Məhkəmə qərarları › İş №2-1(3-6)-2364/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2364/2026

14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2364/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "iddiaçıya məxsus avtomobilin ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılması, həmçinin qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi" tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. IŞIN HALLARI: "Chevrolet Niva minik" markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı İddiaçı adına qeydiyyata alınmışdır. Iddiaçı İddiaçı Abşeron rayonu Novxanı kəndi ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır və həmin ünvanda yaşayır. BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ APARILAN ICRAAT: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Baş X1 Idarəsinə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus "Chevrolet Niva" minik markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin ölkə daxilində qeydiyyat hərəkətlərinin aparılması, həmçinin qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Iddiaçı Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Iddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, avtomobili texniki baxışdan keçirdiyi zaman avtomobilin axtarışda olduğunu bilmişdir. Bununla bağlı araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Birinci instansiya məhkəməsi isə buna əhəmiyyət verməmişdir. TƏRƏFLƏRIN IZAHATLARI: Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə bunun səbəbləri barədə məlumat verməmişdir. Ona görə də işə cavabdehin iştirakı olmadan baxıldı. TƏTBIQ EDILƏN HÜQUQ: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 8.1. Inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: ... 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Inzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 384.0. Apellyasiya instansiyası məhkəməsi: ... 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər. Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; ... Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2019-cu il tarixli * nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası":

19. Sumqayıt Inzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləri: ... 19.14. Abşeron rayonu;

APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI:

Məhkəmə kollegiyası aşağıdakı hallara görə hesab edir ki, Bakı Inzibati Məhkəməsi hazırkı işə baxmaqla ərazi aidiyyəti qaydalarını pozmuşdur. Kollegiya qeyd edir ki, işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin tələbləri əsas götürülməlidir. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddiada mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda, iddiaya hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məcburetmə və öhdəliyin icrası haqqında iddialara da eyni qayda şamil olunur. Deməli, iddiaya iddiaçının yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılması üçün inzibati orqanın səlahiyyətinin əhatə etdiyi ərazi və iddianın növü müəyyən edilməlidir. Mübahisəsizdir ki, cavabdeh Cavabdeh səlahiyyəti bütün ölkəni, yəni birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edir. Bundan başqa, hazırkı iddia öhdəliyin icrası haqqında iddiadır. Iddiaçının yaşadığı yer və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan Abşeron rayonu Novxanı kəndidir. Hazırkı iddianın məhkəməyə verildiyi vaxt da bu, belə olmuşdur. Belə olan halda, iddiaçı İddiaçı hazırkı iddiasına baxılması Sumqayıt Inzibati Məhkəməsinin səlahiyyətinə aiddir və o, iddianı məhz həmin məhkəməyə verməli idi. Bakı Inzibati Məhkəməsi tərəfindən işə ərazi aidiyyəti qaydalarının pozulması ilə baxılmışdır. Ona görə də həmin məhkəmənin qərarı ləğv edilməli və iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilməlidir. Apellyasiya şikayətində qərarın ləğvi ilə yanaşı, həm də iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunması xahiş edildiyinə, lakin hazırkı mərhələdə bu, mümkün olmadığına görə apellyasiya şikayəti qismən təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ləğv edilsin. Inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Inzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar