Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-263/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı İddiaçı ## ###### 1962-ci il təvəllüdlüdür.
2. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək 57 yaşına çatmış və 3 uşaq anası olaraq müavinətin təyin edilməsini xahiş etmişdir.
3. Cavabdehin # #### 2025-ci il tarixli *-**-*/*-H-******/**** nömrəli qərarı ilə iddiaçı İddiaçı barəsində sosial ödənişlərin təyin edilməsindən imtina olunması haqqında Qərar qəbul edilmişdir. Qərar onunla əsaslandıırlmışdır ki, Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş dövriyyə haqqında arayışa əsasən sözügedən vətəndaşın ##.##.2008-##.##.2020ci il tarixlərdə aktiv vergi ödəyicisi və ##.##.2023-cü il tarixdə isə aktiv əmək müqaviləsi olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən vətəndaş 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən sosial müavinət hüququnu itirmişdir.
4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ## #### 2025-ci il tarixli imtina məktubuna əsasən iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-Qanun) 1.0.2-ci maddəsinin ##.##.2020-ci il tarixinədək qüvvədə olan tələblərinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarıdır. Qanunun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün ##.##.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinət yaşı tamam olduğu zaman (##.##.2019-cu il tarixində) aktiv vergi ödəyicisi olduğu üçün (##.##.2008-ci il tarixindən ##.##.2020-ci il tarixinədək) və ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək əmək müqaviləsi qüvvədə olduğundan 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, 57 yaşına çatmış qadın ara müavinətin təyin edilməsi mümkün hesab edilmir. Qadınların pensiya yaş həddi ##.##.2025-ci il tarixindən 63 yaş 6 ay müəyyən edildiyindən və beş və daha çox uşağı olmadığından hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 57 yaşına çatmış və 3 uşaq anası olaraq müavinət təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ## ###### 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. ## ### 1983-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan ## ######## 1985-ci ildə Orxan, ## ###### 1986-cı ildə Elxan və ## ### 1991-ci ildə Əlibəy adlı üç uşaqları anadan olmuşdur. ## ###### 2019-cu ildə 57 yaşı tamamlanmışdır. Hazırda 57 yaşına çatmış qadın olaraq müavinət təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakim müraciətindən qanunsuz və əsassız olaraq imtina edilmişdir. İmtinanın əsası olaraq 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinət yaşı tamam olduğu zaman, yəni ## ###### 2019-cu il tarixdə aktiv vergi ödəyicisi olduğu və ## #### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək əmək müqaviləsinin qüvvədə olduğu, həmçinin qadınların pensiya yaş həddinin ## #### 2025-ci il tarixdən 64 yaş 6 ay müəyyən edilməsi, 5 və daha çox uşağı olmadığından hazırda qüvvədə olan qanunvericiliyin tələbləri göstərilmişdir. 3 uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinət almaq hüququnun yarandığı vaxt, yəni ## ###### 2019-cu ildə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən müavinət ala bilərdi. Cavabdehin istinad etmiş olduğu qanunvericiliyin sonradan, yəni ## #### 2025-ci il tarixdə dəyişməsi iddiaçıya münasibətdə geriyə tətbiq edilməsi konstitusion hüququnu pozur.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək ona “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının # ###### 2006-cı il tarixli, **-IIIQ nömrəli Qanununun (bundan sonra - Qanun) 1.0.2-ci maddəsinin köhnə redaksiyasına əsasən ona sosial müavinət təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının ##.##.2008-ci il tarixindən ##.##.2020-ci il tarixədək aktiv vergi ödəyicisi olduğundan ona müvafiq sosial müavinətin təyinindən imtina etmişdir. Buna səbəb isə sosial müavinətlərinin əmək qabiliyyəti olmayan şəxslərə təyin edilməsidir, iddiaçı isə qeyd edilən dövrlərdə qanunvericiliyin tələblərinə uyğun şəkildə əmək qabiliyyətli şəxs hesab olunur. Bundan narazı qalan iddiaçı İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Qanunun 1.0.2-ci maddəsinin 01.01,2020-ci il tarixinədək olan redkasiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər sırasında aşağıdakılar göstərilmişdir: 1. əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar; 2. 62 yaşına çatmış qadınlar; 3. 67 yaşına çatmış kişilər; 4. 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar;
5. ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar. İddiaçının təyin edilməsini iddia etdiyi sosial müavinət üçün tələb olunan kateqoriya dördüncü bənddə nəzərdə tutulmuşdur. Nəzərinizə çatdıraq ki, iddiaçının istədiyi sosial müavinət növü yaşa görə sosial müavinətdir. Həmin müavinəti almaq üçün Qanunun 7.0.2ci maddəsində bildirilmişdir ki, yaşa görə sosial müavinət o halda təyin edilir ki, əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmasın və işləməsin. İddiaçının 57 yaşı ##.##.2019-cu il tarixində, yəni ##.##.2020-ci il tarixinədək tamamlanır. Lakin iddiaçının işləməsinə dair faktiki əsaslar da aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Xidmət) Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinin *-**-*-*/*-H-****-**/**** nömrəli, # #### 2025ci il tarixli məktubundan məlum olur ki, iddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi ##.##.2008-ci il tarixindən ##.##.2020-ci il tarixinədək qeydiyyatda olmuşdur. Bununla yanaşı, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin *-**-*-*/*-H-****-**/**** nömrəli, # #### 2025- ci il tarixli məktubunda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının ##.##.2008-ci il tarixindən ##.##.2020-ci il tarixinədək 1030 manat dövriyyəsi olmuşdur. Bununla yanaşı iş materiallarında olan və yuxarıda adı çəkilmiş # #### 2025-ci il tarixli məktubun qoşmasında iddiaçının VÖEN-i bərpa etmək üçün 2.#.##.2018-ci il tarixində müraciət etdiyi də görünür. Sadalanan faktlardan və normativ bazadan da aydın olduğu kimi iddiaçı ##.##.2019-cu ildə əmək qabiliyyətli şəxs kimi işləmişdir. Buna uyğun olaraq iddiaçıya həmin dövr üzrə ona yaşa görə sosial müavinət etmək qeyri-mümkündür. İddiaçının sahibkarlıq fəaliyyətini yekunlaşdırdığı ##.##.2020-ci il tarixinə münasibətdə qeyd edək ki, artıq bu kateqoriya şəxslərin 57 yaşının tamam olmasına görə sosial müavinət alması istisna edilmişdir. Hazırda isə qadınların pensiya yaş həddi ##.##.2025-ci il tarixindən 64 yaş 6 ay müəyyən edildiyindən və onun beş və daha çox uşağı olmadığından iddiaçıya hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
8. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
9. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğun əsaslandırılmış və əlavə olara bildirilmişdir ki, cavabdehin istinad etmiş olduğu qanunvericiliyin sonradan, yəni ## #### 2025-ci il tarixdə dəyişməsi ona münasibətdə geriyə tətbiq edilməsi onun konstitusion hüququnu pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsi ilə tənzimlənir. Həmin Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Həmin Qanunun 88.1-ci maddəsinə əsasən Normativ hüquqi aktlar Azərbaycan Respublikasının bütün ərazisində məcburi qüvvəyə malikdir. Halbuki qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Göründüyü kimi yeni qanunvericiliyin cavabdeh tərəfindən geriyə tətbiq edilməsi tamamilə qanunsuzdur.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək apellyasiya şikayətinin təmin olunmaması xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının 57 yaşı ##.##.2019-cu il tarixində, yəni ##.##.2020-ci il tarixinədək tamamlanır. Lakin iddiaçının işləməsinə dair faktiki əsaslar da aşkar edilmişdir, iş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra - Xidmət) Bakı şəhəri X2 və Uçotun təşkili Baş İdarəsinin *-**-*-*/*-H-****-**/**** nömrəli, # #### 2025ci il tarixli məktubundan məlum olur ki, iddiaçı ********** nömrəli VÖEN ilə vergi ödəyicisi kimi ##.##.2008-ci il tarixdən ##.##.2020-ci il tarixədək qeydiyyatda olmuşdur. Bununla yanaşı, Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin *-**-*-*/*-H-****-**/**** nömrəli, # #### 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən iddiaçının ##.##.2008-ci il tarixdən ##.##.2020-ci il tarixinədək 1030 manat dövriyyəsi olmuşdur. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının ##.##.1992-cı ıl tarixli, *** nömrəli Qanununun birinci maddəsində sahibkarlıq fəaliyyətinə anlayış verilərkən qeyd edilir: sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- ***/**** nömrəli ##.##.2024-cü il tarixli qərarının 42-ci bəndində qeyd ediənlərdən aydın olur ki, aktiv VÖEN-inin olması, yəni şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onun müavinətinin dayandırılması üçün əsasdır: "...Cavabdeh iddiaçının həmin dövrdə aktiv vergi ödəyicisi kimi qeydiyyatda olmasına görə müavinəti dayandırmışdır. Odur ki, növbəti apellyasiya baxışı zamanı iddiaçının ##.##.2018-ci il tarixdən ##.##.2021 -ci il tarixədək aktiv vergi ödəyicisi olub olmaması, sahibkarlıq fəaliyyəti ilə məşğul olması aydınlaşdırılmalıdır." Aydın olduğu kimi şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması mənfəət əldə edibetməməsindən asılı olmayaraq mənfəət əldə etmək məqsədilə bu cür fəaliyyətlə məşğul olmaısıdır. Hər hansı işlə məşğul olmağın formalarından biri də əmək müqaviləsindən savayı sahibkarlıq fəaliyyətidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi tutma obyekti vergilərin müəyyən edilməsi şərtlərindən biridir. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Həmin Məcəllənin 16.1.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vəzifələrindən biri də onun VÖEN almasıdır. 34-cü maddədə isə qeyd edilir ki, vergi ödəyicisi vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına məlumat verməlidir. Bununla yanaşı iş materiallarında olan və yuxarıda adı çəkilmiş # #### 2025-ci il tarixli məktubun qoşmasında iddiaçının VÖEN-İ bərpa etmək üçün 2#.##.2018-ci il tarixində müraciət etdiyi də görünür. Sadalanan faktlardan və normativ bazadan da aydın olduğu kimi iddiaçı ##.##.2019-cu ildə əmək qabiliyyətli şəxs kimi işləmişdir. Buna uyğun olaraq iddiaçıya həmin dövr üzrə ona yaşa görə sosial müavinət etmək qeyri-mümkündür, iddiaçının sahibkarlıq fəaliyyətini yekunlaşdırdığı ##.##.2020-ci il tarixinə münasibətdə qeyd edək ki, artıq bu kateqoriya şəxslərin 57 yaşının tamam olmasına görə sosial müavinət alması istisna edilmişdir. Hazırda isə qadınların pensiya yaş həddi 01,07.2025-ci il tarixindən 64 yaş 6 ay müəyyən edildiyindən və onun beş və daha çox uşağı olmadığından iddiaçıya hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarda aşağıdakıları qeyd etmişdir: “Yuxanda qeyd edilən maddələrin məzmunundan aydın olur ki, şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. Lakin məhkəmə araşdırması zamani müəyyən olunmuşdur ki, iddiaçının vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotu mövcud olmuş, həmin dövrdə dövriyyəsinin olduğunu müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı ## #### 2008-ci il tarixdən ## #### 2020-ci il tarixədək VÖEN ilə vergi ödəyicisi kimi qeydiyyatda olmuşdur. Bu fakt Dövlət Vergi Xidmətinin Bakı şəhəri X1 və Uçotun Təşili Baş İdarəsinin 0# #### 2025-ci il tarixli məktubu ilə sabit olunmuşdur. Bunda əlavə Bakı şəhəri Lokal Gəlirlər Baş İdaərisnin 0# #### 2025ci il tarixinli məktubunda iddiaçı İddiaçı ##.##.2008-ci il tarixdən ##.## 2020-ci il tarixədək olan dövr üzrə 1030.00 manat dövriyyəsinin olduğu müəyyən olunmuşdur. İddiaçı apellyasiya şikayətində ona Qanunun əvvəlki redaksiyası ilə müavinətin təyin edilməsinin mümkünlüyünü mübahisələndirmişdir. Bu məsələ ilə bağlı qeyd edilməlidir ki, cavabdeh orqanın mövqeyi şəxsin subyektiv hüququnun olub- olmamasında deyil, iddiaçının müavinət təyinatı üçün tələb olunan subyekt dairəsinə daxil olmasının kifayət etməməsi ilə bağlıdır. İddiaçının yaşı müavinət almaq üçün məqbul hesab edilsə də, onun həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmanın başqa forması olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Bu isə onun həmin dövrdə aktiv VÖEN-inin olması və həmin dövr üzrə dövriyyəsi ilə sübuta yetirilir.
Tərəflərin izahatları
12. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunub iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar ... (##.##.2020-ci il tarixədək olan redaksiya) 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları. (hazırda qüvvədə olan redaksiya) 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.
15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
17. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
18. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
19. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ ona 57 yaşına çatmış və 3 uşaq anası olaraq müavinət təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “şəxsə yaşa görə sosial müavinət təyin edilməsi üçün onun həm yaşa görə pensiya hüququ yaranmamalı, həm də işləməməlidir. Lakin məhkəmə araşdırması zamani müəyyən olunmuşdur ki, iddiaçının vergi ödəyicilərinin dövlət reyestrində vergi uçotu mövcud olmuş, həmin dövrdə dövriyyəsinin olduğunu müəyyənləşdirilmişdir.”
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
21. Hazırki işdə cavabdehin imtinası aşağıdakı dəlillərlə bağlıdır: - “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün ##.##.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmaması; - 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinət yaşı tamam olduğu zaman (##.##.2019-cu il tarixində) aktiv vergi ödəyicisi olduğu üçün (##.##.2008-ci il tarixindən ##.##.2020-ci il tarixinədək) və ##.##.2023-cü il tarixindən ##.##.2023-cü il tarixinədək əmək müqaviləsinin qüvvədə olması.
22. Məhkəmə kollegiyası həmin dəllillərlə razılaşmayaraq qeyd edir ki, iddiaçının istədiyi növdə müavinətin təyin olunması üçün müəyyən yaşa çatması və 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi, əmək qabiliyyəti olmayan şəxs kimi əmək pensiyası hüququ olmayan şəxs olması və işləməməsi əsas şərtdir.
23. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.2-ci maddəsinin ##.##.2020-ci il tarixədək olan redaksiya əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarıdır.
24. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının ## ###### 2019-cu il tarixli ****-VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmış, ##.##.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır.
25. İddiaçı İddiaçı ## ###### 1962-ci il təvəllüdlüdür və onun 57 yaşının tamam olduğu ## ###### 2019-cu il tarixdə qeyd edilən norma qüvvədə olmamışdır.
26. Həmçinin işin apellyasiya baxışı zamanı məhkəmənin sorğusuna Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavab məktubunan görünür ki, İddiaçı (VÖEN: **********) vergi uçotu ##.##.2020-ci il tarixdən ləğv edilmişdir.
27. Həmçinin həmin məktuba əlavə edilmiş arayışlardan görünür ki, İddiaçı ##.##.2009cu il tarixdən ##.##.2014-cü il tarixədək, ##.##.2014-cü il tarixdən ##.##.2019-cu il tarixədək və ##.##.2019-cu il tarixdən ##.##.2024-cü il tarixədək vergi ödəyicisi kimi fəaliyyətinin və vergi tutulan əməliyyatların dayandırılması ilə bağlı vergi orqanına müraciətləri olmuşdur.
28. Beləliklə müəyyən olunur ki, iddiaçının ##.##.2008-ci il tarixdən ##.##.2020-ci il tarixədək vergi uçotu olsa da ##.##.2009-cu il tarixdən etibarən fəaliyyəti dayandırılmış, hər hansı dövriyyəsi olmamış və ##.##.2020-ci tarixdən də vergi uçotu ləğv edilmişdir. Odur ki, sadəcə vergi uçotunun mövcud olması (hər hansı dövriyyəsi olmadığı halda) iddiaçının “işləməsi” kimi qiymətləndirilə bilməz.
29. Nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Nəticə etibarilə, iddiaçının sosial müavinət təyin edilməsi ilə bağlı “qanuni gözləntisi” olmuşdur.
30. Odur ki, cavabdehin iddiaçıya 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinətin təyinindən imtina etməsi əsassız olmuşdur. Belə ki, həmin imtinanın əsası kimi göstərilən hal məhkəmə araşdırmaları zamanı sorğulara verilmiş rəsmi cavab məktubları və təqdim olunmuş sübutlarla tam təkzib olunur.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
32. Hazırki işdə iddiaçıya müavinətin təyin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh inzibati orqan sübuta yetirə bilmir.
33. Birinci instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
34. Odur ki, məhkəmə kollegiyası yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmalı və iddiaçı İddiaçı ##.##.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinətin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı ##.##.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadın kimi müavinətin təyin olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev