Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2734/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyadan tutulmanın qanunsuz hesab edilməsi və pensiyanın yenidən hesablanması” tələbinə dair iş üzrə iddiaçı tərəfindən verilmiş “buraxılmış prosessual müddətin bərpası” barədə ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ##.##.2020-##.##.2025-ci il tarixləri ərzində ödənilmiş 621,26 manat pensiya məbləğinin və ##.##.2008-##.##.2012-ci il tarixləri ərzində ödənilmiş 559,86 manat sosial müavinət məbləğinin tutulmasının dayandırılması və pensiyanın əvvəlki məbləğdə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərarına əsasən (hakim A.Babayev) iddianın qismən təmin edilməsi, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçı İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2025-ci il tarixli, *-**-*/*-*-*****/**** nömrəli qərarının ləğv edilməsi, əmək pensiyasından tutulmuş (əvəz edilmiş) ümumilikdə 1181,12 manat məbləğin İddiaçı geri qaytarılması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərarının ləğv edilməsini və iddianın tam həcmdə təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəfindən müddətin bərpa edilməsi barədə vəsatət də verilmişdir. İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə vəsatət onunla əsaslandırılmışdır ki, iş üzrə qərarın ##.##.2026-cı il tarixdə elektron məhkəmə sistemində yerləşdirildiyi qeyd edilsə də, həmin tarixdə qətnamə elektron sistemdə faktiki olaraq mövcud olmamışdır. Tərəfindən məhkəmənin elektron kabineti mütəmadi olaraq, o cümlədən 2026-cı ilin iyul ayının ortalarınadək yoxlanılmış, lakin həmin müddət ərzində qərar elektron kabinetdə görünməmişdir. Bundan əlavə, elektron məhkəmə sistemində əvvəllər hər hansı sənədin, o cümlədən qərardadın, bildirişin, ərizənin və digər sənədlərin yerləşdirilməsi barədə onun elektron poçt ünvanına və mobil telefonuna müvafiq bildirişlər göndərilmişdir. Lakin hazırkı iş üzrə qərarın sistemə yerləşdirilməsi ilə bağlı nə elektron poçt vasitəsilə, nə də SMS vasitəsilə hər hansı bildiriş göndərilməmişdir. Bu səbəbdən onun qərarın qəbul edilməsi və sistemdə yerləşdirilməsi barədə məlumat əldə etmək üçün real və faktiki imkanı olmamışdır. O yalnız ##.##.2026-cı il tarixdə elektron məhkəmə kabinetini yoxlayarkən qərarın sistemdə yerləşdirildiyini aşkar edib və qərar həmin tarixdə faktiki olaraq tərəfindən oxunmuşdur. Beləliklə, qərarın ##.##.2026-cı il tarixində sistemə yerləşdirildiyinin qeyd olunması ilə onun tərəfindən faktiki olaraq əldə edilməsi və oxunması arasında fərq mövcuddur. Onun qərardan xəbərdar olmadığı müddətdə apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş müddətin ötürülməsi iradəsindən və ya səhlənkarlığından irəli gəlməmişdir. Əksinə, o məhkəmə prosesini izləməkdə və elektron kabinetini yoxlamaqda lazımi diqqət göstərib, lakin qərarın sistemdə yerləşdirilməsi barədə heç bir elektron bildiriş almayıb. Hazırkı halda müddətin ötürülməsinin səbəbi onun iradəsindən asılı olmayan və tərəfindən əvvəlcədən aradan qaldırılması mümkün olmayan hallarla bağlı olmuşdur. Qərar faktiki olaraq yalnız ##.##.2026-cı ildə aşkar edilərək oxunması, həmin tarixədək elektron və SMS bildirişlərinin göndərilməməsi onun müddəti vaxtında hesablamaq və apellyasiya şikayətini hazırlamaq imkanını faktiki olaraq məhdudlaşdırmışdır. O faktiki olaraq ##.##.2026-cı il tarixdə qərar barədə xəbərdar olub və bundan sonra apellyasiya şikayətinin hazırlanması üçün zəruri tədbirləri görüb. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməklə, geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərarı ##.##.2026-cı il tarixdə iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti ##.##.2026-cı il tarixdə Məhkəmə İşlərinin Elektron İdarəetmə sistemi vasitəsilə verilmişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti iddiaçı İddiaçı münasibətdə onun elektron kabinetinə yerləşdirildiyi tarixdən, ##.##.2026-cı il tarixdən hesablanmaqla, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası iddiaçının “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” vəsatətinə hüquqi qiymət verərək ilk öncə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Qanunvericiliyin tələbindən göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu proses iştirakçısının elektron kabineti olduğu halda sənədlərin digər qaydada verilməsi nəzərdə tutulmamışdır. İddiaçı prosessual müddətin bərpası barədə ərizəsində qeyd etdiyi hallarla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərarı ##.##.2026-cı il tarixdə iddiaçının Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, bu barədə bildiriş iddiaçıya göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə ##.##.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı İddiaçı prosessual müddətin bərpası barədə vəsatəti təmin edilməsin. İddiaçı İddiaçı Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(3-6)-2734/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2734/2026
08.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver