Məhkəmə qərarları › İş №2-1(3-6)-291/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-291/2026

07.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-291/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə (3-cü şəxs: “xxxx” MMC) qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “artıq ödənilmiş gömrük rüsumunun qaytarılması barədə rəyin tərtib olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gömrük dəyərinə düzəlişlər edilməsi barədə bildirişdən görünür ki, 1, 2 mal mövqeyində olan malın gömrük dəyərində 3.060,00 manat, gömrük ödənişlərində 1.092,42 manat məbləğində uyğunsuzluq aşkar edilmişdir. Müəyyən edilmiş gömrük dəyərinə uyğun olaraq gömrük dəyərinə müvafiq düzəlişlərin edilməsi və ya bəyan edilmiş gömrük dəyərinin düzgünlüyünü təsdiq edən sənədlərin 5 (beş) iş günü ərzində təqdim edilməsi təklif olunur.

2. “Prime Logistics” tərəfindən verilmiş bildirişdən görünür ki, İddiaçı MMC və “xxxx” MMC ilə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli və JC-** nömrəli müqaviləyə əsasən ##.##.2024-cü il tarixində YCCU2017308 (Şanxay-Bakı) və ##.##.2024-cü il tarixində MISU5137416 (Şanxay-Bakı) nömrəli konteynerlərin ÇXRdan Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindəki ünvanına çatdırılmışdır. ÇXR-nın Şanxay limanından Bakıdakı ünvanına qədər olan bütün xərclər daxil olmaqla hər konteynerin dəyəri 7146.3 manat təşkil etmişdir. Yüklərin konteyner vasitəsi daşınması zamanı 72 saatdan artıq dayanmasına görə bir gün üçün konteyner nömrəsi MISU5137416 olmaqla 170.15 manat və YCCU******* nömrəli konteynerin dörd gün artıq dayanması üçün 680.6 manat gözləmə xərcləri yaranmışdır. Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən daşınma xərci seriya MT2412 nömrə 11029065 olmaqla 7146.3 manat, cərimə seriya MT2412 nömrə 11495563 olmaqla 680.6 manat, daşınma seriya MT2412 nömrə 11147650 olmaqla 7146.3 manat, cərimə seriya MT2412 nömrə 11495670 olmaqla 170.15 manat qeyd edilərək elektron qaimə-faktura göndərilmişdir. Qeyd olunur ki, sözügedən qaimə fakturalarda daşınmanın Şanxaydan Bakıya qədər məsafəni əhatə etdiyi göstərilmişdir. Qeyd olunmalıdır ki, “xxxx” MMC tərəfindən göndərilmiş olan elektron qaimə fakturalarına əsan ödənişlər İddiaçı MMC tərəfindən tam olaraq həyata keçirilmişdir.

3. “xxxx” MMC tərəfindən verilmiş bildirişdən görünür ki, İddiaçı MMC və “xxxx” MMC ilə tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli və A******** nömrəli müqaviləyə əsasən göstərilən ##.##.2024-cü il tarixində BXAU4639505 (Xiamen-Bakı) konteyneri ÇXR-dan Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindəki ünvanına çatdırılmışdır. ÇXR-nın Xiamen limanından Bakıdakı ünvanına qədər olan bütün xərclər daxil olmaqla konteynerin daşınma dəyəri 7650.00 manat təşkil etmişdir. Qeyd olunur ki, AR Vergi Məcəlləsinin müvafiq müddəalarına əsasən daşınma xərci seriya MT2412 nömrə 11578975 olmaqla 7650.00 manat qeyd edilərək elektron qaimə-faktura göndərilmişdir. Qeyd olunmalıdır ki, sözügedən qaiməfakturada daşınmanın Xiamendən Bakıya qədər məsafəni əhatə etdiyi göstərilmişdir. “xxxx” MMC tərəfindən göndərilmiş olan elektron qaimə-fakturaya əsasən ödəniş İddiaçı MMC tərəfindən tam olaraq həyata keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:

4. İddiaçı İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı artıq ödənilmiş gömrük rüsumunun qaytarılması barədə rəyin tərtib olunması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə “xxxx” MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə).

6. İddia tələbinin məzmunundan görünür ki, İddiaçı tərəfindən Çin Xalq Respublikasından 391 yerlik maye qəbulu üçün plastik borucuqlar yükü Azərbaycan Respublikasına idxal olunmuş və həmin yük ##.##.2024-cü il tarixdə 01241000514043 sorğu nömrəli bəyənnamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmişdir. Gömrük orqanı ##.##.2024-cü il tarixdə 01241000514043 sorğu nömrəli bəyənnamə üzrə bildiriş verərək, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2.5-ci maddəsinə uyğun olaraq malın gömrük dəyərində 3.060,00 manat, gömrük ödənişlərində 1.092,42 manat məbləğində uyğunsuzluq aşkar edildiyini göstərmiş və bəyannaməni geri qaytarmışdır. Bundan əlavə, MMC tərəfindən Çin Xalq Respublikasından 431 yerlik maye qəbulu üçün karton borucuqlar yükü Azərbaycan Respublikasına idxal olunmuş və həmin yük ##.##.2024-cü il tarixdə 01241000517079 sorğu nömrəli bəyənnamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmişdir. Gömrük orqanı ##.##.2024cü il tarixdə 01241000517079 sorğu nömrəli bəyənnamə üzrə bildiriş verərək, Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununun 13.2.5-ci maddəsinə uyğun olaraq malın gömrük dəyərində 3.060,00 manat, gömrük ödənişlərində 1.092,42 manat məbləğində uyğunsuzluq aşkar edildiyini göstərmiş və bəyannaməni geri qaytarmışdır. Bundan əlavə, MMC tərəfindən Çin Xalq Respublikasından 506 qutu kağızdan birdəfəlik qablar, 506 qutu kağızdan qablar üçün qapaqlar yükü Azərbaycan Respublikasına idxal olunmuş və həmin yük##.##.2024-cü il tarixdə 01241000526371 sorğu nömrəli bəyənnamə ilə Bakı Baş Gömrük İdarəsində gömrük orqanına bəyan edilmişdir. Gömrük orqanı ##.##.2024cü il tarixdə 01241000526371 sorğu nömrəli bəyənnamə üzrə bildiriş verərək, Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanunun 18-cimaddəsinə uyğun olaraq malın gömrük dəyərində 2550,00 manat, gömrük ödənişlərində 910,35manat məbləğində uyğunsuzluq aşkar edildiyini göstərmiş və bəyannaməni geri qaytarmışdır. 01241000514043 və 01241000517079 sorğu nömrəli bəyənnamələrlə bağlı bildirilməlidir ki, İddiaçı Məhdud Məsuliyyətli nəqliyyat xərclərini rəsmi şəkildə ödəmiş və müvafiq sənədləri Bakı Baş Gömrük İdarəsinə təqdim etmişdir. Gömrük əməkdaşı heç bir səbəb göstərmədən nəqliyyat xərcləri ilə razılaşmamış və gömrük dəyərinin qaldırılması ilə bağlı bildiriş vermişdir. Belə ki, ##.##.2024-cü il tarixli, MT2412 seriyalı, ******** nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturadan görsənir ki, yüklərin konteyner vasitəsilə daşınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 7146 (yeddi min bir yüz qırx altı) manat ödəniş edilmişdir. Bundan əlavə, ##.##.2024-cü il tarixli, MT2412 seriyalı, ******** nömrəli Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturadan görsənir ki, yüklərin konteyner vasitəsilə daşınması üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 7146 (yeddimin bir yüz qırx altı) manat ödəniş edilmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

7. Cavabdeh tərəfindən təqdim olunmuş etiraz onunla əsaslandırılmışdır ki, gömrük orqanına təqdim edilmiş və mallar AR-nın gömrük ərazisinə gəlib çatmadan öncə tərtib edilmiş bütün sənədlərdəki məlumatların uyğunluğu nəzərə alınaraq **AE***/**AE*** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə daşınan malların gömrük dəyərinə bəyannaməçi tərəfindən əlavə edilmiş 7146 manat ekvivalenti həcmində daşınma xərcinin ÇXR-dan AR-nın gömrük ərazisinə kimi olan bütün xərcləri deyil, yalnız İranın Bəndər Abbas şəhərinə qədər olan xərcləri nəzərdə tutduğu bariz sübutlar əsasında təsdiq edilmişdir. İranın sözügedən limanından AR-nın gömrük ərazisində yerləşən gömrük nəzarət zonasına qədər olan xərclərin təfsilatı barədə məlumatlar gömrük orqanına təqdim edilmədiyindən gömrük dəyərinin müəyyən edilməsi kimi birinci üsul tətbiq edilə bilməmiş və Gömrük Tarifi haqqında AR-nın qanununun 13.2.5-ci maddəsinin tələblərinə əsasən (idxal olunan malların sığorta xərcləri, həmçinin hava və dəniz limanınadək, yaxud gömrük ərazisinə daxil olduğu digər hər hansı yerədək nəqliyyat xərcləri, həmin yerədək malın yüklənmə və boşaldılma xərcləri) 01241000514043 gömrük bəyannaməsi üzrə GDD********** saylı gömrük dəyərinə düzəlişə dair bildiriş təqdim edilmiş, bəyannaməçi tərəfindən həmin bildirişi qəbul etməkdən imtina edilmişdir. Gömrük əməkdaşı tərəfindən bəyannamə yenidən bəyannaməçiyə qaytarılaraq İranın sözügedən limanından AR-nın gömrük ərazisində yerləşən gömrük nəzarət zonasına qədər olan xərclər barədə təsdiqedici sənəd tələb edilmiş, bəyannaməçi tərəfindən həmin sənəd təqdim edilməməklə birlikdə daha öncə təqdim edilmiş bildirişdə qeyd olunan həcmdə malların gömrük dəyəri bəyan edilmiş və hesablanmış gömrük ödənişləri ödənilməklə malların sərbəst dövriyyə üçün buraxılışı təmin edilmişdir. İddia ərizəsində qeyd olunan digər 01241000517079 və 01241000514043 sorğu nömrəli gömrük bəyannamələrində də anoloji vəziyyət mövcud olmuşdur. 01241000517079 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasında “FOB Shanghai” qeyd edilməsinə baxmayaraq malların Azərbaycan Respublikasının gömrük ərazisinə qədər nəql edilməsi, xarici dövlətlərin ərazisində yerləşən aralıq nöqtələrdə yüklənmə-boşaldılması, sığortalanması, dəniz limanlarında saxlanc və demuraj xərclərinin təfsilatları barədə sənədlər və məlumatlar ümumiyyətlə gömrük orqanına təqdim edilməmişdir. Yuxarıda qeyd olunan əsaslar nəzərə alınmaqla 01241000517079 sorğu nömrəli gömrük bəyannaməsi üzrə GDD********** saylı gömrük dəyərinə düzəlişə dair bildiriş təqdim edilmiş, bəyannaməçi tərəfindən həmin bildiriş qəbul edilmiş, hesablanmış gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülərək malların sərbəst dövriyyəyə buraxılışı təmin edilmişdir. Hər üç gömrük bəyannaməsi ilə də bağlı qömrük orqanının gözlənilən davranışı ilə bağlı ləngimənin olmadığı, tələbdə qeyd olunan “400 manat” məbləğində nə əsasında, hansı gömrük bəyannaməsinə münasibətdə yarandığını əsaslandırmadığını və buna dair təsdiqedici sənədləri təqdim etmədiyini nəzərə alaraq tələb əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilməsi, ##.##.2024-cü il tarixli, 01241000514043 sorğu nömrəli bəyənnamə üzrə artıq ödənilmiş 499.01 manat idxal rüsumunun, 633.42 manat əlavə dəyər vergisinin, ##.##.2024-cü il tarixli,01241000517079 sorğu nömrəli bəyənnamə üzrə artıq ödənilmiş 499.01 manat idxal rüsumunun, 633.42 manat əlavə dəyər vergisinin, ##.##.2024-cü il tarixli, **************sorğu nömrəli bəyənnamə üzrə artıq ödənilmiş 382.50 manat idxal rüsumunun, 527.86 manat əlavə dəyər vergisinin İddiaçı MMC-yə geri qaytarılması barədə rəyin tərtib edilməsi öhdəliyi və hüquqi yardımla bağlı 100 manat məbləğində pul vəsaitinin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilməsi, iddia qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mallara çəkilən xərcin gömrük orqanına təqdim edilən invoys əsasında müəyyən olunduğunu iddia edir. Cavabdeh isə gömrük dəyərinin müəyyən edilməsi kimi birinci üsul tətbiq etməmiş və bu halı onunla əsaslandırır ki, malların gömrük dəyərinə bəyannaməçi tərəfindən əlavə daşınma xərcləri ÇXR-dan AR-nın gömrük ərazisinə kimi olan bütün xərcləri deyil, yalnız İranın Bəndər Abbas şəhərinə qədər olan xərcləri nəzərdə tutduğunu, digər bəyannamə üzrə isə “FOB Shanghai” qeyd edilməsinə baxmayaraq malların Azərbaycan Respublikasının gömrük ərazisinə qədər nəql edilməsi, xarici dövlətlərin ərazisində yerləşən aralıq nöqtələrdə yüklənməboşaldılması barədə sənədlərin təqdim edilmədiyinə, başqa sözlə desək malların iddiaçıya çatdırılmasına dair onun tərəfindən çəkilən bütün xərclərin təfsilatının təsdiqedici sənədlərlə təqdim edilmədiyinə istinad etmişdir.

10. Məhkəmə cavabdehin irəli sürdüyü mülahizələrə münasibətdə bildirir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

11. Məhkəmə qeyd edir ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq digər üsullardan sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir.

12. Bununla yanaşı əlavə olaraq qeyd olunur ki, ümumiyyətlə cavabdeh tərəfindən gömrük dəyərinin birinci üsulla müəyyən edilməsini istisna edən halın özü də olmamış, həmçinin məhkəmə icraatı zamanı cavabdehin mülahizələrin əsassız olduğu müəyyən olunmuşdur. Belə ki, cavabdeh “Gömrük tarifi haqqında” Qanunun 13.2.5-ci maddəsinə istinad edərək, idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi zamanı sığorta xərcləri ilə yanaşı, hava və ya dəniz limanına qədər olan nəqliyyat, yüklənmə və boşaldılma xərclərinin nəzərə alınmasını vacib saymışdır. Cavabdeh, həmin xərclərin düzgün hesaba alınmadığını əsas gətirərək, təqdim olunmuş nəqliyyat sənədlərinin yalnız İranın Bəndər Abbas şəhərinə qədər olan xərcləri əhatə etdiyini bildirmişdir. Lakin məhkəmə icraatı zamanı əldə olunan sənədlər və daşıma şirkətləri tərəfindən təqdim edilən rəsmi məktubdan aydın olur ki, idxal olunan malların daşınmasına dair xərclər, ÇXR-nın Şanxay (həmçinin Xiamen) limanından Bakıdakı ünvanına qədər olan bütün nəqliyyat, yüklənmə və boşaldılma xərclərini əhatə edir. Görünür ki, cavabdeh, yalnız İranın Bəndər Abbas şəhərinə qədər olan nəqliyyat xərclərini nəzərə alaraq, bu xərclərin qalan hissəsini hesaba qatmamış və bununla da gömrük dəyərinin düzgün hesablanması istiqamətində qanunla müəyyən edilmiş tələblərə zidd hərəkət etmişdir.

13. Məhkəmə hesab edir ki, rüsum və vergilər invoys dəyəri və nəqliyyat xərcləri nəzərə alınmaqla hesablanmalı olduğu halda, cavabdeh tərəfindən hesablamalar düzgün aparılmamışdır ki, bunun nəticəsində artıq ödəmə yaranmışdır. Cavabdeh tərəfindən isə aparılan hesablamaların düzgün olmadığı, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun nəzərə alınmadığı, digər üsulun seçilməsinin isə əsası obyektiv arqumentlər ilə əsaslandırılmadığından həmin artıq vəsaitin qaytarılması təmin olunmalıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

14. Qərardan iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişlər.

c) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi gömrük rəsmiləşdirilməsinin aparılması üçün artıq ödənilmiş əlavə dəyər vergisi və idxal rüsumunun qaytarılması ilə bağlı düzgün nəticəyə gəlsə də, hüquqi müdafiə ilə bağlı xərcləri qismən təmin etmək, boşdayanmaya görə isə xərcləri tamamilə təmin etməməklə bağlı hissədə qərar qanuni və əsaslı olmamışdır. Belə ki, hüquqi yardım göstərilməsi üçün İddiaçı MMC tərəfindən vəkilə müraciət edilmiş, hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 320 (üç yüz iyirmi) manat müəyyənləşdirilmişdir. Həmin məbləğ İddiaçı MMC tərəfindən rəsmi qaydada bank hesabından “Mərkəz” Vəkil Bürosunun bank hesabına köçürülmüş və müvafiq ödəniş tapşırığı məhkəməyə təqdim edilmişdir. Nəzərə alınmalıdır ki, 320 manat məbləğində xidmət haqqından 14 faiz gəlir vergisi, 10 faiz Dövlət Sosial Müdafiə Fonduna ayrılan vəsait, 2 faiz vəkil məsuliyyətinin sığorta haqqı tutulur, vəkil orderinin məbləği isə 20 manat təşkil edir. Demək, göstərilən məbləğin təqribən 100 manatı vergilərə və digər ödənişlərə sərf olunmuşdur. Məhkəmə isə hüquqi yardıma görə xidmət haqqının 100 manat olmasını ağlabatan hesab etmişdir. Vəkil iş hələ Bakı Baş Gömrük İdarəsində olarkən İddiaçı MMC-nin sözügedən problemi ilə məşğul olmağa başlamış, pretenziyaları, müvafiq ərizələri hazırlamış, sonda iddia ərizəsini hazırlayaraq məhkəməyə təqdim etmiş və öz məsləhətləri ilə, iddiaçı ilə dəfələrlə görüşməklə və telefon əlaqəsi saxlamaqla yardım etmişdir. Bütün bunlar isə iddia tələbinin xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində məhkəmə tərəfindən yanlışlığa yol verildiyini göstərir. Gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində mallar daşımanı həyata keçirən şirkətin nəqliyyat vasitəsində saxlanılmış və boşaldılmasına icazə verilməmiş və nəticədə boşdayanmaya görə MMC tərəfindən nəqliyyat şirkətinə 400 ABŞ dolları (680 manat 60 qəpik) məbləğində ödəniş edilmişdir. Məhkəmə qərarında göstərmişdir ki, boşdayanma ilə bağlı nəqliyyat şirkətinə ödənilmiş 400 ABŞ dolları məbləğindəki vəsaitin cavabdeh tərəfindən tutulması ilə əlaqədar iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Belə ki, iddiaçı, boşdayanma haqqının 400 ABŞ dolları olaraq necə müəyyən edildiyi və hansı gömrük bəyannaməsində qeyd olunan mallarla əlaqədar olaraq yaranmasını düzgün və aydın şəkildə əsaslandıra bilməmişdir. Buna dair xərclərin mövcudluğu sübut edilməmişdir. İddiaçı, sözügedən vəsaitin müvafiq gömrük bəyannaməsi ilə necə əlaqəli olduğunu və bu ödənişin hüquqi çərçivədə necə gerçəkləşdiyini izah etməmişdir. Halbuki, tərəflərindən nəqliyyat şirkətinə ödənilmələri təsdiq edən Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir.Bundan başqa iddiaçı artıq ödəmənin geri qaytarılmasının gecikdirilməsi ilə əlaqədar 0,1 % məbləğində müvafiq olaraq faiz ödənilməsini tələb etsə də, bu hissədə iddianın təmini üçün hər hansı yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 6.1-cı maddəsinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.

16. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, gömrük rəsmiləşdirilməsi zamanı iddiaçı tərəfindən gömrük orqanına ##.##.2024-cü il tarixli ******** nömrəli “malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-faktura” təqdim edilmişdir. Fakturada elektron qaiməni göndərən tərəf, yəni malların çatdırılmasını təmin edən şirkət qismində Üçüncü şəxs, barəsində xidmət göstərilmiş şirkət qismində isə iddiaçı İddiaçı MMC göstərilmişdir. Fakturada yüklərin konteyner vasitəsilə daşınması (konteyner nömrəsi: YCCU2017308) üçün nəzərdə tutulmuş xidmət haqqı 7146.3 Azərbaycan manatı ( 4203.7 ABŞ dolları) qeyd edilmişdir. Lakin, bu halda 2 vacib məqamda olan uyğunsuzluq aşkara çıxmış olur. Belə ki, qaimə-fakturanın tərtib edilmə tarixinin malların ÇXR-dən yola düşmə, hətta nəqliyyat qaiməsinin tərtib edilmə tarixindən xeyli sonra, gömrük bəyannaməsinin təqdim edilməsindən cəmi 3 gün əvvəl tərtib edilməsi, həmçinin yükdaşımanın konteyner vasitəsilə aparıldığının qeyd olunması onların yalnız dəniz nəqliyyatı ilə alıcıya çatdırılması bu barədə iddiaçının mövqeyini təkzib edir. Belə ki, hər üç nəqliyyat qaiməsində və gömrük bəyannaməsinin “göndərən ölkədən çıxan nəqliyyat vasitəsinin eyniləşdirilməsi" adlanan 18-ci qrafasında quru nəqliyyatı üzrə yük nəqliyyat vasitəsinin nömrəsi qeyd edilməsi, fiziki olaraq da sözügedən nəqliyyat vasitələri ilə gömrük ərazisinə daxil olduğu müəyyənləşdirildiyi halda malların daşınması ilə bağlı “xxxx” MMC tərəfindən tərtib edilmiş MP***-*/** nömrəli hesabfakturada yalnız konteyner nömrəsi qeyd edilmiş, ikinci nəqliyyat vasitəsinin nömrəsi və çəkilmiş xərclərin təfsilatı göstərilməmişdir. Bundan əlavə qaimə-fakturada qeyd olunan məbləğin yalnız ÇXR-in Şanxay limanından İranın Bəndər-Abbas şəhərində yerləşən dəniz limanına qədər olan daşınma xərclərini əhatə etdiyini digər malmüşayiət sənədləri də təsdiq etmiş olur. Belə ki, mallara dair tərtib edilmiş ##.##.2024cü il tarixli ****** nömrəli nəqliyyat qaiməsində (CMR) olan məlumatlarda (16-cı qrafa) “xxxx” şirkətin adı “ASAN SEIR SOBHAN international Transport CO.” olaraq göstərilmişdir. 21-ci qrafada isə nəqliyyat qaiməsinin tərtib edilmə yeri Bəndər Abbas qeyd edilmişdir. Belə olduğu halda əgər malların AR-nın gömrük ərazisinə qədər çatdırılmasını “xxxx” həyata keçirmişdirsə, nəqliyyat qaiməsindəki sözügedən şirkətin adının niyə qeyd edildiyi və çatdırılma şərtinin niyə FOB olaraq qeyd edildiyi iddiaçı tərəfindən gömrük rəsmləşdirilməsi prosesində də, iddia ərizəsində də əsaslandırıla bilməmişdir. Həmçinin, Bakı İnzibati Məhkəməsinin qərarında daşıyıcı tərəfindən iddiaçıya təqdim edilmiş məktubun məzmunu əsas götürülərək malmüşayiət sənədlərindəkı uyğunsuzluq və çatışmazlıqlara dair cavabdeh tərəfindən gətirilmiş arqumentlərə münasibət bildirilməmişdir.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

18. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş üçüncü şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir. 153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil. 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3- cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. 160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. 160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır. 162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər. 162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir. 221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 266.1-ci maddəsinə əsasən, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 266.2-ci maddəsinə əsasən, gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir; 266.3-cü maddəsinə əsasən, şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər; 267.1-ci maddəsinə əsasən, Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3.“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2-ci maddəsinə əsasən, gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır; 269-cu maddəsinə əsasən, gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır; 270.1-ci maddəsinə əsasən, gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər; 270.3-cü maddəsinə əsasən, gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

22. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən gömrük tarifinin tətbiqi məqdəsi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanuna müəyyən edilir. 8.1-ci maddəsinə əsasən mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına bəyan edilir. 10.1-ci maddəsinə əsasən bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 11-ci maddəsinə əsasən gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Bəyannaməçi bu Qanunun 11.2-ci maddəsinə uyğun olaraq ona təqdim edilmiş bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır. Yuxarı gömrük orqanı və ya məhkəmə bəyannaməçinin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Qanunun 11.2-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər təklif etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur. 12.1-ci maddəsinə əsasən gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. Həmin Qanunun 18.1-ci maddəsinə əsasən idxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri

24. İddiaçı apellyasiya şikayətində iddia tələbinin rədd olunmuş hissəsində, cavabdeh isə təmin olunmuş hissəsində qərarı tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

25. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

27. Daha sonra məhkəmə Kollegiyası işin faktiki halları ilə bağlı qeyd edilməsini zəruri hesab edir ki, iş materialları ilə müəyyən edildiyi kimi iddiaçı əslində mallara çəkilən xərcin gömrük orqanına təqdim edilən invoys əsasında müəyyən olunduğunu iddia edir. Cavabdeh isə gömrük dəyərinin müəyyən edilməsi kimi birinci üsul tətbiq etməmiş və bu halı onunla əsaslandırır ki, malların gömrük dəyərinə bəyannaməçi tərəfindən əlavə daşınma xərcləri ÇXR-dan AR-nın gömrük ərazisinə kimi olan bütün xərcləri deyil, yalnız İranın Bəndər Abbas şəhərinə qədər olan xərcləri nəzərdə tutduğunu, digər bəyannamə üzrə isə “FOB Shanghai” qeyd edilməsinə baxmayaraq malların Azərbaycan Respublikasının gömrük ərazisinə qədər nəql edilməsi, xarici dövlətlərin ərazisində yerləşən aralıq nöqtələrdə yüklənmə-boşaldılması barədə sənədlərin təqdim edilmədiyinə, başqa sözlə desək malların iddiaçıya çatdırılmasına dair onun tərəfindən çəkilən bütün xərclərin təfsilatının təsdiqedici sənədlərlə təqdim edilmədiyinə istinad etmişdir.

28. Birinci instansiya məhkəməsinin hazırda mübahisələndirilən qərarı ilə iddia tələbi yuxarıda qeyd edildiyi kimi həll olunmuşdur.

29. Qərardan həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verdiyindən məhkəmə Kollegiyası ilk olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsini uyğun hesab edir.

30. İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, məhkəmə isə hüquqi yardıma görə xidmət haqqının 100 manat olmasını ağlabatan hesab etmişdir. Vəkil iş hələ Bakı Baş Gömrük İdarəsində olarkən İddiaçı MMC-nin sözügedən problemi ilə məşğul olmağa başlamış, pretenziyaları, müvafiq ərizələri hazırlamış, sonda iddia ərizəsini hazırlayaraq məhkəməyə təqdim etmiş və öz məsləhətləri ilə, iddiaçı ilə dəfələrlə görüşməklə və telefon əlaqəsi saxlamaqla yardım etmişdir. Bu isə məhkəmə tərəfindən yanlışlığa yol verildiyini göstərir. Həmçinin, Gömrük orqanının qanunsuz hərəkətləri nəticəsində mallar daşımanı həyata keçirən şirkətin nəqliyyat vasitəsində saxlanılmış və boşaldılmasına icazə verilməmiş və nəticədə boşdayanmaya görə MMC tərəfindən nəqliyyat şirkətinə 400 ABŞ dolları (680 manat 60 qəpik) məbləğində ödəniş edilmişdir. Məhkəmə qərarında göstərmişdir ki, boşdayanma ilə bağlı nəqliyyat şirkətinə ödənilmiş 400 ABŞ dolları məbləğindəki vəsaitin cavabdeh tərəfindən tutulması ilə əlaqədar iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Belə ki, iddiaçı, boşdayanma haqqının 400 ABŞ dolları olaraq necə müəyyən edildiyi və hansı gömrük bəyannaməsində qeyd olunan mallarla əlaqədar olaraq yaranmasını düzgün və aydın şəkildə əsaslandıra bilməmişdir. Buna dair xərclərin mövcudluğu sübut edilməmişdir. İddiaçı, sözügedən vəsaitin müvafiq gömrük bəyannaməsi ilə necə əlaqəli olduğunu və bu ödənişin hüquqi çərçivədə necə gerçəkləşdiyini izah etməmişdir. Halbuki, tərəflərindən nəqliyyat şirkətinə ödənilmələri təsdiq edən Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar, ödəniş tapşırıqları məhkəməyə təqdim edilmişdir.Bundan başqa iddiaçı artıq ödəmənin geri qaytarılmasının gecikdirilməsi ilə əlaqədar 0,1 % məbləğində müvafiq olaraq faiz ödənilməsini tələb etsə də, bu hissədə iddianın təmini üçün hər hansı yoxdur. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 6.1-cı maddəsinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.

31. İddiaçının apellyasiya şikayətində göstərənlərlə bağlı məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı artıq ödəmənin geri qaytarılmasının gecikdirilməsi ilə əlaqədar 0,1 % məbləğində müvafiq olaraq faiz ödənilməsini tələb etsə də, bu hissədə iddianın təmini üçün hər hansı yoxdur.

32. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydalarının 1.2ci bəndinə əsasən hömrük orqanları tərəfindən alınan vergilərin qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları" ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il ## #### tarixli, *** nömrəli Qərarı ilə təsdiq olunmuş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 6.1-cı maddəsinə əsasən vergi ödəyicisi, sığortaedən və ya sığortalı tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir.

34. Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.

35. Müvafiq normativ aktlara əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vəsaitlərin geri qaytarılması barədə ərizənin təqdim edildiyi tarixdən etibarən, onların faktiki qaytarıldığı günədək gecikdirilən hər təqvim günü üçün (ödəmə günü də daxil olmaqla) 0,1 faiz məbləğində faiz hesablanmalı və ödənilməlidir. Qeyd edilən faiz ödənişləri dövlət büdcəsi gəlirlərinin azaldılması hesabına həyata keçirilir və bu, şəxsin maliyyə maraqlarının qorunmasına yönəlmiş hüquqi təminat tədbiri kimi qiymətləndirilməlidir. Lakin qanunvericilikdə həmçinin aydın şəkildə müəyyən edilir ki, əgər artıq ödəmələrin geri qaytarılması prosesinin gecikməsi bilavasitə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydalara riayət etməməsi nəticəsində baş vermişsə, bu halda gecikdirilən müddət üçün faiz hesablanmır və ödənilmir.

36. Hazırki işin faktiki halları ilə isə cavabdeh tərəfindən hər hansı prosesin gecikməsi baş verməmişdir ki, nəticə etibarı ilə iddianın həmin hissəsində təmin üçün hər hansı əsas yoxdur.

37. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, boşdayanma ilə bağlı nəqliyyat şirkətinə ödənilmiş 400 ABŞ dolları məbləğindəki vəsaitin cavabdeh tərəfindən tutulması ilə əlaqədar iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Belə ki, iddiaçı, boşdayanma haqqının 400 ABŞ dolları olaraq necə müəyyən edildiyini və hansı gömrük bəyannaməsində qeyd olunan mallarla əlaqədar olaraq yaranmasını düzgün və aydın şəkildə əsaslandıra bilməmişdir. Buna dair xərclərin mövcudluğu sübut edilməmişdir. İddiaçı, sözügedən vəsaitin müvafiq gömrük bəyannaməsi ilə necə əlaqəli olduğunu və bu ödənişin hüquqi çərçivədə necə gerçəkləşdiyini izah etməmişdir. Nəticədə, məhkəmə, iddiaçı tərəfindən irəli sürülən iddianın bu hissəsinin təmin edilməsi üçün qanuni əsasların mövcud olmadığını müəyyən etmişdir.

38. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər.( Avropa İnsan Hüquqları üzrə Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

39. Məhkəmə Kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir.

40. Məhkəmə Kollegiyası, iddiaçının prosessual xərc kimi hüquqi yardıma görə 320 manat vəsaitin ödənilməsi hissəsində isə tələbini aşağıda qeyd olunanlara əsasən qismən əsaslı hesab edir.

41. Belə ki, İnzibati Prosessual Məcəlləsinin: 108.1. Prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

109. Prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir. 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. 115.1. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. 115.2. Mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərar qəbul edilmədiyi hallarda, prosessual xərclərə dair qərardadın mübahisələndirilməsinə yol verilmir.

42. Məhkəmə Kollegiyası diqqətə çatdırır ki, iddia ərizəsində göstərilmiş hüquqi yardımın dəyəri kimi 320 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələb olunmuşdur.

43. Məhkəmə Kollegiyası hesab edir ki, hüquqi yardımın göstərilməsi haqqında müqavilədə göstərilən hüquqi yardımın dəyərinin 320 manat olduğu göstərilsə də, hazırki iddia tələbi qismən təmin olunduğundan, prosessual xərc məbləği məhz iddianın təmin olunan hissədəki məbləğə uyğun müəyyən olunmalıdır. Həmçinin, nəzərə alınır ki, iddiaçının direktorunun məhkəmə iclasında şəxsən iştirakı, hüquqi yardım göstərən şəxsin iştirak etməməsi, iddianın qismən təmin edilməsi xərcin 100 manat məbləğində qiymətləndirilməsini zəruri edir.

44. Beləliklə, məhkəmə Kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsaslı saymır.

45. Məhkəmə Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə oxşar oxşar məzmunda olduğunu qeyd etməklə yanaşı dəlillərə münasibətdə bir daha bildirir ki, işin hallarından göründüyü kimi, iddiaçı idxal olunan malların daşınmasına dair çəkdiyi xərclər, ÇXR-nın Şanxay (həmçinin Xiamen) limanından Bakıdakı ünvanına qədər olan bütün nəqliyyat, yüklənmə və boşaldılma xərclərini əhatə edir.Bunun üçün iddiaçı malların çatdırılmasını təmin edən şirkət qismində Üçüncü şəxs ilə müqavilə bağlamışdır.Bu halda malların daşınması Üçüncü şəxs şirkətinin məsuliyyət sferasına aid olur.

46. Məhkəmə Kollegiyası qeyd edir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur.

47. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir.

48. Məhkəmə diqqətə çatdırır ki, yuxarıda istinad olunan normalarda təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər olmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

49. Buna baxmayaraq cavabdeh, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcılığa riayət etməmiş, əvəllki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halı düzgün tətbiq etməmiş, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda bunu etməmişdir.

50. Məhkəmə qeyd edir ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq digər üsullardan sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir.

51. Bununla yanaşı əlavə olaraq qeyd olunur ki, ümumiyyətlə cavabdeh tərəfindən gömrük dəyərinin birinci üsulla müəyyən edilməsini istisna edən halın özü də olmamış, həmçinin məhkəmə icraatı zamanı cavabdehin mülahizələrin əsassız olduğu müəyyən olunmuşdur. Belə ki, cavabdeh “Gömrük tarifi haqqında” Qanunun 13.2.5-ci maddəsinə istinad edərək, idxal olunan malların gömrük dəyərinin müəyyən edilməsi zamanı sığorta xərcləri ilə yanaşı, hava və ya dəniz limanına qədər olan nəqliyyat, yüklənmə və boşaldılma xərclərinin nəzərə alınmasını vacib saymışdır. Cavabdeh, həmin xərclərin düzgün hesaba alınmadığını əsas gətirərək, təqdim olunmuş nəqliyyat sənədlərinin yalnız İranın Bəndər Abbas şəhərinə qədər olan xərcləri əhatə etdiyini bildirmişdir. Lakin məhkəmə icraatı zamanı əldə olunan sənədlər və daşıma şirkətləri tərəfindən təqdim edilən rəsmi məktubdan aydın olur ki, idxal olunan malların daşınmasına dair xərclər, ÇXR-nın Şanxay (həmçinin Xiamen) limanından Bakıdakı ünvanına qədər olan bütün nəqliyyat, yüklənmə və boşaldılma xərclərini əhatə edir. Görünür ki, cavabdeh, yalnız İranın Bəndər Abbas şəhərinə qədər olan nəqliyyat xərclərini nəzərə alaraq, bu xərclərin qalan hissəsini hesaba qatmamış və bununla da gömrük dəyərinin düzgün hesablanması istiqamətində qanunla müəyyən edilmiş tələblərə zidd hərəkət etmişdir.

52. Məhkəmə hesab edir ki, rüsum və vergilər invoys dəyəri və nəqliyyat xərcləri nəzərə alınmaqla hesablanmalı olduğu halda, cavabdeh tərəfindən hesablamalar düzgün aparılmamışdır ki, bunun nəticəsində artıq ödəmə yaranmışdır. Cavabdeh tərəfindən isə aparılan hesablamaların düzgün olmadığı, “Gömrük tarifi haqqında" Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun nəzərə alınmadığı, digər üsulun seçilməsinin isə əsası obyektiv arqumentlər ilə əsaslandırılmadığından həmin artıq vəsaitin qaytarılması təmin olunmalıdır.

53. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

54. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir.

55. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarını əsas gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-****/**** saylı iş üzrə qəbul etdiyi ##.##.2022-ci il tarixli; 2- *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qərarlarından da göründüyü kimi kassasiya instansiya məhkəməsinin hazırki növ mübahisələrdə formalaşdırdığı hüquqi mövqeyi məhz o istiqamətdə olmuşdur ki, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq olunması düzgün deyildir. Yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən ayrı-

57. ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar