Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2455/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), X1 və Hüseynov Pərviz Aktiv oğlundan ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi Cəərçiyev Cavid İbrahim oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət imtahan X2rşı “imtahan nəticələrinin ləğvi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət imtahan X2rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən İddiaçı barəsində-qəbul edilmiş imtahan nəticələrinə dair inzibati aktın qanunsuz hesab edilərək ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının imtahan nəticələrinin qanunvericiliyə uyğun şəkildə yenidən qiymətləndirilməsi və ya düzgün hesablanması öhdəliyinin qoyulması, imtahan zamanı proqramdan kənar və qeyriadekvat sualların nəticələrə təsirinin aradan qaldırılması və həmin suallar üzrə iddiaçının hüquqlarının bərpasının təmin edilməsi; mübahisə edilən inzibati aktın tətbiqi nəticəsində iddiaçının ali təhsil müəssisələrinə qəbul imkanlarına yaranmış məhdudiyyətlərin aradan qaldırılması və hüquqi vəziyyətinin bərpası, prosessual xərclərin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Dövlət İmtahan Mərkəzi tərəfindən 2025/2026-cı tədris ili üzrə ümumtəhsil müəssisələrinin məzunları üçün 9 və ## #### 2026-cı il tarixlərində keçirilmiş buraxılış imtahanında iştirak etmiş və imtahanın nəticələrinə əsasən cavabdeh tərəfindən riyaziyyat fənni üzrə 34,4 bal(34.4 fazilik nəticə), ümumilikdə isə 188,8 bal müəyyən edilmişdir. İmtahan nəticələri DİM-in rəsmi səhifəsində ##.##.2026-cı il tarixində dərc olunmuşdur. Lakin həmin imtahanın keçirilməsi zamanı aşağıdakı ciddi pozuntulara yol verilmişdir ki, bu da qeyd olunan nəticələrin iddiaçının faktiki bilik səviyyəsini əks etdirmədiyini açıq-aşkar göstərir: 1. Tədris proqramından kənara çıxma: İmtahanda təqdim olunan riyaziyyat sualları məktəb proqramında nəzərdə tutulmuş səviyyədən əhəmiyyətli dərəcədə yüksək olmuş, şagirdlərin respublika hazırlıq səviyyəsinə uyğun olmamışdır. Texniki şəraitin məhdudlaşdırılması: İmtahan zamanı mürəkkəb riyazi məsələlərin həlli üçün tələb olunan "qaralama sahəsi" faktiki olaraq təmin edilməmiş, yalnız təxminən 3 sm-lik məhdud sahə ayrılmışdır ki, bu da məsələlərin düzgün həllini faktiki olaraq mümkünsüz etmişdir. Vaxtın qeyri-adekvat bölüşdürülməsi: Bəzi sualların həlli üçün tələb olunan vaxt ayrılmış ümumi vaxtla uyğun gəlməmiş, bu da imtahanın ədalətli keçirilməsi prinsipini pozmuşdur. Əlavə olaraq qeyd olunmalıdır ki, iddiaçı imtahandan qısa müddət əvvəl beynəlxalq səviyyədə tanınan SAT (Scholastic Aptitude/Assessment Test) imtahanında iştirak edərək 1530 bal (Riyaziyyat fəni üzrə 800-dən 800. başqa sözlə desək 100% nəticə) toplamışdır. Bilindiyi kimi: SAT imtahanı riyaziyyat və ingilis dili üzrə bilikləri ölçür, beynəlxalq səviyyədə obyektiv qiymətləndirmə vasitəsi hesab olunur, ali təhsilə hazırlığı müəyyən edən əsas göstəricilərdən biridir, əlavə olaraq, cavabdeh qurumun öz rəsmi məlumatına əsasən, cavabdeh həmin beynəlxalq imtahanın Azərbaycan üzrə təşkilində də iştirak etdiyi məlumdur. Belə olan halda eyni fənlər üzrə qısa zaman intervalında 100% ilə 34.4% arasında yaranan kəskin fərq obyektiv və məntiqi izah tələb edir. Qeyd olunanlar imtahanın keçirilməsi və ya qiymətləndirilməsi prosesində pozuntuların olmasını ehtimal etməyə əsas verir və bir daha iddiaçının hüquqlarının pozulduğunu göstərir. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı İddiaçı cavabdeh “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” X3 (bundan sonra Mərkəz) qarşı “barəsində qəbul edilmiş imtahan nəticələrinə dair inzibati aktın qanunsuz hesab edilərək ləğv olunması və digər tələblərə” dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bununla yanaşı, iddiaçı yekun məhkəmə qərarı çıxana qədər ADA Universitetinə qəbul üzrə müsabiqədə iştirak imkanının və mövcud hüquqi statusunun qorunması məqsədilə müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iş materialları araşdırılaraq iddiaçının müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqinə dair vəsatəti tam qanunauyğun olaraq təmin edilməmişdir. İddiaçı tərəf həmin qərardaddan narazı qalarq apellyasiya şikayəti vermiş və qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçının tələbi ilə bağlı bildirilir ki, İddiaçı Mərkəz tərəfindən 2026-cı il ## #### tarixində keçirilmiş 2025/2026-cı tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanlarında iştirak etmiş və Riyaziyyat fənni üzrə 100 bal üzərindən 34.4 bal toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-ci bəndinə əsasən ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 26.5-ci və 26.5-3-cü maddələrində göstərilən hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada bu Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Abituriyent Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər. Müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı Mərkəz tərəfindən qanunvericiliyə uyğun olaraq yaradılmış Apellyasiya Komissiyasına ümumiyyətlə müraciət etməmişdir. İddiaçının imtahan nəticəsinə dəyişiklik edilməsi ilə bağlı inzibati akt yalnız onun Apellyasiya Komissiyasına müraciətinin nəticəsində qəbul edilə bilərdi ki, belə olan halda iddiaçı müvafiq müsabiqə şərtlərini ödəyərdi. Qeyd olunanlardan göründüyü kimi iddiaçının hazırki, iddiası məcburetmə haqqında iddiadır. İnzibati Prosessual Məcəllənin 73.1ci maddəsinə əsasən məcburetmə haqqında iddialara baxan inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.Odur ki, iddiaçı İddiaçı Mərkəz tərəfindən qanunvericiliyə uyğun qaydada yaradılmış Apellyasiya Komissiyasına müəyyən olunmuş müddətlərdə ümumiyyətlə müraciət etməmiş, məhkəməyə qədərki zəruri mərhələni ötürmüşdür. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilmədən qüvvədə saxlanmasını məhkəmədən xahiş etmişdir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddia mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən inzibati məhkəmə icraatına aid iddia növündə və iddia müddətləri çərçivəsində, qanunla cavabdehlik daşıya bilən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Konkret halda isə iddianın mümkünlük şərti yerinə yetirilmir. Hazırki iş üzrə, iddiaçının hüquqi marağı və məqsədi imtahan nəticələrinin ləğv edilməsindən ibarətdir. İş materiallarından görünür ki, iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə keçirilən 2026-cı tədris ili üçün ümumtəhsil müəssisələrinin məzunları üçün keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə 81.1 bal, Rus dili fənni üzrə 73.3 bal, Riyaziyyat fənni üzrə 34.4 bal olmaqla cəmi 188.8 bal nəticə göstərmişdir. İddiaçı imtahan zamanı pozuntulara yol verildiyini əsas gətirərək imtahan nəticəsinin ləğv edilməsini mübahisələndirir. İddiaçı hazırkı iddiasında cavabdeh tərəfindən yol verilmiş onun təhsilalma hüququnun pozuntusunun əsaslandırılması kimi aşağıdakılara istinad edir: 1) Tədris proqramından kənara çıxma: İmtahanda təqdim olunan sualların məktəb proqramında nəzərdə tutulmuş səviyyədən əhəmiyyətli dərəcədə yüksək olmuş, şagirdlərin real hazırlıq səviyyəsinə uyğun olmamışdır. 2) Texniki şəraitin məhdudlaşdırılması: İmtahan zamanı mürəkkəb riyazi məsələlərin həlli üçün tələb olunan "qaralama sahəsi" faktiki olaraq təmin edilməmiş, yalnız təxminən 3 sm-lik məhdud sahə ayrılmışdır ki, bu da məsələlərin düzgün həllini faktiki olaraq mümkünsüz etmişdir. 3) Vaxtın qeyri-adekvat bölüşdürülməsi: Bəzi sualların həlli üçün tələb olunan vaxt ayrılmış ümumi vaxtla uyğun gəlməmiş, bu da imtahanın ədalətli keçirilməsi prinsipini pozmuşdur. Kollegiya qeyd edir ki, iddiaçının test tapşırıqlarının cavab vərəqəsi əsasında yoxlanılaraq toplamış olduğu balın əks olunduğu nəticə- inzibati akt qismində çıxış etmir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” ## #### 2013-cü il tarixli Qərarında inzibati aktın anlayışnın verilməsi ilə yanaşı, habelə göstərilmişdir ki, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, məzmunu da nəzərə alınmalıdır. Bundan başqa həmin Qərardad inzibati aktın anlayışını şərh edərək bildirmişdir ki, inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir. Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. İnzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: 1. inzibati orqan tərəfindən qəbul edilməli; 2. ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; 3. ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; 4. hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Göründüyü kimi inzibati aktın xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, akt idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olunması üçün qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı, habelə hakimiyyət tədbiri olmalıdır. Nəzərə alınmalıdır ki, “İnzibati İcraat haqqında” Qanunun (57.1,57.2,57.3 və 57.4-cü maddələri) tələblərinə görə Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. Şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt- 1) inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda, 2) inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə, 3) qanunla birbaşa nəzərdə tutulduğu hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır. Göründüyü kimi Azərbaycan Respublkasının Dövlət İmtahan Mərkəzi tərəfindən İddiaçı Əfqan qızının barəsində imtahan nəticələrinə dair hər hansı bir inzibati akt qəbul edilməmişdir. Mövcud olmayan inzibati aktın etibarsız hesab edilməsi isə qanunvericilikdə nəzərdə tutulmayıb. Ona görə də məhkəmə kollegiyası iddia tələbinin inzibati aktın etibarsız hesab edilməsinə baxılmasının mümkünsüzlüyü ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İddia tələbinin digər arqumentləri ilə bağlı imtahan nəticəsinə təsir edən amillər qismində irəli sürülən dəlillər, yəni imtahan suallarında tədris programından kənara çıxılma, sual kitabçalarında qaralama sahəsinin məhdudlaşdırılması, sualların həlli üçün tələb olunan vaxtın ümumi imtahan vaxtına uyğun hesablanmaması cavabdeh orqan tərəfindən qanun pozuntusuna yol verildiyini əsaslandırmağa və cavabdeh tərəfindən məhz iddiaçının subyektiv hüquqlarının pozulmasını iddia etməyə kifayət etmir. Belə ki, Dövlət İmtahan Mərkəzi respublika ərazisində buraxılış və qəbul imtahanlarını təşkil edən inzibati orqan olmaqla imtahanları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il # ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydalarına və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## ##### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət İmtahan X2 şəxsin Nizamnaməsi əsasında həyata keçirir. İmtahan suallarının tərtibi, imtahanın keçirilməsi şəraitinin təşkili və imtahan zamanı istifadə olunan texniki vasitələr imtahan standardlarına uyğun olmaqla bütün ölkə ərazisində hər kəsə eyni qaydada tətbiq olunur. Bu baxımdan iddiaçının iddia tələbində qoyduğu əsaslar, eləcə də məhkəmə iclasında səsləndirdiyi fikirlər bütövlükdə ictimai nəzarətin forması kimi deklarativ xarakterli olmaqla cavabdeh inzibati orqan tərəfindən bilavasitə iddiaçının imtahan nəticəsinə təsir edən konkret hərəkət, hərəkətsizliyə yol verildiyi nəticəsini deməyə əsas vermir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekunda belə hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmaması işin hallarına və prosessual qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2455/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2455/2026
13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver