Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-249/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və Fərid İlham oğlu Mədətlidən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər üçüncü şəxs1 və üçüncü şəxs2 işə cəlb edilməklə “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçı cavabdeh Cavabdeh * saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, ünvan 5 3 ünvanında yerləşən *** nömrəli (Yeni qaydalarla: ünvan 2) mənzilə dair ##.##.2023-cü il tarixində üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırda yaşadığı və mübahisələndirdiyi Bakı şəhəri, ünvan 5 3, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi, 74, m 11, mənzil 3) verilməsinə dair üçüncü şəxs olan atası üçüncü şəxs1 adına Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının ## ###### 2006-cı il tarixli, ****** nömrəli order verilmişdir. Order verilən zaman onun 11 yaşı olmuşdur. Verilmiş orderdə ailə tərkibi olaraq iki nəfər, o və atası üçüncü şəxs1 adı yazılmışdır. Hazırda mübahisəli mənzildə mənzil tikib təhvil veriləndən sonra o və anası yaşayır. Mənzildə anası əvvəldən təmir etdirib birlikdə yaşayırlar, eyni zamanda, bütün ödənişlər də anası tərəfindən həyata keçirilmişdir. Lakin üçüncü şəxs olan atası üçüncü şəxs1 mübahisəli mənzildə yaşamır, heç vaxtda yaşamayıb. Qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ gözlənilən (payı olan) və artıq yetkinlik yaşına çatmasına baxmayaraq üçüncü şəxs üçüncü şəxs1 Bakı şəhəri, ünvan 5 3, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi 74, m 11, m3) razılığı olmadan (28 yaşı olan zaman) və payı müəyyən olunmadan qanunsuz olaraq və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təkbaşına öz adına ##.##.2023-cü il tarixində dövlət qeydiyyatına aldırmış və adına çıxarış verilmişdir. Bu barədə məlumatı isə o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən məhkəmə bildirişi gələn zaman xəbərdar olmuşdur. Belə ki, bu zaman ona məlum olmuşdur ki, mübahisələndirilən mənzil hazırda üçüncü şəxs olan bibisi X1 adınadır. Bu səbəbdən də, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində iddia qaldıraraq onu və anasını mənzildən çıxarmaq istəyir. ** saylı Vəkil Bürosuna cavabdeh tərəfindən verilən sorğuya cavab olaraq məlum olmuşdur ki, Bakı şəhəri, ünvan 5 3, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi 74, m11, m 3) ##.##.2023-cü il tarixində üçüncü şəxs1 adına qeydiyyata alınmış, Bakı şəhəri ** saylı notariat kontorunun ##.##.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən ##.##.2023-cü il tarixində üçüncü şəxs2 qzının adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Bu barədə məlumatları aldıqdan sonra o, cavabdehə ərizə ilə müraciət edərək Bakı şəhəri, ünvan 5 3, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi, 74, m 11, mənzil 3) ##.##.2023cü il tarixində üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Lakin cavabdeh ərizəsinə imtina edərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bildiyi və bu hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahələrin məhkəmə qaydasına həll edilməsi bildirilmişdir. Yuxarıda qeyd edilənləri və təqdim edilən sənədləri nəzərə alaraq hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə hüquqları pozulduğundan Bakı şəhəri, ünvan 5 3, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi, 74, m 11, mənzil 3) 17.08.20.23-cü il tarixində üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarış ləğv edilməlidir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi 11, mənzil 197, giriş 3 (Yeni qaydalarla: AZ 1070, ünvan 3) ünvanında yerləşən daşınmaz əmlaka dair ##.##.2023-cü il tarixdə üçüncü şəxs1 adına aparılmış qeydiyyatın ləğv edilməsi ilə bağlı 2430132868 daxil olma nömrəli, ##.##.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və ##.##.2024-cü il, ************ saylı məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, Xarici dairəvi yolu, ev 11, giriş 3, mənzil 197 (yeni qaydalarla: AZ 1070, ünvan 1) ünvanı “xxxx” MİK-in idarə heyətinin üzvlərinin ##.##.2020-ci il tarixli protokoldan çıxarışına və ** nömrəli ##.##.2023-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2023-cü il tarixdə üçüncü şəxs1 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri ** saylı notariat kontorunun 4Ə-**** reyestr nömrəli ##.##.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən ##.##.2023-cü il tarixdə üçüncü şəxs2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə, yəni mübahisəli mənzilin üçüncü şəxs üçüncü şəxs1 dövlət və ya ictimai mənzil fondundan ayrılmaması, sözügedən mənzil sahəsi üzərində hüquqları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən (bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır) əldə etməməsi və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmədiyini, eyni zamanda da 3cü şəxs üçüncü şəxs1 sözügedən kooperativ yaşayış binasından yaşayış sahəsini dəyərini tam şəkildə ödəməklə əldə etməsi və onun sözügedən yaşayış sahəsi üzərində hüquqları cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarına (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasən qeydiyyata alındığını və sözügedən maddənin tələblərində kooperativ yaşayış binasında olan yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı ərizəçi ilə birlikdə yaşayan hər hansı bir şəxslərin razılığının alınması nəzərdə tutulmadığı qənaətinə gəlməsi ilə razılaşmır və hesab edir ki, aşağıdakı əsaslarla qərar ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialından da açıq şəkildə görsənir ki, Bakı şəhəri, ünvan 5 3, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu. Dairəvi küçəsi 74, m 11, m 3) dair üçüncü şəxsin adına Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının ## ###### 2006-cı il tarixli. ****** nömrəli order verilmişdir. Order verilən zaman iddiaçının 11 yaşı olmuşdur. Verilmiş orderdə ailə tərkibi olaraq iki nəfər, iddiaçı və atası üçüncü şəxs1 adı yazılmışdır. Hazırda mübahisəli mənzildə mənzil tikilib təhvil veriləndən sonra bugünə kimi iddiaçı və anası yaşayır. Mənzili də iddiaçının anası əvvəlindən təmir etdirib birlikdə yaşayırlar, eyni zamanda, bütün ödənişlər də anası tərəfindən həyata keçirilmişdir. Lakin üçüncü şəxs olan atası üçüncü şəxs1 mübahisəli mənzildə yaşamır, heç vaxt da yaşamamışdır. Qanunvericiliyə uyğun olaraq mülkiyyət hüququ gözlənilən (payı olan) və digər hüquqları yaranmış və artıq yetkinlik yaşına çatmasına baxmayaraq üçüncü şəxs üçüncü şəxs1 Bakı şəhəri,. ünvan 5 3, mənzil 197 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Dairəvi küçəsi 74, m 11, m 3) razılığı olmadan (28 yaşı olan zaman) və payı (və digər hüquqları istifadə və s.) müəyyən olunmadan qanunsuz olaraq Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təkbaşına öz adına ##.##.2023-cü il tarixində dövlət qeydiyyatına aldırmış və adına çıxarış verilmişdir. Hesab edir ki, orderdə adının elə üçüncü şəxsin ərizəsi ilə ailə tərkibi olaraq salınması və onun faktiki olaraq həmin mənzildə yaşamağı ona hüquqi nəticələr yaradan münasibətlər yaratmışdır ki, bunlar nəzərə alınaraq razılıq ərizəsi tələb edilməli idi. Apellyasiya şikayətinə qarşı etiraz: 3-cü şəxs üçüncü şəxs1 tərəfində verilmiş apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq, iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna uyğun olaraq maddi normaları düzgün tətbiq etmişdir, belə ki, mübahisəli mənzilin özəlləşdirilməsində cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir, kooperativ mənzilin özəlləşdirilməsi zamanı iddiaçının ailə üzvü kimi razılığının alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.6-cı maddəsində nəzərdə tutulmamışdır və mübahisəli mənzilin 3-cü şəxs üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat qanuni və əsaslı olduğu qənaətinə gəlməklə inzibati iş üzrə düzgün qərar qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslər: Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdirlər. İddiaçı dəftərxana vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü səbəbləri barədə sübutları təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakları olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırkı iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə Kollegiyası ilk öncə aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); ... - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. - 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyriyaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. - 113.2-ci maddəsinə əsasən Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənziltikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: - 8.0.6-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas verən sənədlər sırasında mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) da nəzərdə tutulmuşdur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. ##.##.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 4-cü madddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (* №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslərin ərizəsi. - və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (* №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İşin faktiki hallarından görünür ki, “xxxx” MTK üzvlərinin ** nömrəli, ## ##### 2006cı il tarixli ümumi iclasından çıxarışa əsasən iddiaçının atası, hazırki iş üzrə üçüncü şəxs üçüncü şəxs1 kooperativə üzv qəbul olunmaqla onun MTK-nın Bakı şəhəri, Kənar dairəvi küçəsi, ev 11, giriş 3, mərtəbə 11, yaşayış sahəsi 59.5 kv.m olan 2 otaqlı, *** nömrəli mənzilinin payçısı olması təsdiq edilmişdir. “xxxx” MTK tərəfindən verilmiş *** nömrəli, ##.##.2006-cı il tarixli maliyyə arayışına əsasən o, sözügedən kooperativ yaşayış binasında yerləşən mənzilin pay dəyərini tam şəkildə ödəmiş və MTK-ya borcu olmamışdır. Bundan sonra, Bakı şəhər İcra Hakimiyyəti başçısının ##.##.2006-cı il tarixli, *** nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının ##.##.2006-cı il tarixli, 7 B nömrəli protokolu (orderlərin verilməsi barədə) təsdiq edilmiş və həmin mənzilə dair “xxxx” MTKnın üzvü üçüncü şəxs1 order verilmişdir. Sözügedən sənədlər əsasında cavabdeh tərəfindən sonuncunun mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan üçüncü şəxs üçüncü şəxs1 bağışlama müqaviləsi əsasında sözügedən mənzili digər üçüncü şəxs üçüncü şəxs2 bağışlamışdır. İddiaçının hazırda iddia tələbinin və apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, ##.##.1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sözügedən mənzilin atasının adına özəlləşdirilməsi zamanı onun razılığı alınmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, cavabdehin imtinasını əsaslı hesab edərək aşağıdakı iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirir: - Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, Xarici Dairəvi yolu, ev 11, mənzil 197, giriş 3 (Yeni qaydalarla: AZ1070, ünvan 2) ünvanında yerləşən ümumi sahəsi 58 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ ilə ##.##.2023-cü il qeydiyyat tarixi, 1123177285 qeydiyyat nömrəsi ilə üçüncü şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən Bakı şəhər İcra Hakimiyyəti tərəfindən *-**/*-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli məktubla Bakı şəhər İcra Hakimiyyəti başçısının *** nömrəli, ##.##.2006-cı il tarixli sərəncamından arxiv çıxarışı, həmçinin Bakı şəhər Mənzil Kooperativ İdarəsi tərəfindən verilən ****** nömrəli, ##.##.2006-cı il tarixli orderin və həmin orderə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki: - Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında Mənzil məsələləri üzrə ictimai komissiyanın yığıncağının ##.##.2006-cı il tarixli, *B nömrəli protokolu (orderlərin verilməsi barədə) təsdiq edilmiş, “xxxx” MTK üzvü üçüncü şəxs1 order verilmişdir. Bakı şəhər Mənzil Kooperativ İdarəsi tərəfindən verilən ##.##.2006-cı il tarixli, ****** nömrəli orderə əsasən Kənar dairəvi küçəsi, ev 11, mənzil 197, giriş 3 ünvanında, 11-ci mərtəbədə yerləşən, 2 otaqlı, 59.5 kv.m olan mənzil 2 nəfər ailə tərkibi (özü - üçüncü şəxs1B və qızı - İddiaçıK) üçüncü şəxs1 məxsusdur. - “xxxx” MTK tərəfindən verilmiş *** nömrəli, ##.##.2006-cı il tarixli maliyyə arayışına əsasən Bakı şəhəri, Yeni Yasamal – 2, Kənar Dairəvi küçəsi, ev ** saylı ünvanda yerləşən kooperativ yaşayış binası “xxxx” MTK-ya məxsusdur. Bu binanın 3 giriş, 11-ci mərtəbəsində, yaşayış sahəsi 59.5 kv.m olan, 2 otaqlı, *** saylı mənzilin pay dəyəri üçüncü şəxs1 tərəfindən tam ödənilmişdir. MTK-ya borcu yoxdur. - “xxxx” MTK üzvlərinin ümumi iclasının ** nömrəli, ## ##### 2006-cı il tarixli ümumi iclasından çıxarışa əsasən üçüncü şəxs1 kooperativə üzv qəbul olunmaqla onun MTK-nın Bakı şəhəri, Kənar dairəvi küçəsi, ev 11, giriş 3, mərtəbə 11, yaşayış sahəsi 59.5 kv.m olan 2 otaqlı, *** nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. - Birinci instansiya məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən 3- **-*- **/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubla Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivi, ev 11, 197, giriş 3 (yeni qaydalarla; ünvan 3) ünvanına dair sənədlərin təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilmişdir. İşin faktiki hallarından da aydın olduğu kimi, mübahisəli mənzil üçüncü şəxs üçüncü şəxs1 dövlət və ya ictimai mənzil fondundan ayrılmamış, o, həmin mənzil sahəsi üzərində hüquqları Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən əldə etməmiş, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının ## ###### 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 3-cü şəxs üçüncü şəxs1 sözügedən kooperativ yaşayış binasından yaşayış sahəsini dəyərini tam şəkildə ödəməklə əldə etmiş və onun həmin yaşayış sahəsi üzərində hüquqları cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən (mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarına (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasən qeydiyyata alınmışdır və sözügedən maddənin tələblərində kooperativ yaşayış binasında olan yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması zamanı ərizəçi ilə birlikdə yaşayan hər hansı bir şəxslərin razılığının alınması nəzərdə tutulmamışdır. Beləliklə, yuxarıda istinad olunan qanunvericilik normalarından göründüyü kimi, hüququn qeydə alınması zamanı cavabdeh inzibati orqan tərəfindən inzibati icraat aparılarkən qanunvericiliyin tələbləri pozulmamış, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Son olaraq məhkəmə kollegiyası belə bir nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin mübahisəli mənzil sahəsinə dair 3-cü şəxs üçüncü şəxs1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın qanuni və əsaslı olmasına dair gəldiyi qənaət düzgün olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Fərid Mədətli Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-249/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-249/2026
08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver