Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-2304/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi XəlilzadəNümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)- ****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Ali Məhkəmənin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarı əsasında Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ## ##### 2024-cü il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ##### 1964-cü il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. ##.##.1980-ci il tarixdən ##.##.1984ci il tarixədək (##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək hərbi xidmət) Qafan rayonunun Y.Gödəkli 8-illik məktəbin yanında qapalı yardımçı emaltxanada nitroemal boyalarla 3-cü dərəcəli rəngsaz işləmişdir. Bundan sonra, “Azərelektroterm” İB Bakı ağır elektrik qaynağı zavodunda ## #### 1984-cü ildən ## ####### 1985-ci ilədək 2-ci dərəcəli fəhlə, ## ###### 1985-ci ildən ## #### 1986-cı il tarixədək körpü kranının maşinisti, ## ######## 1986-cı il tarixdən ## #### 1988-ci il tarixədək 3-cü və 4-cü dərəcəli elektrik körpu kranı maşinisti, ## #### 1988-ci il tarixdən ## ####### 1995-ci il tarixədək 2-ci və 3-cü dərəcəli frezerçi, ## ####### 1995-ci il tarixdən ## ### 1998-ci il tarixədək sınaq eksperimental laboratoriyanın rəisi, ## ### 1998-ci il tarixdən ## #### 1999-cu il tarixədək frezerçi vəzifələrində çalışmışdır. “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Poladəritmə sexində ## ###### 1998-ci il tarixdən ## #### 2009-cu il tarixədək kran sürücüsü vəzifəsində çalışmışdır.##.##.2009-cu il tarixindən ## ####### 2009-cu il tarixədək “xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə peşəsində işləmişdir. ## ###### 2009-cu il tarixindən ## #### 2014-cü il tarixinədək “xxxx" QSC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli, *** saylı Sərəncamına əsasən “xxxx” və “xxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. ## ###### 2014-cü il tarixindən "xxxx'' QSC-nin Dəmir-Beton Konstruksiyalar İstehsalatı sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə işə qəbul edilmişdir. ## ###### 2015-ci il tarixindən "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsində çilingər-təmirçi, ## #### 2015-ci il tarixindən Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində çalışır. İddiaçı ## ##### 2024-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh müraciətinə ## ###### 2024-cü il tarixli məktubu ilə imtina edərək məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin iddiaçıya pensiyanın təyin etməməsi əsassız və qanunsuzdur. İddiaçının 25 ildən artıq ümumi iş stajı, 12 il 06 aydan artıq güzəştli şərtlərlə iş staşı olduğuna görə ona 60 yaşından, yəni ## ##### 2024-ci il tarixdən pensiya təyin edilməlidir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində (a) avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim olunan MT-İ ******* nömrəli əmək kitabçanızda və “xxxx” QSC-nin iddiaçıya dair # ###### 2024-cü il tarixli, A/*** nömrəli arayışında ##.##.2015-ci il tarixindən bugünədək Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işlədiyi və xüsusilə zərərli əmək şəraiti üzrə iş stajının 8 il 11 ay 18 gün olduğu qeyd edilib. Bununla əlaqədar olaraq, Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı, Birləşmiş emalatxanaların reklam işinin təşkili və onun quraşdırılması sahəsinin əmək şəraiti xüsusilə ağır və zərərli sahə olmadığından həmin sahədə çalışan şəxslərin güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olmadığı müəyyən edilib. Belə ki, sözügedən peşədə çalışan şəxslər fəaliyyət dövrü ərzində yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlərdə, yəni tunel şəraitində deyil, stansiyalarda fəaliyyət göstərmişlər. Bu fakt “xxxx” QSC tərəfindən ## #### 2024-cü il tarixli birgə Akt ilə təsdiq edilib. Buna görə də həmin dövrün güzəştli iş stajına daxil edilməsi mümkün deyil. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (10 il 2 ay 15 gün (##.##.1998-##.##.2008-ci il və ##.##.2009- ##.##.2009-cu il tarixiəri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ### 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia təmin edilərək, iddiaçı İddiaçı 60 yaşının tamam olduğu tarixdən, yəni ##.##.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı etiraza uyğun əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarına əsasən cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi XəlilzadəNümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İddiaçı ##.##.1964-cü il tarixdə anadan olmuşdur. H3 4443655 hərbi biletə əsasən o, ##.##.1982-ci il tarixdən ##.##.1984-cü il tarixədək həqiqi hərbi xidmət keçmişdir. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, ##.##.1984-cü il tarixdən ##.##.1985-ci il tarixədək 2-ci dərəcəli fəhlə, ##.##.1985-ci il tarixdən ##.##.1986-cı il tarixədək körpü kranın maşinisti, #.##.1986-cı il tarixdən elektrik körpü kranı maşinisti, ##.##.1988-ci il tarixdən frezerçi, ##.##.1995-ci il tarixdən sınaq-eksperimental laboratoriyanın rəisi, ##.##.1998-ci il tarixdən ##.##.1999-cu il tarixədək frezerçi, ##.##.1998-ci il tarixdən ##.##.2009-cu il tarixədək “xxxx”də Poladəritmə sexində kran sürücüsü, ##.##.2009-cu il tarixdən ##.##.2014-cü il tarixədək “xxxx” SC-nin Dəmir Beton konstruksiyaları zavodunda çilingər, ##.##.2014-cü il tarixdən “xxxx” QSC DBKİ sahəsində çilingər, ##.##.2016-cı il tarixdən çilingər-təmirçi vəzifəsinə qəbul edilmiş və hal-hazıradək işləyir. “xxxx” tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçı ##.##.1998-ci il tarixində “xxxx” Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində Poladəritmə sexinə kran sürücüsü peşəsinə işə qəbul edilmiş və ##.##.2009-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilmiş peşələr (vəzifələr) hazırda "xxxx" QSC-də mövcud olan və "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 1993-cü il tarixli, *** nömrəli Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 2. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "metallurgiya istehsalatının kran maşinistləri" (2040200a—13792), həmin Qərarın "Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin * №-li Siyahısı"nın 11-ci Metal emalı bölməsinin
5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində “isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)” (1110400a—13790) və eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli, ** saylı Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6. Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması bəndinin (a) fəhlələr yarımbəndində "metallurgiya istehsalatının kran maşinistləri", həmin Qərarın 11-ci Metal emalı bölməsinin 11.5. Metal emalı üzrə sair peşələr bəndinin (a) Fəhlələr yarımbəndində "isti iş sahələrində məşğul olan kran maşinistləri (krançıları)" peşələr ilə eynilik təşkil edir. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı ##.##.2009-cu il tarixindən “xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda fəhlə peşəsində işləmişdir. ##.##.2009-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. ##.##.2009-cu il tarixindən "xxxx” SC-nin Dəmir-Beton Konstruksiyalar zavodunda çilingər peşəsinə qəbul edilmişdir. ##.##.2014-cü il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2014-cü il tarixli, *** saylı Sərəncamına əsasən xxxx və “xxxx” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “xxxx” QSC yaradılmışdır. ##.##.2014-cü il tarixindən “xxxx” QSC-nin Dəmir-Beton Konstruksiyalar İstehsalatı sahəsinə 6-cı dərəcəli çilingər peşəsinə qəbul edilmişdir. ##.##.2015-ci il tarixindən “xxxx” QSC-nin Depolar üzrə iş Departamentinin Birləşmiş təsərrüfat xidməti sahəsində çilingər-təmirçi, ##.##.2015-ci il tarixindən Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər peşəsində işləyir. İddiaçı xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 08 il 11 ay 18 gün (səkkiz il on bir ay on səkkiz gün) (##.##.2024-cü il tarixinə) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə ## ###### 2007-ci il tarixli, ** №-li Qərara müvafiq olaraq həmin siyahının 29.Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri maddəsinin Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndinin fəhlələr yarımbəndində yer alan avadanlıqların təmiri üzrə və növbətçi elektrik çilingərləri (çilingərlər) sətrinə aiddir. “xxxx” QSC tərəfindən verilmiş ##.##.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı növbəli iş rejimində ##.##.2015-ci il tarixdən ##.##.2023-cü il tarixinə qədər “xxxx” QSC-nin tikilməkdə olan yeraltı obyektlərində, o cümlədən tunellərində göstərici nişanların, reklam sahəsinə aid olan avadanlıqların quraşdırılmasında çalışmışdır. İşlərin yekunlaşması ilə əlaqədar olaraq ##.##.2023-cü il tarixindən isə N.Nərimanov adına elektrik deposunda və metro keçidlərində bu günə kimi normal iş rejimində avadanlıqların (laytboksların) təmiri ilə məşğuldur. X5 İttifaqı Komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı fasiləsiz olaraq ##.##.2015-ci il tarixindən ##.##.2023-cü il tarixinə qədər olan müddətdə növbəli iş rejimi ilə “xxxx” QSC-nin yer qurğularının rekonstruksiyasında, yeraltı işlərdə öz peşəsinə uyğun olaraq metro avadanlıqlarının quraşdırılması və təmiri ilə məşğul olmuşdur. Gecə saatlarında yeraltı və zərərli iş şəraitinə görə ona əlavə əmək haqqı hesablanmış, eyni zamanda süd məhsulları ilə təmin olunmuşdur. Hal-hazırda isə N.Nərimanov adına elektrik deposunda normal iş rejimi ilə işinə davam etməkdədir. İddiaçı ## ##### 2024-cü il tarixdən 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh müraciətinə ## ###### 2024-cü il tarixli məktubu ilə imtina edərək bildirmişdir ki, xüsusilə zərərli əmək şəraiti üzrə əmək stajı 12 il 6 aydan az 8 il 11 ay 18 gün (səkkiz il on bir ay on səkkiz gün) (##.##.2024-cü il tarixinə) təşkil edir. Bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. İşin hallarından görünür ki, tərəflər arasında mübahisə iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən iş stajının yetərli olmaması ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, “....birinci instansiya məhkəməsi tərəfindən adı çəkilən müəssisəyə (iddiaçının iş yerinə) verilmiş sorğuda qoyulmuş suallara cavab verilərkən məsələyə tam aydınlıq gətirilməmişdir. Xüsusilə də iddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün istinad etdiyi və işlədiyi peşənin funksiyalarının yer altında icra olunması və zərərliliyi baxımından peşənin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar kifayət qədər toplanmamışdır. Bu isə məhkəmənin iş üzrə mühüm əhəmiyyət kəsb edən halları obyektiv və hərtərəfli araşdırmasına mane olmuşdur. Qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olubolmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş yenidən araşdırılarkən iddiaçının “Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması” sahəsində “elektrik avadanlıqlarının təmiri üzrə çilingər” vəzifəsi üzrə yerinə yetirdiyi funksiyalarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5.1-ci bəndi, yəni “tunellerdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr: avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” vəzifəsinin funksionallığının eynilik təşkil edibetməməsi bir daha araşdırılmalıdır. Bu məsələlərə aydınlıq gətirilmədən iddiaçının tələbinə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş yenidən araşdırılarkən iddiaçının “Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması” sahəsində “elektrik avadanlıqlarının təmiri üzrə çilingər” vəzifəsi üzrə yerinə yetirdiyi funksiyalarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5.1-ci bəndi, yəni “tunellerdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr: avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” vəzifəsinin funksionallığının eynilik təşkil edib-etməməsi bir daha araşdırılmalıdır. Bu məsələlərə aydınlıq gətirilmədən iddiaçının tələbinə düzgün hüquqi qiymət verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən həmin sənəd (güzəştli arayış) məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, arayışda ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, pensiya işlərinə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Eyni zamanda adı çəkilən ##.##.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.” İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşə apellyasiya instansiya məhkəməsində yenidən baxılması zamanı kassasiya instansiya məhkəməsinin göstərişlərinin icrası məqsədilə İddiaçı (FİN: *******) ## #### 2015-ci il tarixdən hazırki vaxtadək “xxxx” QSC-nin “Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması” sahəsində “elektrik avadanlıqlarının təmiri üzrə çilingər” vəzifəsi üzrə yerinə yetirdiyi funksiyaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.5.1-ci bəndində nəzərdə tutulan “tunellerdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan fəhlələr: avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri” peşələrinin funksiyalarına uyğun olub-olmaması (müvafiq kod göstərilməklə), İddiaçı faktiki icra etdiyi əmək funksiyalarının güzəştli şərtlərlə pensiya hüququ verən peşələrlə funksional eynilik təşkil edib-etməməsi, İddiaçı işlədiyi peşənin yer altında icra olunub-olunmaması barədə məlumatın məhkəməyə təqdim edilməsi məqsədi ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə sorğu göndərilmişdir. “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş **-*-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli məktubda qeyd edilir ki, adıçəkilən şəxs ##.##.2015-ci il tarixindən indiyədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Birləşmiş emalatxanaların Reklam işinin təşkili və quraşdırılması sahəsində 5-ci dərəcəli elektrik avadanlıqlarının təmiri üzrə çilingər vəzifəsində çalışır. İşçinin tutduğu vəzifənin adı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin (bundan sonra - Nazirlər Kabineti) ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 21.5.1-ci bəndində göstərilən "avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri" peşəsinin adına uyğundur. İddiaçı faktiki əmək fəaliyyəti və əmək şəraiti qiymətləndirildikdə müəyyən olunur ki, onun əməkhaqqına əmək şəraitinə görə 8 faiz əlavə ödəniş hesablanmışdır. Qüvvədə olan daxili normativlərə əsasən bu göstərici iş yerinin zərərli əmək şəraitinə aid edilməsini ifadə etsə də, xüsusi zərərli və ağır əmək şəraitini təsdiq etmir. İddiaçı faktiki icra etdiyi əmək funksiyaları Reklam işinin təşkili və quraşdırılması sahəsində elektrik avadanlıqlarının təmiri və istismarı ilə bağlı olmuş, həmin funksiyalar Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.5.1-ci bəndində nəzərdə tutulan tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan işçilərin əmək funksiyaları ilə tam funksional eynilik təşkil etməmişdir. İddiaçı əmək fəaliyyəti yalnız yeraltı qurğularda daimi xarakter daşımamış, onun əmək funksiyaları işin təşkilindən asılı olaraq müxtəlif istehsalat sahələrində yerinə yetirilmişdir. Buna görə də onun iş fəaliyyəti sözügedən Siyahının 21.5.1-ci bəndində nəzərdə tutulmuş xüsusi şərtlərə tam uyğun hesab edilə bilməz. İddiaçı zərərli əmək şəraitinə görə əməkhaqqına 8 faiz, uzunmüddətli əmək stajına görə 10 faiz əlavə ödəniş hesablanmış, həmçinin əmək şəraiti nəzərə alınaraq əsas əmək məzuniyyətinə əlavə 6 təqvim günü məzuniyyət verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Məhkəmə kollegiyası Ali Məhkəmənin ##.##.2020-ci il tarixli icmal məktubunda qeyd edilənləri və həmçinin hazırkı iş üzrə qəbul edilmiş *-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərarında qeyd edilən göstərişləri nəzərə alaraq qeyd edir ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş **-*-*/*-****/**** nömrəli, ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan da görünür ki, iddiaçının mübahisə yaranmasına səbəb olmuş “xxxx” Qapalı Səhmdar Cəmiyyətində “Birləşmiş emalatxanaların reklam işinin təşkili və quraşdırılması” sahəsində “elektrik avadanlıqlarının təmiri üzrə çilingər” vəzifəsi Nazirlər Kabinetinin ##.##.2007-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.5.1-ci bəndində nəzərdə tutulan işlərlə eynilik təşkil etmir. Belə olan halda qənaətə gəlmək olar ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən güzəştli iş stajı tamamlanmır, bu səbəbdən iddia tələbi əsaslı deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipini pozmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mövcud vəziyyətdə cavabdeh kimi göstərilən inzibati orqanın hərəkətlərində hər hansı qanunsuzluq olmamış, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hər hansı hüquqları və qanunla qorunan mənafeləri pozulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.
Nəticəvi hissə:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı ## ##### 2024-cü il tarixdən, yəni 60 yaşdan ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xumar Mərdanova Vidadi Qasımov