Məhkəmə qərarları › İş №2-1(3-6)-2431/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2431/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2431/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğv olunması, işə bərpa olunma və iş buraxmaya görə ödənişin edilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, işdən azad edilməsinə dair ##.##.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə, ləğv olunması, əvvəlki vəzifəsi - R vəzifəsinə xidmətə bərpa edilməsi, xidmətə bərpa edilənədək məcburi iş buraxmaqda olduğu dövr üçün orta aylıq əmək haqqının ödənilməsi, məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (hakim N.İ.Abıyev) iddianın mümkün sayılmaması qərara alınmışdır. Iddiaçı Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, 2-1(112)-20613/2025 saylı qərardadını mübahisələndirmiş, lakin iş apellyasiya instansiyası məhkəməsində olan müddətdə məhkəməyə ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının ərizəsi təmin olunmalı, iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 88.1-ci maddəsinə əsasən, şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Məcəllənin qeyd olunan tələbindən göründüyü kimi, apellyasiya şikayətini geri götürmək işdə iştirak edən şəxslərin qanunla müəyyən edilən hüququdur və konkret halda iddiaçının apellyasiya şikayətini geri götürməsi hər iki tərəfin qarşılıqlı mənafeyinə uyğundur və tərəflərin hüquqlarını pozmur. Inzibati Prosessual Məcəllənin 88.3-cü maddəsinə müvafiq olaraq, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 88, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Ərizə təmin edilsin. Iddiaçının Bakı Inzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadından verdiyi apellyasiya şikayəti geri qaytarılsın və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Iddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar