Məhkəmə qərarları › İş №2-1(3-6)-284/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-284/2026

16.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-284/2026 16.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X10 və X12 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti vergi orqanlarında ********** “VÖEN”lə qeydiyyatdan keçərək fəaliyyət Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 97, mənzil 54 olan vergi ödəyicisidir.

2. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025-ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə iddiaçıya 2025-ci ilin 1-ci rüb üzrə 2.445,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə üzrə əlavə vergi hesablanmışdır.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

3. İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**-*-*/*-******/**** nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Cəmiyyətə ## ##### 2025-ci il tarixli 3-21-2-3/2- ******/**** nömrəli sənədlərin tələb edilməsi haqqında məktub göndərmişdir. Həmin məktubda 1. “Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannamələri (hesabat)”nda 902-ci “Gəlirlər” sətrinin 1-ci ayı üzrə göstərilmiş 950.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 1187.50 manat gəlir məbləğindəN *37.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır” qeyd edir, lakin cavabdehin həmən məktubda gəldiyi nəticə tamamilə qeyri qanuni və əsassızdır. Cavabdeh həmən məktubda daha sonra qeyd edir: 2.“Tərəfinizdən təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqları bəyannamələri (hesabat)”nda 902-ci “Gəlirlər” sətriniN *-ci ayı üzrə göstərilmiş 717.50 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 1500.00 manat gəlir məbləğindən 782.50 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır” qeyd edir, lakin cavabdehin həmən məktubda gəldiyi bu nəticə də tamamilə qeyri qanunu və əsassızdır. Belə ki, cəmiyyətin təqdim etdiyi hesabat məlumatları rəsmi sənədlərə əsasən tamamilə doğru olan rəqəmlərdir və bu rəqəmlərin dəyişdirilməsi üçün heç bir qanuni əsas yoxdur. İşə götürənlə (Cəmiyyət ilə) işçi arasında münasibətlər rəsmi tərtib və təsdiq edilmiş Əmək Müqaviləsinə əsasən tənzimlənir və əmək müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddəsinə əsasən əsaslı və düzgün tərtib edilmiş, əmək müqaviləsinə isə hər hansı bir dövlət və ya üçüncü şəxslərin müdaxiləsi, əlavə etmələri qəti qadağandır, yəni cəmiyyətin əmək müqaviləsinə əsasən apardığı hesablamalar və təqdim edilmiş hesabat məlumatları doğrudur, düzgündür, əsaslıdır və qanunidur. Cavabdehə, qeyri qanuni və əsassız hesablamaların aparılması barədə Şikayət məktubu ünvanlanmış, lakin bütün bunlara baxmayaraq qeyri qanuni və əsassız hesablamalar barədə ## ### 2025-ci il tarixdə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” № *-**-*-*/*- ******/**** nömrəli Qərar qəbil etmişdir. Qərarda “1.Təqdim edilmiş bəyannamə, hesabat üzrə sizin tərəfinizdən hesablanmış vergi və ya sığorta haqqı 710,26 manat; 2.Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı 3.155,26 manat qeyd edilərək, 3.1. Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği kimi 2.445,00 manat” qeyri qanuni və əsassız vergi hesablamışdır. Cavabdeh tərəfindən qeyri-qanuni və əsassız əlavə vergi məbləğinin hesablanması barədə dəfələrlə məktublar göndərilmiş, məktublarda iddaçı tərəfindən təqdim edilmiş bəyannamələrdəki rəqəmlərin rəsmi sənədlərlə təsdiq edilməsini sübut edən sənədlərin surətlərinin əlavə edilməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyri qanunu və əsassız hesablanmış vergilərə dair qəbul etdiyi qərarın ləğv edilməsi üçün heç bir əməli tədbir görməmişdir. Cəmiyyətin auditoru X3 əsas iş yeri “VİENNA-A” MTK olmaqla yanaşı, digər üç cəmiyyətdə işləyir və bu səbəbdən onun aylıq əmək haqqı 100 (bir yüz) manatdır və cəmiyyətdə faktiki olaraq hər gün 1 (bir) saat iş vaxtı sərf edir. Digər işçi X2 tələbədir və onun iş saatı saat 10:00 başlanır, saat 14:00 qurtarır, nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir, yəni ştat vahidinin 1/2 hissəsi olmaqla “tam deyil, yarım oklad” iş vaxtı işlədiyindən onun əmək haqqı aylıq 200 (iki yüz) manat olmaqla qanuna əsasən əmək müqaviləsi təsdiq edilib rəsmiləşdirlmişdir. X8 isə ## ###### 2025-ci il tarixdə işdən azad edildiyi üçün ona işlədiyi günlərə görə əmək haqqı hesablanmışdır və bu da qanuna əsasən düzgün olaraq hesablamanın aparıldığını təsdiq edir. Əlavə olaraq vergilər idarəsi tərəfindən qanunsuz və əsassız hesablanmış vergi, məcburi sosial sığorta haqqlarının ləğv edilməsi barədə cavabdehə yazılmış Şikayət nəktublarında bunlar barədə geniş məktub yazılmışdır. Digər tərəfdən cəmiyyətin əmək müqavilələri, ƏMAS-da olan məlumatlar və hesablamalara dair məlumatlar Skayn edilib cavabdehə göndərilmişdir, buradan belə nəticəyə gəlinir ki, cavabdeh yazılan məktubları ya tamamilə araşdırmamış, ya da məktublara heç baxılmamışdır.

5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2025-ci ilin İ rübü üzrə təqdim etdiyi Vahid Bəyannamədə göstərdiyi əmək haqqı gəlirləri ilə Dövlət Sosial Müdafiə Fondunun elektron bazasında əks olunan rəqəmlər arasında fərqlər olmasına baxmayaraq, bu fərqləri təsdiqedici sənədlərlə əsaslandıra bilməmişdir. Bu ziddiyyətlərin Vergi Məcəlləsinin 37.3-cü maddəsinə əsasən kameral vergi yoxlaması yolu ilə müəyyən edilməsi nəticəsində ##.##.2025-ci il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərar qəbul edilmişdir. İddiaçının həmin qərarın ləğvi ilə bağlı irəli sürdüyü tələbin əsasız olduğu qənaətindədir. Belə ki, təqdim olunan bəyannamədə yanvar ayı üzrə əmək haqqı gəliri 950 manat, fevral ayı üzrə isə 717,50 manat kimi göstərilmişdir. Halbuki Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində müvafiq işçilər üçün göstərilən gəlir yanvar ayında 1187,50 manat, fevral ayında isə 1500 manat olmuşdur. Göstərilən rəqəmlər arasında uyğunsuzluq olması vergi tutulan obyektin bilərəkdən azaldılmasına dəlalət edir. Əmək haqqı kimi ödənilmiş vəsaitlərin bəyannamədə düzgün əks olunmaması isə vergi və sosial sığorta qanunvericiliyinin pozuntusu sayılır. İddiaçının bu fərqlərlə bağlı təqdim etdiyi izahat müvafiq sənədlərlə təsdiqlənmir. Belə ki, izahatda auditor Rəsət Miriyevin əsas iş yerinin başqa təşkilat olduğu, digər işçilərin isə natamam iş vaxtı ilə çalışdığı qeyd olunmuşdur. Bu arqumentlər iddiaçıya görə əməkhaqqının az olmasını əsaslandırmağa yönəlib. Lakin iddiaçıya məxsus bank hesabından edilən məxaric əməliyyatları bu izahata ziddir. Yəni 2025-ci ilin yanvar-mart ayları üzrə “xxxx” ASC-də olan *-******-** nömrəli hesabdan ümumilikdə 10.650 manat “əmək haqqı ödənişi” təyinatlı ödənişlərin edilməsi aşkar edilmişdir. Əgər işçilərin maaşı iddiaçının göstərdiyi kimidirsə, o halda, bu məbləğin kimlərə və hansı əsasla ödənildiyi sual doğurur. İddiaçının bu məsələyə dair cavabdehə heç bir müqavilə, hesabat və ya ödəniş bölgüsü təqdim etməməsi əksinə, sadəcə ümumi izahla kifayətlənməsi vergi öhdəliklərinin qəsdən azaldılmasını sübut edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3- cü maddəsinə əsasən vergi ödəyiciləri vergitutma obyektlərinin uçotunu düzgün aparmalı, bütün əməliyyatlara dair sənədləri təqdim etməlidirlər. Həmin Məcəllənin 58.1.1-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən vergi tutulan obyektin azaldılması — o cümlədən, əmək haqqının bilərəkdən az bəyan edilməsi vergi qanunvericiliyinin pozulması kimi qiymətləndirilir. “Sosial Sığorta haqqında” QanunuN *-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası bütün əmək müqaviləsi ilə işləyənlərə münasibətdə həyata keçirilməlidir. Həmin Qanununa əsasən sığortaedən tərəfindən işçiyə ödənilən əmək haqqıdan müəyyən faizlə sosial sığorta haqqı tutulmalı və ödənilməlidir. Əgər faktiki olaraq əmək müqaviləsi mövcuddursa və bank vasitəsilə müvafiq məbləğlərdə “əmək haqqı” təyinatlı ödənişlər aparılıbsa, bu ödənişlərin düzgün bəyan olunmaması həm vergi, həm də sosial sığorta öhdəliyinin yayındırılmasıdır. Yuxarıda qeyd edilən səbəblərə görə cavabdeh hesab edir ki, ##.##.2025-ci il tarixli qərar qanunamüvafiqdir və Vergi Məcəlləsinin, “Sosial Sığorta haqqında” Qanunun və Vahid Bəyannamənin tətbiqi qaydalarına uyğun qəbul edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə idda tələbi rədd olunmuşdur.

7. Həmin qərardan narazı qalan iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

8. Apellyasiya şikayəti iddia tələbinin məzmununa uyğundur. Əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarında “Məhkəmənin mövqeyi və tətbiq etdiyi hüquq” hissəsində Azərbaycan Respublikasının Vergi Məcəlləsinin aşağıda qeyd edilən maddələrini göstərir, lakin həmin maddələrin heç birinə düzgün izah verməyərək iddiaçı olaraq təqdim edilmiş sənədlərlə Vergi Məcəlləsinin bütün maddələrinə riayət edildiyi sübut və təsdiq edilir. Lakin qərarda əsassız olaraq qanunvericiliyə əsaslanmayan qeyd edilir və Vergi Məcəlləsinin maddələri pozulmadığı halda maddələri yazmaqla məhkəmə qeyri qanunu nəticəyə gəlir. Belə ki: “Maddə 16.1.1 və 16.1.3. Qanunla müəyyən edilmiş vergilər, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir” göstərir, lakin məhkəmə cəmiyyət tərəfindən hər rüb üzrə hesabatlar tərtib edilib vergilər idarəsinə verilməsinə dair sənədlərin olmasına və həmin hesabatlarda Vergi Məcəlləsinin göstərilən maddəsinə tam riayət edilməklə uçotun aparılması ilə hər rüb üzrə hesabatlar təqdim edilmişdir, deməli məhkəmə təqdim edilmiş hesabatlara hüquqi qiymət verməmiş, vergi ödəyicisinə öz vəzifəsini qeyd edilən maddəyə əməl etmişdir. Məhkəmə qərarında qeyd edilir: “Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanunimənafelərini gözləməyə və müdafiəetməyə borcludur.” Vergi orqanı vergi ödəyicisinin təqdim etdiyi qanunu hesabatları kənara qoyaraq obyektlərin qiymətləndirilməsində anoloji obyektlər üzrə qiymət tətbiq edilməsi mümkün olduğu halda hansısa başqa bir hüquqi şəxsin işçiyə verdiyi əmək haqqını əsas götürüb təsdiq edə bilməz. Əmək haqqı əmək müqaviləsinə əsasən tənzimlənir və bu müqavilə ƏMAS və bütün vergi sistemində mövcuddur. Buradan belə nəticəyə gəlinir ki, vergi orqanı vergi ödəyicisinin mənafeni, hüququnu gözləməyib və müdafiə etməyib. Maddəyə əsasən isə vergilər düzgün hesablanıb, tamvə vaxtında ödənilib, hətta artıq ödəmələrdə olmuşdur. İşdə olan şəxsi hesab vərəqəsində bu fakt təsdiq olunub. Qərarda qeyd edilir: “Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.” Lakin Vergi yoxlaması, vergi orqanı hallar araşdırmamış, vergi orqanına qanunsuz və əsassız hesablanmış verginin ləvğ edilməsi üçün ##.##.2025, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə şikayətlər yazılmış, hər dəfə də cəmiyyət tərəfindən dəqiqləşdirilmiş hesabatlar təqdim etmişdir. Lakin vergi orqanı məcəllənin və maddənin əksinə olaraq hər bir əsaslı araşdırmanı aparmadığı tam sübuta yetirilir, buna baxmayaraq məhkəmə vergi orqanına tərəfkeşlik edib araşdırma aparıldığını bildirir. Vergilər idarəsinə yazılan məktublara hər cavab veriləndə dəqiqləşdirilmiş hesabatların və sənədlərin təqdim edilməsi bildirilib və təqdim edilib. Hər məktuba təkrar olaraq dəqiqləşdirilmiş hesabatlar və sənədlər göndərilmişdir. Bütün məktub və cavabların məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə bu hala hüquqi qiymət verməyib. Qərarda qeyd edilir: “Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlumolan məlumatlar əsasında keçirilir.” İddiaçı olaraq Vergi İdarəsinə fəaliyyətə aid bütün hesabatlar, məlumatlar təqdim edildiyi halda təkrar olaraq 7 dəfə yenidən dəqiqləşdirilmiş hesabatlar, əmək haqqına dair bütün sənədlərin təqdimedildiyi və mənbəyi məlum olan məlumatlar olduğu halda, məhkəmə kameral yoxlamada verginin qanunsuz hesablama apardığı faktına əhəmiyyət verməmişdir. Qərarda qeyd edilir: “Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.” Məhkəmə baxışında və məhkəməyə təqdim edilmiş sübutların olmasına baxmayaraq və vergi orqanının təqsirinin sübut olmasına baxmayaraq məhkəmə qanunsuz olaraq iddianı rədd edir. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmayıb. Belə ki, məhkəməyə sübut olaraq 2016- cı ildən ##.##.2025-ci il tarixə kimi Cəmiyyətin bank əməliyyatına dair təsdiq edilmiş çıxarış təqdim edilmiş, həmən çıxarışda 2017, 2018, 2019, 2020, 2021-ci illər ərzində hər hansı bir məbləğdə əmək haqqının ödənildiyi təsdiq edilməyib. Bu fakt 2025-ci ildə bank vasitəsi ilə ödənilmiş əmək haqqı məbləğinin həmən illərdən qalan və ödənilməyən, lakin həmən əmək haqqları üzrə sosial sığorta haqqlarının hesablanıb ödəilməsinin tam təmin edildiyi təsdiq edilir. Məhkəməyə keçmiş illərdən qalmış əmək haqqının məbləği və gecikdirilməyə görə Əmək Məcəlləsinə əsasən cərimə hesablanmasına dair rəsmi sənədlərin təqdim edilməsinə baxmayaraq, məhkəmə düzgün mövqe tutmayaraq bank vasitəsi ilə ödənilən pul vəsaiti məbləğinə görə vergilərin hesablanması barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə 2017-2021-ci illər üzrə əmək haqqının ödənilmədiyinə dair sübuta əhəmiyyət verməyərək araşdırma aparmamış və demək olar ki araşdırma aparmaqdan imtina etmişdir.” Qeyd tamamilə səhvdir, belə ki, məhkəməyə 2017-2021-ci illər üzrə əmək haqqı borcunun olması səbəbindən həmin əmək haqqı borcunun Cəmiyyət tərəfindən məcburu ödənilməsinin təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə idddia ərizəsi ilə müraciət edilməsi və həmən iddia ərizəsinin surətinin məhkəməyə təqdim edilməklə yanaşı məhkəmə iclasında məhkəmə tərəfindən iddianın təmin edilməsi və əmək haqqı borcunun cərimə ilə ödənilməsi barədə məhkəmə qərarının olmasının bildirilməsinə baxmayaraq bu fakta məhkəmə əhəmiyyət verməyərək keçmiş illərin əmək haqqı borcunun bank vasitəsi ilə ödənilməsinə əhəmiyyət belə verməyərək əsassız və qanunsuz qərar qəbul etmək barədə qabaqcadan nəticəyə gəldiyi sübut olunur. 11. Həmin qanunda deyilir: “Madde 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.” Məhkəməyə təqdim edilmiş sübutlar yetərli olduğu halda məhkəmə öz təşəbbüsü ilə əlavə sübutlar belə toplamağı qəbul etməmişdir. Məhkəmə iclasında bank vasitəsi ilə ödənilmiş pul vəsaitinin bütünlüklə əmək haqqı olmadığına dair sənədlər, əmək haqqının gecikdirilməsinə görə “Əmək Məcəlləsinə” əsasən peniya hesablanması cədvəlinin və hesablanmış peniya ilə bərabər əmək haqqının məcburi ödənilməsinin təmin edilməsi barədə Bakı şəhəri, Nəsimi Rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edildiyi ,məhkəmə peniyanın ödənilməsi barədə ##.##.2025- ci il iş N *(006) -5274/2025 tarixdə qərar qəbul etdiyi bildirilsədə, məhkəməsübutları kənara qoyaraq qanunsuz olaraq iddianı ləğv etmişdir. Həmən qanununda deyilir: “Madde 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.” Qərarda sonra qeyd edilir: “İş materiallarında olan iddiaçının vergi orqanına təqdim etiyi bəyannamədə yanvar ayı üzrə əmək haqqı gəliri 950 manat, fevral ayı üzrə isə 717,50 manat kimi göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyininelektron sistemində müvafiq işçilər üçün göstərilən gəlir yanvar ayında 1187,50 manat, fevral ayında isə 1500 manat olmuşdur. Göstərilən rəqəmlər arasında uyğunsuzluq olması vergi tutulan obyektin bilərəkdən azaldılmasına delalet edir. Əmək haqqı kimi ödənilmiş vəsaitlərin bəyannamədə düzgün əks olunmaması isə vergi və sosial sığorta qanunvericiliyinin pozuntusu sayılır. İddiaçının bu fərqlərlə bağlı təqdim etdiyi izahat müvafiq sənədlərlə təsdiqlənmir. Qeyd edilənlər tamamailə səhv nəticədir, işdə olan və təqdim edilən sənədlərə və işin faktiki hallarına hüquqi qiymət vermədən belə nəticə qərəzli və qanunsuzdur. Belə ki, izahatda auditor Reset Miriyevin əsas iş yerinin başqa təşkilat olduğu, digər İşçilərin isə natamam iş vaxtı ilə çalışdığı qeyd olunmuşdur. Bu arqumentlər iddiaçıya görə əmək haqqının az olmasını əsaslandırmağa yönəlib. Lakin iddiaçıya məxsus bank hesabından edilən məxaricə məliyyatları bu izahata ziddir. Belə ki, 2025-ci ilin yanvar-mart ayları üzrə “xxxx” ASC-də olan *-******-** nömrəli hesabdan ümumilikdə 10.650 manat “əmək haqqı ödənişi təyinatlı ödənişlərin edilməsi aşkar edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilərək müvafiq bəyannaməsinin və ətraflı izahat məktubunun təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış cavab və dəqiqləşdirilmiş bəyannamə təqdim edə bilməmişdir. İddiaçı məhkəmə icraatı zamanı da həmin uyğunsuzuq barədə məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. IPM-in14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən iddia təmin edilməməlidir.” Qərarda qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, İnzibati orqan kimi məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq qiyməti verməmişdir. Belə ki,vergi orqanının hesabladığı vergi məbləğinin qanunsuz və əsassız olması barədə 7 dəfə məktubla müraciət edilmiş, müraciətdə qanuni olan əmək haqqının hesablanmasına dair sənədlərin, hesabatların, əmək müqaviləsi və digər əsaslı sənədlərin həmçinin, bank vasitəsi ilə ödənilmiş əmək haqqınıN *018-2021-ciillər üzrə ödənilməyən əmək haqqının 10 650 manat olmasını təsdiq edən sənədlərin təqdimedilməsifaktı ilə yanaşı, həmin illər üzrə rəsmi təqdim edilən hesablamanın və eynizamanda digər məhkəmə tərəfindən qeyd edilən illər üzrə yaranmış borcun təsdiq edildiyi və ödənilməsi barədə qərar olduğu halda məhkəmə işin faktiki haqlarına düzgün qiymət verməmiş və qanunsuz qərar qəbul etmişdir. Məhkəmə vergi orqanına təqdimedilən bəyannamədə yanvar ayı üzrə əmək haqqı gəliri 950 manat,fevral ayı üzrə 717,5 manat göstərildiyini ƏƏSMN elektron sistemində müvafiq işçilər üçün göstərilən gəlir yanvarayında 1187,50 manat , fevral ayında isə 1520 manat olmuşdur və göstərilən rəqəmlər arasında uyğunsuzluq olması vergi tutulan obyektin bilərəkdən azaldılmasına dəlalət edir fikiri tamamilə qanunsuz, əsassız və qeyri obyektivdir. Belə ki, məhkəmə əmək haqqının hesablanmasına qanunvericiliyə və Əmək Məcəlləsinə əsasən əsas verən ilkin sənəd əmək müqaviləsidir, əmək müqaviləsində öz təsdiqini tapan məlumata əsasən bütün məcburi hesablamalar aparılaraq hesabatlar tərtib edilib təqdim edilir. Məhkəmə “müvafiq işçilər üçün göstərilər gəlir” dedikdə həmən müvafiq işçilər haqqındacavabdeh edən sübutlar təqdim etməsinə baxmayaraq hər hansı əlavə sübut tələb etməyərək, yalnız vergi orqanının qanunsuz gəldiyi fikiri əsas tutmuşdur. Digər tərəfdən qanunla tənmzimlənən vəzifə üzrə əmək haqları-məsələn məhkəmə hakimlərinin, prokurorluq orqanlarının, vergi orqanlarının və digər dövlət qulluqçularının əmək haqqları hətda hakimlərin rayon və ya şəhərlər üzrə əmək haqqları fərqli müəyyən edilir. Müvafiq işçilər dedikdə hansı işçilərin olması belə məlum deyil, hətda məlum olsa belə onların əmək haqqı digər hüquqi şəxslər üüçün eyni götürülə bilməz, çünki əmək haqqının məbləği işə götürənlə işçi arasında bağlanmış əmək müqaviləsinə əsasənmüəyyən edilir, əmək müqaviləsində üçüncü şəxslərin müdaxiləsi isə qanunla qadağan edilir. Məhkəmə“auditor Rəsət Miriyevin əsas iş yerinin başqa təşkilat olduğunu qeyd edir və bu arqumenti iddiaçıya görəəmək haqqının az olmasınaəsaslandırmağa yönəlib” Məhkəmənin bu fikri tamamilə əsassız və qanunsuz fikirdir. Belə ki, Rəsət Miriyevin əsas iş yerinin digər təşkilat olması ƏƏSMN, DVX-nın və ƏMAS sistemində öztəsdiqinitapıb. Əmək müqaviləsi və digər rəsmi dövlət orqanlarında elektron məlumatlarla təsdiq olunduğu halda bu qanunsuz yanaşma məhkəmənin qanunsuz, qərəzli qərar qəbul etməsinə əsaslanacağına zəmin yaratdığınıtəsdiq edir. Qərarda qeyd edilir:“iddiacıya məxsus bank hesabından edilən məxaric əməliyyatları“ bu izahata ziddir. 2025-ci ilin yanvar-mart ayları üzrə“xxxx”ASC-də olan *-******-** nömrəli hesabları ümumillikdə 10.650 manat“əmək haqqı ödənişi təyinatlı ödənişlərin edilməsi aşkar edilmişdir“. Məhkəmə bu fikri qərarda yazarkən və bu qənaətə gələrkən, məhkəmə məhkəməyə təqdim edilmiş 2017-2021-ci illər ərzində rəsmi bank hərəkətini əks etdirən arayış-çıxarışda hər hansı məbləğdə əmək haqqının ödənildiyi təsdiq və sübut edilmədiyi tam aydın olduğu halda, həmin 10.650 manat əmək haqqınıN *017- 2021- ci illər ərzində hesablanmış əmək haqqı olmasını təsdiq edən rəsmi sənədlərin verilməsi, həmən əmək haqqına görə bütün məcburi sığorta haqqları və vergilərin hesablanmasın hesabtları və ödənişlərinin edilməsini təsdiq edildiyi və bu məbləğin əvvəlki illərin əmək haqqı borcu olmasını və borcun ##.##.2025 edilməsini təsdiq edildiyi və bu məbləğin əvvəlki illərin əmək haqqı borcu olmasını və borcun ##.##.2025-ci iltarixli məhkəmə qərarıilətəsdiq edilməsiniaraşdırmadan, qeyri qanuni olaraq sübutları görmədən qanunsuz qərar qəbul etməsinə dəlalətedir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-nin apellyasiya şikayətinə etiraz olaraq bildiririk ki, Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı həm faktiki halların düzgün müəyyən edilməsi, həm də maddi və prosessual hüquq normalarının düzgün tətbiqi baxımından tam qanuni və əsaslıdır. Apellyasiya şikayətində irəli sürülmüş arqumentlər isə iş üzrə artıq araşdırılmış və hüquqi qiymət verilmiş halların təkrarı olmaqla, məhkəmə qərarını şübhə altına ala biləcək yeni hal və ya sübut təqdim etmir. İş üzrə əsas mübahisə iddiaçınıN *025-ci ilin İ rübü üzrə təqdim etdiyi vahid bəyannamələrdə göstərilən əmək haqqı məbləğləri ilə dövlət informasiya sistemlərində əks olunan məlumatlar və faktiki bank ödənişləri arasında mövcud olan uyğunsuzluqlarla bağlıdır. İş materialları ilə sübut olunur ki, iddiaçı tərəfindən yanvar ayı üzrə 950 manat, fevral ayı üzrə isə 717,50 manat əmək haqqı bəyan edildiyi halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində həmin dövrlər üzrə müvafiq olaraq 1187,50 manat və 1500 manat əmək haqqı qeydə alınmışdır . Bu fərqlər təsadüfi və texniki xarakter daşımır, sistemli şəkildə vergitutma obyektinin azaldılmasına dəlalət edir. Bundan əlavə, iddiaçıya məxsus bank hesabındaN *025-ci ilin yanvar–mart ayları ərzində ümumilikdə 10.650 manat məbləğində “əmək haqqı ödənişi” təyinatlı köçürmələrin həyata keçirilməsi faktiki ödənişlərin bəyannamədə göstərilən məbləğlərdən əhəmiyyətli dərəcədə artıq olduğunu təsdiq edir. Vergi hüququnun fundamental prinsiplərinə görə, vergi öhdəliyinin müəyyən edilməsində formal sənədlərdən daha çox əməliyyatların real iqtisadi məzmunu əsas götürülür. Bu baxımdan faktiki ödənilmiş əmək haqqının bəyannamədə tam əks etdirilməməsi Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinin – vergitutma obyektlərinin düzgün uçotunun aparılması öhdəliyinin – pozulmasıdır. İddiaçı əsas arqument kimi bank vasitəsilə ödənilmiş məbləğlərin əvvəlki illərə aid əmək haqqı borcları olduğunu bildirir. Lakin bu arqument həm hüquqi, həm də məntiqi baxımdan əsassızdır. Hüquqi baxımdan, Vergi Məcəlləsinin müddəalarına əsasən muzdlu işlə əlaqədar gəlirlər üzrə vergi öhdəliyi həmin gəlirin faktiki ödənildiyi anda yaranır. Yəni əmək haqqının hansı dövrə aid olmasından asılı olmayaraq, onun ödənilməsi faktı vergi öhdəliyinin yaranması üçün əsasdır. Bu, vergi hüququnun imperativ prinsipidir və onun istisnası nəzərdə tutulmamışdır. Əmək Məcəlləsinə istinad edərək əmək haqqının gecikdirilməsinin vergi öhdəliyinə təsir göstərdiyini iddia etmək də hüquqi baxımdan yanlışdır. Əmək Məcəlləsi əmək münasibətlərini tənzimləyir və əmək haqqının gecikdirilməsinə görə işəgötürənin məsuliyyətini müəyyən edir. Lakin bu hal vergi öhdəliklərini aradan qaldırmır. Əksinə, gecikdirilmiş əmək haqqı ödənildiyi anda vergi və sosial sığorta öhdəlikləri tam həcmdə yaranır. “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi də sosial sığorta haqlarının faktiki əmək haqqı fondundan hesablanmasını tələb etməklə bu yanaşmanı təsdiqləyir. Məntiqi baxımdan isə iddiaçının mövqeyi davamlı deyil. Əgər həqiqətən də ödənilmiş məbləğlər əvvəlki illərin borclarıdırsa, bu halda həmin borcların yaranma tarixi, işçilər üzrə bölgüsü, mühasibat uçotunda əks etdirilməsi və əvvəlki dövrlər üzrə vergi hesabatlarında necə göstərilməsi barədə konkret sübutlar təqdim edilməli idi. Bu cür sübutların olmaması iddiaçının mövqeyinin sonradan formalaşdırılmış müdafiə xarakterli izahat olduğunu göstərir. Eyni zamanda, belə yanaşmanın qəbul edilməsi vergi ödəyicilərinə faktiki ödənişləri istənilən dövrə aid etməklə vergi öhdəliklərindən yayınmaq imkanı verərdi ki, bu da vergi sisteminin əsas prinsiplərinə – bərabərlik, şəffaflıq və ümumilik prinsiplərinə ziddir. İddiaçının Vergi Məcəlləsinin 53.3-cü maddəsinə istinad etməsi də nəticəni dəyişmir. Həmin norma üzrə sübutetmə yükü vergi orqanının üzərinə düşür və bu yük iş üzrə tam şəkildə yerinə yetirilmişdir. Dövlət informasiya sistemlərinin məlumatları, bəyannamələr və bank əməliyyatları arasında mövcud uyğunsuzluqlar bir-birini tamamlayan və qarşılıqlı şəkildə təsdiq edən sübutlar olmaqla yüksək sübutedici qüvvəyə malikdir. İddiaçı isə bu sübutları təkzib edən hər hansı alternativ sübut təqdim etməmişdir. İddiaçının vergi orqanının və məhkəmənin sübutlara düzgün qiymət vermədiyi barədə iddiaları da əsassızdır. Birinci instansiya məhkəməsi sübutları ayrı-ayrılıqda deyil, məcmu və qarşılıqlı əlaqədə qiymətləndirmiş, həm vergi orqanının təqdim etdiyi məlumatları, həm də iddiaçının izahatlarını araşdıraraq nəticəyə gəlmişdir ki, vergi orqanının qəbul etdiyi qərar üçün zəruri faktiki əsaslar mövcuddur . Bu yanaşma İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələblərinə tam uyğundur. Nəticə etibarilə, iş üzrə sübutların məcmusu birmənalı olaraq göstərir ki, iddiaçı tərəfindən vergitutma obyekti azaldılmış, faktiki ödənişlər bəyannamədə düzgün əks etdirilməmiş və nəticədə vergi öhdəlikləri pozulmuşdur. Vergi orqanının kameral yoxlama nəticəsində əlavə vergi hesablaması aparması qanuni və zəruri olmuş, birinci instansiya məhkəməsi isə bu halları düzgün qiymətləndirərək əsaslı qərar qəbul etmişdir. Beləliklə, apellyasiya şikayətində irəli sürülən arqumentlər nə hüquqi, nə də məntiqi baxımdan əsaslıdır. Əmək haqlarının gecikdirilməsi vergi öhdəliyini istisna etmir, faktiki ödəniş anı vergi və sosial sığorta öhdəliklərinin yaranmasının əsas hüquqi meyarıdır. Əks yanaşma vergi qanunvericiliyinin mahiyyətinə və məqsədinə zidd olardı.

Tərəflərin izahatları

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. ... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. ... 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; ...

13. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Sosial sığorta haqqını vaxtında ödəmək sığortaolunanların vəzifəsidir. Maddə 14.3.1. Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirləriN *2 faizi dərəcəsi ilə ödənilir. Maddə 14.6. Bu Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir. Maddə 21. Məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

17. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iddia növünə görə “mübahisələndirmə haqqında” iddialara aiddir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual MəcəlləsiniN *.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

19. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

20. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdəN * ay müddətində qaldırıla bilər.

21. İddiaçı mübahisələndirilən ## ### 2025-ci il tarixli qərardan ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermiş, lakin həmin şikayətin nəticəsi barədə iddiaçıya məlumat verilməmişdir. Mübahisələndirilən ## ### 2025-ci il tarixli qərarın ləğvi ilə bağlı ##.##.2025-ci il tarixdə iddia ilə məhkəməyə müraciət edərək qanunvericiliklə nəzərdə tutulmuş müddətdə iddianı qaldırmışdır. İddiaçı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinə əməl olunmuşdur. Bu baxımdan iddia mümkündür.

22. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı “İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı tələbi “cavabdeh tərəfindən qəbul edilmiş ## ### 2025-ci il tarixli, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” *-**-*-*/*-******/**** nömrəli qərarın ləğv edilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

24. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” ##.##.2025ci il tarixli, *-**-*-*/*-******/**** nömrəli qərarı ilə iddiaçıya 2025-ci ilin 1-ci rüb üzrə 2.445,00 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə üzrə əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində “Əmək və məşğulluq” altsistemi (ƏMAS) məlumat bazasında qeyd edilmiş əmək haqqı fondu və işçi sayı göstəriciləri ilə müvafiq bəyannamədə bəyan edilən işçi sayı və ya əmək haqqı fondu arasında kənarlaşma kənarlaşma müəyyən edilmişdir.

25. İş materiallarında olan iddiaçının vergi orqanına təqdim etiyi bəyannamədə 2025-ci ilin yanvar ayı üzrə əmək haqqı gəliri 950 manat, fevral ayı üzrə isə 717,50 manat kimi göstərilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemində müvafiq işçilər üçün göstərilən gəlir yanvar ayında 1187,50 manat, fevral ayında isə 1500 manat olmuşdur. Rəqəmlər arasında uyğunsuzluğun olması vergi tutulan obyektin qəsdən azaldıldığını göstərir.

26. Halbuki 2025-ci ilin yanvar-mart ayları üzrə “xxxx” ASC-də olan *-******-** nömrəli hesabdan ümumilikdə 10.650 manat “əmək haqqı ödənişi” təyinatlı ödənişlərin edilməsi aşkar edilmişdir.

27. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı həmin ödənişin onun hesabına ödənilməsini 2018-2020-ci illərdə hesablanmış, lakin işçilərə ödənilməmiş əmək haqqları olduğunu bildirsə yalnız onun hesabına ödənilməsi və digər işçilərə ödənilməməsini, həmçinin ödənilən və vergi orqanına bəyan edilən rəqəmlər arasında uyğunsuzluğu əsaslandıra bilməmişdir.

28. Məhkəmə kollegiyasının sorğusuna əsasən məhkəməyə təqdim olunmuş iddiaçının işçilərin əmək haqqısına dair 2018-ci tarixdəN *025-ci ilin birinci rübünədək olan əmək haqqı cədvəllərindən iddiaçının qeyd etdiyi dəlillər öz təsdiqini tapmamışdır.

29. Belə olan halda hazırki vəziyyətdə iddiaçının tələbi əsassızdır və birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

31. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar