Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-264/2026 12.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası Hakimlər Ağalarov Həmid Azər oğlunun sədrliyi və məruzəsi ilə, X2 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçı İddiaçı cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə qarşı “vergi borcunun ümidsiz borc kimi silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə ##.##.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı İddiaçı vergi borcunun ümidsiz borc kimi silinməsi ilə bağlı cavabdeh orqana etdiyi müraciət təmin edilməmişdir. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən ona ünvanlanmış ##.##.2024-cü il tarixli, 3-21-2-8/2-Ə-502-**/**** №-li “Müraciətə baxılması haqqında” imtina bildirişinin qanunsuz hesab edilməsi və 1150,73 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən ona ünvanlanmış ##.##.2024-cü il tarixli, 3-21-2- 8/2-Ə-502-**/**** №-li “Müraciətə baxılması haqqında” imtina bildirişinin qanunsuz hesab edilməsi və 2062,56 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnziabti Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Daha sonra, iddiaçı tərəf iddianın dəyişdirilməsi barədə ərizə verərək, “Vergilərin hesablanması barədə” ## ###### 2017-ci il tarixli, **************** №-li, ## ###### 2018ci il tarixli, **************** №-li, ## ##### 2018-ci il tarixli, **************** №-li, ## ###### 2018-ci il tarixli, **************** №-li, ## #### 2018-ci il tarixli (ərizədə və məhkəmənin qərardadında ## #### 2018-ci il göstərilməsi texniki səhv kimi qiymətləndirilir), **************** №-li və ## ###### 2019-cu il tarixli, **************** №-li həmçinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ## ### 2019-cu il tarixli, **************** №-li, ## ### 2019-cu il tarixli **************** №-li, ## ### 2019-cu il tarixli, **************** №-li və ##.##.2019-cu il tarixli, **************** №-li qərarlarla hesablanmış vergi borclarının silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixli uçot-baza məlumatlarına əsasən onun şəxsi hesab vərəqəsində vergilər üzrə yaranmış 1808.32 manat borc məbləği, 2016-2023-cü illər üçün eyni zamanda mdss üzrə yaranmış 207.77 manat və its üzrə 46.47 manat məbləğində borc məbləği 2022-2023-cü illər üçün təqdim edilmiş vergi bəyannamələri üzrə hesablanmışdır. Vergi ödəyiciləri xidmət mərkəzinin “Nərimanov 1”’ xidmət mərkəzi vasitəsi ilə ##.##.2024-cü il tarixli müraciət ərizəsi ilə vaxtı ötmüş borc hissəsində olan 1150.73 manat məbləğinin Vergi Məcəlləsinin 85.4 maddəsinə əsasən silinməsini xahiş etmişdir. Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən ona ünvanlanmış ##.##.2024-cü il tarixli, 3-21-2-8/2-Ə-502-**/**** №-li “Müraciətə baxılması haqqında” imtina bildirişində ##.##.2024-cü il tarixli *********** nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar vergi ödəyicisi onun siyahıya alınmış əmlakının satılması məqsədi ilə ##.##.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müracət edilməsi, işin hal-hazırda həmin məhkəmənin icraatında olması əsas gətirilmişdir. Qeyd edilmişdir ki, sözügedən məhkəmə prosesi yekunlaşdıqdan sonra vergi borcunun silinməsi məsələsinə baxıla bilər. Öhdəliklərin İdarə edilməsi Baş İdarəsi tərəfindən ona ünvanlanmış ##.##.2024-cü il tarixli 3-21-2-8/2-Ə-502-**/**** №-li “Müraciətə baxılması haqqında” imtina bildirişi qanunsuzdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış /borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Eyni zamanda Vergi Məcəlləsinin 90.2-ci maddəsinə əsasən məhkəmə siyahıya alınmış əmlakın satılması barədə vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. ##.##.2024-cü il tarixli *********** nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar vergi ödəyicisi İddiaçı siyahıya alınmış əmlakının satılması məqsədilə ##.##.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və iş hal-hazırda həmin məhkəmənin icraatındadır. Odur ki, yuxarıda sözügedən məhkəmə prosesi yekunlaşdıqdan sonra vergi borcunun silinməsi məsələsinə baxıla bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda, həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi ohdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləginin vergilərin (o cumlədən cari vergi odəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada odənilməsidir. Vergi odəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi ohdəliklərinin yerinə yetirilməsi məcburidir. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Göründüyü üzrə, iddiaçı tərəfindən mübahisələndirilən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunur və iddia tələbində qeyd olunan hallar əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda, iddia tələbinin əsassız və qanunsuz olması sadalanan normalarla öz təsdiqini tapır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin “Vergilərin hesablanması barədə” ##.##.2017-ci il tarixli, **************** №-li, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” ##.##.2018-ci il tarixli, **************** №-li, ##.##.2018-ci il tarixli, **************** №-li, ##.##.2018-ci il tarixli, **************** №-li, ##.##.2018-ci il tarixli, **************** №li, ##.##.2019-cu il tarixli, **************** №-li, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2019-cu il tarixli, **************** №-li, ##.##.2019-cu il tarixli, **************** №-li, ##.##.2019-cu il tarixli, **************** №-li və ##.##.2019-cu il tarixli 1919020840432700 qərarları ilə iddiaçı İddiaçı hesablanmış vergi borclarının tələbetmə müddəti keçmiş ümidsiz borc qismində silinməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yekun qərar qəbul edərkən iddiaçının hüquqi marağından kənara çıxaraq 2019-cu ilin aprel ayından əvvəl qəbul edilmiş digər qərarlarla hesablanmış borc məbləğinin silinməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Belə ki, iddiaçının barəsində qəbul edilmiş ##.##.2018ci il tarixli, **************** №-li, ##.##.2019-cu il tarixli, **************** №-li, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2019-cu il tarixli, **************** №-li, ##.##.2019-cu il tarixli, **************** №-li, ##.##.2019-cu il tarixli, **************** №-li və ##.##.2019-cu il tarixli 1919020840432700 qərarlar ilə hesablanmış vergi borclarının ödənilməsi istiqamətində vergi orqanı tərəfindən müvafiq hərəkətlər (bank hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək) ##.##.2024-cü il tarixli *********** nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar vergi ödəyicisi İddiaçı siyahıya alınmış əmlakının satılması məqsədilə ##.##.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş, məhkəmə icraatına qədər ödəyiciyə borcun ödənilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi halları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Vergi orqanı tərəfindən ##.##.2023-cü il tarixinə dövlət büdcəsinə olan borcun ödənilməsi ilə bağlı ödəyiciyə 23959351475 № bildiriş göndərilmiş, ##.##.2023-cü il tarixdə Baş Dövlət Yol Polis İdarəsinə iddiaçının adına qeydiyyatda olan avtonəqliyyat vasitələri bərədə məktub göndərilmiş, ##.##.2023-cü il tarixdə bank hesablarına sərəncam göndərilmiş, ##.##.2024-cü il tarixdə ödəyiciyə əmlakının siyahıya alınması barədə məktub göndərilmiş, ##.##.2024-cü il tarixdə əmlakın siyahıya alınması barədə qərar qəbul edilmişdir. Lakin işin bu halları məhkəmə tərəfindən araşdırılmamış və yekun qərar qəbul edilərkən nəzərə alınmamışdır. Həmçinin bildiririk ki, məhkəmə iddiaçının hüquqi marağından kənara çıxaraq yetəri qədər araşdırma aparmayaraq vergi orqanının vergi borclarının ödənilməsi ilə bağlı hərəkətlərini nəzərə almadan yekun qərar qəbul etmişdir. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. ##.##.2019-cu il tarixli, **************** №-li Qərarı ilə 2018-ci il 4-cü rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi üzrə 2018-ci ilin 4-cü rübü üzrə sadələşdirilmiş vergi növü üzrə hesabat dövrünün ## ###### 2019-cu il olmasını, ##.##.2019-cu il tarixli, **************** №-li Qərarı ilə 2019-cu il 1-ci rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi üzrə 2019-cu ilin 1-ci rübü üzrə hesabat dövrünün ##.##.2019-cu il olmasını, ##.##.2019-cu il tarixli, **************** №-li Qərarı ilə yanvar 2019-cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi üzrə hesabat dövrünün ## ###### 2019-cu il olmasını, ##.##.2019-cu il tarixli, **************** №-li Qərarı ilə fevral 2019-cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi üzrə hesabat dövrünün ## #### 2019-cu il olmasını nəzərə alsaq, ##.##.2019-cu il tarixli, **************** №-li Qərarı ilə mart 2019-cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində hesablanmış vergi üzrə hesabat dövrünün ## ##### 2019-cu il olmasını nəzərə alsaq, vergi orqanı tərəfindən vergi borcunun ödənilməsi ilə bağlı yuxarıda qeyd olunan müvafiq hərəkətlər ##.##.2023-cü ildən başlanılmış və davam etdirilmişdir. Lakin cavabdehin mövqeyində öz əksini tapan bu hallar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDIRMA HİSSƏSİ Apellyasiya şikayətinin və iddianın mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Müraciətə baxılıması haqqında” ##.##.2024-cü il tarixli, 3-21-2-3/2-Y-721-**/**** №-li cavab məktubundan müəyyən olunur ki, ##.##.2024-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən iddiaçının şəxsi hesab vərəqəsində vergilər üzrə yaranmış 1808,32 manat borc məbləği 2016-2023-cü illər üçün, eyni zamanda mdss üzrə yaranmış 207,77 manat və its üzrə 46,47 manat məbləğində borc məbləğinin 2022-2023-cü illər üçün təqdim edilmiş vergi bəyannamələri üzrə hesablandığı müəyyən edilmişdir; Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Müraciətə baxılıması haqqında” ##.##.2024-cü il tarixli, 3-21-2-8/2-Ə-502-**/**** №-li cavab məktubunda göstərilmişdir ki, “...Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 90.2-ci maddəsinə əsasən məhkəmə siyahıya alınmış əmlakın satılması barədə vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Bildirilir ki, ##.##.2024-cü il tarixli *********** nömrəli əmlak siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar vergi ödəyicisi İddiaçı siyahıya alınmış əmlakının satılması məqsədilə ##.##.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və iş hal-hazırda həmin məhkəmənin icraatındadır. Odur ki, yuxarıda sözügedən məhkəmə prosesi yekunlaşdıqdan sonra vergi borcunun silinməsi məsələsinə baxıla bilər.” İddiaçıya (VÖEN: **********) aid ##.##.2024-cü il çap tarixli şəxsi hesab vərəqində (surəti) olan məlumatlara əsasən hesablanılmışdır: 3444,94 manat; Ödənilmişdir: 788,40 manat; Azaldılmışdır: 546,00 manat; Çap tarixinə faiz borcu: 541,38 manat; Əhatə etdiyi dövrün son tarixinə saldo: -1808,32 manat; Çap tarixinə saldo: - 1.808,32 manat; Cəmi ödənməli borc: 1808,32 manat; Vaxtı ötmüş borc: 1150,73 manat olaraq göstərilmişdir; Həm iddiaçı, həm də məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli, 3-21-2-3/2-******/**** №-li cavab məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında: - Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentinin “Vergilərin hesablanması barədə” ##.##.2017-ci il tarixli, **************** №-li Qərarından görünür ki, 2017-ci il 3-cü rüb üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 84,00 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı: 126,00 manat təşkil etmiş və nəticədə 42,00 manat əlavə vergi məbləği hesablanmışdır; Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə”: - ##.##.2018-ci il tarixli, **************** №-li Qərarından görünür ki, 2017-ci il 4-cü rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 92,00 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 126,00 manat təşkil etmiş və nəticədə 34,00 manat əlavə vergi məbləği hesablanmışdır. - ##.##.2018-ci il tarixli, **************** №-li Qərarından görünür ki, 2017-ci il 4-cü rüb üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 84,00 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 126,00 manat təşkil etmiş və nəticədə 42,00 manat əlavə vergi məbləği hesablanmışdır; - ##.##.2018-ci il tarixli, **************** №-li Qərarından görünür ki, 2018-ci il 1-ci rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 180 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 228 manat təşkil etmiş və nəticədə 48 manat əlavə vergi məbləği hesablanmışdır; - ##.##.2018-ci il tarixli, **************** №-li Qərarından görünür ki, 2018-ci il 2-ci rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 70 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 105 manat təşkil etmiş və nəticədə 35 manat əlavə vergi məbləği hesablanmışdır; - ##.##.2019-cu il tarixli, **************** №-li Qərarından görünür ki, 2018-ci il 4-cü rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 184 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 213 manat təşkil etmiş və nəticədə 29 manat əlavə vergi məbləği hesablanmışdır; “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”: - ##.##.2019-cu il tarixli, **************** №-li Qərarından görünür ki, 2019-cu il 1-ci rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 168 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 126 manat təşkil etmiş və nəticədə 42 manat vergi məbləği azaldılmışdır; - ##.##.2019-ci il tarixli, **************** №-li Qərarından görünür ki, yanvar 2019-cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı kimi 99,15 manat hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 1791,32 manat təşkil etmişdir; - ##.##.2019-ci il tarixli, **************** №-li Qərarından görünür ki, yanvar 2019-cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı kimi 106,78 manat hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 1673,96 manat təşkil etmişdir; - ##.##.2019-ci il tarixli, **************** №-li Qərarından görünür ki, mart 2019- cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı kimi 114,41 manat hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 1896,81 manat təşkil etmişdir. Apellyasiya icraatı zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ## ### 2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, Məhkəmənin İddiaçı “vergi borcunun silinməsi”nə dair müraciətləri, o cümlədən iş üzrə dəqiqləşdirilmiş iddia tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciətinin olubolmamasına dair sorğusuna cavab olaraq bildiririk ki, iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində qeyd olunan ## ###### 2017-ci il tarixli, **************** nömrəli; ## ###### 2018-ci il tarixli, ***************** nömrəli; ## ##### 2018-ci il tarixli, **************** nömrəli; ## ###### 2018- ci il tarixli, **************** nömrəli; ## #### 2018-ci il tarixli, **************** nömrəli; ## ###### 2019-cu il tarixli, **************** nömrəli, ## ### 2019cu il tarixli, **************** nömrəli; ## ### 2019-cu il tarixli **************** nömrəli; ## ### 2019- cu il tarixli, **************** nömrəli və ##.##.2019-cu il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi borclarının silinməsi ilə bağlı inzibati qaydada şikayəti olmamışdır; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2026-cı il tarixli məktubunda qeyd olunmuşdur ki, vergi ödəyicisi İddiaçı (VÖEN:**********) kameral vergi yoxlaması ilə hesablanmış vergi məblələri ilə bağlı ## ###### 2017-ci il tarixli, **************** nömrəli; ## ###### 2018-ci il tarixli, ***************** nömrəli; ## ##### 2018-ci il tarixli, **************** nömrəli; ## ###### 2018-ci il tarixli, **************** nömrəli; ## #### 2018-ci il tarixli, **************** nömrəli; ## ###### 2019-cu il tarixli, **************** nömrəli, ## ### 2019-cu il tarixli, **************** nömrəli; ## ### 2019-cu il tarixli **************** nömrəli; ## ### 2019-cu il tarixli, **************** nömrəli və ##.##.2019-cu il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarla hesablanmış vergi borclarının silinməsi ilə bağlı inzibati qaydada müraciəti olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. ... 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü, 38.7.4-1-ci və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. ... 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər.[645] 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Maddə 93. Ümidsiz borcların silinməsi 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borclar aprel 2019-cu il tarixdən əvvəlki dövlərə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə qanunla təsbit olunmuş hüquqlardan istifadə etməmiş və nəticədə isə vergi borcunun ümidsiz borc kimi silinməsi zərurəti yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və onun hüquqi əsaslandırması ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarı). Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinin tələblərinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edilməsi məqsədilə vergi orqanlarının bir çox hüquqları təsbit edilmişdir ki, həmin hüquqlar əsasında isə vergi orqanı vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ödəniş xidməti təchizatçılarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq və.s. tədbirlər həyata keçirə bilərdi. İddiaçının silinməsini tələb etdiyi borclar aprel 2019-cu il tarixdən əvvəlki dövlərə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Öhdəliklərin İdarə Edilməsi Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Həmid Ağalarov Hakimlər Rəşid Səmədov Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-264/2026
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-264/2026
12.08.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver