Məhkəmə qərarları › İş №2-1(3-6)-29/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-29/2026

03.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-29/2026 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək, məcburi köçkün statusu və bu statusu təsdiq edən vəsiqənin verilməsi öhdəliyinin cavabdeh Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hal hazırda Iqtisad Universitetini bitirmiş və magistraturaya qəbul olmuşdur. Iddiaçının qardaşı Suqovuşan uğrunda gedən döyüş əməliyyatları zamanı ##.##.2020-ci il tarixində şəhid olmuşdur. Iddiaçının X1 ##.##.1977-ci ildə Laçın rayonunda anadan olmuşdur. 1992-ci ildə Ermənistan Respublikasının quldur birləşmələri tərəfindən Laçın rayonu işğal olunduqdan sonra valideynləri Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 may küçəsi, yeni yaşayış massivində məskunlaşmışlar. Iddiaçı hal-hazırda ailə üzvləri ilə birlikdə həmin ünvanda məskunlaşıb yaşayır. Iddiaçının anası Məmmədova Süsən Məmməd qızı Bakı şəhər qeydiyyatında olduğundan iddiaçıya qaçqınlıq statusu verilməmişdir. Halbuki iddiaçı İddiaçı ##.##.2003-cü ildə məcburi köçkün ailəsində anadan olmuşur. Iddiaçı İddiaçı məcburi köçkün statusu təsdiq edən vəsiqəsini almaq istəyir ki, gələcəkdə həmin vəsiqə ilə məcburi köçkünlər üçün dövlət tərəfindən müəyyən edilmiş imtiyazlardan istifadə edə bilsin. Bununla bağlı Azərbaycan Respublikası Qaçqınlar və X6 üzrə Dövlət Komitəsinə müraciət edilmişdir. Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-R-****-**/****/**** saylı məktubu ilə iddiaçı İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqəsinin verilməsindən imtina etmişdir. Idiaçı hesab edir ki, ##.##.2003-cü ildə məcburi köçkün ailəsində anadan olduğundan, Azərbaycan Respublikası Qaçqınların və Köçkünlərin Işləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu təsdiq edən vəsiqəsi verilməlidir və iddiaçı da digər statusu olan şəxslər kimi məcburi köçkün statusundan olan şəxs kimi imtiyazlardan istifadə etməlidir. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı ilə (hakim A.V.Babayev) iddia tələbi rədd edilmişdir. Iddiaçı birinci instansiyası məhkəməsinin qərarını mübahisələndirmiş və apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi Azərbaycan Respublikası Qaçkınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən qanuni əsaslarla valideyninə verilmiş seriya AA ****** nömrəli məcburi köçkün vəsiqəsinə və Laçın rayon Icra Hakimiyyəti tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktubu ilə 1992-ci ildən məcburi köçkün olduqları və hazırda Bakı şəhəri Binəqədi rayonu ərazisində məskunlaşdıqları və hər ay 60 manat vahid aylıq müavinət (çörək pulu) almaqları barədə arayışa əhəmiyyət vermədən və bununla bağlı verdiyi izahatına belə əhəmiyyət vermədən iddiaçının konstitusion hüquqlarını və "Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərini kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan ##.##.2025-ci il tarixli, *-**-*/*-R-****- **/****/**** saylı imtina məktubunda qeyd olunmuşdur ki, “... Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, ananız Məmmədova Süsən Məmməd qızının qeydiyyatı ünvan 1ndə olduğundan istəyinizin müsbət həlli Komitənin imkanı xaricindədir”. - Cavabdeh tərəfindən ##.##.2010-cu il tarixdə verilmiş AA seriyalı ****** saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 (1971-ci il təvəllüdlü, Laçın rayonunda doğulmuşdur) 1992-ci ildə Laçın rayonundakı yaşayış yerini tərk etmişdir, məcburi köçkün statusuna malikdir və hazırda Abşeron rayonunda məskunlaşmışdır. - VII-JQ ****** saylı Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X3 və Məmmədova Süsən Məmməd qızı arasında ##.##.2002-ci il tarihində nikah bağlanmışdır. - AZ-İ ****** saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı ##.##.2003-cü il tarixdə doğulmuşdur. X1, anası Məmmədova Süsən Məmməd qızıdır. - Qaçqınların və X9 üzrə Dölət Komisi Bakı şəhəri Binəqədi rayonu üzrə bölməsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **** saylı arayışa əsasən, İddiaçı ünvan 4 ünvanında qeydiyyatsız yaşayır. - ünvan 3 Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** saylı arayışda qeyd edilmişdir ki, Laçın rayonunun Qarabəyli kənd ərazi dairəsinin Korcabulaq kəndində daimi qeydiyyatda olan İddiaçı Laçın rayonunun Korcabulaq kəndindən məcburi köçkündür, hazırda Bakı şəhəri, Binəqədi rayonu, Yeni Biləcəri qəsəbəsi,1 May küçəsində müvəqqəti məskunlaşmışdır. Qeyd: İddiaçı məcburi köçkün kimi hər ay 60 manat məbləğində vahid aylıq müavinət alır. - Laçın Icra Hakimiyyəti tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, *-**/*-***/**** saylı Arayışda qeyd edilmişdir ki, Laçın rayonunun Qarabəyli kənd ərazi dairəsinin Korcabulaq kəndində daimi qeydiyyatda olan X3 1992-ci ilin may ayında Laçın rayonundan məcburi köçkün düşmüş, hazırda Bakı şəhəri, Binəqədi rayonu ərazisində müvəqqəti məskunlaşmışdır, vahid aylıq müavinət alır. Əsas: Laçın Rayonu Icra Hakimiyyəti başçısının X4 ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** nömrəli arayışı. Yuxarıda sadalananlardan göründüyü kimi, hazırkı mübahisənin predmeti iddiaçı İddiaçı ayrıca subyekt kimi “məcburi köçkün” statusunun və həmin statusu təsdiq edən vəsiqənin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin mövcud olubolmamasıdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 9, 10 və 12-ci maddələrinin məzmunundan isə görünür ki, məcburi köçkün statusunun verilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid edilmiş, həmin statusun verilməsi üçün şəxsin müvafiq qaydada qeydiyyatdan keçməsi və səlahiyyətli orqan tərəfindən bu barədə qərar qəbul edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin ##.##.2005-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Cavabdeh haqqında Əsasnamə”nin 3.1-ci bəndinə görə də Komitə qanunvericiliklə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd - vəsiqə verir və bu statusdan məhrum edir. Beləliklə, məcburi köçkün statusunun və həmin statusu təsdiq edən vəsiqənin verilməsi sosial yardımın, ailə vəziyyətinin və ya humanitar mülahizələrin ümumi qiymətləndirilməsi əsasında deyil, məhz qanunvericiliklə müəyyən edilmiş konkret hüquqi şərtlərin mövcudluğu əsasında həll edilən məsələdir. Bu sahədə inzibati orqanın səlahiyyəti qanunla bağlı səlahiyyət xarakteri daşıyır: şəxs normativ aktda nəzərdə tutulmuş şərtlərə cavab verirsə, müvafiq status və vəsiqə verilməlidir; həmin şərtlərdən hər hansı biri mövcud deyilsə, statusun və vəsiqənin verilməsindən imtina qanunsuz hesab edilə bilməz. Məhkəmə də inzibati orqanın səlahiyyətini əvəz edərək qanunvericilikdə nəzərdə tutulmayan əsaslarla status verilməsi barədə qərar qəbul edə bilməz. Iş materiallarından müəyyən edilir ki, cavabdeh Cavabdeh iddiaçının müraciətinə baxarkən Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə istinad etmişdir. Həmin bəndə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Normanın məzmunundan aydın görünür ki, bu statusun verilməsi üçün üç şərt birlikdə mövcud olmalıdır: atanın məcburi köçkün statusuna malik olması, hər iki valideynin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon və ya şəhərdə olması və şəxsin Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olması. Bu şərtlər alternativ deyil, kumulyativ xarakter daşıyır - yəni onlardan yalnız birinin və ya ikisinin mövcudluğu statusun verilməsi üçün yetərli deyil. Birinci instansiya məhkəməsi də məhz bu hüquqi yanaşmadan çıxış edərək işin həlledici faktiki halını düzgün müəyyən etmişdir. Iş materiallarında olan sənədlərlə iddiaçının atasının məcburi köçkün statusuna malik olması təsdiq edilsə də, iddiaçının anası Məmmədova Süsən Məmməd qızının qeydiyyat ünvanının işğal olunmuş rayon və ya şəhər olmadığı, ünvan 1 olduğu müəyyən edilmişdir. Bu hal apellyasiya şikayətində də əsaslı şəkildə təkzib edilmir. Belə olan halda Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş ikinci şərt - hər iki valideynin daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon və ya şəhərdə olması şərti ödənilmir. Həmin şərtin ödənilməməsi isə iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün hüquqi əsasın yaranmadığını göstərir. Apellyasiya şikayətində iddiaçının məcburi köçkün ailəsində doğulması və atasının məcburi köçkün statusuna malik olması əsas dəlil kimi göstərilmişdir. Lakin bu dəlil birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir. Çünki iddiaçı ##.##.2003-cü ildə, yəni Laçın rayonunun işğalından və atanın məcburi köçkün düşməsindən sonra anadan olmuşdur. Onun atasının məcburi köçkün olması iddiaçıya qanunvericilikdə nəzərdə tutulmuş şərtlər daxilində törəmə hüquq verə bilər. Lakin həmin törəmə hüququn yaranması Qaydaların 4.1.6-cı bəndində ayrıca və konkret şərtlərə bağlanmışdır. Bu şərtlərdən biri ödənilmədikdə yalnız atanın statusu və ailənin məcburi köçkün ailəsi kimi qəbul edilməsi iddiaçının ayrıca məcburi köçkün statusu və vəsiqə almaq hüququnu yaratmır. Apellyasiya şikayətində iddiaçının və atasının hər ay 60 manat vahid aylıq müavinət almasına, habelə Laçın Rayon Icra Hakimiyyəti və onun müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlara istinad edilməsi də birinci instansiya məhkəməsinin qərarını qanunsuz hesab etməyə əsas vermir. Həmin arayışlar ailənin məskunlaşma vəziyyəti, atanın məcburi köçkün statusu və sosial ödənişlərlə bağlı məlumat xarakterli sənədlərdir. Bu sənədlər Komitənin qanunla müəyyən edilmiş səlahiyyətini əvəz etmir, məcburi köçkün statusunun verilməsi haqqında inzibati akt hesab edilmir və Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulmuş kumulyativ şərtlərdən hər hansı birini aradan qaldırmır. Sosial ödənişin alınması və ya ailənin müvəqqəti məskunlaşma ünvanında yaşaması faktı statusu təsdiq edən vəsiqənin verilməsi üçün müstəqil hüquqi əsas kimi qiymətləndirilə bilməz. Iddiaçının qardaşının Ikinci Qarabağ müharibəsində şəhid olması barədə apellyasiya şikayətində göstərilən hal xüsusi ehtiram və mənəvi dəyər daşısa da, hazırkı inzibati mübahisənin hüquqi həlli baxımından həlledici fakt kimi çıxış edə bilməz. Çünki mübahisənin predmeti şəhid ailəsi statusu, müharibə ilə bağlı sosial təminat və ya həmin statusdan irəli gələn hüquqlar deyil, məhz “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi tələbi ilə bağlıdır. Bu tələbin təmin edilməsi isə yalnız məcburi köçkün statusunun verilməsinə dair xüsusi normativ şərtlərin mövcudluğu ilə bağlıdır. Apellyasiya şikayətində irəli sürülən “məhkəmə iddiaçının təqdim etdiyi sübutlara ikinci dərəcəli sübut kimi baxmışdır” məzmunlu arqument də hüquqi baxımdan əsaslı deyil. Sübutların hüquqi qiyməti onların formal olaraq hansı tərəf tərəfindən təqdim edilməsindən deyil, mübahisənin predmetinə aid olub-olmamasından, mötəbərliyindən və tətbiq edilən normanın tələblərinə təsirindən asılıdır. Iddiaçının təqdim etdiyi sənədlər atanın statusunu, ailənin məskunlaşma vəziyyətini və sosial ödənişlərin mövcudluğunu təsdiq etsə də, ananın daimi yaşayış yeri üzrə qeydiyyatının işğal olunmuş rayon və ya şəhər olduğunu təsdiq etmir. Əksinə, iş materiallarında ananın qeydiyyat ünvanının ünvan 1 olması göstərilmişdir. Buna görə də həmin sübutlar iddianın təmin edilməsi üçün tələb olunan hüquqi nəticəni yaratmır. Birinci instansiya məhkəməsi qərarında haqlı olaraq qeyd etmişdir ki, iddiaçının anasının qeydiyyat ünvanı işğal olunmuş rayon və ya şəhər olmadığından Qaydaların 4.1.6-cı bəndində nəzərdə tutulan ikinci şərt ödənilməmişdir. Bu nəticə maddi hüquq normasının mətninə, həmin normanın məqsədinə və məcburi köçkün statusunun verilməsinin xüsusi hüquqi rejiminə uyğundur. Normanın məqsədi hər bir məcburi köçkün ailəsində doğulmuş istənilən şəxsə avtomatik status verilməsi deyil, atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin daimi yaşayış yeri üzrə qeydiyyatı işğal olunmuş rayon və ya şəhərdə olan şəxslərin statusunun müəyyən edilməsidir. Qanunvericilikdə belə xüsusi meyar müəyyən edildiyi halda məhkəmə həmin meyarı genişləndirici təfsir etməklə onun əhatə dairəsini dəyişdirə bilməz. Bu yanaşma məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə də uyğundur. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla, işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya QƏRARA ALDI: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *-*(***)-*****/**** saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Vidadi Qasımov Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar