Məhkəmə qərarları › İş №2-1(3-6)-232/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-232/2026

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-232/2026 24.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması üçün məhkəmə iclasına təyin olunmuşdur. Məhkəmə Kollegiyası İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya məktub göndərərək bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 24-cü maddəsinə və həmin məcəllənin 13-cü maddəsində təsbit olunmuş məhkəmənin yardım etmək vəzifəsinə əsasən, məhkəmə apellyasiya şikayəti vermiş şəxsə izah edir ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14144/2025 saylı, 24 oktyabr 2025-ci il tarixli qərarı xx.xx.2025-ci il tarixdə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə elektron kabinetinə yerləşdirilmişdir. Lakin, iddiaçı həmin qərardan apellyasiya şikayətini xx.xx.2026-cı il tarixdə verməklə, qanunla müəyyən edilən 30 günlük müddəti ötürmüşdür. Yuxarıda qeyd olunanlara əsasən, 15 gün müddətində məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üzrə müddətin ötürülməməsini, yaxud prosesual müddətin üzrlü səbəblərdən ötürülməsini sübut edən sənədlər əlavə edilməklə müvafiq prosessual hərəkətin edilməsi, yəni buraxılmış prosessual müddəti bərpası barədə ərizənin təqdim edilməsi təklif olunur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun qanuni nümayəndəsi “elektron kabinet” olsa da istifadə etmədiyini bildirərək apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdirlər. İş üzrə digər tərəf məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya mümkün sayılmamalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayəti verilməsi müddətini iddiaçının və qanuni nümayəndəsinin izahatında qeyd etdiyi “elektron kabinet” olsa da istifadə etmədiyi” səbəbindən ötürməsi dəlilini əsaslı saymır. Belə ki, apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin qeyd edilən hallarla bağlı ötürməsinə sübutlar və dəlillər təqdim olunmamışdır.Həmçinin, iddiaçının və qanuni nümayəndəsinin məhkəmə ilə yazışmalarla bağlı “elektron kabinet”dən istifadə etməməsi barədə məhkəməyə hər hansı müraciəti olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən İPM ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin İPM ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən İPM ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasınä dair 08 may 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-14144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti İPM-də nəzərdə tutulan müddətin ötürülməsi ilə verildiyindən apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina olunmalıdır. Azərbaycan Respublikası İPM-in 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiya məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14144/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina olunsun . Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar