Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2528/2026 11.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı "torpaq sahəsinə dair cizginin verilməsi" tələbi barədə inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Bakı Şəhəri Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, Abşeron Rayon XDS Icraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli */*** nömrəli məktubuna, Sovxoz əmək kollektivi şurasının ##.##.1990-cı il tarixli protokolunun qərarına və ##.##.1990-cı il tarixli Sovxoz həmkarlar komitəsi iclasının protokoluna əsasən * nömrəli əmrlə ona fərdi yaşayış evi tikmək üçün ayrılmış 0,10 ha-dan ibarət torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib olunaraq təsdiq edilib verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə verərək, Bakı Inzibati Məhkəməsinin göstərilən qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Cavabdeh həmin ərizədə bildirmişdir ki, məhkəmənin qərarı ##.##.2026-cı ildə məktubla icra olunması üçün cavabdehə göndərilmişdir. Məhkəmənin elektron sistemində texniki problemlər olduğundan məhkəmə qərarının sistemə əlavə edilib-edilmədiyini və ya hansı tarixdə əlavə edildiyini müəyyən etmək imkan xaricindədir. Belə ki, elektron məhkəmə sistemində bildirişlər oxunduqdan sonra məlumat yoxa çıxır. Hazırda isə məhkəmə qərarının elektron məhkəmə sisteminə əlavə olunması barədə məlumat mövcud deyil. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, müddətin bərpası barədə ərizənin təmin edilməsi və apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərardadından apellyasiya şikayəti qərardadın elan olunduğu gündən 10 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. "Elektron məhkəmə" informasiya sistemində olan məlumatlardan müəyyən edilmişdir ki, Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı Bakı Şəhəri Cavabdeh həmin sistemdə yaradılmış elektron kabinetinə ##.##.2026-cı ildə saat 16.46da yerləşdirilmiş və eyni vaxtda həmin sistem vasitəsilə "elektron ünvan 1" elektron poçt ünvanına "*-*(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026 tarixli qərar elektron kabinetdə yerləşdirildi" məzmunlu məlumat çatdırılmışdır. Cavabdeh apellyasiya şikayətini ##.##.2026-cı ildən başlayaraq 30 gün müddətində verə biləcəyi halda, həmin müddət buraxıldıqdan sonra ##.##.2026-cı ildə vermişdir. Cavabdehin ərizəsindən və əvvəlki məhkəmə iclası zamanı onun nümayəndəsinin verdiyi izahatdan görünür ki, apellyasiya şikayəti verilməsi müddətini buraxdığını inkar etmir. Cavabdeh bunun üzrlü səbəblərdən baş verdiyini bildirir və aşağıdakı iki səbəbə istinad edir: 1) Məhkəmənin elektron sistemində texniki problemlər olduğundan məhkəmə qərarının sistemə əlavə edilib-edilmədiyini və ya hansı tarixdə əlavə edildiyini müəyyən etmək imkan xaricindədir, 2) "Elektron məhkəmə" sistemində bildirişlər oxunduqdan sonra məlumat yoxa çıxır və hazırda məhkəmə qərarının elektron məhkəmə sisteminə əlavə olunması barədə məlumat mövcud deyil. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə cavabdehə təklif edilmişdir ki, prosessual müddətin buraxılmasının səbəblərinin üzrlü olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etsin, lakin cavabdeh məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, cavabdehin istinad etdiyi dəlillərin yoxlanılması məqsədilə Bakı Apellyasiya Məhkəməsi tərəfindən aşağıdakı məlumatın əldə edlməsi üçün Azərbaycan Respublikası Məhkəmə-X5 sorğu edilmişdir: - *-*(***)-*****/**** nömrəli iş üzrə Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarının elektron kabinetə yerləşdirilməsi haqqında Bakı Şəhəri Cavabdeh çatdırılmış bildirişin oxunduqdan sonra yoxa çıxıb-çıxmaması barədə, - Hazırda bildirişin elektron sistemdə mövcud olub-olmaması barədə. Azərbaycan Respublikası Məhkəmə-X7 ##.##.2026-cı il tarixli cavabında göstərilmişdir ki, ##.##.2026-cı il tarixli qərar cavabdeh Bakı Şəhəri Cavabdeh elektron kabinetinə ##.##.2026-cı ildə yerləşdirilmiş və həmin tarixdə də bu barədə bildiriş göndərilmişdir. Həmçinin, qeyd olunan bildiriş hazırda cavabdehin elektron kabinetində mövcuddur. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin ərizədə göstərdiyi səbəblər üzrlü sayıla və müddətin bərpasına əsas verə bilməz. Ona görə də müddətin bərpası barədə cavabdehin ərizəsi təmin edilməməli, onun apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi haqqında cavabdeh Bakı Şəhəri Cavabdeh ərizəsi təmin edilməsin. Həmin qərardan cavabdeh Bakı Şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2528/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2528/2026
11.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver