Məhkəmə qərarları › İş №2-1(3-6)-2671/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2671/2026

17.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2671/2026 17.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılzadə Fərid Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi Əmiraslanova Nigar Çingiz qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərardan görünür ki, iddiaçıya 2024cü il iyul ayı (ƏDV) üzrə 2.237,55 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, 308-ci sətir üzrə 12430.83 manat məbləğ (ƏDV nəzərə alınmadan) göstərilməsinə baxmayaraq əvəzləşdirilmə üçün təqdim edilmiş vergi hesab fakturalarının tarixi Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən müəyyən edilən 3 il müddət keçdiyi səbəbindən kənarlaşma müəyyən edilmişdir. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərardan görünür ki, iddiaçıya 2024cü il fevral ayı (ƏDV) üzrə 1.701 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, **************** nömrəli uyğunsuzluq məktubu əsasında kameral vergi yoxlaması aparılmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərardan görünür ki, iddiaçıya 2024cü il aprel ayı (ƏDV) üzrə 1.701,07 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki: “Tərəfinizdən ƏDV bəyannaməsində (04.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEB seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə ##.##.2024-cü il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarından görünür ki, iddiaçıya 2024cü il mart ayı (ƏDV) üzrə 3.402,20 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki: “Tərəfinizdən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBDZ seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaimə-faktura üzrə 1701.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır. Tərəfinizdən ƏDV bəyannaməsində (03.2024) əvəzləşmə üçün təqdim edilmiş EBEA seriyalı ****** nömrəli elektron qaimə-faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Qeyd edilən elektron qaiməfaktura üzrə 1701.0 manat ƏDV məbləğinin tərəfinizdən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğinin 0.0 manat olması nəticəsində 1701.0 manat kənarlaşma yaranmışdır.” ##.##.2024-cü il tarixli, **-**/*** nömrəli alqı-satqı müqaviləsindən görünür ki, “xxxx” MMC bu müqaviləyə əlavə olunan qiymət razılaşdırma Protokollarında göstərilən müxtəlif növ əmtəə məhsullarını razılaşdırılmış qiymətlə istifadə məqsədləri üçün yararlı halda İddiaçı MMC-yə satır. İddiaçı MMC ilə “xxxx” MMC arasında ##.##.2024-cü il tarixli Malların alqı-satqı müqaviləsinə (15-2/001) dair X8 görünür ki, müqaviləyə əsasən “xxxx” MMC-nin İddiaçı MMC-yə təchiz edəcəyi malların adı, markası (çeşidi, növü), qiyməti və digər texniki göstəriciləri aşağıdakı kimi razılaşdırılmışdır: Palet 1200 m x 980 mm (6/8-10/2.5) – Miqdar: 1 – Ölçü vahidi: ədəd- Vahidin qiyməti (AZN): 10.50. -İddiaçı MMC və “xxxx” MMC arasında tərtib edilmiş təhvil təslim aktından görünür ki, ümumilikdə təhvil verilmiş malların dəyəri 11151.00 manat təşkil edir. -EBEB 638809 və EBDZ 261815 malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar İddiaçı MMC və “xxxx” MMC arasında bağlanmış müqavilə ilə yaranan öhdəliklər əsasında tərtib edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” ##.##.2024-cü il tarixli, **************** nömrəli Qərarından görünür ki, Vergi ödəyicisi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanının ##.##.2024-cü il tarixli, 3-21- 2- */*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli, *-**-*-*/*-*****/**** nömrəli, ##.##.2024-cü il tarixli, 3-21-2-3/2- ******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçı İddiaçı MMC barəsində qəbul edilmiş ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*-*(***)-****/**** nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024cü il tarixli *-**-*-*/*-******/**** nömrəli, ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərarlarının ləğv edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*- *(***)-****/**** nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə “xxxx” MMC-yə məxsus olan poçt qaiməsinin surəti təqdim edilərək apellyasiya şikayətinin poçta ##.##.2025-ci il tarixdə verildiyi bildirilir. Lakin həmin qaimədən görünür ki, poçta verilmə ##.##.2025-ci il tarix göstərilsə də, Bakı İnzibati Məhkəməyə çatdırılma ##.##.2026-cı il tarix göstərilmişdir. Göründüyü kimi, həmin poçt qaiməsinə əsasən çatdırılma 2 ayın tamamında həyata keçirilmişdir. Halbuki qeyd olunan kuryer xidməti sürətli çatdırılma xidmətidir və qaimədə sənədin 72 saat müddətində çatdırılması qeyd olunur. Həmçinin cavabdeh apellyasiya şikayətini poçt vasitəsi ilə göndərərkən bunun səbəblərini (elektron imzanın işləməməsi, elektron sistemdə baş verən digər xəta və s.) məhz həmin tarixdə müvafiq məktubla məhkəməyə bildirməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həm ##.##.2025-ci il tarixdə, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində cavabdehin apellyasiya şikayətini birbaşa məhkəmənin dəftərxanasına təqdim etmək imkanı da mövcud olmuşdur. ##.##.2026-cı il tarixdən sonra isə cavabdeh inzibati orqan elektron kabinet vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə üzərində “## ###### 2026-cı il” tarix göstərilməklə apellyasiya şikayətini təkrar təqdim etmişdir. Qeyd edilənlər isə cavabdeh tərəfindən apellyasiya şikayətinin ##.##.2025-ci ildə poçta təqdim edilməsinin açıq-aşkar həqiqətə uyğun olmadığını göstərir və bu, gələcəkdə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyü hallarda müddətin ötürülməməsinin sübut edilməsi istiqamətində sui-istifadələrə gətirib çıxara bilər. Cavabdeh inzibati orqan bunu apellyasiya şikayətinin elektron sistemə yerləşdirilməsi zamanı baş vermiş xəta ilə izah etməyə çalışsa da, həm şikayət elektron sistemə yerləşdirilən zaman, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində elektron sistemdə hər hansı problemin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədi. Halbuki işdən görünür ki, hazırki iş üzrə məhkəmə icraatı elektron qaydada “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılmış və cavabdeh tərəfindən bütün yazışmalar elektron kabinet vasitəsi ilə həyata keçirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9-1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Cavabdeh elektron sistemdə baş vermiş xəta ilə əlaqədar qərardan apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülməsinin üzrlü səbəbləri barədə müvafiq ərizə və sübutların məhkəməyə təqdim etməmiş, əksinə belə bir qaimənin təqdim edilməsi ilə apellyasiya şikayətinin mümkün sayılmasına nail olmağa çalışmışdır. Cavabdeh qərardaddan kassasiya şikayəti verərək, ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *-*(*-*)-***/**** nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq qeydləri, o cümlədən həmin tarixdə (##.##.2025-ci il tarixdə) sistemdə texniki xətaların baş verib-verməməsinə dair məlumatları tələb edə və apellyasiya şikayətinin yüklənməsinin hansı texniki nasazlığa görə mümkünsüz olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq sorğu verə bilərdi. Lakin apellyasiya məhkəməsi apelyantın göstərdiyi həmin dəlilə münasibətdə hər hansı sübut toplamadan, sadəcə şikayətin vaxtında təqdim edilməsinin sübutetmə vəzifəsini cavabdeh qurumun üzərinə qoymaqla kifayətlənmişdir... ...Araşdırılan məqamlar nəticəsində şikayətin vaxtında təqdim olunmamasının ərizəçinin iradəsindən asılı olmayan texniki səbəblərdən baş verdiyi müəyyən olunarsa, bu xüsusi hal apellyasiya məhkəməsi tərəfindən qiymətləndirilməli idi. Məhkəmənin həmin xüsusatı araşdırmaması onun tərəfindən sübutların toplanması və qiymətləndirilməsi üzrə prosessual vəzifənin tam yerinə yetirilməməsi kimi qəbul edilir... Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin, həmçinin ötürülümüş prosessua müddətin bərpası barədə tərəflərindən təqdim edilmiş ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur... Maddə 20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə aktları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur... 20.3. Məhkəmə aktları və digər məhkəmə sənədləri bu Məcəllənin 20.1-ci və 20.2ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. 22.2. Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Maddə 23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, inzibati məhkəmə icraatının iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır... Maddə 58. Sübutların araşdırılması qaydası ...58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir... Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır... Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra – apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır... Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat ...87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir... ...87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir... Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər... Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir... Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Belə ki, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır. Bu səbəbdən, apellyasiya şikayəti mümkün hesab edilməməlidir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən elektron kabinet vasitəsi ilə ##.##.2025-ci ildə rəsmi qaydada alınmışdır. Apellyasiya şikayəti isə cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş qərardan şikayət vermə müddəti (30 gün) cavabdeh tərəfindən buraxılmışdır (01 gün). Cavabdeh tərəfindən məhkəməyə “xxxx” MMC-yə məxsus olan poçt qaiməsinin surəti təqdim edilərək apellyasiya şikayətinin poçta ##.##.2025-ci il tarixdə verildiyi bildirilir. Lakin həmin qaimədən görünür ki, poçta verilmə ##.##.2025-ci il tarix göstərilsə də, Bakı İnzibati Məhkəməsinə çatdırılma ##.##.2026-cı il tarix olaraq göstərilmişdir. Göründüyü kimi, həmin poçt qaiməsinə əsasən çatdırılma 2 ayın tamamında həyata keçirilmişdir. Halbuki qeyd olunan kuryer xidməti sürətli çatdırılma xidmətidir və qaimədə sənədin 72 saat müddətində çatdırılması qeyd olunur. Həmçinin cavabdeh apellyasiya şikayətini poçt vasitəsi ilə göndərərkən bunun səbəblərini (elektron imzanın işləməməsi, elektron sistemdə baş verən digər xəta və s.) məhz həmin tarixdə müvafiq məktubla məhkəməyə bildirməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həm ##.##.2025-ci il tarixdə, həm də qərarın rəsmi alındığı tarixdən 30 gün ərzində cavabdehin apellyasiya şikayətini birbaşa məhkəmənin dəftərxanasına təqdim etmək imkanı da mövcud olmuşdur. ##.##.2026-cı il tarixdən sonra isə cavabdeh inzibati orqan elektron kabinet vasitəsi ilə Bakı İnzibati Məhkəməsinə üzərində “## ###### 2026-cı il” tarix göstərilməklə apellyasiya şikayətini təkrar təqdim etmişdir. Qeyd edilənlər isə cavabdeh tərəfindən apellyasiya şikayətinin ##.##.2025-ci ildə poçta təqdim edilməsinin açıq-aşkar həqiqətə uyğun olmadığını göstərir və bu, gələcəkdə apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürüldüyü hallarda müddətin ötürülməməsinin sübut edilməsi istiqamətində suistifadələrə gətirib çıxara bilər. Ali Məhkəmənin qərarında qeyd olunmuşdur ki, “...apellyasiya məhkəməsi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq qeydləri, o cümlədən həmin tarixdə (##.##.2025-ci il tarixdə) sistemdə texniki xətaların baş verib-verməməsinə dair məlumatları tələb edə və apellyasiya şikayətinin yüklənməsinin hansı texniki nasazlığa görə mümkünsüz olduğunu aydınlaşdırmaq məqsədilə müvafiq sorğu verə bilərdi. Lakin apellyasiya məhkəməsi apelyantın göstərdiyi həmin dəlilə münasibətdə hər hansı sübut toplamadan, sadəcə şikayətin vaxtında təqdim edilməsinin sübutetmə vəzifəsini cavabdeh qurumun üzərinə qoymaqla kifayətlənmişdir...”. Ali Məhkəmənin göstərişləri nəzərə alınmaqla məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına ##.##.2026-cı il tarixində sorğu ünvanlanmışdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2026-cı il tarixli *-*/*- ****/**** nömrəli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində hər hansı nasazlıq qeydə alınmamışdır. Həmçinin e-*-*(***)-****/**** nömrəli iş üzrə, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-cı il tarixli qərarından verilmiş apellyasiya şikayəti Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Elektron məhkəmə” informasiya sistemindəki kabinetinə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş və həmin tarixdə də ilk imzalama cəhdi ilə imzalanaraq müvafiq məhkəməyə göndərilmişdir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, sorğuya cavab məktubundan göründüyü kimi, şikayətin vaxtında təqdim olunmaması ərizəçinin iradəsindən asılı olmayan texniki səbəblərdən baş verməmiş və qanunla müəyyən edilmiş şikayət vermə müddəti ötürülmüşdür. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh tərəfindən ötürülmüş proseesual müddətin bərpası barədə ərizə kifayət qədər əsaslandırılmamış, formal xarakter daşımışdır. Bununla da hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı inzibati iş üzrə apellyasiya şikayəti qeyri-mümkündür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) qərar qəbul edə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin olunmasın. Cavabdeh tərəfindən Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qərarından verilmiş apellyasiya mümkün hesab edilməsin və apellyasiya şikayətinin qəbulundan imtina olunsun. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar