Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-280/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ödənilməmiş pensiya məbləğinin geri qaytarılması”) Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası, hakimlər X12 (sədrlik edən və məruzəçi), X8 və X13 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, Iddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi nümayəndə1 iştirakları ilə, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemindən əldə edilən məlumatlara əsasən bildiririk ki, İddiaçı əlillik vəziyyəti ** nömrəli Şəhər Poliklinikasının *******AACL* nömrəli göndərişi əsasında ##.##.2017-ci il tarixində qiymətləndirilmiş və ümumi xəstəlik - gözdən əlilliyi olan şəxs səbəbindən 5 il müddətinə ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Bildiririk ki, X10 Fondun keçmiş Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən gözdən əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənişi araşdırma zərurəti ilə əlaqədar ##.##.2020-ci il tarixindən dayandırılmışdır.
2. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanan ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Məlumat üçün bildiririk ki, X10 Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – Fond) keçmiş Bakı şəhəri Yasamal rayon şöbəsi tərəfindən gözdən əlilliyə görə təyin olunmuş əmək pensiyasının ödənişi araşdırma zərurəti ilə əlaqədar ##.##.2020-ci il tarixindən dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin müvafiq qurumu tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunun əməkdaşı X1 ofisindən və mənzilindən maddi sübutlar kimi götürülmüş sənədlər arasında X10 adına olan daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) texniki pasportunun notarial qaydada təsdiq edilən və dövlət reyestrindən çıxarışının surətləri aşkar edilməsi, eyni zamanda cinayət təqibi orqanı tərəfindən Pakizə Məmmədova barəsində işçi qaydasında ətraflı məlumatın istənilməsi ona təyin edilmiş pensiyanın qanunauyğunluğuna şübhələr yaratdığından pensiya ödənişinin dayandırılması barədə Fonda müvafiq məlumat verilmişdir. Qeyd edilməlidir ki, Fondun bir sıra struktur orqanlarında çalışmış Pakizə Məmmədova X1 ilə birlikdə 2013-2015-ci illərdə Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunda işləmiş, onun əmək müqaviləsinə ##.##.2016-cı il tarixdən xitam verilmişdir. İddiaçı əlilliyi barədə Nazirliyin “Əlillik” altsistemində mövcud olan məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, aidiyyəti olmayan müxtəlif tibb müəssisələri tərəfindən tərtib edilmiş və birbirindən fərqli diaqnozlu göndərişlər (cəmi 4 sayda) “Əlillik” altsisteminə göndərilsə də, ilk 3 (üç) göndəriş üzrə əlillik təyinatından imtina olunmuşdur. O cümlədən, 1. X2 QSC Sosial Inkişaf Idarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi ##.##.2017. Sinir sistemi xəstəlikləri, sinir sisteminin digər pozğunluqları, baş beynin digər zədələnmələri, serebral sist. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə, ağırlaşma, xoşxassəli kəllədaxili hipertenziya, kəllədaxili hipertenziya, ağırlaşma, dəqiqləşdirilməmiş nevrotik pozuntular, qabarıq asteno-nevratik sindrom, yanaşı xəstəliklər, xroniki xolesistit, xroniki hepatoxolesistit, tez-tez kəskinləşmələrlə, yanaşı xəstəliklər, digər ağırlaşmalarla müşayiət olunan dəqiqləşdirilməmiş babasil, kombinə olunmuş babasil, yanaşı xəstəliklər, enteroptoz (bağırsaq sallanması), düz bağırsağın sallanması. ##.##.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 2. X2 QSC Sosial Inkişaf Idarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi ##.##.2017. Tənəffüs sistemi xəstəlikləri, qrip və pnevmoniya, digər respirator təzahürlərlə birgə rast gəlinən qrip, virus. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə. ##.##.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 3. Bakı ** №-li Şəhər Poliklinikası, Müayinə tarixi ##.##.2017. Sinir sistemi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri. Diaqnoz: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, xoşxassəli kəllədaxili hipertenziya, toksiki ensefalopatiya, üzvi mənşəli emosional labil [astenik] pоzuntu, xroniki xolesistit, ürəyin xroniki işemik xəstəliyi,stenokardiyanın digər formaları, III fs. ##.##.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 4. Bakı ** №-li Şəhər Poliklinikası, Müayinə tarixi ##.##.2017. Gözün və gözün əlavə aparatının xəstəlikləri, görmə sinirinin və görmə yollarının xəstəlikləri, görmə sinirinin (2-ci) və görmə yollarının digər xəstəlikləri. Diaqnoz: Görmə sinirinin atrofiyası, OU görmə sinirin hissəvi atrofiyası, binokulyar, ağır görmə pozğunluğu. Meyar: Ikinci dərəcə əlillik, hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması. Növbəti qiymətləndirmə tarixi ##.##.2022-ci il. ##.##.2017-il tarixdə əlilliyi təsdiq edilmişdir. Göründüyü kimi, 2017-ci ilin ilk 6 ayında 3 imtinadan sonra sonuncu gözlə əlaqədar diaqnoz müəyyən edilmiş göndərişə əsasən İddiaçı özünə 2-ci dərəcə əlillik və həmin əlilliyə müvafiq olaraq əmək pensiyasının təyin edilməsinə nail olmuşdur. 2021-ci ilin mart ayında Nazirlik tərəfindən aparılan araşdırma zamanı İddiaçı ünvanına məktub göndərilərək əmək pensiyası hüququ yaradan sənədlərinin Nazirliyə təqdim edilməsi xahiş edilmişdir. Nazirliyə gələn vətəndaş Daxili nəzarət və audit şöbəsinin sabiq əməkdaşına şəxsiyyət vəsiqəsinin, diplomunun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Qəbulda olarkən P.Məmməovaya Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edərək gözdən əlilliyinin təkrar qiymətləndirilməsi üçün əyani müayinədən keçməsi, müayinənin nəticəsi barədə rəsmi qərarın Nazirliyə təqdim edilməsindən sonra pensiya ödənişinin bərpası məsələsinə baxılacağı bildirilmişdir. Lakin həmin tarixdən 4 il keçməsinə baxmayaraq gözdən əlil olmasının təsdiq edən və ya əlilliyinin əyani müayinənin nəticələri barədə İddiaçı tərəfindən Nazirliyə və ya Agentliyə hər hansı təsdiqedici rəsmi sənəd təqdim olunmamışdır. Bildiririk ki, İddiaçı (FIN *******) əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Bakı ** nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilən *******AACL* nömrəli göndərişdə qeyd olunduğu kimi onun həqiqətən də ##.##.2017ci il tarixində X6 adına Milli Oftalmologiya Mərkəzində (bundan sonra – Mərkəz) müayinədən keçməsinin və ona təyin olunmuş “görmə sinirinin atrofiyası” diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə Mərkəzə ##.##.2024-cü il tarixli 3-17-4/2- *****/**** nömrəli sorğu ünvanlanmışdır. Mərkəz sorğumuza ##.##.2024-cü il tarixli 3- 28- 24/2-12/2024 (ESDAS *-**-*/*-*****/****) nömrəli cavab məktub ilə İddiaçı dair yalnız Bakı ** nömrəli Şəhər Poliklinikası tərəfindən verilən tibb kartasından çıxarışın surətini təqdim etmiş və şəxsin Mərkəz tərəfindən sorğuda göstərilən tarixdə və yaxud başqa bir tarixdə müayinəsinə dair heç bir müayinə sənədi təqdim etməmişdir. Mərkəzin İddiaçı müayinə sənədi təqdim etməməsi onun həqiqətəndə müayinə olunmasına şübhələr yaratmış və onun əlillik təyinatına əsas verən “görmə sinirinin atrofiyası” diaqnozu sübuta yetirilməmişdir. Əlavə olaraq bildiririk ki, İddiaçı dair təqdim edilmiş Bakı ** nömrəli Şəhər Poliklinikası tərəfindən verilən tibb kartasından çıxarışda qeyd edilən diaqnoz üzrə X7-Sosial Ekspert Komissiyası ilə məsləhətləşmələr aparılmışdır. Nəticədə çıxarışda yazılan diaqnozların əlillik təyinatına əsas verdiyi bildirilmiş olsa da, İddiaçı ##.##.2017-ci il tarixində X6 adına Milli Oftalmologiya Mərkəzində müayinədən keçməsinə dair sübutlar təqdim edilməmişdir. Bununla əlaqədar əlilliyin əsaslılığına dair yekun qərar qəbul etmək mümkün olmamışdır.
3. ##.##.2017-ci il tarixli TSEK Müayinəyə əsasən X10 “görmə sinirinin atrofiyası, OU= görmə sinirinin hissəvi atrofiyası, binokulya, ağır görmə pozğunluğu” diaqnozun mətni ilə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbilə 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir.
4. “X6 adına Milli Oftalmologiya Mərkəzi” tərəfindən verilmiş ##.##.2017-ci il tarixli **** nömrəli Tibbi Rəydə qeyd olunmuşdur ki, X10 aşkar edilmişdir: vis OD=0,07 k/e (yüzdə yeddi) vis OS=0,06 k/e (yüzdə altı). OU ön şöbə normaldır, gsm tış tərəfdən avazıyıb, reflekslər zəifləyib, damarların kalibri 1:3. Dz: OU – görmə sinirinin hissəvi atrofiyası.
5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda qeyd edilmişdir ki, pensiya işinə aid sənədlərdə sizə Fondun Yasamal rayon şöbəsi tərəfindən ## #### 2017-ci il tarixindən dövlət qulluqçusu kimi II dərəcə əlilliyə görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Eyni zamanda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. Bununla əlaqədar olaraq, əmək pensiyası hüquqununun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından pensiya ödənişi # ####### 2020-ci il tarixindən dayandırılıb.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı X10 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi ##.##.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin geri qaytarılması öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarasınız.
7. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsi tərəfindən ##.##.2017-ci il tarixdən etibarən sabiq dövlət qulluqçusu kimi II dərəcəli əlilliyə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sözügedən pensiyanın ödənişi ##.##.2020-ci il tarixdən dayandırmışdır. Iddiaçının bununla bağlı etdiyi müraciətə cavabdeh inzibati orqan ##.##.2024-cü il tarixdə cavab vermiş və məktubda qeyd edilmişdir ki, iddiaçıya verilən pensiya ƏƏSMN Aparatının daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan araşdırma ilə əlaqədar dayandırılmışdır. Buna səbəb kimi göstərilmişdir ki: “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüuqularının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır.” Cavab məktubunda daha sonra göstərilmişdir ki, «əmək pensiyası hüququnuzun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından sizə pensiya ödənişi # ####### 2020-ci il tarixdən dayandırılıb». Göründüyü kimi araşdırmanın başlanılmasından 3 ildən artıq vaxt keçməsinə baxmayaraq nəticə verilməmiş, bu müddət ərzində əlillik dərəcəsinin müddəti bitmişdir (##.##.2022-ci il). Bununla belə ötən müddət üçün əmək pensiyasının ödənilməsi həyata keçirilməmiş, iddiaçının konstutsion hüquqları kobud şəkildə pozulmuşdur. Iddiaçı hesab edir ki, pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixdən əlillik dərəcəsinin müddətinin bitməsinədək yəni ##.##.2022ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləği ona verilməlidir.
8. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı ##.##.1969-cı il təvəllüdlü X10 ##.##.2017-ci il tarixdə Fondun Nizami rayon şöbəsi tərəfindən 2-ci dərəcə əlilliyə görə sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Həmin pensiyanın ödənişi ##.##.2020-ci il tarixdən Nazirliyin Daxili nəzarət və audit şöbəsi tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşın pensiya hüququ ilə bağlı əsaslı şübhələr yarandığından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il ## #### tarixli, 1077 "ömrəli Fərmanı ilə Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi təsdiq edilmişdir. Fləmin Nizamnamənin 3.1.18-ei bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə -azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və -zərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatların) qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının ləsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bundan scnra-Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Beləki, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyinin müvafiq qurumu tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri zamanı Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunun əməkdaşı X1 ofisindən və mənzilindən maddi sübutlar kimi götürülmüş sənədlər arasında X10 adına olan daşınmaz əmlakın (qeyri-yaşayış sahəsi) texniki pasportunun notarial qaydada təsdiq edilən və dövlət reyestrindən çıxarışının surətləri aşkar edilməsi, eyni zamanda cinayət təqibi orqanı tərəfindən Pakizə Məmmədova barəsində işçi qaydasında ətraflı məlumatın istənilməsi ona təyin edilmiş pensiyanın qanunauyğunluğuna şübhələr yaratdığından pensiya ödənişinin dayandırılması barədə Fonda müvafiq məlumat verilmişdir. Qeyd edilməlidir ki,. Fondun bir sıra struktur orqanlarında çalışmış Pakizə Məmmədova X1 ilə birlikdə 2013-2015-ci illərdə Fondun keçmiş Suraxanı rayon şöbəsinin Pensiya sektorunda işləmiş, onun əmək müqaviləsinə ##.##.2016-cı il tarixdən xitam veriimişdir. İddiaçı əlilliyi barədə Nazirliyin “Əlillik” altsistemində mövcud olan məlumatların araşdırılması zamanı müəyyən edilmişdir ki, aidiyyəti olmayan müxtəlif tibb müəssisələri tərəfindən tərtib edilmiş və bir-birindən fərqli diaqnozlu göndərişlər (cəmi 4 sayda) “Əlillik” altsisteminə göndərilsə də, ilk 3 (üç) göndəriş üzrə əlillik təyinatından imtina olunmuşdur. O cümlədən, 1. X2 QSC Sosial Inkişaf Idarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi ##.##.2017. Sinir sistemi xəstəlikləri, sinir sisteminin digər pozğunluqları, baş beynin digər zədələnmələri, serebral sist. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə, ağırlaşma, xoşxassəli kəllədaxili hipertenziya, kəllə daxili hipertenziya, ağırlaşma, dəqiqləşdirilməmiş nevrotik pozuntular, qabarıq astenonevratik sindrom, yanaşı xəstəliklər, xroniki xolesistit, xroniki hepatoxolesistit, teztez kəskinləşmələrlə, yanaşı xəstəliklər, digər ağırlaşmalarla müşayiət olunan dəqiqləşdirilməmiş babasil, kombinə olunmuş babasil, yanaşı xəstəliklər, enteroptoz (bağırsaq sallanması), düz bağırsağın sallanması. 31.01,2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 2. X2 QSC Sosial Inkişaf idarəsi MDX Əhmədli tibbi sanitar hissə; Müayinə tarixi ##.##.2017. Tənəffüs sistemi xəstəlikləri, qrip və pnevmoniya, digər respirator təzahürlərlə birgə rast gəlinən qrip, virus. Diaqnoz: Digər əlamətlərlə müşayiət olunan qrip, virus müəyyən olunmamışdır, keçirilmiş neyroinfeksiyadan sonrakı ensefalopatiya, tez-tez baş verən generalizə olunmuş, qıcolma tutmalar ilə. ##.##.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 3. Bakı ** №-li Şəhər Poliklinikası, Müayinə tarixi ##.##.2017. Sinir sistemi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəlikləri, mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri. Diaqnoz: Mərkəzi sinir sisteminin iltihabi xəstəliklərinin nəticələri, kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, xoşxassəli kəllədaxili hipertenziya, toksiki ensefalopatiya, üzvi mənşəli emosional labil [astenik] pozuntu, xroniki xolesistit, ürəyin xroniki işemik xəstəliyi, stenokardiyanın digər formaları, III fs. ##.##.2017-ci ildə əlillik təyinatından imtina olunmuşdur. 4. Bakı ** №-li Şəhər Poliklinikası, Müayinə tarixi ##.##.2017. Gözün və gözün əlavə aparatının xəstəlikləri, görmə sinirinin və görmə yollarının xəstəlikləri, görmə sinirinin (2-ci) və görmə yollarının digər xəstəlikləri. Diaqnoz: Görmə sinirinin atrofiyası, OU görmə sinirin hissəvi atrofiyası, binokulyar, ağır görmə pozğunluğu. Meyar: Ikinci dərəcə əlillik, hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması. Növbəti qiymətləndirmə tarixi ##.##.2017-il tarixdə əlilliyi təsdiq edilmişdir. Göründüyü kimi, 2017-ci ilin ilk 6 ayında 3 imtinadan sonra sonuncu gözlə əlaqədar diaqnoz müəyyən edilmiş göndərişə əsasən İddiaçı özünə 2-ci dərəcə əlillik və həmin əlilliyə müvafiq olaraq əmək pensiyasının təyin edilməsinə nail olmuşdur. 2021-ci ilin mart ayında Nazirlik tərəfindən aparılan araşdırma zamanı İddiaçı ünvanına məktub göndərilərək əmək pensiyası hüququ yaradan sənədlərinin Nazirliyə təqdim edilməsi xahiş edilmişdir. Nazirliyə gələn vətəndaş Daxili nəzarət və audit şöbəsinin sabiq əməkdaşına şəxsiyyət vəsiqəsinin, diplomunun, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Qəbulda olarkən P.Məmməovaya Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edərək , gözdən əlilliyinin təkrar qiymətləndirilməsi üçün əyani müayinədən keçməsi, müayinənin nəticəsi barədə rəsmi qərarın Nazirliyə təqdim edilməsindən sonra pensiya ödənişinin bərpası məsələsinə baxılacağı bildirilmişdir. Lakin həmin tarixdən 3 il keçməsinə baxmayaraq gözdən əlil olmasının təsdiq edən və ya əlilliyinin əyani müayinənin nəticələri barədə İddiaçı tərəfindən Nazirliyə hər hansı təsdiqedici rəsmi sənəd təqdim olunmamışdır. Eyni zamanda İddiaçı (FIN *******) əlillik vəziyyətinin qiymətləndirilməsinə dair Bakı ** nömrəli Şəhər Poliklinikası tərəfindən rəsmiləşdirilən *******AACL* nömrəli göndərişdə qeyd olunduğu kimi onun həqiqətən də ##.##.2017- ci il tarixində X6 adına Milli Oftalmologiya Mərkəzində (bundan sonra -Mərkəz) müayinədən keçməsinin və ona təyin olunmuş “görmə sinirinin atrofiyası” diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə tərəfimizdən Mərkəzə ##.##.2024-cü il tarixli *-**-*/*- *****/**** nömrəli sorğu ünvanlanmışdır. Mərkəz sorğumuza ##.##.2024-cü il tarixli 3- 28-24/2-12/2024 (ESDAS 3-17-4/1- *****/****) nömrəli cavab məktub ilə İddiaçı dair yalnız Bakı ** nömrəli Şəhər Poliklinikası tərəfindən verilən tibb kartasından çıxarışın surətini təqdim etmiş və şəxsin Mərkəz tərəfindən sorğuda göstərilən tarixdə və yaxud başqa bir tarixdə müayinəsinə dair heç bir müayinə sənədi təqdim etməmişdir. Mərkəzin İddiaçı müayinə sənədi təqdim etməməsi onun həqiqətəndə müayinə olunmasına şübhələr yaratmış və onun əlillik təyinatına əsas verən “görmə sinirinin atrofiyası” diaqnozu sübuta yetirilməmişdir. Işin hallarından müəyyən edilir ki, iddiaçı X3 ##.##.2017-il tarixdə təyin edilmiş əlillik əsaslı olmamışdır, bu səbəbdən ##.##.2020-ci il tarixdən əlillik müddətinin başa çatdığı ##.##.2022-ci il tarixədək ödənilməmiş pensiya məbləğinin bərpası qanunamüvafiq hesab edilə bilməz.
9. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X10 pensiya ödənişinin dayandırıldığı ##.##.2020ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi ##.##.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı X10 ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixinə kimi “görmə sinirinin atrofiyası, OU= görmə sinirinin hissəvi atrofiyası, binokulya, ağır görmə pozğunluğu” diaqnozun mətni ilə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbilə 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda iddaçıya ikinci dərəcəli əllliyinə (dövlət qulluqçusu kimi) görə ##.##.2017-ci il taridən ##.##.2022-ci il tarixə kimi əmək pensiyası təyin olunmuşdur və ##.##.2020-ci il tarixinədək iddiaçı həmin pensiyanı almışdır. Lakin iddiaçının əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda və bu barədə müvafiq qərar qəbul edilmədən ##.##.2020-ci il tarixindən dayandırılmışdır. Iddiaçı ona təyin edilmiş pensiya məbləğinin ödənişinin həyata keçirilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas olan hallarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələbinə uyğunluğunun araşdırılması isə pensiya ödənişinin dayandırılması üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.
11. Məhkəmə nəzərə alır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılsa da, cavabdeh tərəfindən bu barədə iddiaçıya heç bir məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, habelə təyin edilmiş əmək pensiyasının dayandırılması barədə hər hansı qərar qəbul edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə riayət edilməklə inzibati icraat aparılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır.
12. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. Iddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, iddiaçıya pensiya ödənişinin dayandırılması ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının bununla bağlı münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı Inzibati Məhkəməsinin *- *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, işin hallarından müəyyən edilir ki, iddiaçı X3 ##.##.2017-il tarixində təyin edilmiş əlillik əsaslı olmamışdır, bu səbəbdən ##.##.2020ci il tarixindən əlillik müddətinin başa çatdığı ##.##.2022-ci il tarixinədək ödənilməmiş pensiya məbləğinin bərpası qanunamüvafiq hesab edilə bilməz. Həmçinin iddiaçı iddia ərizəsində ##.##.2022-ci il tarixinədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin geri qaytarılmasını xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq ##.##.2022-ci il tarixinədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdehə həvalə etmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
d) Prosses iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin III hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. 32.2. Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi əlillik dövrü üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.
20. “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. Inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. Inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki hallan və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. Inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. Inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallan hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. Inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. Inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. Inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. Inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. Inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. Inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. Inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. Inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır.
21. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(IPM-in 82-ci maddəsi)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
25. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı X10 ##.##.2017-ci il tarixdən ##.##.2022-ci il tarixinə kimi “görmə sinirinin atrofiyası, OU= görmə sinirinin hissəvi atrofiyası, binokulya, ağır görmə pozğunluğu” diaqnozun mətni ilə ümumi xəstəlik (gözdən əlilliyi olan şəxs) səbəbilə 2.2. ikinci dərəcə əlillik təyin edilmişdir. Eyni zamanda iddaçıya ikinci dərəcəli əllliyinə (dövlət qulluqçusu kimi) görə ##.##.2017-ci il taridən ##.##.2022-ci il tarixə kimi əmək pensiyası təyin olunmuşdur və ##.##.2020-ci il tarixinədək iddiaçı həmin pensiyanı almışdır. Lakin iddiaçının əmək pensiyası cavabdeh inzibati orqan tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığı halda və bu barədə müvafiq qərar qəbul edilmədən ##.##.2020-ci il tarixindən dayandırılmışdır. Iddiaçı ona təyin edilmiş pensiya məbləğinin ödənişinin həyata keçirilməsi üçün cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan iddiaçıya təyin edilmiş əmək pensiyasının dayandırılması üçün əsas olan hallarla əlaqədar hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələbinə uyğunluğunun araşdırılması isə pensiya ödənişinin dayandırılması üçün əsas kimi qanunvericilikdə nəzərdə tutulmamışdır.
26. Məhkəmə Kollegiyası nəzərə alır ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyası dayandırılsa da, cavabdeh tərəfindən bu barədə iddiaçıya heç bir məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş, habelə təyin edilmiş əmək pensiyasının dayandırılması barədə hər hansı qərar qəbul edilməmişdir. Ümumiyyətlə, cavabdeh tərəfindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun tələblərinə riayət edilməklə inzibati icraat aparılmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır.
27. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir.
28. Iddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, iddiaçıya pensiya ödənişinin dayandırılması ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının bununla bağlı münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır.
29. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## ###### 2021ci il qərarında qeyd olunmuşdur: “Inzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Inzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir.
30. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
31. Lakin məhkəmə Kollegiyası apellyasiya şikayətinin “iddiaçı iddia ərizəsində ##.##.2022-ci il tarixinədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin geri qaytarılmasını xahiş etsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq ##.##.2022ci il tarixinədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyini cavabdehə həvalə etmişdir.” dəlilini əsaslı sayaraq qeyd edir ki, Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 52.-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. Odur ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməklə, iddiaçı X10 pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi ##.##.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə yeni qərar qəbul olunmalıdır.
33. Apellyasiya şikayətinin “iddiaçı X3 ##.##.2017-il tarixində təyin edilmiş əlillik əsaslı olmamışdır, bu səbəbdən ##.##.2020-ci il tarixindən əlillik müddətinin başa çatdığı ##.##.2022-ci il tarixinədək ödənilməmiş pensiya məbləğinin bərpası qanunamüvafiq hesab edilə bilməz.” dəlilinə münasibətdə isə məhkəmə Kollegiyası şikayətin dəlili ilə razılaşmayaraq qeyd edir ki, əlilliyin müəyyən olunaraq təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilmişdir.
34. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməlidir.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası IPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilsin. Iddiaçı X10 pensiya ödənişinin dayandırıldığı ##.##.2020-ci il tarixdən əlillik dərəcəsi müddətinin bitdiyi ##.##.2022-ci il tarixədək olan dövr üzrə ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına verilə bilər.