Məhkəmə qərarları › İş №2-1(3-6)-277/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-277/2026

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-277/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “müharibə veteranı və vəsiqəsinin verilməsi üçün adının siyahıya salınaraq razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X18 (sədrlik edən və məruzəçi), X25 və X19 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. *** nömrəli arayışdan görünür ki, iddiaçı ##.##.2014-cü il tarixdən ##.##.2022-ci il tarixədək N nömrəli hərbi hissənin “24-cü radiolokasiya böyük komandirinin şəxsi heyətlə iş üzrə müavini” vəzifəsində xidmət edib və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücüm əməliyyatları və işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir.

2. Cavabdeh tərəfindən verilmiş imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş ərazi meyarlarına uyğun olmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun həsab edilmir.

3. N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ##.##.2020- ci ildən ##.##.2020-ci il tarixədək döyüş fəaliyyətləri zamanı şəxsi heyətin mənəvi psixoloji təminatının təşkilində iştirak edib. Onun iştirak etdiyi ərazi – İmişli rayonu olmuşdur. 24-cü radiolokasiya bölüyü İmişli yaşayış məntəqəsində yerləşən bölüyün döyüş heyətləri ilə döyüşə daim hazır olmalarını, onlarda hərbi intizama, mənəvi psixoloji vəziyyətin möhkəmlənməsinə, Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini yerinə yetirmək, döyüş bölmələrinin heyətləri ilə döyüş mövqelərində ayrı-ayrılıqda mütəmati söhbətlər təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı X14 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı və vəsiqəsinin verilməsi üçün adının siyahıya salınaraq razılaşdırılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Bu səbəbdən onun müharibə veteranı statusunu qazanmaq hüququ yaranır. Lakin, cavabdeh heç bir əsaslı səbəb gətirmədən əsassız olaraq iddiaçının ərizəsini təmin etmir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının iştirak etdiyi (xidmətdə olduğu) ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə qeyd olunan ərazi siyahısına daxil deyildir. Həmçinin iddiaçının döyüş əməliyyatları aparıldığı ərazilərə ezam olunması faktı da müəyyən olunmamışdır.

7. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı N nömrəli hərbi hissənin “24-cü radiolokasiya böyük komandirinin şəxsi heyətlə iş üzrə müavini” vəzifəsində xidmət edib və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücüm əməliyyatları və işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir.

9. Qeyd olunmalıdır ki, iddiaçının xidmət etdiyi bölgə isə İmişli rayonunun dislokasiyası olmuşdur ki, həmin ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə görə döyüş bölgəsi hesab olunmayan ərazidir.

10. Lakin yuxarıda da qeyd edildiyi kimi iddiaçının döyüş zonasında aktiv döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə ezam edilməsi və orada iştirakı hər hansı mötəbər dəlillərlə təsdiq edilmir. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı tələbi qanunvericiliyin normalarına uyğun gəlmədiyindən təmin edilə bilməz.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

11. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəsinin İmişli bölməsində Vətən müharibəsi zamanı hərbi hava qüvvələrinin hava hücumundan müdafiəsini təşkil etməsinə rəhbərlik etmişdir. Radiolokasiya bölməsində şəxsi heyətin mənəvi döyüş ruhunun yüksəldilməsində, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radiolokasiya, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüşəməliyyatları,2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində döyüş təminatı üzrə tapşırıqlarını yerinə yetirilmişdir. Bundan başqa, iddiaçı xidməti dövründə ##.##.2016-ci iltarixdə Azərbaycan Respubikasının Silahlı Qüvvəlinin 90 illiyi yubileyi,##.##.2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95illiyi yubileyi, ##.##.2016-cı il tarixdə Qüsursuz xidmətə görə 3 dərəcəli,##.##.2018-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi yubileyi, ##.##.2018-ci il tarixdə Qüsursuz xidmətə görə 2 dərəcəli və ##.##.2023cü il tarixdə Qüsursuz xidmətə görə 1-ci dərəcəli medalları ilə təltif olunmuşdur. ##.##.2024-cü il tarixli ** saylı Arayışda aydın şəkildə göstərilir ki, iddiaçı həqiqətən ##.##.2014-cü il tarixdən ##.##.2022-ci tarixədək N nömrəli hərbi hissənin 24-cü radiolokasiya Vnin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri ilə ##.##.2020ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir. Bundan başqa, məhkəmədə bildirilmiş ki, X9 ilə birlikdə eyni hərbi hissə və bölmədə xidmət edən İsgəndərov Cavid Ramiz oğlu, Abbasov İbadət Allahverdi oğlu, İbayev Asim Rüstəm oğlu, X4, X10, X2, X5, X3, X8, Sahmarlı Əkbər Ələkbər oğlu Hərbi Hava qüvvələrinin komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri ilə hərbi hissə və bölmələri döyüş əməliyyatlarına cəlb olunmuşlar. Belə ki, hərbi hissə komandirinin *** saylı əmrinə əsasən N saylı hərbi hissənin 24 radiolokasiya bölməsinin şəxsi heyətindən 2020-ci ilin sentyabr ayında Vətən müharibəsində iştirak etmiş həmin şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilmişdir. Məhkəmə tərəfindən Müdafiə Nazirliyinə sorğu göndərilərək həmin şəxslərə veteran adı və vəsiqəsi verildiyi təqdirdə buna əsas olmuş hallar barədə məlumatın verilməsi xahiş olunmuşdur. Müdafiə Nazirliyi sorğunun cavablandırılmasını Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın sədrinə göndərilmişdir. ##.##.2025-ci il tarixdə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteranadlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın sədri məhkəməyə cavab ünvanlayaraq qeyd etmiş ki, “Müharibə veteranı” adının verilməsinə əsasolmuş sənədlər Azərbaycan Respublikasını Nazirlər Kabinetində saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə (İşin hallarının araşdırılması prinsipi) əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin, məhkəmə tərəfindən işin obyektiv baxılması üçün sübutların əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sorğu göndərilməmişdir. Halbuki, mütləq şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sorğu göndərilməli idi.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

16. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. 7-ci maddəsində göstərilmişdir ki, veteran adlarının və vəsiqələrinin verilməsi: Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji X26 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, müharibə veteranı adının verilməsi üçün şəxsin hansı xüsusiyyətlərə malik olması, müharibə dövründə hansı əməliyyatlar yerinə yetirməsi, o cümlədən də doyüş tapşırıqları üzrə bütün təminat növləri üzrə tapşırıqlarının yerinə yetirib-yetirməməsi mühüm rol oynayır. Qeyd olunmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərində müharibə veteranı adının verilməsi məhz Azərbaycan Respublikasının müəyyən bölgələrində döyüş tapşırığı icra etməsi şərtindən asılı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, qanunvericilik ərazi məhdudiyyətini bəzi hallarda, yəni şəxsin iştirak etdiyi bölmədən və hansı döyüş tapşırığı ilə bağlı olmasından asılı etmişdir. Bunun fərqləndirilməsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 1995-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 10-cu və 11-ci abzasında göstərilən normanın təhlili nəticəsində də müəyyən olunur.

23. Belə ki, yuxarıda istinad olunan Əsasnamənin 1-ci bəndinin 10-cu abzasında qeyd olunmuşdur ki, müharibə veteranı adının verilməsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il ########ın ##-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə verilir. Göründüyü kimi həmin norma yalnız qeyd olunan ərazilərdə (Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı və s.) hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə şamil olunur.

24. Məhkəmə Kollegiyası qeyd edir ki, Əsasnamənin 1-ci bəndinin 10-cu abzasının məzmunundan göründüyü kimi, həmin bəndə əsasən o şəxslərə müharibə veteranı adı verilir ki şəxs: 1) ...2020-ci il ## ######## tarixinədək işğal altında olmuş ərazilərdə hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak edən (yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş) hərbi qulluqçu olsun; 2) və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçusu və ya hərbi hissə (bölmə) və ya orqanların mülki işçisi olsun; 3) və ya döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunsun.

25. Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı N nömrəli hərbi hissənin “24-cü radiolokasiya böyük komandirinin şəxsi heyətlə iş üzrə müavini” vəzifəsində xidmət edib və N nömrəli hərbi hissə komandirinin ##.##.2020-ci il tarixli *** nömrəli döyüş əmri ilə ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək əks hücüm əməliyyatları və işğal altında olan torpaqlarının azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına cəlb edilmişdir.

26. Lakin qeyd olunmalıdır ki, iddiaçının xidmət etdiyi bölgə isə İmişli rayonunun dislokasiyası olmuşdur ki, həmin ərazi yuxarıda göstərilən Əsasnamənin tələblərinə görə döyüş bölgəsi hesab olunmayan ərazidir.

27. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının döyüş zonasında aktiv döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə ezam edilməsi və orada iştirakı hər hansı mötəbər dəlillərlə təsdiq edilmir. Belə olan halda iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı tələbi qanunvericiliyin normalarına uyğun gəlmədiyindən təmin edilə bilməz

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Zülfüqar Muxtar oğlu İsmayılovun şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ##.##.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “Müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır.

29. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır və həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

30. Bundan başqa, apellyasiya şikayətində bildirilmişdir ki, iddiaçı ilə birgə xidmət edən X9 ilə birlikdə eyni hərbi hissə və bölmədə xidmət edən İsgəndərov Cavid Ramiz oğlu, Abbasov İbadət Allahverdi oğlu, İbayev Asim Rüstəm oğlu, X4, X10, X2, X5, X3, X8, Sahmarlı Əkbər Ələkbər oğlu müharibə veteranı adı və vəsiqəsi verilmişdir.Məhkəmə tərəfindən Müdafiə Nazirliyinə sorğu göndərilərək həmin şəxslərə veteran adı və vəsiqəsi verildiyi təqdirdə buna əsas olmuş hallar barədə məlumatın verilməsi xahiş olunmuşdur. Müdafiə Nazirliyi sorğunun cavablandırılmasını Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın sədrinə göndərilmişdir. ##.##.2025-ci il tarixdə Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteranadlarının və vəsiqələrinin verilməsi üzrə komissiya”nın sədriməhkəməyə cavab ünvanlayaraq qeyd etmiş ki, “Müharibə veteranı” adının verilməsinə əsasolmuş sənədlər Azərbaycan Respublikasını Nazirlər Kabinetində saxlanılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə (İşin hallarının araşdırılması prinsipi) əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin, məhkəmə tərəfindən işin obyektiv baxılması üçün sübutların əldə edilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sorğu göndərilməmişdir. Halbuki, mütləq şəkildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sorğu göndərilməli idi.

31. Qeyd olunanlarla bağlı məhkəmə Kollegiyasının mövqeyi belədir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı ##.##.2020-ci ildən ##.##.2020ci il tarixədək döyüş fəaliyyətləri zamanı şəxsi heyətin mənəvi psixoloji təminatının təşkilində iştirak edib. Onun iştirak etdiyi ərazi isə İmişli rayonu olmuşdur. 24-cü radiolokasiya bölüyü İmişli yaşayış məntəqəsində yerləşən bölüyün döyüş heyətləri ilə döyüşə daim hazır olmalarını, onlarda hərbi intizama, mənəvi psixoloji vəziyyətin möhkəmlənməsinə, Vətənə hədsiz sədaqət, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini yerinə yetirmək, döyüş bölmələrinin heyətləri ilə döyüş mövqelərində ayrı-ayrılıqda mütəmati söhbətlər təşkil etmişdir.

32. Yuxarıda adları qeyd olunan X9 ilə birlikdə eyni hərbi hissə və bölmədə xidmət edən İsgəndərov Cavid Ramiz oğlu, Abbasov İbadət Allahverdi oğlu, İbayev Asim Rüstəm oğlu, X4, X10, X2, X5, X3, X8, Sahmarlı Əkbər Ələkbər oğlu isə iddiaçı ilə eyni fəaliyyəti icra etməmişlər.

33. Apellyasiya baxışı zamanı iddiaçının vəkilinin (nümayəndəsinin) də cavabından adları qeyd edilən iddiaçının xidmət yoldaşlarının operator vəzifəsində və.sair xidmət etdikləri, beləliklə də iddiaçı ilə fərqli faktiki hallardan çıxış etdikləri nəticəsinə gəlinir.

34. Odur ki, məhkəmə Kollegiyası iddiaçının vəkilinin (nümayəndəsinin) həmin şəxslərə veteran adı və vəsiqəsi verilməsinə əsas olmuş hallar barədə məlumatın verilməsi ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə sorğu göndərilməsinə dair vəsatətini təmin etməmişdir.

35. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır.

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

37. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar