Məhkəmə qərarları › İş №2-1(3-6)-2489/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2489/2026

13.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2489/2026 13.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Ceyhun Bəşir oğlundan (sədrlik edən), Nəbizadə Nigar Xeyrulla qızından və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı ##.##.2019-cu il tarixli *******AAE*N saylı tibbi göndəriş əsasında hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1(103)- ****/**** saylı qərarından verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. İddiaçı ##.##.2026-cı il tarixdə ərizə ilə müraciət edərək əlilliyin ##.##.2019-cu il tarixdən təyin edildiyi halda, əlilliyə görə ödənişin ancaq 21 ay dövr üzrə aparılmasına əsas gətirməklə, məhkəmə qərarına izah verilməsini xahiş edir. Eyni zamanda, iddiaçı ##.##.2026-cı il tarixdə ərizə ilə müraciət edərək məhkəmə qərarında əlilliyin müddətsiz olması barədə qeydin olmamasına əsaslanmaqla, məhkəmə qərarına izah verilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə məhkəmə qərarına izah verilməsi barədə ərizələr rədd edilmiş, iddiaçı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi” barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarının icra icraatına xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizələrin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti ərizəyə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə İcra haqqında Qanunun 20.1.5-ci maddəsinə əsaslanaraq icraatın bitməsini əsas gətirmişdir. Lakin cavabdeh orqanın məhkəmə qərarının nəticə hissəsini birtərəfli şərh edərək vətəndaşın qanuni hüquqlarını (müddətsiz status və tam dövr üçün ödəniş) məhdudlaşdırması qərarın mahiyyətinə ziddir. Qərar formal yox, real icra olunmalıdır. Məhkəmə qərarının icra forması qeyri-müəyyənlik yaratdığı üçün MPM-nin 230.3-cü maddəsinə ƏsasƏn izah verilməsi üçün tam hüquqi şərait mövcud olmuşdur. Eyni zamanda iddiaçının xəstəlikləri (K26 - Onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşən qanaxmalarla; K92.2 - Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması; D50.9 - Dəqiqləşdirilməmiş dəmir defısitli anemiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli və ## ### 2022-ci il tarixli *** nömrəli qərarları ilə təsdiq edilmiş meyarlara Əsasən müddətsiz əlillik təyinini birbaşa şərtləndirir. Məhkəmənin "əsas qərarda müddətsiz ifadəsinin ayrıca yazılmaması qərarın qeyrimüəyyənliyi kimi qiymətləndirilə bilməz" yanaşması səhvdir. Çünki cavabdeh məhz bu boşluqdan istifadə edərək qanunvericiliyin tələbini pozur və statusu müddətli icra edir. II. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən, qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir. Göründüyü kimi, qanunvericilik zərurət olduqda qərara onun məzmununu dəyişmədən izah verilməsi qaydasını nəzərdə tutmuşdur. Lakin qanunun mənasına görə belə izah aktın məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, qeyri-müəyyən və anlaşılmayan olsun. Eyni zamanda qərarın (qətnamənin) izah olunmasına yalnız o halda yol verilir ki, həmin qərar icra edilməmiş olsun. Bu onunla əlaqədardır ki, qərar məhz onun icrasını təmin etmək üçün izah olunur və qərar icra edildikdən sonra onun izah olunması qərarın icrasına qədərki və ondan sonraki vəziyyəti dəyişmir. Şərh olunan maddəni tətbiq edərkən nəzərə almaq lazımdır ki, bu maddədə qərarın icra edilməməsi dedikdə onun tam icra edilməməsi başa düşülməlidir. Odur ki, qərarın qismən icra edilməsi onun icra edilməmiş hissəsində izah olunmasını istisna etmir. Kollegiya iddiaçının məhkəmə qərarının “əlilliyə görə pensiya ödənişinin düzgün aparılmaması” məsələsinə münasibətdə verdiyi ərizə ilə bağlı bildirir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarı ilə iddia təmin edilərkən, iddiaçıya ##.##.2019-cu il tarixli, *******AAE*N nömrəli tibbi göndəriş əsasında hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Göründüyü kimi, həmin məhkəmə qərarı ilə tərəflər arasında yaranmış mübahisənin predmeti məhz iddiaçıya əlilliyin təyin olunması məsələsi olmuşdur. Halbuki, əlillik müəyyən edildikdən sonra pensiya təyin edən səlahiyyətli orqanla əlilliyə görə pensiya ödənişlərinin hesablanması və ya ödənilməsi ilə bağlı yarana biləcək hüquq münasibətləri ayrıca inzibati mübahisə təşkil etdiyindən iddiaçı pensiya ödənişlərinin düzgün hesablanmaması və ya həyata keçirilməməsi ilə bağlı əvvəlcə aidiyyəti inzibati orqana müraciət etmək, həmin müraciətin təmin edilmədiyi və ya qanunvericiliklə müəyyən edilmiş müddətdə cavablandırılmadığı halda isə müvafiq qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. Həmçinin məhkəmə kollegiyası iddiaçının əlilliyin müddətsiz xarakter daşımalı olduğu və məhkəmə qərarında bununla bağlı hər hansı qeyd edilməməsinə münasibətdə verdiyi ərizə ilə bağlı bildirir ki, iddiaçıya əlilliyin məhz ##.##.2019-cu il tarixli, *******AAE*N nömrəli tibbi göndəriş əsasında təyin olunması müəyyən edilmişdir. Həmin tibbi göndərişin məzmunundan görünür ki, əlilliyin təyininə əsas olan xəstəliklər “K26 – Onikibarmaq bağırsağın xorası, tez-tez kəskinləşən qanaxmalarla; K92.2 – Dəqiqləşdirilməmiş mədə-bağırsaq qanaxması, onikibarmaq bağırsaq qanaxması; D50.9 – Dəqiqləşdirilməmiş dəmir defisitli anemiya” diaqnozları olmuşdur. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qərarında (7ci vərəqə) tibbi göndərişdə göstərilən diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, yuxarıda qeyd edilən bəndinə əsasən ona əlilliyin təyinatına əsas verməsi qeyd edilmişdir. Lakin həmin qərarın nəticə hissəsində İddiaçı əlilliyin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli yoxsa ## ### 2022-ci il tarixli *** nömrəli qərarı təsdiq edilmiş Əsasnamənin əsasında təyin edilməsi barədə hər hansı bir qeyd mövcud deyil. Belə ki, İddiaçı əlilliyin təyin edilməsindən 2019-cu il tarixli imtina Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli, *** nömrəli qərarının qüvvədə olduğu, həmin diaqnoz üzrə təyin edilmiş əlillik isə ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin qüvvədə olduğu 2025-ci ilə təsadüf etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci bəndinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir . İş materilllarına əlavə edilmiş sənədlərdən məlum olur ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli qərarı ## ###### 2025-ci ildə icraaya yönəldilmiş və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən icra edilmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** saylı ## ###### 2024-cü il tarixli qərarında İddiaçı verdiyi iddia tələbinə uyğun əlilliyin Nazirlər Kabinetinin 413 və ya *** nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamə əsasında təyin edilməsi göstərilmədiyi halda həmin qərara iddiaçının hazırki, istəyinə uyğun izah verilməsi Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş ## ###### 2024-cü il tarixli qərarın məzmununun dəyişdirilməsinə səbəb ola bilər. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, məhkəmə qərarı artıq icra edildiyindən birinci instansiya məhkəməsi özünün qanuni qüvvəyə minmiş qərarına izah verməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-**/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar