Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2812/2026 01.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı (üçüncü şəxs qismində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs cəlb ediməklə) “əmək müqaviləsinə xitam verilmə əsasının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfinən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək və məşğulluq alt sistemi”ndə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs əmək müqaviləsinə xitam verilmə maddəsinə əmək kitabçası və xitam əmri əsasında müvafiq düzəlişin aparılması ilə bağlı öhdəliyin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ilə (hakim A.Babayev) iddia ərizəsi təmin edilərək, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti və İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs arasında ##.##.2024cü il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmə əsasının Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi olaraq dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan iş üzrə cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarının ləğv edilməsi və iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizəsinin mümkünsüz sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən cavabdehə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş və ##.##.2026-cı il tarixdə isə X3 sistemi vasitəsi ilə icra olunması üçün ünvana göndərilmişir. Lakin cavabdehin apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə daxil olmuşdur. Bununla bağlı, məhkəmə kollegiyası cavabdehə Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs hər biri ayrı-ayrılıqda çıxış edərək, apellyasiya şikayətinin qeyri-mümkün hesab olunmaqla, icraata qəbul edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştirakını təmin etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, qərarın yerləşdirilməsi haqqında bildiriş elə həmin tarixdə cavabdehin e-mail ünvanına göndərilmişdir. ##.##.2026-cı il tarixdə isə qərar X3 sistemi vasitəsi ilə icra olunması üçün cavabdehin ünvanına göndərilmişir. Lakin cavabdehin apellyasiya şikayəti məhkəməyə ##.##.2026-cı il tarixdə (poçt xidmətinə təhvil verilmə tarixi ##.##.2026-cı il) daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni ##.##.2026-cı il tarixdən hesablanmaqla, ##.##.2026-ci il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə, ##.##.2026-cı il tarixdə (poçt xidmətinə təhvil verilmə tarixi ##.##.2026-cı il) məhkəməyə daxil olmuşdur. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə qarşı ) “əmək müqaviləsinə xitam verilmə əsasının dəyişdirilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ##### 2026-cı tarixli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Nigar Nəbizadə Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2-1(3-6)-2812/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2812/2026
01.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver