Məhkəmə qərarları › İş №2-1(3-6)-273/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-273/2026

10.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-273/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili nümayəndə2, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin X5ki 470076,25 manat əsas və 240252 manat faiz borclarının silinməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, müəssisə mühasibi tərəfindən 2020-ci ilin fevral ayı üzrə səhvən yəni heç bir fəaliyyət olmadan X1 bəyannaməsi təqdim edilmiş və nəticədə 470076,25 manat əsas və 240252 manat faiz borcu yaranmışdır. Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəalarına əsasən dövrün üzərindən 3 il müddət keçdiyi üçün dəqiqləşdirilmiş ƏDV bəyannməsi təqdim etmək mümkün olmamışdır. Vergi Məcəlləsinin 85-ci maddəsinin müddəalarına əsasən yaranmış vergi borcunun alınma müddəti 5 il təşkil edir. Müəssisənin 2020-ci ilin fevral ayı üçün səhv hesablanmış məbləğə görə 5 il müddətin keçməsi və hesablanmış məbləğin silinməsi ilə bağlı müraciətinə Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin cavab məktubunda 5 il müddətin ötmədiyi bildirilmişdir. Əlavə olaraq Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırmalar Baş Idarəsi tərəfindən heç bir əsası və hüquqi qüvvəsi olmayan vergi borcuna görə müəssisəyə qarşı cinayət işinin açılacağı bildirilmişdir. Qeyd edir ki, Müəssisənin ən son və tək fəaliyyəti 2019-cu il tarixdə olmuş və müəssisəyə aid bütün əmlaklar dövlət tərəfindən götürülmüşdür. Müəssisə 10 ildən artıq müddətdir ki, öz öhdəliklərini (borclarını) ödəyə bilmir. Qanunvericiliyin müvafiq normalarına istinadən, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır və həmin məbləğin silinməsi vergi orqanının vəzifəsidir. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, vergi borcların alınması istiqamətində tədbirləri natamam həyata keçirilmiş vergi ödəyicilərinə münasibətdə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilmir. Hazırkı iş üzrə də iddiaçının vergi borclarının alınması istiqamətində tədbirlər natamam həyata keçirildiyinə görə vergi borclarının silinməsi məqsədəmüvafiq hesab edilməmişdir. Bundan başqa, iddiaçı tərəfindən ona məxsus vergi borcları bu günədək ödənilmədiyinə görə vergi ödəyicisinin fəaliyyətində Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar (vergi ödəməkdən yayınma) aşkar olunduğundan, toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə göndərilmiş və həmin materiallar əsasında ##.##.2025-ci il tarixli qərar ilə Q******* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda Məcəllənin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 93.1-ci maddəsinə əsasən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: -bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; -bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cumlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Eləcə də, Konstitusiya Məhkəməsinin ##.##.2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Göründüyü üzrə, iddiaçı tərəfindən mübahisələndirilən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunur və iddia tələbində qeyd olunan hallar əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda, iddia tələbinin əsassız və qanunsuz olması sadalanan normalarla öz təsdiqini tapır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddiaçı İddiaçı MMC-nin (VÖEN 020002021) iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırılmışdır ki, X2 rəhbər olduğu- Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMC-nin (VÖEN: **********) şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, cəmiyyətdə cari bəyannamə ilə hesablanmış 2019-cu il üzrə 301,57 manat mənfəət vergisi, 2019-2020-ci illər üzrə 12824,01 manat əmlak vergisi, 2020-ci ilin fevral ayı üzrə 415978,42 manat X1, 2019-cu ilin 3-cü, 2021-ci ilin 3,4-cü və 2022-ci ilin 2-4 rübləri üzrə 22356,89 manat məcburi dövlət sosial sığorta, 2020-ci ilin 4cü, 2021-ci ilin 2-4-cü, 2022-ci ilin 1-4-cü rübləri üzrə 1460,64 manat işsizlikdən sığorta, 2021-ci ilin 2-4-cü və 2022-ci ilin 1-4 rübləri üzrə 3188,4 manat icbari tibbi sığorta haqları, eləcə də kameral vergi yoxlaması ilə hesablanmış, 2021-ci ilin 1-ci rübü üzrə 260,60 manat işsizlikdən sığorta haqqı, 2023-cü il üzrə 40,00 manat torpaq vergisi, 2021-ci il üzrə 11458,17 manat əmlak vergisi, 2021-2022-ci illər üzrə 4543,65 manat mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 472412,35 manat məbləğində vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılmışdır. Bununla əlaqədar Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin ##.##.2025-ci il tarixli qərarı ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Beləliklə, hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd edilmişdir ki, məhkəmə tərəfindən hansı əsasla iddianın təmin edilmədiyi aydın olmamışdır. Məhkəmənin iddianın təmin edilməməsi əsası kimi aşağıdakıları qeyd etmişdir: “Hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.” Halbuki, elə həmin Qərarda belə 5 illik tələb etmə müddəti bitmiş borcların siyahısı dəqiqliklə (2019-2020- ciillər üzrə 12824,01 manat əmlak vergisi, 2020-ci ilin fevral ayı üzrə 415978,42 manat X1 və s.) göstərilmişdir. Iddia ərizəsində də qeyd edilmişdir ki, iddiaçı müəssisənin muhasibi tərəfindən 2020-ci ilin fevral ayı üzrə səhvən yəni heç bir fəaliyyət olmadan (qaimə alışı və ya satışı olmayıb, idxal və ya ixrac olmayıb, köhnə dövrə görə hər hansı ödəniş alınmayıb və ya kiməsə ödəniş edilməyib) X1 bəyannaməsi təqdim edilmiş və nəticədə 470076,25 manat əsas və 240252 manat faiz borcu yaranmışdır. 2020-ci ilin fevral ayı üçün hətta səhvən hesablanmış məbləğə görə 5 il müddətin keçməsi və hesablanmış məbləğin silinməsi üçün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinə ##.##.2025-ci il tarixli, **************** nömrəli məktubla müraciət edilmişdir. Vergi orqanı tərəfindən ##.##.2025-ci il tarixli *-**-*-*/*-N-***-**/**** nömrəli cavab məktubu göndərilərək, 5 il müddətin ötmədiyi bildirilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı iş üzrə ##.##.2025-ci il il tarixli Qərarın ləğv ediməsi və iş üzrə iddianın tam təmin edilməsinə dair yeni Qərar çıxarılması xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, təmin edilməsini xahiş edərək bildirilmişdir ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinin (ŞHV) 33-cü səhifəsində əks olunmuş qeydlərdən göründüyü üzrə, 2020-ci ilin fevral hesabat dövrü üçün ##.##.2023cü il tarixində təqdim edilmiş X1 (ƏDV) bəyannaməsi əsasında vergi orqanı tərəfindən 470 076,25 (dörd yüz yetmiş min yetmiş altı manat 25 qəpik) manat məbləğində ƏDV üzrə vergi borcu (əsas borc) hesablanmışdır. Bununla yanaşı, qeyd olunan əsas vergi borcu məbləğinə 232 503,07 (iki yüz otuz iki min beş yüz üç manat 07 qəpik) manat məbləğində faiz borcu hesablanaraq vergi ödəyicisinin öhdəliyinə daxil edilmişdir. Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin Istintaq və təhqiqat şöbəsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar”a (bundan sonra “Qərar”) əsasən isə vergi ödəyicisinin cari bəyannamə üzrə 2020ci ilin fevral ayı üzrə ƏDV borcu 415978,42 manat təşkil edir. Bildirilmişdir ki, vergi ödəyicisinin X5 2020-ci il üçün ƏDV borcu daha yüksək göstərilsə də, iş materiallarında olan ## ###### 2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar”da bu borcun real məbləği 415 978,42 manat olaraq müəyyən edilmişdir (bu, ŞHV-dəki məbləğdən 54 097,83 manat azdır). Qeyd olunan rəsmi qərarı əsas götürərək, 2020-ci ilə aid sözügedən ƏDV borcunun ümidsiz borc hesab edilərək silinməsi xahiş edilmişdir. Hesablanmış faiz borcuna münasibətdə isə bildirilmişdir ki, şəxsi hesab vərəqədə ƏDV borcuna münasibətdə faiz borcu 232 503,07 (iki yüz otuz iki min beş yüz üç manat 07 qəpik) manat göstərilmişdir. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərar”da təsbit edilmiş 415 978,42 manat əsas borc məbləğini əsas götürərək, Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən 415 978,42 manat ƏDV borcuna 151 832,12 manat (415 978,42 * 0.1 faiz = 415,97 (günlük faiz); 415,97 * 365 = 151 832,12 (illik və maksimum hesablana biləcək faiz borcu) məbləğində borcun hesablana biləcəyi görülür. Vergi Məcəlləsinin 59-cu maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu Məcəllənin 59.1-ci maddəsində müəyyən edilmiş faiz vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. 2020-ci ilin fevral ayı üçün ƏDV borcu bir ay ərzində, yəni 2020-ci ilin mart ayının sonunda ödənilməli idi. X5n də göründüyü kimi, ödəmə tarixi ## #### 2020-ci il göstərilmişdir. Bu isə o deməkdir ki, 2020-ci ilin fevral ayının ƏDV borcuna faiz məbləği ## #### 2021-ci il tarixinə kimi hesablana bilərdi. ## #### 2021-ci il tarixdən 5 illik müddət ötdüyünə görə ƏDV borcuna hesablanmalı olan 151 832,12 manat faiz borcu da ümidsiz borc hesab edilərək vergi ödəyicisinin borcundan silinməlidir. Beləliklə, 2020-ci ilin ƏDV borcuna münasibətdə hesablanmış 151 832,12 manat faiz borcunun ümidsiz borc hesab edilərək silinməsi xahiş edilmişdir. Əmlak vergisi üzrə bildirilmişdir ki, 2019-cu il üçün ##.##.2020-ci il tarixdə təqdim edilmiş bəyannamə əsasında 17 787,52 manat, 2020-ci il üçün isə ##.##.2021-ci il tarixdə təqdim edilmiş bəyannamə əsasında 14 322,71 manat olmaqla, ümumilikdə 32 110,23 manat məbləğində əmlak vergisi hesablanmışdır. Lakin Qərarda 2019-2020-ci illər müddətinə əmlak vergisi üzrə borc məbləği 12 824,01 manat kimi göstərilmişdir. Vergi orqanın sonuncu rəsmi qərarı olan Qərarı əsas götürülərək, 2019-2020-ci ilə aid sözügedən 12 824,01 manat məbləğində əmlak vergisi üzrə borcun ümidsiz borc hesab edilərək silinməs xahiş edilmişdir. 2019-cu ilin mənfəət vergisi üzrə isə 301,57 manat məbləğində borc hesablanmışdır. Sözügedən borc məbləği həm X5 (29-cu səhifə), həm də Qərarda öz əksini tapmışdır. 2019-cu ilin mənfəət vergisi üzrə hesablanmış 301,57 manat məbləğində borcun da ümidsiz borc hesab edilərək silinməsi xahiş edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin X5ki 429 104 (dörd yüz iyirmi doqquz min bir yüz dörd) manat əsas və 151 832,12 (bir yüz əlli bir min səkkiz yüz otuz iki manat 12 qəpik) manat faiz borclarının silinməsi barədə Qərar çıxarılması xahiş edilmişdir. Ərizə icraata qəbul edildi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməli, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası ilk olaraq iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Kollegiya hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də əsaslı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Maddə 85.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. ... Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü, 38.7.4-1-ci və 38.7.5ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. Maddə 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. Maddə 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi, vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarı). Apellyasiya şikayətinin dəlillərinə münasibət: Iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edən Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə aşağıdakıları qeyd edir: Iddiaçının apellyasiya şikayətinin əsas dəlili (apellyasiya icraatı zamanı iddia tələbinin həcmi azaldılmışdır) vergi ödəyicisinin X5 qeyd edilən 2019-2020-ci il üzrə 429 104 (dörd yüz iyirmi doqquz min bir yüz dörd) manat əsas və 151 832,12 (bir yüz əlli bir min səkkiz yüz otuz iki manat 12 qəpik) manat faiz borclarının qanunvericiliklə müəyyən olunmuş 5 illik müddət keçməsi əsası ilə ümidsiz borc kimi silinməsi ilə bağlıdır. Qeyd edilənlərlə bağlı iddiaçı ilkin olaraq inzibati orqana ##.##.2025-ci il tarixdə müraciət etmiş və Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X7 Baş Idarəsi tərəfindən İddiaçı MMC-nin müraciəti əsasında verilmiş ##.##.2025-ci il tarixli, *-**-*-*/*-N-***-**/**** nömrəli cavab məktubda göstərilmişdir ki, “...cəmiyyətin ##.##.2025-ci il tarixə dövlət büdcəsinə (və ya müvafiq fondlara) borcu aşağıdakı kimidir: - Vergilər üzrə 463831,17 manat əsas, 180 manat maliyyə sanksiyası, 240251,53 manat faiz borcu; - Məcburi dövlət sosial sığorta haqları üzrə 22356,89 manat əsas, 7399,78 manat faiz borcu; - Işsizlikdən sığorta haqları üzrə 1721,24 manat əsas, 706,24 manat faiz borcu; - Icbari tibbi sığorta haqları üzrə 294,82 manat faiz borcu; - Dövlət torpaq sahələrinin icarəsi üzrə 65341,64 manat borc. Cavabdeh inzibati orqanın imtinasından, iddiaya dair etirazından, həmçinin birinci instansiya məhkəməsinin iddianın rəddi ilə bağlı gətirdiyi əsaslandırılmasından belə aydın olur ki, iddiaçı tərəfindən ona məxsus vergi borcları bu günədək ödənilmədiyinə görə vergi ödəyicisinin fəaliyyətində Cinayət məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan toplanmış materiallar qanunamüvafiq tədbirlərin görülməsi üçün Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinə göndərilmiş və həmin materiallar əsasında ##.##.2025-ci il tarixli qərar ilə Q******* nömrəli cinayət işi başlanılmışdır. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Vergi Cinayətlərinin Ibtidai Araşdırılması Baş Idarəsinin ##.##.2025-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Qərarın surətindən müəyyən olunur ki, İddiaçı MMC-də 472412,35 manat məbləğində, külli miqdarda vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarının ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə cinayət işinin başlanması və həmin işin icraata qəbul edilərək, ibtidai araşdırma aparılması barədə qərar qəbul edilmişdir. Qərarın əsaslandırılma hissəsində qeyd edilmişdir ki, X2 rəhbər olduğu - Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı MMCnin (VÖEN: **********) şəxsi hesab vərəqəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, cəmiyyətdə cari bəyannamə ilə hesablanmış 2019-cu il üzrə 301,57 manat mənfəət vergisi, 2019-2020-ci illər üzrə 12824,01 manat əmlak vergisi, 2020-ci ilin fevral ayı üzrə 415978,42 manat X1, 2019-cu ilin 3-cü, 2021-ci ilin 3,4-cü və 2022-ci ilin 2-4 rübləri üzrə 22356,89 manat məcburi dövlət sosial sığorta, 2020-ci ilin 4-cü, 2021-ci ilin 2-4-cü, 2022ci ilin 1-4-cü rübləri üzrə 1460,64 manat işsizlikdən sığorta, 2021-ci ilin 2-4-cü və 2022-ci ilin 1-4 rübləri üzrə 3188,4 manat icbari tibbi sığorta haqları, eləcə də kameral vergi yoxlaması ilə hesablanmış, 2021-ci ilin 1-ci rübü üzrə 260,60 manat işsizlikdən sığorta haqqı, 2023-cü il üzrə 40,00 manat torpaq vergisi, 2021-ci il üzrə 11458,17 manat əmlak vergisi, 2021-2022-ci illər üzrə 4543,65 manat mənfəət vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən 472412,35 manat məbləğində vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları ödənilməkdən yayındırılmışdır. İddiaçı MMC-yə (VÖEN: 020002021) aid X5n aydın görünür ki, -##.##.2020-ci il tarixə ƏDV 2020/02 hesabat dövrü üzrə ##.##.2023-cü il tarixində dəqiqləşmiş bəyannamə əsasında 470.07625 manat məbləğində ədv hesablanmış, qalıq ödəmə 446.647,30 manat və faiz borcu kimi 232.503,07 manat qeyd edilmişdir. -Əmlak vergisi üzrə 2019-cu il üçün təqdim edilmiş bəyannamələr əsasında 1.184,78 manat, 3.932,18 manat, 3.932,18 manat və 3.932,18 manat cəmi 12.981,32 manat, 2020-ci il üçün isə hər rüb üzrə 3.557,50 manat olmaqla ümumilikdə 14.230 manat hesablanmışdır. - ##.##.2020-ci il tarixində cari bəyannamə əsasında 2019-cu ilin mənfəət vergisi üzrə 301,57 manat hesablanmışdır. Iddiaçının hazırda hüquqi marağı və istəyi ona hesablanmış, X5 əksini tapmış tutulma müddəti bitmiş 2020-ci ilin fevral ayı üzrə ƏDV borcu kimi 415978,42 manat əsas borc və ona VM-nin 59-cu maddəsinə əsasən 1 il ərzində günlük 0,1 faiz olaraq hesablanmış 151832.12 manat (415978,42*0,1 faiz=415,97 manat günlük faiz * 365 gün) faiz, cinayət işinin başlanması haqqında qərarda qeyd edilən 2019-2020-ci il üzrə əmlak vergisi üzrə 12824,01 manat və 2019-cu ilin mənfəət vergisi üzrə hesablanmış 301,57 manat vergi borclarının ümidsiz borc kimi silinməsinə yönəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı, cavabdeh inzibati orqanın imtinasını və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə: “...vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VM-nin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Beləliklə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.” Beləliklə, hazırkı mübahisəyə münasibətdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” ## ###### 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınmalıdır. Iddiaçıya cavabdeh tərəfindən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Məhkəmə kollegiyası ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; - müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; - ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği. Işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən müvafiq müraciət edilmiş və 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği və tərkibi göstərilmiş, iddiaçının hazırda ümidsiz borc kimi silinməsini tələb etdiyi X5 olan borcun yaranma tarixi 2019-2020-ci illərə təsadüf edir ki (mübahisələndirilməyən haldır), həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilməmişdir. Cavabdehin imtina və etirazının dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləği ilə bağlı cinayət işi başlanılması ümidsiz borc kimi silinməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh hesablanmış borcun zamanında tutulması məsələsini Vergi Məcəlləsinin 89.1-ci və 90-cı maddələrinin tələbləri çərçivəsində həll etmək imkanına malik olsa da, həmin imkandan yararlanmamışdır, yəni iddiaçının bu istiqamətdə hər hansı bir hərəkəti cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi. Diqqətə çatdırılır ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmişdir. Məhkəmə kollegiyası oxşar işlər üzrə məhkəmə praktikasına nəzər yetirərək qeyd edir ki, Ali Məhkəmənin bir sıra qərarlarında da sözügedən hüquqi mövqe sərgilənmişdir. Belə ki, oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki,

39. Həmçinin qeyd edilməlidir ki, mübahisələndirilən borc məbləğinin cinayətin predmeti olduğundan ümidsiz borc kimi silinməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh hesablanmış borcun zamanında tutulması məsələsini Vergi Məcəlləsinin 89.1-ci və 90-cı maddələrinin tələbləri çərçivəsində həll etmək imkanına malik olsa da, həmin imkandan yararlanmamışdır, yəni iddiaçının bu istiqamətdə hər hansı bir hərəkəti cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi.

40. Məhkəmə kollegiyası həmçinin zəruri olaraq qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmiş, yalnızca 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu– müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının X5 tələb etmə müddəti ötmüş borcu silməkdən imtina etmiş, apellyasiya instansiyası məhkəməsi cavabdehin həmin mövqeyi ilə razılaşmışdır.

41. Halbuki, hazırkı işdə tələb etmə müddətinin axımının dayanmasına səbəb ola biləcək VM-nin 85.5-2-ci maddədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki,

35. Digər tərəfdən, ödənilməmiş vergi borcunun 40.489,36 manat hissəsi ilə bağlı kassatorun dəlili ondan ibarətdir ki, iddiaçıda vergidən yayınma faktı üzrə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət işinin başlanması barədə qərar qəbul edildiyindən və cinayət işi üzrə yekun qərar qəbul edilənədək tələbetmə müddəti hüququnun bitməsi ilə əlaqədar vergi borclarının silinməsi həyata keçirilmədiyindən, iddia tələbi həmin hissədə əsassızdır.

36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bir daha qeyd edir ki, Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində vergi, maliyyə sanksiyası və faizlər üzrə 5 illik tələbetmə müddətinin axımının dayandırılmasına əsas olan hallar sadalanmış, lakin vergi borcu ilə bağlı cinayət işinin mövcud olması və davam etməsi həmin müddətin axımını dayandıran hal kimi nəzərdə tutulmamışdır. Odur ki, kassatorun qeyd edilən dəlili əsassızdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, dəqiqləşdirilmiş iddia təmin edilməli, X5 əksini tapmış tutulma müddəti bitmiş 2020-ci ilin fevral ayı üzrə ƏDV borcu kimi 415978,42 manat əsas borc və ona VM-nin 59-cu maddəsinə əsasən 1 il ərzində günlük 0,1 faiz olaraq hesablanmış 151832.12 manat (415978,42*0,1 faiz=415,97 manat günlük faiz * 365 gün) faiz, cinayət işinin başlanması haqqında qərarda qeyd edilən 2019-2020ci il üzrə əmlak vergisi üzrə 12824,01 manat və 2019-cu ilin mənfəət vergisi üzrə hesablanmış 301,57 manat ümumilikdə isə 429 104 (dörd yüz iyirmi doqquz min bir yüz dörd) manat əsas və 151 832,12 (bir yüz əlli bir min səkkiz yüz otuz iki manat 12 qəpik) manat faiz borclarının ümidsiz borc kimi silinməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia tələbi təmin edilsin. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin X5ki 429 104 (dörd yüz iyirmi doqquz min bir yüz dörd) manat əsas və 151 832,12 (bir yüz əlli bir min səkkiz yüz otuz iki manat 12 qəpik) faiz borclarının ümidsiz borc qismində silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş Idarəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar