tikilməsi barədə məlumat yoxdur. Bununla yanaşı, işdə olan sənədlərdən görünür ki, iddiaçı hazırkı iddianı məhkəməyə verməzdən əvvəl mübahisənin həlli məqsədilə məktubla bilavasitə cavabdeh Bakı Şəhəri Cavabdeh müraciət etmişdir. Həmin məktubla bağlı iki məqam qeyd edilməlidir. Birincisi, həmin məktubun tarixi ##.##.2025-ci ildir. Məktubda sərəncamın tarixi, nömrəsi göstərilmiş və məzmunu ətraflı şəkildə şərh olunmuşdur. Deməli, iddiaçı sərəncam barədə ən geci ##.##.2025-ci ildə məlumatlı olmuşdur. O, məhkəməyə iddianı həmin gündən etibarən 30 gün müddətində verə biləcəyi halda, müddəti buraxmış və yalnız ##.##.2026-cı ildə poçt vasitəsilə məhkəməyə göndərmişdir. Iddiaçı həmin müddətin üzrlü səbəbdən buraxıldığını bildirərək, səbəb kimi cavabdehin ##.##.2000-ci il tarixli *** nömrəli sərəncamının bugünədək ona rəsmi qaydada təqdim edilməməsini və yalnız ərazidə üçüncü şəxs tərəfindən aparılan tikinti işləri zamanı yerində təqdim edilməsini göstərmişdir. Kollegiya qeyd edir ki, iddiaçının sərəncam barədə məlumatlı olmamasına dair dəlili ##.##.2025-ci ilədək olan müddət üçün məqbuldur. Həmin gündən sonra ötən 30 gün müddət ərzində isə hansısa üzrlü səbəbin mövcudluğu müəyyən edilmir və iddiaçı bunu əsaslandırmamışdır. Iddiaçının məktubu ilə bağlı ikinci məqam isə bundan ibarətdir ki, məktubda iddiaçı cavabdehdən sərəncamın etibarsızlığının tanınmasını deyil, onun məhz ləğv olunmasını xahiş etmişdir. Bu xüsusat, yuxarıda qeyd olunduğu kimi, iddiaçının hüquqi marağının inzibati aktın ləğv olunmasından ibarət olduğunu bir daha təsdiq edir. Beləliklə, kollegiya bu qənaətə gəlir ki, iddiaçının hüquqi marağı cavabdehin sərəncamının ləğv edilməsindən ibarət olduğu halda, o, səhvən həmin sərəncamın etibarsızlığının tanınması barədə iddia vermişdir. Sərəncamın ləğv edilməsi üçün iddia vermək üçün isə iddia müddəti buraxılmış və iddiaçı müddətin bərpası barədə ərizədə ##.##.2025-ci ildən sonrakı 30 gün müddətində hər hansı üzrlü səbəbin olmasını sübut edə bilməmişdir. Belə olan halda, hazırkı iddia mümkün sayıla bilməz. Iddiaçı apellyasiya şikayətində yalnız iddia ərizəsinin dəlillərini təkrarlamış və qərardadın ləğvinə əsas verən hər hansı başqa dəlilə istinad etməmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin başlanğıcını düzgün müəyyən etməsə də, yekunda faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qərardad qəbul etmişdir. Göstərilən formal mülahizəyə görə qərardad ləğv edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

İddiaçıan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə İddiaçıan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar