Məhkəmə qərarları › İş №2-1(3-6)-2445/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2445/2026

19.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2445/2026 19.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativinin üçüncü şəxs qismində Üçüncü şəxs cəlb edilməklə cavabdeh Bakı şəhəri Cavabdehə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı Mənzil Tikinti Kooperativi cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Cavabdehin ##.##.2017-ci il tarixli *** nömrəli, ##.##.2017-ci il tarixli *** nömrəli və ## ######## 2021-ci il tarixli *** nömrəli Sərəncamlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.V.Babayev) iddia rədd edilmişdir. Iş materiallarında olan sənədlərdən göründüyü kimi, Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarı iddiaçının elektron kabinetinə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Lakin apellyasiya şikayəti Bakı Inzibati Məhkəməsinə ##.##.2026-cı il və ##.##.2026-cı il tarixdə - qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük müddət keçdikdən sonra təqdim edilmişdir. Hər iki halda iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüşdür. Apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyü məsələsinə baxılması üçün şifahi məhkəmə baxışı iclası təyin edilmiş və iddiaçıya göndərilmiş bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Lakin iddiaçı tərəfindən hər hansı sənəd məhkəməyə daxil olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi və vəkili vəkil2 ##.##.2026-cı il tarixdə, saat 14:04-də (*məhkəmə iclası həmin tarixə saat 15:20-ə təyin edilmişdir) məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, cinayət işi ilə bağlı Bakı Baş Gömrük Idarəsinə təcili dəvət olunub, müvəkkili barədə məcburi gətirmə ilə bağlı məhkəmə qərarı olduğu üçün, görüşü təxirə sala bilmədiyi üçün, qeyd olunan müddətin ötürülməsi məsələsi ilə bağlı sübutlarını tədim edə bilməsi üçün iştirakı zəruridir. Qeyd olunanlara əsasən ##.##.2026-cı il tarixli məhkəmə prosesinin təxirə salınmasını xahiş edir. Iddiaçının nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasının təxirə salınması barədə ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ərizədə nümayəndənin məhkəmə iclasında iştirak edə bilməməsinin səbəbi göstərilsə də, həmin səbəbin üzrlü olmasını və onun məhz məhkəmə iclasının keçirildiyi vaxtda iştirakını obyektiv olaraq mümkünsüz edən halların mövcudluğunu təsdiq edən hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilib-verilməməsi, müddət ötürüldüyü halda isə onun bərpasına əsas verə biləcək hallara dair sübutların təqdim edilməsi zərurəti barədə iddiaçıya ##.##.2026-cı il tarixdə müvafiq izah məktubu göndərilmiş, bununla da iddiaçıya mövqeyini əsaslandırmaq və müvafiq sübutları təqdim etmək üçün kifayət qədər vaxt və real prosessual imkan yaradılmışdır. Həmin sübutların təqdim edilməsi nümayəndənin məhkəmə iclasında şəxsən iştirakından asılı olmayaraq Elektron Məhkəmə Informasiya Sistemi vasitəsilə də mümkün olduğundan, məhkəmə iclasının keçirildiyi günədək bu imkandan istifadə edilməməsi və yalnız iclasa az müddət qalmış onun təxirə salınmasının xahiş edilməsi məhkəmə baxışının təxirə salınması üçün əsaslı və kifayət edən səbəb kimi qiymətləndirilə bilməz. Ona görə də, məhkəmə kollegiyası qanunvericiliyin tələblərini nəzərə alaraq, apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Üçüncü şəxs nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin mümkün hesab edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsinə müvafiq olaraq, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 20.1-ci maddəsinə əsasən, müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Inzibati Prosessual Məcəllənin 22.1-ci maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Inzibati Prosessual Məcəllənin 23.1-ci maddəsinə görə, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarından qanunla müəyyən edilmiş müddət daxilində şikayət verilməsi hüququ məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsinin mühüm prosessual təminatı olmaqla yanaşı, həmin hüququn realizəsinin qanunverici tərəfindən müəyyən edilmiş zaman çərçivəsində həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilməlidir; Məcəllənin 75.4-cü maddəsinə görə isə, həmin müddətdə şikayət verilmədikdə məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Beləliklə, şikayət müddətinin müəyyən edilməsi yalnız prosessual xarakterli formal tələb deyil, məhkəmə aktının hansı andan etibarən qəti və məcburi hüquqi nəticələr doğuracağını müəyyən edən hüquqi mexanizmdir. Qanunvericinin şikayət vermək imkanını qeyri-müəyyən zaman ərzində açıq saxlamaması bir tərəfdən proses iştirakçısına məhkəmə aktının qanuniliyini və əsaslılığını yuxarı instansiyada yoxlatdırmaq üçün real və ağlabatan imkan verir, digər tərəfdən isə bu imkandan müəyyən edilmiş müddətdə istifadə edilmədikdə məhkəmə aktının sabitliyini və hüquq münasibətlərində müəyyənliyi təmin edir. Bu baxımdan prosessual müddətlərin müəyyən edilməsi məhkəmə aktlarından şikayət vermək hüququnun səmərəli həyata keçirilməsinə xidmət etməklə yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Nəticə etibarilə məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddət ərzində verdiyini təsdiq edən sübutları və ya həmin müddətin ötürüldüyü təqdirdə həmin müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanının dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı Inzibati Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Fərid Ismayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar