Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2411/2026 14.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "ünvan 1 ünvanına daimi kirayə müqaviləsinin bağlanması barədə sərəncamın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" haqqında iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzbati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvana daimi kirayə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Bakı Inzibati Məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində bunu da qeyd etmişdir ki, qərar ona elektron sənəd dövriyyəsi vasitəsilə ##.##.2026-cı ildə rəsmi qaydada göndərilmiş və o, qərardan həmin vaxt məlumatlı olmuşdur. Əvvəlki elektron məhkəmə sistemindən yeni elektron məhkəmə sisteminə keçid zamanı bildirişlərin ənənəvi qaydada çatdırılmasında problemlər yaşanmış və cavabdeh tərəfindən elektron müraciət qaydasında Məhkəmə Hüquq Şurasına buna dair məlumat verilmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Müəyyən edilmişdir ki, cavabdeh Bakı Şəhəri Cavabdeh "Elektron məhkəmə" informasiya sistemində ##.##.2023-cü ildə yaradılmış elektron kabineti mövcuddur. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ##.##.2026-cı ildə cavabdehin məhz həmin elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda ##.##.2026-cı ildə saat 16.26-da "elektron ünvan 1" elektron poçt ünvanına "*-*(***)-****/**** nömrəli iş üzrə ##.##.2026 tarixli qərar elektron kabinetdə yerləşdirildi" məzmunlu məlumat çatdırılmışdır. Qərardan apellyasiya şikayəti həmin gündən başlayaraq 30 gün müddətində verilə biləcəyi halda, müddət buraxıldıqdan sonra ##.##.2026-cı ildə verilmişdir. Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, Bakı Inzibati Məhkəməsinin qərarından apellyasiya şikayəti verilməsi müddətini ötürmədiyini hesab edir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə yuxarıda sadalanan hallar barədə cavabdehə məlumat verilmiş, eyni zamanda, ona izah edilmişdir ki, prosessual müddət cavabdehin təqsiri olmadan buraxılmışdırsa, o, məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və ərizəyə prosessual müddətin buraxılmasında onun təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Lakin cavabdeh məhkəmənin məktubuna, ümumiyyətlə, cavab verməmiş, məhkəməyə müddətin bərpasına dair ərizə, yaxud da apellyasiya şikayətində göstərdiyi xüsusatı, yəni məhkəmə qərarının ona ##.##.2026-cı ildə göndərildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bununla yanaşı, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını da təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti müddət buraxılmaqla verildiyinə və müddətin buraxılmasının üzrlü səbəbdən baş verməsi müəyyən edilmədiyinə, eləcə də cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermədiyinə görə onun apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2411/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2411/2026
14.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver