Məhkəmə qərarları › İş №2-1(3-6)-2359/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-2359/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̈Respublikası̈adından Qərar Bakı̈şəhəri İş̈№̈2-1(3-6)-2359/2026 19.08.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı̈ApellyasiyäMəhkəməsinin̈İnzibatïkollegiyası Hakimlər̈Ağalarov̈Həmid̈Azər̈oğlunun̈sədrliyïvə̈məruzəsïilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə̈iclasının̈katibïŞirinoväLamiyə̈Fehruz̈qızının̈katibliyi, iddiaçı̈İddiaçı̈iştirakı̈ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı, Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində cəlb edilməklə “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 800 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı alınması ilə bağlı cavabdeh orqana etdiyi müraciət, X10 Uçotu İnformasiya Sistemində Bakı şəhərində yerləşən torpaq sahələrinə münasibətdə bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədləri barədə məlumatın mövcud olmaması, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin sərəncamına istinad olunmaması, sərəncamın arxiv arayışının təqdim edilməməsïəsasları̈ilə̈təmin̈edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə alqı-satqı yolu ilə ayrılmış Səbail rayonu, Salyan şossesi 32 ünvanında fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 800 kv.m torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərində iddiaçı İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin̈cavabdehə̈həvalə̈edilməsïbarədə̈qərar̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Məhkəmənin ##.##.2026-cı il tarixli qərardadı ilə, Bakı şəhəri İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs üçüncü şəxs qismində (adi cəlbetmə) inzibati məhkəmə̈icraatınäcəlb̈edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail Bələdiyyəsinin # ###### 2004-cü il tarixli *** saylı sərəncamı ilə alqı-satqı yolu ilə Səbail rayonu, Salyan şossesi 32 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 800 kv.m. torpaq sahəsi İddiaçı adına ayrılmışdır. Hal-hazırda həmin qərar qüvvədədir və iddia olunan torpaq sahəsi uzun müddətdir ki, iddiaçının istifadəsindədir. Həmin qərar əsasında torpaq sahəsinin yeri və koordinatları müəyyən olunmuş, müvafiq yerləşmə cizgisi tərtib olunmuşdur. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə cavabdehə müraciət etsə də, sonuncu onun müraciətini təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Torpaq sahəsinin ayrıldığı və həmin sahənin iddiaçının istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirilməmişdir. Həmin sənəd qanunla müəyyən edilmiş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan hüquqi qüvvəsindədir və etibarlıdır. Hesab edir ki, cavabdehin istinad etdiyi həmin əsas iddiaçının gözlənilən mülkiyyət hüququna müdaxilə qismində çıxış etmiş olur. Bu mövqeyin hüquqi əsası kimi sadalanan qanunvericiliyin müddəaları çıxış edir. Cavabdehin imtina əsası kimi göstərdiyi hal formal xarakter daşıyır. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Həmçinin, təqdim edilmiş yerləşmə cizgisində sərəncama istinad edilməmiş və Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamının arxiv arayışı təqdim edilməmişdir.̈ Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** saylı sərəncamı ilə ayrılmış Səbail rayonu, Salyan şosesi, 32 ünvanında fərdi yaşayış evinin tikintisi üçün 800 kv.m. torpaq sahəsi (yerləşmə sxeminə uyğun olaraq) üzərində iddiaçı İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət XidmətïCavabdeḧhəvalə̈edilməsïqəraräalınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını̈xahiş̈etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Bundan əlavə, təqdim edilmiş yerləşmə cizgisində sərəncama istinad edilməmiş və Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004cü il tarixli *** nömrəli sərəncamının arxiv arayışı təqdim edilməmişdir. Eyni zamanda idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsində mərzçəkmə işlərinin aparılmadığı və sərhədlərinin şərti olduğu məlum olmuşdur. İddiaçı tərəfindən göstərilən torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən digər fiziki şəxsin adına 00400003000704 (QuliyevQaraş Cahangir oğlu) və 0040003000705 (X4) nömrəli kadastr planlarının baza məlumatı ilə üst-üstə düşür və sahəyə digər fiziki şəxslərin̈(X1,̈Ağayev̈İsmayıl̈Bəşir̈oğlunun̈və̈X3)̈müraciətïdaxil̈olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün̈hesab̈etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının̈dəyişdirilmədən̈saxlanılmasını̈xahiş̈etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə̈baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir,̈şikayətin̈mümkün̈sayılmaması̈üçün̈əsaslar̈yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün̈hesab̈edilir.̈ Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə̈icraatı̈qaydasındäbaxılmalıdır.̈̈ İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası̈haqqındäiddia)̈inzibatïməhkəmə̈icraatı̈qaydasındäbaxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə̈yönəlməyən)̈müəyyən̈hərəkətlərin̈edilməsinïtələb̈edə̈bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsïyaranmışdır.̈ Faktiki hallar və sübutlar: İş̈materiallarındäolan̈və̈məhkəmə̈baxışındätədqiq̈edilmiş: Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamında qeyd edilmişdir ki, Səbail rayonu Salyan şosesi 32 ünvanında yerləşən 800 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. İddiaçı adına sənədləşdirilməsi. Bakı şəhərində 5-ci zona üzrə müəyyən edilmiş qiymət qaiməsindən çıxarış əsasında vət. İddiaçı ilə Səbail Bələdiyyəsi arasında alqı-satqı aktı tərtib edilməsinə̈dair̈sərəncam̈verilmişdir; Torpaqların alqı-satqısına dair aktda qeyd edilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı əsas götürülərək Bakı şəhəri Səbail Bələdiyyəsi ərazisində 800 kv.m torpaq sahəsinə görə haqq̈ödənilmişdir; ##.##.2004-cü il tarixli ****** nömrəli kassa mədaxil orderinin qəbzində qeyd edilmişdir ki, İddiaçı tərəfindən Bakı şəhəri Səbail Bələdiyyəsinin kassasına torpağın alqısatqısınägörə̈1.100.000̈AZM̈mədaxil̈edilmişdir;̈ Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən tərtib edilən sxem və xəritə çıxarışına əsasən̈İddiaçı̈ayrılmış̈torpaq̈sahəsinin̈sxem̈və̈xəritə̈çıxarışı̈hazırlanmışdır;̈ Cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2026-cı il tarixli müayinə (baxış) aktında Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən göstərilən hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi sənədin ölçüsü 800 kv.m və faktiki olaraq isə 800 kv.m təşkil edir. Torpaq sahəsinin bir tərəfi yol, bir tərəfi dalan, bir tərəfdən qonşu, digər tərəfdən isə boş torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahəsi hasarsızdır.̈ Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə̈13.̈Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə̈olunur. ... Maddə̈29.̈Mülkiyyəẗhüququ İ.̈Hər̈kəsin̈mülkiyyəẗhüquqüvardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusïmülkiyyəẗhüquqüqanunläqorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə̈2.̈Daşınmaz̈əmlakähüquqların̈dövləẗqeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin̈dövləẗtərəfindən̈tanınması̈və̈təsdiq̈edilməsïbarədə̈hüquqïaktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində̈(bundan̈sonrä-̈dövləẗreyestri)̈aparılır. 2.3.̈Daşınmaz̈əmlak̈üzərində̈qeydiyyatäalınmış̈hüquq̈mübahisələndirilə̈bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə̈3.̈Daşınmaz̈əmlakähüquqların̈qeydiyyatı̈haqqındäqanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqïaktlardan̈ibarətdir. ... Maddə̈8.̈Daşınmaz̈əmlak̈üzərində̈hüquqların̈dövləẗqeydiyyatı̈üçün̈əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı̈üçün̈aşağıdakılar̈əsas̈hesab̈olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasınädair̈qəbul̈olunmuş̈aktlar; ... Maddə̈15.̈Hüquqların̈dövləẗqeydiyyatından̈imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövləẗqeydiyyatınäalınmalı̈deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə̈uyğun̈deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs̈müraciəẗetdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak̈üzərində̈hüquqädair̈sərəncam̈vermək̈səlahiyyətinə̈malik̈olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasınäsəbəb̈olan̈hallar̈aradan̈qaldırılmadıqda. ... “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada): 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati ərazilərïdaxilində̈səlahiyyətlərïaşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlaräsahiblik,̈onlardan̈istifadə̈və̈onlar̈barədə̈sərəncam̈vermək; ... 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyin alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının̈MillïMəclisïtərəfindən̈təsdiq̈edilən̈əsasnamə̈ilə̈tənzimlənir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli Fərmanı: Bənd. 2. Həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə̈dair)̈həyatäkeçirirlər.̈ Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli, ***-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə (hazırkı işdə istinad edilən bələdiyyə qərarının qəbul edildiyi vaxtda qüvvədə olan redaksiyada):

7. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının̈rəyïalındıqdan̈sonrätorpaqayırmäqaydasındähəyatäkeçirilir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1.̈İnzibatïorqanlar̈qanunun̈tələblərinə̈riayəẗetməyə̈borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq̈və̈azadlıqlarınämüdaxilə̈edə̈bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və̈hüquqïşəxslərin̈üzərinə̈büvə̈yäbaşqäöhdəliklərin̈qoyulması̈qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallardäöz̈təşəbbüsü̈ilə̈həmin̈normanı̈tətbiq̈etməyə̈borcludur.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas̈olmuş̈səbəblər̈göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarläəsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində̈dəyişdirilə̈bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə̈münasibəẗbildirilməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların̈qeyd̈edilməsinïzərurïhesab̈edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim̈edilməlidir. İddiaçı Səbail bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** nömrəli sərəncamına istinad edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 800 kv.m torpaq sahəsinə dair onun hüququnun dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi tələbinïirəlïsürmüşdür. Cavabdehin etirazının əsasını iddiaçı tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmaması, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisində) bələdiyyənin qərarına istinad olunmaması və sərəncamın arxiv̈arayışının̈təqdim̈edilməməsïtəşkil̈edir.̈ Məhkəmə cavabdehin imtinasına ümumilikdə münasibət bildirərək ilkin olaraq qeyd edir ki, torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər üçün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, plan ölçünün hazırlanması, torpaq sahəsinin ayrılması və s. ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqïnəticələr̈yaradır.̈ “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Hüquqi dövlətdə publik idarəçilik sahəsində nəzərə alınmalı olan prinsiplərdən biri də şəxsin inzibati orqanın fəaliyyətinə - qərar və ya hərəkətlərinə olan etimadın qorunması prinsipidir. İnzibati icraatla bağlı qanunvericilikdə təsbit edilmiş şərtlər daxilində “contra leqem” etimadın qorunması imkanı tanınmalıdır. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, onun qəbul etdiyi inzibati aktı (və ya etdiyi hərəkəti) qanunauyğun və düzgün hesab etmək, onun məzmununa uyğun davranmaq və ona “a priori” etimad göstərmək haqqına malik olmalıdır. Şəxsin mövcud hüquqi vəziyyətə etimad göstərməsi və ona uyğun davranması həmin şəxs üçün neqativ nəticələrə səbəb olmamalıdır. Əksinə, inzibati orqanın qərar və hərəkətləri hüquqi təhlükəsizliyin və sabitliyin təmin olunmasına xidmət etməlidir. Bunun əsasında inzibati orqanın öz fəaliyyətində Konstitusiyaya və qanuna bağlılığı̈prinsipïdayanır. İş materiallarından göründüyü kimi torpaq sahəsinin ilkin satılmasına dair inzibati orqan tərəfindən inzibati icraat başlanılmış və nəticədə vətəndaşın xeyrinə əlverişli inzibati akt qəbul edilmiş və həmin akta torpaq sahəsinin yerləşdiyi ərazi eskizi əlavə edilmişdir.̈Həmin̈inzibatïakẗbugünkü̈günədək̈qüvvədədir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı̈hüquqïmövqeyinin̈nəzərə̈alınmasını̈zərurïhesab̈edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il ## #### tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Bundan başqa həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh torpaq sahəsinin cizgisində istinadlar olmadığını bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il # #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak MəsələlərïDövləẗKomitəsïtərəfindən̈həyatäkeçirilir.̈ Həmin Qaydaların 2.1-ci bəndinə əsasən, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən̈və̈mərz̈nişanlarının̈bərkidilməsindən̈(basdırılmasından)̈ibarətdir.̈ Həmin Qaydaların 2.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən̈asılı̈olmayaraq̈bütün̈torpaq̈sahələrində̈aparılır.̈ Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Həminin yerləşmə cizgisində bələdiyyə qərarına istinad edilməməsi və cizgidə koordinat və perimetrik̈ölçülərin̈olmaması̈iddiaçının̈məsuliyyəẗsferasınäaid̈edilə̈bilməz. Digər tərəfdən cavabdeh iddiaçı tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamasını bildirmişdir. Məhkəmə icraatı zamanı, cavabdeh tərəfindən müvafiq daşınmaz əmlaka texniki baxış keçirilmiş, cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən ##.##.2026-cı il tarixli müayinə (baxış) aktında Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən göstərilən hüquqmüəyyənedici sənəd üzrə torpaq sahəsi sənədin ölçüsü 800 kv.m və faktiki olaraq isə 800 kv.m təşkil etməsi, torpaq sahəsinin bir tərəfi yol, bir tərəfi dalan, bir tərəfdən qonşu, digər tərəfdən isə boş torpaq sahəsïilə̈həmsərhəd̈olması̈və̈torpaq̈sahəsinin̈hasarsız̈olması̈göstərilmişdir.̈ Bundan əlavə məhkəmə kollegiyası xüsusilə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında olan hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında məhkəmə qərarı əsasında, həmçinin cavabdeh orqanın özü tərəfindən digər torpaq sahələrinə mülkiyyət hüququ qeydiyyata alınmışdır. “İnzibatïicraaẗhaqqında”̈Azərbaycan̈Respublikasının̈Qanununun: 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik̈olan̈müxtəlif̈işlər̈üzrə̈müxtəlif̈qərarların̈qəbul̈edilməsïqadağandır; 12.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik̈olan̈müxtəlif̈işlər̈üzrə̈eynïcür̈qərarların̈qəbul̈edilməsïqadağandır; 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqïşəxslərin̈etimadı̈qanunläqorunur; 13.2-ci maddəsinə əsasən, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 18.1-ci maddəsinə əsasən, inzibati orqan mənasına görə fiziki və ya hüquqi şəxslər tərəfindən əvvəllər edilmiş başqa hərəkətlə ehtiva olunan (həmin hərəkətin həcminə daxil olan̈və̈yädaxil̈oläbilən)̈hər̈hansı̈digər̈hərəkətin̈edilməsinïtələb̈edə̈bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda cavabdeh inzibati orqanın iddiaçının müarciətindən imtinası Qanunun yuxarıda sadalanan inzibati icraatın prinsiplərinə zidd hesab edilməlidir. Əvvəla ona görə ki, işin sadalanan hallarından da müəyyən olunur ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələri eyni məzmunlu sənədlər əsasında qeydiyyata alınmışdır. Hazırkı iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipinïdə̈pozmuşdur. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinin və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatınäalınması̈üçün̈əsas̈olmuşdur. Apellyasiya şikayətinin torpaq sahəsinin elektron kadastr baza məlumatlarına əsasən digər fiziki şəxsin adına kadastr planlarının baza məlumatı ilə üst-üstə düşməsi və sahəyə digər fiziki şəxslərin müraciətinin olması ilə bağlı dəlillərinə münasibətdə kollegiya bildirir ki, həmin dəlillər birinci instansiya məhkəməsində cavabdeh tərəfindən bildirilməmiş və məhkəmə araşdırmasının predmeti olmamışdır. Həmçinin həmin dəlillərə dair hər hansı sübutda cavabdeh tərəfindən təqdim edilmədiyindən kollegiya əsassız olması̈qənaətinə̈gəlir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən və Səbail Bələdiyyəsinin sərəncamı əsasında ayrılmış torpaq sahələrinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin kollegiyası tərəfindən hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsinin mövcud olması əsası ilə kassasiya şikayəti mümkün sayılmamışdır. (Ali Məhkəmənin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı). “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə̈dair̈verdiyïizahlar̈vasitəsilə̈formalaşdırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən̈saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü̈maddələrinïrəhbər̈tutaraq,̈məhkəmə̈kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən̈verilmiş̈apellyasiyäşikayətïtəmin̈edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(*-*)-****/**** nömrəli qərarı dəyişdirilmədən̈saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayətïverilə̈bilər.̈̈̈̈̈̈̈

Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar