Məhkəmə qərarları › İş №2-1(3-6)-2636/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2636/2026

28.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2636/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçı İddiaçı iştirakı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qeydlərin elektron informasiya sisteminə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə arasında bağlanmış ##.##.2011-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elekton sisteminə daxil edilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulmasını xahiş etmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası aşağıdakı hallara görə bu qənaətə gəldi ki, apellyasiyanın mümkün sayılması üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 27.2. Tərəflər və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər inzibati məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə 81.2. Inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Sadalanan normalardan görünür ki, birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində verilir. Müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı halda, həmin şəxs məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər. Ərizəyə prosessual müddətin buraxılmasında həmin şəxsin təqsirinin olmamasını təsdiq edən sübutlar əlavə edilməlidir. Müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabineti mövcuddur. Bakı Inzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ##.##.2026-cı ildə cavabdehin həmin elektron kabinetinə yerləşdirilmiş, eyni zamanda ##.##.2026-cı ildə saat 16.38-də "elektron ünvan 1" elektron poçt ünvanına "e-*- *(***)-*****/**** nömrəli iş üzrə ##.##.2026 tarixli qərar elektron kabinetdə yerləşdirildi" məzmunlu məlumat çatdırılmışdır. Qərardan apellyasiya şikayəti həmin gündən başlayaraq 30 gün müddətində, yəni ##.##.2026-cı ildən gec olmayaraq verilə bildiyi halda, müddət buraxıldıqdan sonra ##.##.2026-cı ildə poçt müəssisəsinə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli məktubu ilə cavabdehə müddətin buraxılması barədə məlumat verilmiş, həmçinin, ona izah edilmişdir ki, prosessual müddət cavabdehin təqsiri olmadan buraxılmışdırsa, o, məhkəməyə buraxılmış prosessual müddətin bərpası barədə ərizə verə bilər və ərizəyə prosessual müddətin buraxılmasında onun təqsirinin olmamasını təsdiq edən sübutları əlavə etməlidir. Məktubda apellyasiyanın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasının ##.##.2026-cı il saat 09.25-ə təyin edildiyi bildirilmiş və məhkəmənin məktubuna həmin vaxtadək yazılı cavab verməsi və məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməsi cavabdehə təklif olunmuşdur. Lakin cavabdeh məhkəmənin məktubuna cavab verməmiş, məhkəməyə müddətin bərpasına dair ərizə təqdim etməmiş və hazırkı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Iddiaçı İddiaçı məhkəməyə ərizə göndərərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin müddət ötürüldüyünə görə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı İddiaçı həmin ərizənin məzmununa uyğun izahat verərək cavabdehin hər hansı üzrlü səbəb olmadan apellyasiya şikayəti verilməsi müddətini buraxdığını bildirdi və apellyasiya şikayətinin qəbul olunmamasını xahiş etdi. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən apellyasiya şikayəti müddət buraxılmaqla verildiyinə və buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmədiyinə görə onun apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qərara aldı: Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli ##.##.2026-cı il tarixli qərarından cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar