Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-235/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi və məruzəsi ilə, Qasımov Vidadi Kamal oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Cavabdehn nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mənzillə təmin olunma tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(112)-10933/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən mənzil növbəsinə dayanmış imtiyazlı şəxs kimi (özü İddiaçı, həyat yoldaşı X2, oğlu X3, oğlu X4 və gəlini X1 ilə birlikdə 5 nəfər üçün nəzərdə tutulmuş) 3 otaqlı mənzillə təmin olunmağının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qəraradad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(112)-10933/2025 saylı qərardadı ilə (hakim S.İ.Qənbərova) ərizə təmin edilərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılması qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərardadı iddiaçı tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1995ci ilədək N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda İİ qrup Azərbaycan Respublikasının ərazi bütövlüyü müdafiəsi ilə əlaqədar müddətsiz əlildir. Yasamal rayon İcra Hakimiyyəti Başçısının Sərəncamına əsasən xx.xx.2021-ci ildəп mənzil növbəsindədir, lakin Sosial Xidmətlər Ağentliyinə dəfələrlə müraciət etməyinə baxmayaraq bu günə kimi mənzillə təmin edilməmişdir. Respublika üzrə demək olar ki, xx.xx.2021-ci il tarixdən imtiyazlı şəxs kimi mənzil növbəsinə dayanan müharibə əlillərinin bir çoxu mənzillə təmin ediliblər. Mənzillə təmin olunmağı barədə dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Ağentliyinə elektron və yazılı müraciət etsə də müraciətinə biganə cavab verilmişdir. Uzun müddətdir, kirayədə yaşayır, daimi yaşayış yeri yoxdur. Hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin hərəkətsizliyi qanunsuz və tam əsassızdır. Məhkəmə iclasında iştirak edən Cavabdehn nümayəndəsi Nümayəndə izahatında apellyasiya şikayətinin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi və eyni zamanda məhkəməyə bildirdi ki, hal-hazırda iddiaçı analoji iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmiş və iş Bakı İnzibati Məhkəməsinin icraatındadır İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası qanunvericliyin tələblərini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, həmin məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Mülki Prosessual Məcəllənin 170.3-cü maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, İnzibati Prosessual Məcəllədə hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə birinci instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan normalarına uyğun olaraq baxılması qanuni və əsaslı olmuşdur. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan isə görünür ki, iddiaçı həmin ərizənin verilməsinə və məhkəmənin onun iradəsinə uyğun hərəkət edibetməsinə münasibətdə ümumiyyətlə hər hansı dəlil irəli sürməmiş, apellyasiya şikayətini sırf iddia ərizəsinin məzmuna uyğun əsaslandırmışdır. Həmçinin Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, iddiaçı artıq eyni ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və iş məhkəmənin icraatındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(112)-10933/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, 2-1(112)-10933/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan qərardadın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(3-6)-235/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-235/2026
25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver