Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-248/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X6 cavabdeh Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyətinə qarşı “mənzilin verilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (növbədənkənar mənzillə təmin olunma, öz arzusi ilə ehtiyyata buraxılma) Hakimlər Ismayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Iddiaçı X6 iştirakı ilə, Iddiaçı X6 cavabdeh Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyətinə qarşı “mənzilin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *- *(***)-*****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları Iddiaçı Azərbaycan Resublikası Dövlət Sərhəd Xidmətinin 955 ş/h nömrəli, ##.##.2019-cu il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.9-cu maddəsinə əsasən (öz arsusu ilə) Azərbaycan Resublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bakı şəhər Nərimanov Rayon Icra Hakimiyyəti başçısının ##.##.2020-ci il tarixli ** nömrəli Sərəncamından görünür ki, ehtiyata buraxılmış hərbi qulluqçu X5 ailə tərkibi 5 nəfər (özü, arvadı, 2 qızı, oğlu) olmaqla yaşayış yeri üzrə Nərimanov RIH-də mənzil növbəsinə götürülmüş, güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin olunacaq ailələrin və ehtiyata buraxılmış hərbi qulluqçuların siyahısına daxil edilmişdir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı X6 cavabdeh Bakı şəhəri Nərimanov rayon Icra Hakimiyyətinə qarşı “mənzilin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində 25 təqvim ili həqiqi hərbi xidmət keçmişdir. ##.##.2019-cu il tarixdə öz arzusu ilə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Nərimanov Rayon Icra Hakimiyyətinin başçısının ** №li, ##.##.2020-ci il tarixli sərəncamı ilə 5 nəfər ailə üzvləri ilə güzəştli şərtlərlə yaşayış yeri üzrə mənzil növbəsinə qəbul edilmişdir. Hazırda kirayədə yaşayır. ##.##.2023-cü il tarixdən müvəqqəti mənzilin kirayəsi üçün ona ödənilən pul kompensasiyası dayandırılmışdır. Iddiaçı mənzillə təmin olunması barədə cavabdehə müraciət etsə də, cavabdeh onun müraciəti üzrə rəsmi cavab verməmişdir. Iddiaçı hesab edir ki, bu əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazının əsaslandırması: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Nərimanov RIH başçısının ##.##.2020-ci il tarixli, ** nömrəli Sərəncamı ilə ehtiyata buraxılmış hərbi qulluqçu statusunda mənzil növbəsinə götürülmüş və onun ailəsinə müvəqqəti mənzilin kirayəsi xərcləri ödənilmişdir. Mənzil-uçot işinə əlavə edilmiş Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nərimanov Rayon Idarəsinin ##.##.2019-cu il tarixli, *** nömrəli arayışına əsasən İddiaçı ##.##.1998-ci ildən ##.##.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etmiş və AR MNin müvafiq əmrinə əsasən Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 41.0.9-cu maddəsinin “e” bəndinə əsasən ##.##.2019-cu ildən ehtiyata buraxılmışdır. Sonradan İddiaçı mənzil-uçot işi təftiş edilərkən sözügedən Əsasnamənin 41.0.9-cu maddəsinin “e” bəndi ilə yəni öz arzusu ilə ehtiyata və ya istefaya buraxılmanın və Azərbaycan Respublikası Nazirlər Kabinetinin # ###### 2012- ci il tarixli, *** nömrəli Qərarının 1-ci bəndinin tələbləri ona şamil olunmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7ci hissələrinin, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2012-ci il tarixli, *** nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair ##.##.2022-ci il tarxli Qərardadında ifadə edilən hüquqi mövqeyi nəzətə alınaraq, müvəqqəti mənzilin kirayəsi üçün kompensasiya məbləğinin ödənilməsinin dayandırılmışdır. Qeyd edilən xüsusatlarla əlaqəli, mübahisə predmeti İddiaçı tərəfindən məhkəmə müstəvisinə çıxarılmış və Bakı inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.****-cü il tarixli Qərarı ilə iddia tələbi təmin edilməmişdir Məhkəmə aktından iddiaçının apellyasiya qaydasında verdiyi şikayət təmin edilməmiş və Bakı Apellyasiya Məkhəməsinin Inzibati Kollegiyasının ##.##.****-cü il tarixli, *-*(***)-****/**** nömrəli Qərarı ilə 1ci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Iddiaçının yaşayış sahəsi ilə təmin olunması hissəsində münasibətə gəldikdə qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi hallarda yolveriləndir. Hüquq mübahisələrinin bütün mərhələrində iddianın mümkünlüyü məsələləri yoxlanılmalıdır. Belə ki, iddianın əsaslığının araşdırılması üçün ilkin şərt onun mümkün olmasıdır. Hazırki halda iddianın əsas və ilkin mümkünlük şərtlərindən biri inzibati orqan tərəfindən iddiaçının hüquq və azadlıqlarının pozulmasının əsaslandırılmasıdır. Yəni qanunverici orqan yalnız bu halda iddiaçıya hüquqi müdafiə vasitəsi olaraq inzibati aktın qəbul edilməsi üçün (məhkəməyə iddia qaldırmaq hüququ verir), yəni iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun publik hüquq sahəsində qüvvədə olan qanunvericilikdən irəli gəlməsidir. Mübahisə predmeti barədə iddaçı ##.##.****-cü il tarixli, 5- 14/1-D-19-068/**** qeydiyyat nömrəli ərizə ilə Nərimanov RIH-ə müraciət etmiş və ona tərəfimizdən 27.01,2025-ci il tarixli, 5- **/*-D-***/**** nömrəli məktubla müvafiq qaydada məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi təmin edilməmişdir. Iddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Iddiaçı apellyasiya şikayətində “Hərbi qulluqçuların statusu haqqında” qanunun normalarına istinad etməklə iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası IPM-in 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Qanun:
1. Hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Hərbi təhsil müəssisələrinin ailəli kursantları ailə yataqxanalarında yerləşdirilir, belə yataqxanalar olmadıqda isə onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Müvəqqəti mənzilin kirayəsi üçün ödənilən kompensasiyanın məbləği hərbi qulluqçular (hərbi təhsil müəssisələrinin ailəli kursantları) üçün ayda iyirmi səkkiz manatdan, onların hər bir ailə üzvü üçün isə həmin məbləğin əlli faizindən az olmayaraq müəyyən edilir. Hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) üçün yaşayış sahələrinin, o cümlədən xidməti mənzillərin tikintisi bu məqsədlər üçün hər il dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir.
2. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, Rlər və Rları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Maddə 26. Hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti
1. Dövlət orqanları, müəssisələri, idarələri, təşkilatları, vəzifəli şəxslər, hərbi idarəetmə orqanlarının komandirləri (rəisləri) öz səlahiyyətləri və vəzifələri daxilində hərbi qulluqçuların statusunu təmin edirlər. Hərbi qulluqçuların hüquqlarının və qanuni mənafeyinin həyata keçirilməsi sahəsində vəzifələrini icra etməməkdə və ya lazımınca icra etməməkdə təqsirli olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq surətdə məsuliyyət daşıyırlar.
2. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Onlara qarşı qanunsuz hərəkətlər nəticəsində yaşayış sahəsindən məhrum edilmiş hərbi qulluqçulara bir ay müddətində əvvəlki yaşayış sahələri qaytarılır və ya üç aydan gec olmayaraq bərabər dəyərli abad yaşayış sahəsi növbədənkənar verilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 56.1. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara yaşayış sahələri bu Məcəllənin 56.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, növbəlik qaydasına əsasən onların uçota alınma tarixi nəzərə alınmaqla verilir. 56.2.Sosial kirayə müqaviləsinə əsasən növbədənkənar yaşayış sahələri aşağıdakılara verilir: 56.2.1. yaşayış sahələri qanunla nəzərdə tutulmuş qaydada yaşamaq üçün yararsız və təmir və ya bərpa edilə bilinməyən hesab edilmiş vətəndaşlara; 56.2.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, təhsil müəssisələrində və digər müəssisələrdə, o cümlədən sosial xidmət müəssisələrində, ögey ailələrdə, ailə tipli uşaq evlərində qalma müddətləri başa çatmış, üzərində himayəçiliyə (qəyyumluğa) xitam verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidməti başa çatmış və ya penitensiar müəssisələrindən qayıtmış valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar sırasından olan şəxslərə; 56.2.3. bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşlara. Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1983-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın 1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçota götürülməsi və dövlət, ictimai mənzil fondu evlərində yaşayış sahələri verilməsi ictimai nəzarət altında həyata keçirilir. Qaydaların 25-ci maddəsində qeyd olunmuşdur ki, 25. Yaşayış sahəsi aşağıdakılara növbədənkənar verilir: a) təbii fəlakət nəticəsində mənzili yaşayış üçün yararsız hala düşmüş vətəndaşlara; b) Bütün tipdən olan təhsil müəssisələrini bitirən, əhaliyə sosial xidmət müəssisələrindən və Azərbaycan Respublikasının Silahlı qüvvələri sıralarından buraxılan, azadlıqdan məhrumedilmə müəssisələrindən azad olunan, əvvəllər mənzil sahəsi olmayan, yaxud əvvəllər yaşamış olduqları mənzil sahəsinə köçmək mümkün olmadıqda, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, onların arasından olan şəxslərə, qəyyumluqda (himayədə) olan uşaqlara; v) aspiranturanı, klinik ordinaturanı, ali, orta ixtisas, texniki peşə məktəblərini və digər tədris müəssisələrini bitirən və təyinat əsasında başqa yerə köçməklə əlaqədar olan işə göndərilən şəxslərə; q) qanunsuz məhkum edilmiş və sonralar təmizə çıxarılmış vətəndaşlara — əvvəlki yaşayış sahəsini qaytarmaq mümkün olmadıqda; d) SSR Ittifaqı və Azərbaycan SSR qanunvericiliyində nəzərdə tutulmuş başqa hallarda; e) İ qrup əlillərə və əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə; ə) ədliyyə orqanlarının penitensiar və tibb xidmətlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan və ya yeni xidmət yerinə göndərilən əməkdaşlarına.
Inzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Ilk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməklə nail olmaq istədiyi məqsəd onun Bakı şəhər Nərimanov Rayon Icra Hakimiyyətinin ##.##.2020-ci il tarixli sərəncamına əsasən mənzil növbəsinə götürülməsi ilə əlaqədar mənzillə təmin olunmasına nail olmaqdır. Iddiaçı tələbində “növbədənkənar mənzillə təmin edilmə” ifadəsini birbaşa göstərməsə də, sərəncama əsaslanmaqla dərhal mənzillə təmin olunmaq arzusu mahiyyət etibarilə onun növbədənkənar təminata iddia etdiyini ifadə edir. Iddiaçı tərəfindən verilən apellyasiya şikayətində i “Hərbi qulluqçuların statusu haqqında” Qanunun normaları sadalanmış və iddianın əsaslı olduğu bildirılmişdir. Məhkəmə tərkibi birinci instansiyasının gəldiyi nəticə ilə razılaşır və onu təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi apellyasiya şikayətinə münasibətdə qeyd etməyi məqsədəmüvafiq hesab edir ki, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının da apellyasiya şikayətində istinad etdiyi “Hərbi qulluqçuların statusu haqqında” Qanunun, həmçinin Mənzil Məcəlləsinin tələblərinə görə, vətəndaşların növbədənkənar qaydada mənzillə təmin olunmaları müvafiq əsaslar olduğu halda mümkündür ki, qüvvədə olan qanunvericilik bu əsasların mövcudluğunun imperativ qaydada nəzərdə tutmuşdur. Iş materiallarından isə görünür ki, iddiaçının ehtiyata buraxılması hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar müəyyən olunmuş əlillik əsasında həyata keçirilməmişdir. Iddiaçı öz arzusu ilə ehtiyyata buraxılmışdır. Bu səbəbdən iddiaçı qeyd edilən norma baxımından növbədənkənar mənzil təminatı hüququna malik deyil. Bundan əlavə, iddiaçının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 26-cı maddəsinin tələbləri çərçivəsində də növbədənkənar qaydada mənzillə təmin edilə biləcəyi hallar mövcud deyil. Adıçəkilən maddəyə əsasən hərbi qulluqçuya qarşı qanunsuz hərəkətlər nəticəsində yaşayış sahəsindən məhrum edilmiş şəxslərə əvvəlki yaşayış sahəsi bir ay müddətində qaytarılmalı və ya üç aydan gec olmayaraq bərabərdəyərli abad yaşayış sahəsi növbədənkənar verilməlidir. Lakin işmateriallarından belə bir qanunsuzluğun mövcudluğu və iddiaçının yaşayış sahəsindən qanunsuz şəkildə məhrum edilməsi halı müəyyən edilməmişdir. Bu baxımdan iddiaçı həmin maddənin təsiri dairəsinə də düşmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və IPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-*****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.