Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-250/2026 17.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı ş, Yasamal r, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin çıxarış və ona əlavə edilmiş texniki pasportda qeyd edilən sahə (99,9 kv.m) üzrə yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı ş, Yasamal r, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ona əlavə edilmiş texniki pasportda 99,9 kv.m ölçüdə qeyd edilən ümumi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi Cavabdehnə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1991/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş məhkəməyə qaytarıldıqdan sonra Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə cavabdeh inzibati orqana göndərilmişdir. Lakin, cavabdeh məhkəmə qərarının icrasının mümkünsüz olduğunu bildirmiş və bunu onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilin əlavə artırması çıxarışda və qərarda qeyd olunmayan sahə 37,84 kv.m hissəsi çıxarışda göstərilmiş və qərarda qeyd etdiyiniz 99,9 kv.m ölçüdə qeyd edilən hissənin birləşməsindədir. Həmçinin çıxarışda və qərarda qeyd olunmayan əlavə sahənin 37,84 kv.m çıxarışda göstərilmiş və qərarda qeyd etdiyiniz 99,9 kv.m sahəyə bitişik olmaqla tərkib hissəsidir. Belə olan halda Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin ümumi sahəsi 137,74 kv.m olduğu təqdirdə çıxarışda göstərilmiş və qərarda qeyd etdiyiniz 99,9 kv.m ölçüdə qeyd edilən hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi, əlavə o sahəyə bitişik olan 37,84 kv.m hissəsinin yaşayış sahəsi kimi saxlanılması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyətləri haqqında əsasnamənin tələblərinə ziddir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı ümumi sahəsi 137,74 kv.m mənzilinin məhkəmə qərarında göstərilməmiş əlavə 37,84 kv.m hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə məhkəmə qərarı təqdim etdiyi təqdirdə ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi icra ediləcəkdir. Yuxarıda qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin çıxarış üzrə 99.9 kv.m olduğu, faktiki sahəsi isə 137,74 kv.m olması, əlavə 37,84 kv.m hissəsinin qərarla keçirilmədyi səbəbi ilə) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə icrası mümkün deyildir. İddiaçının nümayəndəsi (vəkili) məhkəməyə ərizə təqdim edərək məhkəmə qərarının icrasının təmin olunmadığını, bu səbəbdən də cərimə tətbiq edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı, xx.xx.2025-ci iltarixli qərardadı ilə Cavabdeh 1000 (min) manat miqdarında cərimə edilməsi və həmin qurumdan tutulan cərimənin dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin qeyd edilən qərardadı qanunvericiliyə zidd olaraq, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından əsassızdır və buna görə də ləğv edilməlidir. Baki İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin ümumi sahəsi həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ona əlavə edilmiş texniki pasportda 99,9 kv.metrdir. Eyni zamanda bildirirlər ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 65 saylı evin 1 saylı mənzili yenidən ölçülmüş və məlum olmuşdur ki, həmin mənzilin ümumi sahəsi 137,74 kv.m-dir.( Cavabdeh Layihə-Smeta Bürosu tərəfindən 18 dekabr 2024-cü il tarixdə tərtib edilmiş arayış və mənzilin planı 06 yanvar 2025-ci il tarixli məktuba əlavə qoşma ilə təqdim edilmişdir) Belə ki, Cavabdeh üzərinə 99,9 kv.m ölçüdə qeyd edilən ümumi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi qoyulduğu halda həmin mənzilin faktiki ölçüsü 137,74 kv.m-dir. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilin əlavə artırması çıxarışda və qərarda qeyd olunmayan sahə 37,84 kv.m hissəsi çıxarışda göstərilmiş və qərarda qeyd edilən 99,9 kv.m ölçüdə olan hissənin birləşməsindədir. Həmçinin çıxarışda və qərarda qeyd olunmayan əlavə sahənin 37,84 kv.m çıxarışda göstərilmiş və qərarda qeyd edilən 99,9 kv.m sahəyə bitişik olmaqla tərkib hissəsidir. Belə olan halda Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin ümumi sahəsi 137,74 kv.m olduğu təqdirdə çıxarışda göstərilmiş və qərarda qeyd edilən 99,9 kv.m ölçüdə olan hissənin qeyri-yaşayış sahəsinə keçirilməsi, o, sahəyə əlavə bitişik olan 37,84 kv.m hissəsinin yaşayış sahəsi kimi saxlanılması Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə ziddir. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı ümumi sahəsi 137,74 kv.m mənzilinin məhkəmə qərarında göstərilməmiş əlavə 37,84 kv.m hissəsinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə məhkəmə qərarı təqdim etdiyi təqdirdə ona məxsus yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi icra ediləcəkdir. Yuxarıda qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının (Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin çıxarış üzrə 99.9 kv.m olduğu, faktiki sahəsi isə 137,74 kv.m olması, əlavə 37,84 kv.m hissəsinin qərarla keçirilmədyi səbəbi ilə) yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə icrası mümkün deyildir. Eyni zamanda, onu da qeyd etmək istərdik ki, məhkəmə qərarının icrası ilə əlaqədar tələblərin yerinə yetirilməməsinə görə Rayon İcra Hakimiyyətini inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki halları hərtərəfli araşdırılmalı, bundan əvvəl Rayon İcra Hakimiyyətinə bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsi, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmaması məsələsinə, eləcə də əməlin məhz qərəzli olaraq törədilib- törədilməməsinə və digər mühüm hallara xüsusi diqqət yetirilməlidir.Lakin 1-ci instansiya məhkəməsi bu hallara əhəmiyyət verməmişdir. Məhkəmə icraatının tərəfləri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, cavabdehin cərimə olunmasına yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, hazırki iş üzrə Baki İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 nömrəli xx.xx.2023cü il tarixli qərarından görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilinin ümumi sahəsi həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və ona əlavə edilmiş texniki pasportda 99,9 kv.metrdir. Eyni zamanda cavabdeh bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 65 saylı evin 1 saylı mənzili yenidən ölçülmüş və məlum olmuşdur ki, həmin mənzilin ümumi sahəsi 137,74 kv.m-dir. Cavabdeh bunu təsdiq edən sübut olaraq Cavabdeh Layihə-Smeta Bürosu tərəfindən 18 dekabr 2024-cü il tarixdə tərtib edilmiş arayış və mənzilin planı 06 yanvar 2025-ci il tarixli məktuba əlavə qoşma ilə təqdim edilmiş sənədlərə istinad edir. Göründüyü kimi, Cavabdeh üzərinə 99,9 kv.m ölçüdə qeyd edilən ümumi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi öhdəliyi qoyulduğu halda həmin mənzilin faktiki ölçüsü 137,74 kv.m olduğu bildirilir. Həmçinin, bildirilir ki, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 65 saylı evin 1 saylı mənzilin əlavə artırılmış çıxarışda və qərarda qeyd olunmayan 37,84 kv.m sahə, çıxarışda göstərilmiş və qərarda qeyd edilən 99,9 kv.m ölçüdə olan hissənin birləşməsindədir. Həmçinin çıxarışda və qərarda qeyd olunmayan əlavə 37,84 kv.m sahə, çıxarışda göstərilmiş və qərarda qeyd edilən 99,9 kv.m sahəyə bitişik olmaqla tərkib hissəsidir.Bu isə icranı mümkünsüz edir. Məhkəmə Kollegiyası qeyd edir ki, Baki İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı qüvvəyə mindikdən sonra iddiaçının qərarın icra olunması ilə bağlı hüququndan sui-istifadə hallarına gətirib çıxaran faktiki qanunsuz 37,84 kv.m qeyriyaşayış sahəsi yaratması, qanunsuz 37,84 kv.m qeyri-yaşayış sahəsinin qərarda qeyd edilən 99,9 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinə birləşik olmaqla istismarı təhlükəsizlik normalarının tələbinə uyğun olub-olmaması, daha dəqiq desək 99,9 kv.m ölçüdə olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə verilməsi nəzərdə tutulan sərəncama əsaslanaraq 99,9 kv.m ölçüdə olan qeyri-yaşayış sahəsinə birləşik qanunsuz 37,84 kv.m qeyri-yaşayış sahəsi də daxil olmaqla bütün sahənin qeyri-yaşayı sahəsi kimi istismar olunmasının istər hüquqi, istərsə də təhlükəlilik baxımından mümkünlüyü birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılaraq hüquqi qiymət verilmədən cavabdehin cərimə olunması barədə qərar qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş bu qərardadda göstərilən halların birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılaraq hüquqi qiymət verilməklə cavabdehin cərimə olunmasına yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-399/2023 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. İş bu qərardadda göstərilən halların birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılaraq hüquqi qiymət verilməklə cavabdehin cərimə olunmasına yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad qəbul edildiyi vaxtdan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(3-6)-250/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-250/2026
17.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver