Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-2913/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Hüseynov Pərviz Aktiv oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə və apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizəyə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə qarşı “plansxem cizginin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Bakı İnzibati Məhkəməsinin qərardadı ilə Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi iş üzrə cavabdeh qismində məhkəmə icraatının iştirakçısı kimi tanınmışdır. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə cavabdeh Sabunçu rayon İcra Hakimiyyəti cavabdeh siyahısından çıxarılmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ilə (hakim Orxan Həsənov) iddia tələbi təmin edilərək Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ##.##.1993-cü il tarixli, ** nömrəli qərarı ilə mərhum X1 fərdi yaşayış evinin tikintisi üçün Maştağa qəsəbəsindən ayrılmış sahəsi 0,12 ha olan ** nömrəli torpaq sahəsinə dair yerləşmə cizgisinin tərtib edilməsi və iddiaçı İddiaçı verilməsi öhdəliyinin Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə həvalə edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından narazı qalan iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdeh həmçinin apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə verərək Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-****/**** saylı qərarından apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edərilərək buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, sözügedən məhkəmə qərarı ##.##.2025-ci il tarixli məktubla icra olunması üçün Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Rayon İcra Hakimiyyəti tərəfindən şifahi məlumat verildikdən sonra həmin qərardaddan məlumatlı olmuşlar. Belə ki Maştağa qəsəbə nümayəndəliyinin elektron məhkəmə portalı olmadığından və məhkəmə qərarı kağız daşıyıcıda təqdim edilmədiyindən məlumatları olmamışdır. Bu səbəbdən sözügedən qərardan şikayət vermə müddəti ötürülmüşdür. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarı ##.##.2026ci il tarixdə elektron sənəd dövriyyəsi sistemi vasitəsi ilə cavabdehə göndərilmişdir. Qanunvericilik normasının tələbinə əsasən iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə təqdim edildiyi tarixdən hesablanmaqla, ##.##.2026-cı il tarixdə (bazar gününə təsadüf etdiyindən, növbəti iş günü ##.##.2026-cı il tarixdə şikayət vermə müddəti bitir) başa çatmış, apelyasiya şikayəti isə ## #### 2026-cı il tarixdə poçt vasitəsi ilə verilmişdir. Məhkəmə kollegiyası cavabdehin “apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsində göstərilən dəlillərlə bağlı (yəni Maştağa qəsəbə nümayəndəliyinin elektron məhkəmə portalı olmadığından və məhkəmə qərarı kağız daşıyıcıda təqdim edilmədiyindən məlumatları olmaması) qeyd edir ki, həmin səbəb üzrlü sayıla bilməz, çünki cavabdehin elektron məhkəmə sistemində elektron kabineti olmasa da, elektron sənəd dövriyyəsində elektron kabineti vardır və məhkəməsinin mübahisələndirilən qərarı məhz sonuncu sistem vasitəsi ilə cavabdehə göndərilmişdir. Bu səbəbdən də ərizədə qeyd edilənlər öz-özlüyündə müddətin bərpa olunması üçün əsas hesab oluna bilməz. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, cavabdehin Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Cavabdehin prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Cavabdeh Maştağa qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(3-6)-2913/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-2913/2026
10.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver