Məhkəmə qərarları › İş №2-1(3-6)-260/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-260/2026

05.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-260/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: X13 (sədrlik edən və məruzəçi), X10 və X14 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili X4 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR * saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında, “A” (111.5 kv.m) tikilisinin hüquq subyektlərinin tikiliyə münasibətdə cavabdeh tərəfindən qeydə alınmış mülkiyyət hüquqlarının AR Mülki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən itirilmiş hüquqlar hesab edilməsi; ünvanda mövcud olan (salamat qalan) yeganə “B” (118.4 kv.m) tikilisinin hüquq subyektinin hüquqi varisi iddiaçı İddiaçı Mülki Məcəllənin 150.1-ci maddəsinə əsasən maraqlı şəxs kimi qəbul edilməsi və onun ərizəsi əsasında 2019-cu ildə məhv edilmiş (tamamilə) “A” (111.5 kv.m) tikilisinin (1900 ildə inşa edilmiş) qeydiyyat yazısının DƏDR-dən ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestrində Təbriz küçəsi ev 34 ünvanlı daşınmaz əmlaka dair reyestr qeydlərinin dürüstlüyünün, həqiqətə uyğunluğunun, mötəbərliyinin təmin edilməsi, Təbriz küçəsi ev 34 ünvanlı fərdi yaşayış evinə məxsus olan həyətyanı torpaq sahəsinin tam hissəsi -0.0528 ha üzərində ünvandakı yeganə “B” (118.4 kv.m) tikilisinin yeganə hüquq subyekti olmuş A.M.Mövlamovun hüquq varislərinin (İddiaçı və Qurbanova S.A.) mülkiyyət hüquqları, İdarənin arxivində saxlanılan ünvana dair 1961-ci il tarixli Texniki Pasport əsasında, Mülki Məcəllənin 139- 1.1.8-ci , “DƏDR haqqında” Qanunun 8.0.8-ci maddələri, *** saylı (##.##.2015) Fərmanla təsdiq edilmiş sənədlərin siyahısının 2.4-cü bəndi tətbiq edilməklə, DƏDR-də dövlət qeydiyyatına alınması və çıxarışların tərtib olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı bir neçə dəfə (sonuncu dəfə ##.##.2025-ci il tarixli ərizə) məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizələr təqdim edərək, məhkəmədən DƏDKR * saylı Bakı Ərazi İdarəsinə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında, “A” (111.5 kv.m) literli tikilinin, aşağıda adları qeyd edilən 6(altı) nəfərdən ibarət olan mülkiyyətçillərinin:

1. X6, 16/32 hissədən 2. X1 8/32 hissədən , 3. X3 5/286 hissədən (nənəmindir onun adı qarşısındakı pay hissəsi, qızı (bibim) X7 üçüçn, Məcburi pay olaraq, açıq saxlanılmışdır. N.X15 nə də onun hüquqi vatrisi (Ramazanov Fuad ) həmin məcburi payı qəbul etməmişlər 4. Mövlanov /Rövşən Allahverdi oğlu 13/256 hissədən 5. İbrahimova Gültəkin Murtuza qızı-38/256 hissədən 6. X2-1/32 hissədən ibarət olan mülkiyyət hüquqlarının Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 203.1-ci maddəsinin ikinci yarımcümləsinə əsasən itirlimiş hüquqlar olaraq tanınması vəzifəsinin həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanlı 111,5 kv. metrdən ibarət “A” tikilisi ##.##.2019-cu il tarixində tamamilə məhv edilmişdir. Ünvanda yalnız mülkiyyət hüququ bütövlükdə mərhum atası X17 məxsus -olan ümumi sahəsi 118,4 kv. metr, yaşayış sahəsi 64,4 kv. metr olan 4 otaqlı 118,4 kv. metrdən ibarət “B” tikilisi 1972-1984cü illər ərzində, hissə -hissə olmaqla babası və atası tərəfindən inşa edilmişdir. Tikili Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin *** saylı ##.##.1996-cı il tarixli Sərəncamı ilə qanuniləşdirilmiş (qanuni tikinti statusu almış), RİH-nin digər ** saylı ##.##.2016-cı il tarixli sərəncamı ilə atası A.Mövlamovun adına olmaqla ölçüləri dəqiqləşdirilmişdir. Sərəncam 2023-cü ildə icra olunaraq Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqi qeydə alınmış, ##.##.2023-cü il tarixdə Çıxarış tərtib olunmuşdur. Cavabdehin Etirazında göstəriımişdir ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2- *(***)-****/**** saylı sərəncamının icrası ilə əlaqədar bildirilər ki, iddiaçı İddiaçı ünvan 2 ünvanında fərdi yaşayış evinə məxsus olan 0.0528 ha torpaq sahəsinin üzərində A.M.Mövlamovun hüquqi varislərinin (İddiaçıA, Qurbanova S.A) mülkiyyət hüquqları İdarənin arxivində saxlanılan texniki pasporta əsasən dövlət qeydiyyatına alınması barədə vəzifəsinin cavabdeh * saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ##.##.2025-ci il tarixdə 2530127341 nömrəsi ilə İdarəyə müraciət etmiş və ona məktubla ətraflı cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Odur ki, payçıların razılıq ərizəsi əsasında qeydiyyata alınmış hüququn ləğv edilməsi məsələsinə qanunamüvafiq qaydada baxıla bilər. Bundan başqa, İdarənin mütəxəssisləri tərəfindən ##.##.2025-ci il tarixində ünvana texniki baxış keçirilərkən sənəd üzrə 552.8 kv.m qeyd edilən torpaq sahəsinin faktiki göstərilən hissəsinin 295.8 kv.m təşkil etdiyi müəyyən edilmiş, müvafiq daşınmaz əmlaka baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə tam şərait yaradılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin nizamnaməsinin 3.1.16-cı maddəsinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işləri aparılmalı və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlanması təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeyd olunanlara əsasən məhkəmədən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

Apellyasiya şikayəti iddia ərizəsi ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

Tərəflərin izahatları

Məhkəmə Kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə icraatının digər iştirakçısı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, habelə işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən X17 verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanda istifadədə olan 0,029638 ha torpaq sahəsində yerləşən 229,90 kv. metrdən ibarət fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə aşağıda adları qeyd olunan şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır: İbrahimavo Güntəkin Murtuza qızı - “A” tikilisindən 38/256 hissə. X5 - “A” tikilisindən 16/32 hissə. X3 - “A” tikilisindən 5/256 hissə. X8 - “A” tikilisindən 1/32 hissə. X1 - “A” tikilisindən 8/32 hissə. X17 - “A” tikilisindən 13/256 hissə. * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində ##.##.2023-cü il tarixdə tərtib olunmuş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən müəyyən olunur ki, ##.##.2022-ci il tarixdə ölmüş X17 vərəsələri İddiaçı və Qurbanova İlahə Allahverdi qızıdır və onların hər biri miras əmlakdan (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanda yerləşən 229,90 kv. metrdən ibarət fərdi yaşayış evindən “A” tikilisindən 13/256 hissə və “B” tikilisi) ½ irs almalıdırlar. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətinə cavabdeh DƏDKR * saylı Bakı Ərazi İdarəsinin ##.##.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən inventarlaşdırma işləri aparılan zaman “A” və “V” tikililərinin söküldüyü müəyyən olunmuşdur. Bundan əlavə müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır. Odur ki, sökülmüş tikililərin qeydiyyatının ləğvi və müraciətdə qeyd olunan məsələlərlə bağlı digər payçıların notariat qaydasında təsdiq edilmiş razılıq ərizələrinin təqdim edilməsi məqsədə uyğundur. Beləliklə, iddia ərizəsindən və digər iş materiallarından, habelə məhkəmə Kollegiyasının əvvəlki iclasında iddiaçının özünün, sonuncu iclasda isə iddiaçının vəkilinin izahatından müəyyən olunmuşdur ki, iddiaçının hüquqi marağı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 ünvanında, “A” (111.5 kv.m) literli tikilinin, yuxarıda adları qeyd edilən 6(altı) nəfərdən ibarət olan mülkiyyətçillərinin müvafiq hissədə mülkiyyət hüquqlarının Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 203.1-ci maddəsinin ikinci yarımcümləsinə əsasən itirlimiş hüquqlar olaraq tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasından ibarətdir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. ...... 18.1. Məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. 18.2. Daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. İş materiallarından müəyyən olunur ki, iddiaçının mülkiyyətçilərin qeydiyyatının ləğv olunmasını xahiş etdiyi mübahisəli fərdi yaşayış evi (“A” tikilisi) daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alınmışdır və həmin tikili sökülmüsdür. İddiaçı məhz Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 203.1-ci maddəsinin ikinci yarımcümləsinə əsasən mülkiyyətçilərin məhv olmuş tikiliyə hüquqlarının itirlimiş hüquqlar olaraq tanınması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. (Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Mülki Məcəllənin 203.1-ci maddəsi). Məhkəmə Kollegiyası diqqətə çəkir ki, Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 203.1-ci maddəsi həmin Məcəllənin - § 4. “Mülkiyyət hüququnun itirilməsi bölməsi” nin “Mülkiyyət hüququnun itirilməsi növləri” nin sadalandığı 203.-cü maddəsində nəzərdə tutulmuşdur. Qeyd olunduğu kimi, həmin maddədə mülkiyyət hüququnun itirilməsi növlərindən biri də 203.1-ci maddədə təsbit olunmuş “Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilməsi”dir. Lakin Mülki Məcəllənin 203.1-ci maddəsində qeyd olunan mülkiyyət hüququ itirilməsinə əsas olan hal baş verdikdə isə Məcəllənin 150.1-ci maddəsinə əsasən tam məhv olmuş və bunun nəticəsində onun hər cür hüquqi mənasını itirmiş qeydiyyatının ləğvini maraqlı şəxs məhkəmə qaydasında tələb edə bilər (əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. Mülki Məcəllənin 150.1-ci maddəsi ). Göründüyü kimi, hazırkı halda iddiaçı məhz Azərbaycan Respubilkası Mülki Məcəlləsinin 203.1-ci maddəsinin ikinci yarımcümləsinə əsasən mülkiyyətçilərin məhv olmuş tikiliyə hüquqlarının itirlimiş hüquqlar olaraq tanınması vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında da iddiaçı, sonuncu iclasda isə vəkili iddia tələbini olduğu kimi müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ##.##.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.” Göründüyü kimi, iddiaçılarının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. Məhkəmə bu konteksdə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi ilə razılaşır ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması istisna olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” ##.##.2015-ci il tarixli * nömrəli Qərarının 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında,məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırıldığını və həmin dəlillərə yuxarıda hüquqi qiymət verildiyini nəzərə alan məhkəmə Kollegiyası prosessual qənaət prinsipindən çıxış edərək şikayətin dəlilləri üzrə təkrar hüquqi qiymətləndirmə aparmağa lüzum görmür. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsininə əsasən: Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 81.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə inzibati məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar