Məhkəmə qərarları › İş №2-1(3-6)-3006/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-3006/2026

15.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2-1(3-6)-3006/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə (bundan sonra struktur dəyişikliyi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə). Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək iddia tələbinin “Bakı şəhər Sabunçu rayon X3 ##.##.1991-ci il tarixli, */** saylı qərarına əsasən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilməsini xahiş etmiş və ərizə ##.##.2026-cı il tarixdə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərardadı ilə (hakim O.Həsənov) iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardaddan üçüncü şəxs qismində çıxış edən Üçüncü şəxs apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ##.##.2026-cıil tarixli qərarını ləğv edib, Lenin (hazırki Sabunçu) rayon XDS İK-nin ##.##.1991-ci il tarixli, */** saylı qərarına əsasən 1200 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnun mərhum X1 məxsus olması barədə arayışın iddiaçı İddiaçı verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilməsi barədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən üçüncü şəxsə hüquqi yardım göstərilərək, bildirilmişdir ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə üçüncü şəxsin vəkili və nümayəndəsi vəkil1 elektron kabinetinə yerləşdirilmişdir. Lakin üçüncü şəxs tərəfindən apellyasiya şikayəti Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə ##.##.2026-cı il tarixdə verilmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## #### 2026-cı il tarixli qərarından verilmiş apellyasiya şikayətinin baxılması üçün icraata qəbul edilməsi ilə bağlı yuxarıda qeyd olunan halların araşdırılması və nöqsanların aradan qaldırılmasını təklif edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili vəkil2 bildirmişdir ki, apellyasiya şikayəti 1 gün gecikməklə verilmişdir. Məhkəmə qərarının qəbul edildiyi məhkəmə iclasında üçüncü şəxsin nümayənəsi də iştirak etmişdir və bu səbəbdən qərarın qəbul edilməsindən məlumatlı idi. Odur ki, apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməklə, geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ##.##.2026-cı il tarixdə üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1 elektron kabinetinə yerləşdirilmiş və həmin tarixdə də qərarın elektron kabinetə yerləşdirilməsi barədə bildiriş sonuncuya göndərilmişdir. Lakin üçüncü şəxsin apellyasiya şikayəti müddət ötürülməklə (1 gün) ##.##.2026-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti üçüncü şəxsə münasibətdə ona təqdim edildiyi tarixdən, yəni ##.##.2026-cı il tarixdən hesablanmaqla, ##.##.2026-cı il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti müddət ötürülməklə ##.##.2026-cı il tarixdə verilmişdir. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarından üçüncü şəxs tərəfindən apellyasiya şikayəti ##.##.2026-ci il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (3-cü şəxs: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı İnzibati Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*****/**** saylı qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Vidadi Qasımov Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar