Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-271/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər X13 (sədrlik edən və məruzəçi), X6 və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, Iddiaçının vəkili və nümayəndəsi X8 iştirakı ilə, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin faktiki halları
1. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti Maştağa Qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının qərarından ** nömrəli ##.##.1997-ci il tarixli çıxarışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış tikintisi üçün həyətanı torpaq fondu ayrıldığı nəzərə alınması, Bakı şəhəri Icra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış tikintisi üçün hər ailəyə 600 kv.m hesabı ilə həyətyanı torpaq sahəsi ayrılmışdır.
2. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli 3-21-3-30/2- Q0218-8/20 ************ nömrəli təqdim edilən ##.##.1997-ci il tarixli, ** nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında ##.##.2022-ci il tarixli, **** nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər. Bundan əlavə, təqdim edilmiş sənədlərdə hüquq sahibi kimi X3 adı göstərilmişdir. Lakin təqdim edilən X1 tərəfindən X4 verilmiş ##.##.2023-cü il tarixli etibarnamə üzrə çıxış edən şəxs hüquq sahibini deyil, digər şəxsi təmsil edir və ##.##.2023-cü il tarixli etibarnamədən səlahiyyətlərin ötürülməsi qeyd olunmamışdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.
3. Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ##.##.2024-cü il tarixli *-**-*F/*-****/**** saylı məktubundan görünür ki, Maştağa qəsəbə üzrə nümayəndəliyinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Bununla əlaqədar Maştağa qəsəbə üzrə nümayəndəliyinə müraciət etməyiniz tövsiyə olunur.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli ##.##.1991-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin təqdimatına əsasən Abşeron, Ağstafa və Göyçay rayon XDS icraiyyə komitələrinin qərarlarını və təsərrüfatların razılıqlarını nəzərə alaraq həmin rayonların ərazilərindən Bakı şəhərinin Maştağa qəsəbəsində, Ağstafa və Göyçay şəhərlərində fərdi və çoxmərtəbəli yaşayış evləri, habelə sosial və mədəni-məişət obyektlərinin tikintisi üçün əlavəyə uyğun olaraq 416 ha torpaq sahəsi ayrılmışdır.
5. Sabunçu Rayon Icra Hakimiyyəti Başçısının X7 Ərazi Dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli *-**-*/*-**/**** saylı məktubundan görünür ki, sorğuda qeyd etdiyi Sabunçu Rayon Icra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının qərarından çıxarışa əsasən X3 adına torpaq sahəsinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və həmçinin bu səpkidə olan hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.
6. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyətinin ##.##.2025-ci il tarixli *-**/*-****/**** saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafına dair” ## ### 1991-ci il tarixli *** saylı və “Torpaq sahələri ayrılması haqqında” ## ######## 1991-ci il tarixli *** saylı qərarları əsasında Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələri ayrılmışdır. Lakin, vətəndaşlara torpaq sahələri ayrılmasına dair sənədlər Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxivləşdirilməmişdir.
7. Azərbaycan Respublikası Bakı Şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti Başçısının X7 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.2025-ci il tarixli *-**-*/*-***/**** saylı məktubundan görünür ki, sorğuda qeyd edilmiş Sabunçu Rayon Icra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə nümayəndəliyi Aparatının ##.##.1998-ci il tarixli ** nömrəli və ##.##.1997-ci il tarixli, ** nömrəli qərarından çıxarışa əsasən torpaq sahələrinin ayrılmasına dair qeydiyyat qəsəbə nümayəndəliyində tapılmamışdır və hər hansı bir sənəd, torpaq sahəsinin yerləşmə sxemi arxivləşdirilməmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 600 kvm torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ## ###### 1997-ci il tarixli ** saylı çıxarışının Qərara alır hissəsində göstərilir: «1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış tikintisi üçün həyətanı torpaq fondu ayrıldığı nəzərə alınsın. 2. Bakı şəhəri Icra Hakimiyyətinin Baş planına uyğun olaraq aşağıdakı vətəndaşlara fərdi yaşayış tikintisi üçün hər ailəyə 600 kvm hesabı ilə həyətyanı torpaq sahəsi ayrılsın: X3, Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yolu Massiv, Məhəllə 60, ev 1». Həmin torpaq sahəsi verildiyi tarixdən indiyə kimi onun sahibliyində və qanuni istifadəsindədir. Qeyd etdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ##.##.2024- cü il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edilmiş, cavabdeh təşkilatın ##.##.2024-cü il tarixli rəsmi cavabı ilə ərizəsinin təmin olunmasından imtina edilmişdir. Cavabdeh təşkilatın qeyd etdiyi rəsmi imtina cavabını aşağıdakılara əsasən əsassız və qeyri-qanuni hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının ## #### 1996-cı il tarixli Qanununun 9- cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** saylı Fərmanı ilə təsdiq edilmiş "Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında" Əsasnamənin (bunda'n sonra - Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
10. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, X3 iddia tələbində qeyd olunanlar ilə bağlı ##.##.2024-cü il tarixli ********** nömrəli ərizə ilə Idarəyə müraciət etmiş və ##.##.2024-cü il tarixli 243020616894 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən ##.##.1997-ci il tarixli, ** nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanının 2.7-ci bəndində yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlar qeydiyyat üçün əsas hesab edilir. Həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanına dəyişiklik edilməsi haqqında ##.##.2022-ci il tarixli, **** nömrəli fərmanının 3.1-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #-dək verilmiş qərarlarla bağlı məlumatların (yerli icra hakimiyyəti başçısının və inzibati ərazi dairəsi üzrə nümayəndənin müvafiq qərarlarının surətləri, torpaq sahəsinin ayrıldığı şəxsin adı, soyadı, atasının adı, torpaq sahəsinin ölçüsü və ünvanı göstərilməklə) Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyinə təqdim olunmasını təmin etməlidirlər.
11. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Iddiaçı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI, MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti iddiaya uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, məhkəmə yerli Icra Hakimiyyəti Başçısının qərarının olmamasını, iddiaçıya mübahisəli torpaq sahəsi ilə bağlı verilmiş sənədlərin Maştağa qəsəbə Icra Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyinə verilməməsini, eləcədə həmin sənədlərin Maştağa qəsəbə Icra Nümayəndəliyinin Arxivində olmamasını əsas götürərək iddianı təmin etməmişdir. Halbuki, bu hallarda onun heç bir qanunsuz hərəkəti yoxdur, mübahisəli torpaq sahəsi qanunvericiliyin tələbləri əsasında ona verildiyi vaxtdan indiyə kimi qanuni sahibliyində və istifadəsindədir. Eyni zamanda, qonşuluğunda yerləşən X9 və X2 torpaq sahələrinə Maştağa qəsəbə Icra Nümayəndəliyinin qərarı əsasında çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenimunun ##.##.2024-cüil tarixli qərardadının qərara aldı hissəsinin 2-ci bəndində göstərilir: “AR Konstitusiyasının 25-ci maddəsinə, habelə “Inzibati icraat haqqında” AR Qanunun 12-ci maddəsinin tələblərinə müvafiq olaraq inzibati orqan tərəfindən müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul edilməsi yol veriməzdir”.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə (ünvan hissəsində) dəqiqləşdirmə verərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal, 675A ünvanında yerləşən 600 kvm torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Kollegiyası IPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBIQ EDILƏN HÜQUQ
17. “Inzibati Icraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
18. “Torpaq ayrılması barədə” Bakı şəhər XDS IK-nin ##.##.1991-ci il tarixli, */*** saylı Qərarına əsasən, Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosialiqtisadi inkişafı barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** nömrəli qərarının icrası ilə bağlı Maştağa tərəvəzçilik-südçülük sovxozunun ərazisində və Maştağa qəsəbəsinə bitişik ərazisində fərdi yaşayış və ictimai-iaşə tikintisi üçün torpaq sahələrinin ayrılması qərara alınmışdır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il ## ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları Ittifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə Azərbaycan Respublikasının ərazisində yaşayış və bağ evləri, eləcə də onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair qüvvədə olmuş qanunvericilikdə nəzərdə tutulan aşağıdakı sənədlər: 2.7. yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi üçün əsas sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin ## ###### 2015-ci il tarixli *** saylı Fərmanının 7-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsası olduğu halda həyata keçirilir.
22. Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarərtmə orqanları haqqında 1991-ci il tarixli Əsasnamə Bu Əsasnamə Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanlarının sistemini, səlahiyyətini və işinin təşkilini müəyyən edir və Azərbaycan Respublikası Ali Soveti tərəfindən müvafiq Qanunlar qəbul edilənədək qüvvədə olacaqdır.
1. rayon, şəhər xalq deputatları Soveti Azərbaycan Respublikasının müvafiq ərazisində nümayəndəli dövlət hakimiyyəti orqanıdır. Rayon, şəhər Soveti öz ərazisində bütün yerli özününidarəetmə sisteminin fəaliyyətini birləşdirir və əlaqələndirir.
23. Azərbaycan SSR Torpaq Məcələsi (# #### 1970-ci ildə qəbul edilmiş, 1971-ci il ######ın #-dən qüvvəyə minmişdir) 17.Qəsəbə və kənd xalq deputatları Sovetlərinə torpaq sahələri rayon və şəhər xalq deputatları Sovetləri Icrayyə Komitələrinin vəsatəti ilə, Azərbaycan SSR Nazirlər Sovetinin qərarı əsasında dövlət ehtiyatı torpaqlarından ayrılır. 131.Qüvvədə olan qanunvericiliyə görə, Azərbaycan SSR-in fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəxsi mülkiyyət hüququ əsasında yaşayış binaları tikmək üçün torpaq sahələri verilir.
24. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASIYA BAXIŞININ HƏDLƏRI
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASIYA INSTANSIYASI MƏHKƏMƏSININ MÖVQEYI
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (IPM-nin 1.1, 2.2.3-cü maddələrinə əsasən)
28. Işin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 17-24-cü bəndləri) əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmalıdır.
29. Belə ki, iddiaçı Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən 600 kvm torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsini tələb edir.
30. Cavabdeh orqan isə iddia ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən ##.##.1997-ci il tarixli, ** nömrəli Maştağa qəsəbəsi üzrə nümayəndəliyi aparatının qərarından çıxarışda yerli icra hakimiyyəti orqanının qərarına istinad edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.7ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il ######ın #dək verilmiş qərar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat üçün əsas hesab olunur.
33. Iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu Rayon Icra Hakimiyyəti Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının ## ###### 1997-ci il tarixli ** saylı çıxarışının notarial qaydasında təsdiq olunmuş surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il tarixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarları ilə Maştağa qəsəbəsində fərdi yaşayış tikintisi üçün Bakı şəhəri Icra Hakimiyyətinin Baş planına uyğun olaraq hər ailəyə 600 kvm hesabı ilə həyətyanı torpaq sahəsinin (Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa - Nardaran yolu Massiv, Məhəllə 60, ev 1) ayrılması qərara alınmışdır.
34. Eyni zamanda işin apellyasiya baxışı zamanı Bakı şəhəri Sabunçu rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhəri, Lenin rayonu, Maştağa qəsəbəsinin sosial-iqtisadi inkişafına dair” ## ### 1991-ci il tarixli *** saylı və “Torpaq sahələri ayrılması haqqında” ## ######## 1991-ci il tarixli *** saylı qərarları əsasında Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən vətəndaşlara Maştağa qəsəbəsi, Savalan yaşayış massivi ərazisində fərdi yaşayış evlərinin tikintisi məqsədilə torpaq sahələri ayrılmışdır. Lakin, vətəndaşlara torpaq sahələri ayrılmasına dair sənədlər Sabunçu Rayon Icra Hakimiyyəti başçısının Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən arxivləşdirilməmişdir.
35. Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, mübahisələndirilən torpaq sahəsinə dair hüquqi və texniki sahələrinin, həmçinin torpaq sahəsinin coğrafi yerləşməsinə dair döngə nöqtələrinin (istinad nöqtələrinin) koordinatları təqdim edildiyi təqdirdə həmin sahənin qonşuluqları və onların hüquqi statusu barədə məlumat verilə bilər.
36. Azərbaycan Respublikasının Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, Sabunçu Rayon IH Maştağa qəsəbə üzrə Nümayəndəliyi Aparatının arxiv sənədləri, o cümlədən 1995-1999-cu illərə dair qərarları Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.
37. Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin qeyd olunan torpaq sahəsinin ayrılması səlahiyyətinin olması ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir.
38. Belə ki, ## ###### 1991-ci ildə qəbul edilmiş və # ###### 1999-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 75-ci maddəsinə əsasən Azərbaycan Respublikasının fərdi mənzil tikintisi qadağan edilməmiş yaşayış məntəqələrində yaşayan vətəndaşlara şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından şəxsi mülkiyyət hüququn əsasında birmənzilli yaşayış binalarının tikilməsi üçün torpaq sahələri xüsusi mülkiyyətə verilir.
39. Hazırki iddia tələbi üzrə yaranmış mübahisənin ## ###### 1997-ci ildə Maştağa qəsəbə üzrə Nümayəndəliyinin qəbul etdiyi qərardan irəli gəlməsini nəzərə alaraq ## ###### 1991-ci ildən # ###### 1999-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin müddəalarına istinad edilməsi zəruridir. Lakin bəzi məsələrin qeyd olunan Məcəllədə tənzimlənmədiyini, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1991-ci il tarixli *** saylı qərarı ilə ayrıca olaraq Maştağa qəsəbə nümayəndəliyinə (rayon icra hakimiyyətinə ayrılmadan) torpaq sahəsi ayrılmasını nəzərə alsaq ## ###### 1991-ci ilə qədər qüvvədə olan Azərbaycan SSR Torpaq Məcəlləsinə diqqət yetirilməsi məqəsədəmüvafiq hesab edilir. Həmin Məcəllənin tələblərinə görə (maddə 17 və 131) qəsəbə və kənd XDS-nin Icrayyə Komitələrinin Nazirlər Soveti tərəfindən onlara ayrılmış yaşayış məntəqələri torpaq sahələrindən vətəndaşların mülkiyyətinə müstəqil şəkildə torpaq sahələrinin verilməsi səlahiyyətinin olmuşdur. Qeyd olunan maddi hüquq normalarından məlum olur ki, Rayon XDS-nin Icraiyyə Komitəsinin vətəndaşlara torpaq sahəsinin verilməsi məqsədi ilə qəsəbə və kənd sovetliyinə əlavə torpaq sahələrinin ayrılması ilə bağlı Nazirlər Soveti qarşısından vəsatət qaldırmaq hüququ var idi, lakin Icrayyə Komitəsi (hal hazırda səlahiyyətlər yerli icra hakimiyyəti tərəfindən həyata keçirilir) Azərbaycan Respublikası Nazirlər Soveti tərəfindən qəsəbə və kənd sovetliyinə ayrılmış torpaq sahələrinin üzərində sərəncam vermək səlahiyyətinə malik deyildi. Başqa sözlə desək qəsəbə və kənd XDS-ri özlərinə ayrılmış yaşayış məntəqələri torpaq sahələrindən hər hansı bir qurumun icazəsi olmadan torpaq sahələrini vətəndaşlara ayırmaq səlahiyyətləri mövcud olmuşdur. Nəzərə alınmalıdır ki, qeyd olunan Azərbaycan SSR Torpaq Məcəlləsi keçid dövrünü əhatə etmiş və Azərbaycan Respublikasında ilk dəfə yerli icra hakimiyyəti institutu 1991-ci ildə təsis edilmiş, sonrakı illərdə həmin institut tam formalaşdığı dövrədə həmin funksiya Rayon XDS-nin Icraiyyə Komitəsi tərəfindən həyata keçirilmişdir. 40.Tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan göründüyü kimi, iddiaçıya ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1991-ci il taixli *** saylı və ## ######## 1991-ci il tarixli *** saylı qərarlarına əsasən ayrılmışdır. Eyni zamanda üzərində hüququn qeydə alınmasının tələb edildiyi torpaq sahəsi yerli icra hakimiyyətinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən deyil, Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin ## ###### 1997-ci il tarixli qərarı ilə ayrılmışdır. Həmin qərar hal-hazıradək qüvvədədir.
41. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanı ilə qeyd edilən Siyahıya yeni redaksiyada 2.7-ci bənd əlavə edilmişdir. Həmin bəndin tələbinə əsasən yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il ######ın #-dək qəbul edilmiş qərarlar həmin torpaq sahələrinin üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsas sayılır. Eyni zamanda həmin tarixdə qeyd olunan Fərmana 7-ci bənd əlavə edilmişdir və həmin bəndə əsasən Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər üzrə hüquqların dövlət qeydiyyatına alınması həmin sənədlərin milli arxiv fondunda əsasının olması barədə qeyd əlavə edilmişdir.
42. Oxşar iddia tələbi ilə bağlı Azrbaycan Respublikası Ali Məhkəməsinin *-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərarının 30-cu bəndində göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsini (fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi) nəzərə alaraq, hesab edir ki, inzibati orqanın imtinasının qanuniliyini yoxlayarkən, həmin imtina verilən zaman qüvvədə olan normativ aktla yanaşı, şəxsin vəziyyətini yaxşılaşdıran sonrakı aktların (hətta geriyə qüvvəsi birbaşa nəzərdə tutulmadıqda belə) tətbiq edilməsi məsələsini nəzərdən keçirməlidir. Bundan başqa qeyd olunan qərarının 31-ci bəndində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinin yerləşdiyi ərazidə qonşu torpaq sahələrinə mülkiyyət hüququna dair reyestrdən çıxarışların verilibverilmədiyi, belə çıxarışlar verilmişdirsə, onların hansı hüquqmüəyyənedici sənədlər əsasında rəsmiləşdirildiyi, həmin şəxslərin iddiaçı ilə eyni və ya oxşar faktiki və hüquqi vəziyyətdə olub-olmadığı məhkəmələr tərəfindən ətraflı araşdırılmalı olması qeyd edilmişdir.
43. Iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, qeyd olunan torpaq sahəsinin rəsmiləşdirilməsində DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilən imtina ##.##.2024-cü ilə təsadüf etmiş və həmin imtinanın əsasında hazırki, iddia tələbinə mahiyyəti üzrə baxılır. Göründüyü kimi, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri Azərbaycan Respublikası Prezidentinin ## #### 2025-ci il tarixli *** nömrəli Fərmanından öncə yaranmış, yəni cavabdeh təşkilat tərəfindən imtina verilərkən Fərmanın 7-ci bəndi mövcud olmamışdır. Başqa sözlə desək mübahisəyə baxılan zaman iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran (Fərmanın yeni 7-ci bəndi) normanın hazırki, mübahisəyə tətbiq edilməsi bərabərlik prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 149.1-ci maddəsində göstərilən haqq-ədalətə ziddir.
44. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, məhkəmə araşdırması zamanı Maştağa qəsəbə nümayəndəliyinin hər hansı bir qərarı, o cümlədən hazırki, torpaq sahəsinin qonşuluğunda olan və Maştağa qəsəbə nümayəndəliyi tərəfindən verilən qərarlar əsasında üzərində mülkiyyət hüququ qeydə alınmış torpaq sahələrinə dair ilkin sənədlərin Milli arxiv fonduna təqdim edilmədiyi müəyyən edilmişdir.
45. Azərbaycan Respublikası Prezidentinin ## ######## 2003-cü il tarixli *** saylı Fərmanı ilə “Azərbaycan Respublikası Milli Arxiv Idarəsi” haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə əsasən müəyyən olunur ki, Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Baş Arxiv Idarəsinin bazasında yaradılmışdır.
46. Qeyd olunur ki, iddiaçıya 1997-ci ildə torpaq sahəsi ayrılarkən ## #### 1999-cu ildə qəbul edilən “Milli arxiv fondu haqqında” Qanunun 10 maddəsinin 4-cü hissəsində olan norma (saxlama müddəti ilə bağlı) qüvvədə olmamışdır. Bundan başqa həmin Qanunun 5-ci maddəsində göstərilən sənədlərin içərisində (Milli arxiv fonduna verilməli olan sənədlərin siyahısı) rayon icra hakimiyyətinin qəsəbə üzrə nümayəndəliklərinin torpaq sahələrinin ayrılması barədə qərarları nəzərdə tutlmamışdır. Ona görə də məhkəmə kollegiyası qeyd olunan sənədlərin Milli Arxiv Idarəsində nüsxəsinin olmamasını anlaşılan qəbul edir.
47. Beləliklə də tədqiq olunan sübutlarla və müəyyən edilən hallarla cavabdehin istinad etdiyi dəlillərin əsassız olduğu sübuta yetirilir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilir. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlməmişdir.
49. Inzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
50. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunmalı, iddia tələbi təmin olunmalıdır. 51.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci kvartal, 675A ünvanında yerləşən 600 kvm torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına verilə bilər.