Məhkəmə qərarları › İş №2-1(3-6)-300/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-300/2026

25.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-300/2026 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası X8 Azər oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı “ali təhsilə aid kvalifikasiyanın tanınması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-12680/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə xx.xx.2026-cı il tarixdə, Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X7 Universiteti tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, HEM № 000094 nömrəli bakalavr diplomunun tanınması ilə bağlı cavabdeh Təhsildə X4 etdiyi müraciət, cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla təmin edilməmişdir. İddiaçı cavabdeh Təhsildə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, HEM № 000094 nömrəli bakalavr diplomunun və diploma əlavə sənədinin (məqbul cədvəli) tanınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1998-ci ildə Bakı şəhərində doğulmuşdur. 2004-cü ildə Bakı şəhəri Nərimanov rayonu 202 saylı tam orta məktəbin 1ci sinfinə getmiş və 2015-ci ildə həmin tam orta məktəbi bitirmişdir. İddiaçı 2016-cı ildə Gürcüstan Respublikası Tbilisi şəhərində yerləşən X7 Universitetinin “Biznes, hüquq və sosial elmlər” fakültəsinə daxil olmuş və 2021-ci ildə həmin Unveristeti “Biznesin idarə olunması ixtisası üzrə” Bakalavr pilləsi ilə (akademik dərəcəsi) bitirmiş və 22 sentyabr 2021-ci il tarixdə, HEM № 000094 nömrəli diplom verilmişdir. Bayramov X6 Milenium Tədris Unveristetinin xx.xx.2021-ci il tarixdə, HEM № 000094 nömrəli diplomunu təsdiq etdirmək (Apostil etdirmək) üçün Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Servislərinin İnkişafı Agentliyinə müraciət etmişdir. X7 Unveristetinin İddiaçı xx.xx.2021ci il tarixli, HEM № 000094 nömrəli diplomunu qanunu əsaslarla verildiyindən, Gürcüstan Respublikası Ədliyyə Nazirliyi (023) tərəfindən diplom xx.xx.2021-ci ildə Apostil (təsdiq) olunmuşdur. Bayramov X6 Milenium Tədris Unveristetində oxuduğu müddət ərzində həmişə vaxtı-vaxtında həmin Univeristetin tədris proqramına uyğun və Unversitet rəhbərliyinin müəyyən etdiyi qaydalara uyğun formada təhsildə iştirak etmiş və buraxılış imtahanı verib ali təhsil almışdır. İddiaçı hazırda oxuduğu ali məktəb istisası üzrə Azərbaycan Rerspublikasında ixtiasına uyğun işləmək və fəaliyyət göstərmək istəyir. X7 Unveristeti tərəfindən verilmiş bakalavr diplomunu təsdiqi ilə bağlı dövlət rüsumu ödəyərək, Azərbaycan Respublikası Təhsildə X4 (TKTA) müraciət etmiş və o Azərbaycan Respublikası Təhsildə X4 (TKTA) müsahibəyə dəvət olunmuşdur. Həmin Dövlət qurumunda təhsil aldığı müddətdə Gürcüstan Respublikasına gediş-gəlişi olubolmadığını müəyyənləşdirərkən, müəyyən olundu ki, həqiqətən də ali təhsil aldığı müddət ərzində vaxtlı-vaxtında X7 Unveristetinə gedib-gəlmişdir. Azərbaycan Respublikası Təhsildə X5 heç bir reallığı əks etdirməyən araşdırma aparmış və xx.xx.2025-ci il tarixli, 3-29\2-B-1348-4\2025 nömrəli məktubla “Xarici dövlətin ali təhsilə aid kvalifıkasiyasının tanınmasından imtina edilməsi barədə” bildirmişdir. “Sözügedən Qaydaların 4.1.4 və 4.1.5-ci yarımbəndlərinin tələblərinə görə ərizəçilər hər tədris ilinə münasibətdə normativ tədris müddətinin ən az yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmalı və tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada tədris prosesində iştirak etməlidir. Qaydaların 3-cü maddəsinin 3.10.1-ci yarımbəndinə əsasən, bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan tələblərə riayət olunmadığı təqdirdə, kvalifıkasiyanın tanınmasından imtina edilir.” Sözügedən Qaydalara əsasən, Azərbaycan Respublikası Təhsildə X5 müraciət əsasında, müvafiq qərar qəbul etməli və həmin qərardan məhkəməyə 30 gün müddətində şikayət vermək hüquqlarım izah edilməli olduğu halda, Ağentlik bunları etməmiş və sadə bir imtina məktubu göndərilməklə işlərini bitmiş saymışlar. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən mümkünsüz hesab edilməlidir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müvafiq xarici kvalifikasiyanın tanınması üçün inzibati orqana Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”(bundan sonra-Qaydalar)na əsasən müraciət etmişdir. Həmin Qaydaların 2.2-ci bəndində “Tanınmaya dair müraciət elektron qaydada edilir, TMİS-də qeydiyyata alınır və hər bir ərizəçiyə sistemdə şəxsi kabinet yaradılır. Müraciət Agentliyə daxil olduqdan sonra ərizəçinin müraciətində göstərdiyi əlaqə telefonuna və ya elektron poçt ünvanına qeydiyyat şifrəsi göndərilir. Ərizəçi qeydiyyat şifrəsi vasitəsilə onun üçün yaradılmış şəxsi kabinetdə olan məlumatları əldə edə və müraciətinin statusunu izləyə bilər” qeyd olunmuşdur. Sözügedən Qaydalara uyğun olaraq ərizəçinin inzibati işi üzrə icraat aparılmış və həmin qaydaların 3.10.1-ci və 4.1.4-cü bəndinə əsasən, ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməyərək NA00021297 nömrəli, xx.xx.2023-cü il tarixli Qərar qəbul edilmişdir. Qeyd olunan Qərar barəsində ərizəçinin müraciətində göstərdiyi elektron poçt ünvanına (Elektron ünvan ) qəbul edilmiş Qərar barəsində məlumat göndərilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli Qərardan ən gec xx.xx.2024-cü il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilərdi. Lakin iddiaçı sözügedən iddia tələbi ilə ilk dəfə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-12680/2025 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan Bakı İnzibati Məhlkəməsi iddianı vaxtında verməyinə baxmayaraq, məhkəmə qərardandında əsassız olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsildə X2 NA 00021297 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı elektron poçt vasitəsi ilə ona göndərilmiş və həmin qərardan ən geci xx.xx.2024-cü il tarixədək məhkəmədə iddia tələbi qaldıra bilərdi. Bakı İnzibati Məhkəməsi bu halı araşdırmamışdır ki, elektron poçt vasitəsi ilə həmin qərarı almamış və bu barədə məlumatı belə olmamışdır. İddiaçıya rəsmi qaydada "xxxx" MMC vasitəsi ilə Azərbaycan Respublikası Təhsildə X2 xx.xx.2025-ci il tarixli, 3-29\2-B-1348-4\2025 saylı imtina məktubunu alandan sonra, aldığı vaxtdan 30 gün müddətinə məhkəməyə müraciət etmişdir. Hətta, cavabdeh ilk vaxtlar məhkəmə prosessində Azərbaycan Respublikası Təhsildə X2 xx.xx.2025-ci il tarixli, 3-29\2-B-1348-4\2025 saylı imtina məktubunda göstərilənlərlə bağlı münasibət bildirərkən, təhsil sənədlərinin qaydasında olduğundan heç bir qüsur tapmadığından, sonradan təkrar vəsatət qaldıraraq iddia qaldırmaq müddətinin keçirdiyini əsassız olaraq bildirmiş və iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh- Azərbaycan Respublikası Təhsildə X5 təqdim etdiyi sənədlər arasında ziddiyyətlər var və həmin ziddiyyətlər iddiaçının xeyrinə həll olunaraq məhkəmə tərəfindən obyektiv qərar qəbul edilməli idi. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verilməmişdir. Məhkəmə kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Apellyasiya şikayətinin mümkünlüyü: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X7 Universiteti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, HEM № 000094 qeydiyyat nömrəli diplomdan və ona əlavəsindən müəyyən olunur ki, İddiaçı “əyani” formasında təhsil almaqla “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixli qərardan daha əvvəl məlumatlı olmasına baxmayaraq, qanunvericilikdə nəzərdə tutulmuş müddətdə maraqlarına uyğun qərarın qəbul edilməsi üçün məhkəməyə müraciət etməmiş və iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddiaçı isə xx.xx.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iddiaçının iddia müddətini ötürməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü komponentlərindən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə görə, məhkəmə məcburetmə haqqında iddianın verilməsi üçün qanunla müəyyən edilmiş müddətin axımını tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablamalıdır. Hazırkı halda, iddiaçının xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətlərinə cavabdeh xx.xx.2025-ci il tarixli məktubla cavab vermişdir. İddiaçının cavabdehə əvvəllər (2023-cü ildə) müraciət etdiyinə və cavabdehə hazırkı müraciətin əvvəlkinin təkrarı olduğuna gəldikdə, müraciətin təkrarlığına dair məsələnin həlli hazırkı halda məhkəmənin səlahiyyətinə aid deyil. Belə ki, iddiaçı “təkrar” müraciəti məhkəməyə deyil, inzibati orqana edib. Həmin müraciətin təkrarlığını müəyyən etmək və onun hüquqi taleyini həll etmək də müraciətin edildiyi inzibati orqana aiddir. “İnzibati icraat haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən, ərizə səlahiyyətli inzibati orqan tərəfindən aşağıdakı hallarda baxılmamış saxlanıla bilər: 34.1.1. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizə vermiş şəxs (şəxslər) barəsində və ərizədə göstərilmiş həmin əsaslar üzrə həmin inzibati orqan və ya müvafiq yuxarı inzibati orqan tərəfindən əvvəllər qərar qəbul olunduğu müəyyən edildikdə; ... Hazırkı halda, cavabdeh inzibati orqan “təkrar” hesab etdiyi müraciətin “İnzibati icraat haqqında” Qanunun 34.1.1-ci maddəsində nəzərdə tutulmuş əsasla baxılmamış saxlanmasına dair hər hansı qərar qəbul etməyib. Həmçinin cavabdeh sonuncu məktubunda iddiaçının daha əvvəlki müraciətinə dair qəbul edilmiş imtina qərarına da istinad etməmişdir. Bunu hazırkı iddiaya dair mülahizələrində qeyd edir. Birinci instansiya məhkəməsinin cavabdehin daha əvvəlki imtina qərarına istinadına gəldikdə, bu istinad yalnız hazırkı məzmunda iddiaya mahiyyəti üzrə baxıldığı halda (cavabdehin göndəriş etdiyi, imtinanın səbəblərini göstərən mənbə kimi) qəbulediləndir. Beləliklə, cavabdeh inzibati orqan iddiaçının xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müraciətlərinin (bu müraciətlərin təkrarlığına görə) baxılmamış saxlanmalarına dair qərar qəbul etmədiyindən, cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubu iddiaçının tələb etdiyi inzibati aktın qəbulundan daha əvvəlki imtina qərarındakı məzmunda imtinası kimi qiymətləndirilməli, məcburetmə haqqında iddianın verilməsi üçün İPM-in 38.2-ci maddəsində təsbit olunmuş müddətin axımı cavabdehin xx.xx.2025-ci il tarixli cavab məktubunun iddiaçıya verildiyi vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd olunanlara, əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-12680/2025 nömrəli qərardadı ləğv edilərək, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-12680/2025 nömrəli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar