Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-247/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “akademik borcların silinməsi və həmin borclara görə ödənişlərdən azad edilmə” tələbinə dair iddiası üzrə GIRIŞ HISSƏ Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı və nümayəndəsi Neymətzadə Mehman Hüseynbala oğlunun, cavabdehin nümayəndələri X2 və Nümayəndə iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh “xxxx” publik hüquqi şəxsinə qarşı, Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə “akademik borcların silinməsi və həmin borclara görə ödənişlərdən azad edilmə” tələbinə dair Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVIRI HISSƏ Işin halları: Iddiaçı İddiaçı onun “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməklə 2022-2023cü il təhsilinin 2-ci kursunu xxxxnin “Beynəlxalq münasibətlər” ixtisasında davam etdirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə etdiyi müraciət, tələbənin 11 fənn üzrə 55 kredit həcmində akademik borcunun mövcud olması əsası ilə ##.##.2024-cü il tarixli məktub ilə təmin edilməmişdir. Iddiaçı İddiaçı "Beynəlxalq münasibətlər" ixtisasının 2-ci kursunda ondan asılı olmayan səbəbdən oxumamasına görə yaranan akademik borclardan və bu borclara görə ödənişlərdən azad edilməsi ilə bağlı Elm və Təhsil Nazirliyinə etdiyi müraciət, tələbənin 9 fənn üzrə 43 kredit həcmində akademik borcunun mövcud olması əsası ilə təmin edilməmişdir. Iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Beynəlxalq münasibətlər” ixtisasının 2-ci kursunda (xxxxndə) ondan asılı olmayan səbəbdən oxumadığına görə yaranmış akademik borclardan və bu borclara görə ödənişlərdən azad edilməsi öhdəliyinin cavabdeh Üçüncü şəxs üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iş üzrə xxxx üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Iddiaçının əsaslandırması: Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xxxxnin rus dili bölməsinin “Fəlsəfə” ixtisasında təhsil alaraq 1-ci kursu müvəffəqiyyətlə bitirərək, zərbəçi olmuşdur. 2021- 2022-ci il tədris ilində xxxxnin “Fəlsəfə” ixtisası üzrə həm rus bölməsi, həm də Azərbaycan bölməsi üzrə tələbələri arasında təhsildə ən çox ortalama qiymət (ÜOMG) toplayan tələbələrindən olmuşdur. 2022-ci ildə transfer.edu.az (tələbə köçürülməsi) portalına ərizə verərək elektron qeydiyyatdan keçmiş və ərizəsində xxxxnin rus dili bölməsinin “Fəlsəfə” ixtisasından həmin Universitetin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsini xahiş etmişdir. Lakin Elm və Təhsil Nazirliyi tərəfindən ##.##.2022-ci il tarixdə ona ünvanlanmış elektron cavab məktubunda Üçüncü şəxs Kollegiyasının ##.##.2017-ci il tarixli, */* nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair” Qaydalar”ın 2.3-cü bəndi səbəb gətirilərək imtina edilmiş və hesab edilmişdir ki, 2021-ci ildə “Beynəlxalq münasibətlər” ixtisasına minimal keçid balı 200 bal olmuş və guya o həmin keçid balından az bal toplamışdır. Halbuki, onun topladığı bal 287,6 bal olmuşdur ki, bu da “Beynəlxalq münasibətlər” ixtisasına minimal keçid balından 87,6 bal çox olmuşdur. O, “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməklə 2022-2023-cü il təhsilinin 2-ci kursunu xxxxnin “Beynəlxalq münasibətlər” ixtisasında davam etdirməli idi. Lakin cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən ona verilmiş qanunsuz imtina nəticəsində bundan məhrum olaraq 2-ci kursu “Fəlsəfə” ixtisasında davam etdirməyə məcbur olmuşdur. Xüsusilə qeyd edir ki, ondan daha az keçid balı toplamış və onunla birinci kursda, bir fakültədə oxuyan X1 da onun kimi 2022-ci ildə transfer.edu.az (tələbə köçürülməsi) portalından qeydiyyatdan keçərək həmin il xxxxnin “Fəlsəfə” ixtisasından həmin universitetin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülmüşdür. Halbuki, Aydın Məmmədlinin 2021-ci ildə keçid balı 256,2 bal olmuş və ondan 31 bal aşağı toplamışdır. O, Elm və Təhsil Nazirliyinə 2022ci ildə ərizə ilə müraciət edərək, “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsinə münasibətdə verilmiş imtinada anlaşılmazlıq olmasına kifayət qədər əsaslar göstərsə də, göstərilən əsaslar yenə də cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə olan halda 2022-ci ildə Elm və Təhsil Nazirliyinə qarşı tələbə köçürülməsi barədə imtina məktubunun əsassız hesab edilməsi və tələbənin müvafiq ixtisasa köçürülməsi (transfer) vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsində göstərdiyi əsasların həqiqiliyinin yoxlanılması məqsədilə X3 sorğular göndərilmiş və oradan alınmış cavablar nəticəsində müəyyən edilmişdir ki, o, həqiqətən 2021-ci ildə keçirilmiş qəbul imtahanlarından cəmi 287,6 bal toplamış və bu bal həmin il xxxxnin “Beynəlxalq münasibətlər” fakültəsinin əyani şöbəsinin rus bölməsi üzrə minimal keçid (200 baldan) balından yüksək olmuşdur. Həmçinin məhkəmə tərəfindən o da müəyyən olunmuşdur ki, ##.##.2022-ci il tarixdə tərtib edilmiş "Sosial Elmlər və psixologiya” fakültəsinin "Fəlsəfə” ixtisasının rus bölməsi üzrə akademik transkriptində onun balı (ÜOMG) 90,75 bal təşkil etmişdir. Bakı Inzibati Məhkəməsi onun iddia ərizəsində haqlı olduğu qənaətinə gələrək ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərardad qəbul etmiş və qərardadda iddianın təmin olunması məqsədilə onun xxxxnin “Beynəlxalq münasibətlər” fakültəsinə köçürülməsi barədə məsələyə 1 ay müddətində baxılması Elm və Təhsil Nazirliyinə həvalə edilmişdir. Lakin naməlum səbəblərdən Elm və Təhsil Nazirliyi məhkəmənin müəyyən etdiyi bu 1 ay müddət ərzində hər hansı bir qərar qəbul etməmiş və məhkəmənin qərardadı ilə bağlı Nazirliyin cavabı 4 ay, yəni 2023-cü ilin iyul ayının 31-dək gecikdirilmişdir. ##.##.2023-cü il tarixdə ona Elm və Təhsil Nazirliyindən zəng olunaraq, onun “Beynəlxalq münasibətlər” fakültəsinə köçürülməyinin Nazirlik tərəfindən müsbət qəbul edildiyi, lakin bunun üçün yenidən elektron qaydada qeydiyyatdan keçib müraciət etməli olacağı bildirilmiş və səbəb kimi “Beynəlxalq münasibətlər” fakültəsində 2-ci kursun başa çatması əsas gətirilmişdir. Beləliklə də Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadında göstərilmiş müddət ərzində Nazirlik tərəfindən qərardadda göstərilmiş məsələyə cavab verilməməsi və gecikdirilməsi nəticəsində o, 2-ci kursu Beynəlxalq Münasibətlər ixtisasında oxuya bilməmişdir. 2023-cü il avqust ayında növbəti elektron transfer ərizəsinə əsasən xxxxnin “Beynəlxalq münasibətlər” ixtisasının 3-cü kursunun rus dili bölməsinə köçürülmüşdür. Lakin həmin ixtisasa köçürüldüyünə görə Universitet tərəfindən ona bu ixtisasda oxumadığı 1-ci və 2-ci kurslara görə fərq yaranması və bu fərqlərə görə hər semestr 10 kredit həcmində "Beynəlxalq münasibətlər" ixtisasında 1-ci və 2-ci kurslarda tədris olunan fənləri dinləməli və universitetin hesabına xeyli məbləğdə pul köçürməli olacağı bildirilmişdir. Qeyd edir ki, 1-ci kurs istisna olmaqla, onun “Beynəlxalq münasibətlər” ixtisasının 2-ci kursunda oxumaması ondan asılı olmamışdır. Belə ki, Elm və Təhsil Nazirliyi Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-l(***)- ****/**** saylı qərardadı ilə müəyyən edilmiş müddətdə onu həmin ixtisasın 2-ci kursuna köçürməmişdir. Bu səbəbdən vaxtında “Beynəlxalq münasibətlər” ixtisasının 2-ci kursunda oxuya bilmədiyindən, 2-ci kursa görə 10 fənn üzrə 55 kredit həcmində akademik borcu yaranmışdır. Bu isə o deməkdir ki, ondan asılı olmayan səbəbdən o, əlavə olaraq həmin kredit borcuna görə xxxxnin hesabına xeyli pul vəsaiti ödəyəcək, həmdə təhsilini bir il gec başa vuracaq. Qeyd edir ki, “Beynəlxalq münasibətlər” fakültəsində oxuduğu 3 və 4-cü kurslarda da zərbəçi olmaqla heç bir kəsri olmamışdır. Atası Mehman Neymətzadə xxxxnə ərizə ilə müraciət edərək, qəbulda olmaqla ondan asılı olmayan səbəbdən yaranmış 10 fənn üzrə 55 kredit həcmində akademik borcdan azad olunmasını xahiş etsə də, universitet tərəfindən ona ünvanlanmış ##.##.2024-cü il tarixli cavab məktubunda ərizəsindən imtina edilmişdir. Ona görə də o, ##.##.2024-cü ildə poçt vasitəsilə Elm və Təhsil Nazirliyinə müraciət göndərərək “Beynəlxalq münasibətlər" ixtisasının 2-ci kursunda ondan asılı olmayan səbəbdən oxumamasına görə yaranan akademik borclardan və bu borclara görə ödənişlərdən azad edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Lakin nazirlik tərəfindən bu günə qədər müraciətinə rəsmi cavab verilməmişdir. Cavabdeh Elm və Təhsil Nazirliyinin bu hərəkətsizliyinin səbəbi ondan ibarətdir ki, o, 2022-ci ildə ona qarşı etdiyi haqsızlığı nəticəsində hazırda yaratdığı yuxarıda qeyd etdiyi problemin həllinə cavab tapa bilmir. Cavabdehin onu vaxtında “Beynəlxalq münasibətlər” ixtisasına köçürməməsi nəticəsində onun bir çox problemləri yarana bilər. Belə ki, bu il təhsilini başa vura bilməməsi, ondan asılı olmayan səbəbdən yaranan kəsrlərə görə əlavə ödəniş edəcək olması və magistraturaya imtahan verə bilməyəcək olması onun üçün ciddi problemlər yarada bilər. Bütün bunları düşündükcə o, dərin iztirab və mənəvi sarsıntı keçirir. Əgər cavabdeh onu vaxtında “Beynəlxalq münasibətlər” ixtisasına köçürsəydi indi qeyd edilən problemləri yaranmayacaqdı. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Üçüncü şəxs iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin birinci icraat üzrə gəldiyi nəticə: Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Iddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin birinci icraat üzrə gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin Inzibati kollegiyasının ##.##.2025-ci il tarixli, 2- *(***)-****/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş və iş sonrakı zəruri prosessual hərəkətlərin edilməsi üçün Bakı Inzibati Məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin ikinci icraat: Iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, iddia ərizəsində cavabdeh qismində qeyd etdiyi Elm və Təhsil Nazirliyinin xxxx ilə, üçüncü şəxs qismində qeyd etdiyi xxxxnin Elm və Təhsil Nazirliyi ilə əvəz edilməsini xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iş üzrə əsl olmayan cavabdeh Elm və Təhsil Nazirliyi əsl cavabdeh xxxx ilə əvəz edilmiş həmçinin xxxxnin hazırkı inzibati iş üzrə icraatda üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iş üzrə Elm və Təhsil Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir. Iddiaçı birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Cavabdeh mülahizə təqdim edərək, qeyd etmişdir ki, əgər tələbə birinci kursun sonunda müvafiq ixtisasa köçürülsə idi, onun 6 fənn üzrə (Ingilis dilində işgüzar və akademik kommunikasiya-1, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Iqtisadiyyatın əsasları, Ingilis dilində işgüzar və akademik kommunikasiya-2, Etika, Azərbaycan tarixi) kreditləri tanınacaqdı, 6 fənn üzrə isə (Beynəlxalq münasibətlərə giriş, Diplomatik portretlər, Siyasi coğrafiya, Beynəlxalq institutların formalaşması, Diplomatik protokol, Siyasi fikir tarixi) akademik borcları qalacaqdı. Lakin, ikinci kursun sonunda köçürüldüyünə görə onun 11 fənn üzrə (Ingilis dilində işgüzar və akademik kommunikasiya-1, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Iqtisadiyyatın əsasları, Ingilis dilində işgüzar və akademik kommunikasiya-2, Etika, Azərbaycan tarixi, Müasir informasiya-kommunikasiya texnologiyaları və informasiya təhlükəsizliyi, Multikulturalizmə giriş, Politologiya, Mülki müdafiə, Siyasət nəzəriyyəsi) kreditləri tanınıb, 15 fənn üzrə isə (Beynəlxalq münasibətlərə giriş, Diplomatik portretlər, Siyasi coğrafiya, Beynəlxalq institutların formalaşması, Diplomatik protokol, Siyasi fikir tarixi, Azərbaycan Respublikasının xarici siyasəti, Beynəlxalq münasibətlərdə mədəniyyətin rolu, Ixtisas yörıümlü ingilis dili- 1, Müqayisəli siyasi sistemlər, Yeni dövrdə beynəlxalq münasibətlər, Beynəlxalq iqtisadi münasibətlər, Ixtisas yönümlü ingilis dili- 2, Müasir dünya siyasəti, XX əsrin birinci yarısında beynəlxalq münasibətlər) akademik borcu yaranmışdır. Həmin kreditlərin toplanması üçün tələbəyə şərait yaradılmış, lakin İddiaçı Müqayisəli siyasi sistemlər (##.##.2026-cı il tarixində), Azərbaycan Respublikasının xarici siyasəti (##.##.2026-cı il tarixində) və Yeni dövrdə beynəlxalq münasibətlər (##.##.2026-cı il tarixində) fənləri üzrə imtahanlara fənn üzrə müəyyən edilmiş 26% dərs buraxma limitini aşdığı üçün buraxılmamış, Beynəlxalq münasibətlərdə mədəniyyətin rolu (##.##.2026-cı il tarixində) fənni üzrə giriş 35 və imtahan nəticəsi 12 bal olmaqla cəmi 47 bal toplayaraq minimal keçid balı olan 51 balı toplamadığı üçün kəsilmiş, Diplomatik portretlər (##.##.2026-cı il tarixində) fənni üzrə imtahana gəlməmiş və bu 5 fənn üzrə kreditlərini toplamamışdır. Beynəlxalq münasibətlərə giriş, Siyasi coğrafiya, Beynəlxalq institutların formalaşması, Ixtisas yönümlü xarici dil-1, Ixtisas yönümlü xarici dil-2, Ixtisas yönümlü xarici dil-3, Diplomatik protokol, Siyasi fikir tarixi fənləri üzrə isə altqrup imtahanlarını verərək müvafiq kreditləri toplamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.23.-cü yarımbəndinə əsasən “Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə (Azərbaycan Respublikası Gənclər və Idman Nazirliyinin Kollegiyası tərəfindən idman növləri üzrə təsdiq edilmiş milli yığma komandaların üzvləri olan idmançı-tələbələr istisna olmaqla) həmin fəndən imtahana buraxılmır. Bu hədd ali təhsil müəssisəsi tərəfindən azaldıla bilər”. ## ######## 2025-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum Qərarıda bu Qaydaların Konstitusiyaya uyğunluğunu təsdiq edir. ## #### 2009-cu il tarixli ***-IIIQ nömrəli “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 32.5.1ci və 32.5.1-1-ci maddələrinə əsasən dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək və üzrsüz səbəblərdən dərsdən yayınma hallarına yol verməmək, verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək vəzifələri var. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HISSƏSI Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. IPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Üçüncü şəxs qarşı “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsi barədə müraciəti ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək iddiaçının tələbinin təmin olunması məqsədilə iddiaçı İddiaçı xxxxnin “Fəlsəfə” fakültəsinin rus bölməsinin əyani şöbəsindən həmin universitetin “Beynəlxalq münasibətlər” fakültəsinin rus bölməsinin əyani şöbəsinə köçürülməsi barədə sənədləri məhkəmə qərardadına əlavə etməklə Üçüncü şəxs təqdim edilməsi üçün İddiaçı 15 (on beş) gün, “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 52.1-ci maddəsinə və Inzibati Prosessual Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, qanunda nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi üçün cavabdeh Üçüncü şəxs 30 (otuz) gün müddət təyin edilməsi qərara alınmışdır; Elm və Təhsil Nazirliyi tərəfindən xxxxnə ünvanlanmış ##.##.2023-cü il tarixli, 3- 29/2-****/**** №-li məktubda (surəti) göstərilmişdir ki, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyəsi üzrə təhsil alan bir qrup tələbə ölkənin ali təhsil müəssisələrinə və ya təhsil aldığı ali təhsil müəssisəsində bir ixtisasdan digərinə köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət etmişdir. Müraciət edənlərin sorğuları araşdırılmışdır. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”ın tələbləri ödənildiyi üçün əlavədə adları qeyd olunan tələbələrin rəhbərlik etdiyiniz ali təhsil müəssisəsinə (və ya müəsssisənin filialına) köçürülməsi (ixtisasını dəyişməsinə) Elm və Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilmişdir. Həmin tələbələrin siyahısı xxxxnə göndərilmişdir. Göstərilən Qaydaların 2.9-cu bəndində müəyyən edilmiş sənədləri tələb etməklə həmin Qaydaların 2.13-cü bəndinə uyğun olaraq 5 (beş) iş günü müddətində akademik transkriptlə köçürüldüyü və ya ixtisasını dəyişdiyi ixtisasın tədris planındakı fənlər üzrə kreditləri müqayisə edib uyğun olanları nəzərə almaqla, onların tələbə kontingentinə daxil edilməsi barədə əmrin verilməsi xxxxnin rektoruna həvalə edilmişdir. Qərardadın icrası ilə bağlı cavabdeh Elm və Təhsil Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2023-cü il tarixli, 3-29-61/2-6206/2023 №li məktubda göstərilmişdir ki, Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadının icrası məqsədilə iddiaçı İddiaçı Üçüncü şəxs Kollegiyasının ##.##.2017-ci il tarixli, */* saylı qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar” əsasında 2023/2024-cü tədris ili üzrə keçirilən köçürülmə prosesi zamanı xxxxnin “Beynəlxalq münasibətlər” ixtisasına köçürülmüşdür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”nın 3.2.16-cı yarımbəndinə əsasən, iddiaçının ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü zaman onun Fəlsəfə ixtisasında 11 fənn üzrə əvvəllər qazandığı 46 kredit 2024-cü il ## ###### tarixli *-**-**/*-*T-**/**** nömrəli əmrə əsasən Beynəlxalq münasibətlər ixtisasında nəzərə alınmışdır. Tətbiq edilən hüquq: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 22.3. Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 22.6-1. Ali təhsil müəssisələrində bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) təhsil səviyyələri üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”: 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. Azərbaycan Respublikasında müvafiq qaydada dövlət qeydiyyatına alınmış, fəaliyyətinə lisenziya verilmiş xarici ölkələrin ali təhsil müəssisələri və (və ya) filialları öz ölkələrində mövcud olan tədrisin təşkili qaydalarını həmin təhsil müəssisələrində tətbiq edə bilərlər. 1.3. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan ibarətdir: 1.3.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu planın tərtib edilməsində iştirak etməsi; 1.3.2. ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq, tədris fənlərinin, semestrlər üzrə kreditlərin miqdarının, təhsilverənlərin və akademik məsləhətçilərin (tyutorların) seçiminin sərbəstliyinin təmin edilməsi; 1.3.3. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması; 1.3.4. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması; 1.3.5. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi; 1.3.6. hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşdırılması; 1.3.7. hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi; 1.3.8. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması; 1.3.9. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla); 1.3.10. fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması. 2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan vaxtın ölçü vahididir; 2.1.16. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə müəyyən olunmuş kreditləri qazanan tələbədir; 2.1.17. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən müəyyən olunmuş krediti qazana bilməyən tələbədir. 3.2.2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə, tədrisə tam cəlb olunan (fulltime) tələbəyə 30 (tələbənin prerekvizit fənn və ya fənlərdən akademik borcu qaldığı halda, kreditlərin sayı az ola bilər), tədrisə qismən cəlb olunan (parttime) tələbəyə 20-yə qədər kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir (yay semestri istisna olmaqla). Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir. 3.2.6. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı 70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə bu Qaydaların 3.2.5-ci yarımbəndinin tələbləri gözlənilməklə, ödənişli əsaslarla müvafiq ixtisasların fənnini (fənlərini) seçmək hüququ da verilir. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir. 3.2.7. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir: 3.2.11. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən, ali təhsil müəssisəsi və AMEA ona həm fənn, həm də yüksəkixtisaslı müəllimlərin (vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə) seçilməsində öz təkliflərini verir. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn (fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir. 3.2.14. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə görə fənn üzrə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab olunur. Cari və aralıq qiymətləndirmənin ümumi nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə qeyri-müvəffəq qiymət almış, eləcə də üzrlü və ya üzrsüz səbəbdən imtahanda iştirak etməmiş tələbə bu fəndən kreditləri qazanmır, yəni həmin fənn üzrə akademik borcu qalır. Cari və aralıq qiymətləndirmənin nəticələrinə, habelə aralıq qiymətləndirmənin nəticəsinə görə, eləcə də üzrsüz səbəbdən imtahanda iştirak etmədiyinə görə akademik borcu yaranmış tələbəyə həmin fənn (fənlər) üzrə təkrar imtahan vermək (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) və ya fənni (fənləri) yenidən dinləmək üçün şərait yaradılmalıdır. Bu halda fənni (fənləri) yenidən dinləmədən kreditləri qazanmaq istəyən tələbə bu imkandan təhsil proqramı ilə müəyyən olunmuş müddətdə həmin fənn (fənlər) tədris olunduğu semestrdə (akademik borcu yaranan semestrdə imtahan sessiyasından sonra növbəti semestr başlayanadək və ya növbəti semestrlərdən birində imtahan sessiyası zamanı) istifadə edə bilər. Tələbə (üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr istisna olmaqla) hər semestrdə fənni (fənləri) dinləmədən ümumilikdə iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) imtahanda iştirak edə bilər. Üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə isə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır. Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınır və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunur. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir. Bu halda təhsil haqqının ödənilməsi bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həyata keçirilir. 3.2.16. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu, akademik məzuniyyətdən qayıtdığı və təkrar ali təhsil aldığı hallarda, onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.15-ci yarımbəndinin tələblərinə uyğun olaraq nəzərə alınır. Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı akademik borcun yaranmasını məhkəmə qərardadının vaxtında icra edilməməsi ilə əlaqələndirsə də, nəzərə almamışdır ki, mövcud normativ-hüquqi tənzimləmələr ona həmin borcun aradan qaldırılması üçün alternativ hüquqi mexanizmlər təqdim etmişdir. Iddiaçının “Fəlsəfə” ixtisasında qazandığı kreditlərin tanınması təmin edildiyi halda, onun imtahan vermədiyi və ya müvafiq dərslərdə iştirak etmədiyi fənlər üzrə akademik borcun birbaşa ləğv edilməsini tələb etməsi qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Iddiaçı tələbinin faktiki əsası kimi onun “Fəlsəfə” ixtisasından “Beynəlxalq münasibətlər” ixtisasına köçürülməsi ilə bağlı Bakı Inzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-****/**** saylı qərardadının üçüncü şəxs tərəfindən vaxtında və lazımi qaydada icra edilməməsini göstərmişdir və məhz bu halın akademik borcun yaranmasına səbəb olduğunu iddia etmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı birinci kursun sonunda müvafiq ixtisasa köçürülsə idi belə onun 6 fənn üzrə akademik borcları qalacaqdı. Hazırkı günə də birinci kursdan 6 kredit həcmində akademik borcu qalır. Ikinci kursdan isə 49 kredit həcmində akademik borcu yaranmışdır, onun 22-sini versə də, 27 kredit həcmində akademik borcu qalmaqdadır. O da nəzərə alınmalıdır ki, iddiaçının ikinci kursun sonunda köçürülməsi ilə, “Fəlsəfə” ixtisasında ikinci kursda 5 fənn üzrə topladığı kreditlər də nəzərə alınmışdır. Nəticədə ümumilikdə 11 fənn üzrə kreditləri tanınmışdır. Halbuki, birinci kursun sonunda köçürülsəydi 2-ci kursda həmin 5 fənn üzrə kreditləri də toplamalı olacaqdı. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının gec köçürülməsi, özlüyündə akademik borcların silinməsini şərtləndirə bilməz. Necə ki, iddiaçının vaxtında köçürülməsi birmənalı olaraq 2-ci kurs üzrə həmin kreditləri toplayacağı nəticəsini yaratmır. Ona görə ki, iddiaçının birinci kursdan hələ də qalan akademik borcları var ki, bunun gec köçürülməyə aidiyyəti yoxdu. Odur ki, məhz qeyd edilən səbəbdən onun imtahan vermədiyi, müvafiq dərslərdə iştirak etmədiyi və mənimsəmədiyi fənlər üzrə akademik borcun birbaşa ləğv edilməsi qanunvericiliyə uyğun olmamaqla yanaşı, ədalətli də deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTICƏVI HISSƏ Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-247/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-247/2026
29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver