Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2800/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs İsmayılov Nəriman Zeynalabdı oğlunun iştirakları ilə, İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “elmlər doktoru elmi dərəcəsinin verilməsinə dair qərarına yenidən baxılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş birgə apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Prezidenti X1 Komissiyasının Nəriman Zeynalabdı oğlu İsmayılova elmlər doktoru elmi dərəcəsi verməsinə dair qərarına yenidən baxılması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim N.İsmayılov) iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iş üzrə iddiaçılar apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** saylı, ##.##.2026-cı il tarixli mümkünsüzlüklə bağlı qərardadını ləğv edib, iddia ərizələrinin mümkünlüyünə dair yeni qərardad qəbul edilməsini Bakı Apelyasiya Məhkəməsindən xahiş etmişlər. İş üzrə apelyasiya şikayəti vermə müddəti ötürüldüyündən iddiaçılara hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçıların EMİS-də yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. Lakin iddiaçılar EMİS-ə yaradılmış elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə birgə apellyasiya şikayəti vermişlər. Bununla bağlı, məhkəmə kollegiyası borcluya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə kollegiyasında iştirak edən iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 hər biri ayrı-ayrılıqda çıxış edərək, apellyasiya şikayətinin mümkün hesab edilməklə, baxılması üçün icraata qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməklə, baxılması üçün icraata qəbul edilməməsini xahiş xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən üçüncü şəxs İsmayılov Nəriman Zeynalabdı oğlu apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməklə, baxılması üçün icraata qəbul edilməməsini xahiş xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadı ##.##.2026-cı il tarixdə iddiaçıların EMİS-də yaradılmış elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdə də hər birinin e-mail ünvanına qərarın yerləşdirilməsi barədə bildirişlər göndərilmişdir. Lakin iddiaçılar EMİS-ə yaradılmış elektron kabinet vasitəsi ilə ##.##.2026-cı il tarixdə birgə apellyasiya şikayəti vermişlər. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti iddiaçılara münasibətdə onlara təqdim edildiyi tarixdən, yəni ##.##.2026-cı il tarixdən hesablanmaqla, ##.##.2026-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə, ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “elmlər doktoru elmi dərəcəsinin verilməsinə dair qərarına yenidən baxılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 və iddiaçı1 tərəfindən Bakı İnzibati Məhkəməsinin *-*(*-*)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(3-6)-2800/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2800/2026
01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver