Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-315/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "pensiyanın yenidən hesablanması" tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli qərarına əsasən iddia tələbi təmin edilmiş, hazırda iddiaçı İddiaçı Ali məhkəmə instansiyası məhkəməsinin sabiq hakiminə verilən aylıq pensiyanın Ali Məhkəmənin hakiminin maaşına, pensiyasına müvafiq əlavələrlə yenidən hesablanaraq cəmi 2372 manat məbləğində iddiaçıya verilməsi vəzifəsi, habelə bununla bağlı 2012-ci ildən cavabdehin hərəkətsizliyi nəticəsində əmələ gəlmiş fərqin hesablanması və iddiaçıya birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.
2. İddiaçı İddiaçı DSMF Nəsimi rayon şöbəsinin qərarı ilə ##.##.2024-cü il tarixli qərarı ilə pensiya təyin edilmişdir. Müddətsiz olaraq 6240.54 manat pensiya məbləği təyin edilmişdir.
3. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən İddiaçı DSMF Nəsimi rayon şöbəsinin qərarı ilə ##.##.2024-cü il tarixli qərarı ilə pensiya təyin edilmişdir. Dövlət məvacibi məlumatlarına əsasən: vəzifə maaşı 2840 manat, ixtisas dərəcəsinə görə əlavə 1200 manat, qulluq stajına görə əlavə 30% olmaqla 852 manat, mükafatlar 1772.67 manat, hüquqi ixtisasa görə 15 faiz olmaqla 426 manat, dövlət məvacibinin cəmi 7800.67 manat, pensiya faizi 80%, siğorta hissəsi 729.61 manat, qulluq əlavəsi 5510.93 manat qeyd edilmişdir. Hazırki pensiya məbləği 711.46 manat artırılaraq yenidən hesablanmış pensiya məbləği 6240.54 manat müəyyən edilmişdir. İddiaçı ##.##.2024-cü il tarixdən müddətsiz olaraq 6240.54 manat pensiya məbləği təyin edilmişdir.
4. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-Ə-******/**** nömrəli məktubunda bildirilmişdir ki, ona ##.##.2024-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilib. Vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşının 30 faizi miqdarında əlavə 852.00 manat, ixtisas dərəcəsinə görə əlavə 1200.00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında 710.00 manat, yüksək hüquqi ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 426.00 manat, digər növ əlavə 1772.67 manat olmaqla orta aylıq əmək haqqının 7800.67 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” AR Qanununun 109-cu maddəsinin ##.##.2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq hakim kimi orta aylıq əmək haqqının (7800.67 manat) 80 faizi-6240.54 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Yuxarıda qeyd olunmuş məlumatlardan göründüyü kimi, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən hakimlik stajına görə əlavənin faiz dərəcəsi müraciətinə göstərdiyi kimi 30 faiz miqdarında müəyyən edilib.
5. Cavabdehin ##.##.2024-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərara əsasən İddiaçı DSMF Nəsimi rayon şöbəsinin qərarı ilə ##.##.2024-cü il tarixli qərarı ilə pensiya təyin edilmişdir. Dövlət məvacibi məlumatlarına əsasən: vəzifə maaşı 2840 manat, ixtisas dərəcəsinə görə əlavə 1380 manat, qulluq stajına görə əlavə 30% olmaqla 852 manat, mükafatlar 1772.67 manat, hüquqi ixtisasa görə 15 faiz olmaqla 426 manat, dövlət məvacibinin cəmi 8040.67 manat, pensiya faizi 80%, siğorta hissəsi 729.61 manat, qulluq əlavəsi 5702.93 manat qeyd edilmişdir. Hazırki pensiya məbləği 6240.54 manat artırılaraq yenidən hesablanmış pensiya məbləği 6240.54 manat müəyyən edilmişdir. İddiaçı ##.##.2024-cü il tarixdən müddətsiz olaraq 6432.54 manat pensiya məbləği təyin edilmişdir.
6. İddiaçı İddiaçı cavabdeh avabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına hazırki tələblə müraciət etmiş, lakin sonuncunun ##.##.2025-ci il tarixli *- **-*/*-Ə-*****/**** nömrəli məktubunda bildirilmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixdən sabiq hakim kimi yaşa görə əmək pensiyası ödənilir. “Əmək pensiyaları haqqında” AR Qanununa # ###### 2023-cü il tarixindən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.7-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin(sabiq hakimlərin) əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyalarında artımlar Qanunun 29-cu maddəsinə # ###### 2023-cü il tarixindən tətbiq olunan dəyişikliyə görə əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə aparılır. Bununla əlaqədar da əmək pensiyanızın cari il üzrə indeksləşdirilmə yolu ilə aparılır. Bununla əlaqədar da əmək pensiyası cari il üzrə indeksləşdirilmə nəzərə alınmaqla 6953.58 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyasının müraciətində göstərilən qaydada yenidən hesablanması qanunvericiliyinin tələbləri baxımından mümkün deyil.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Respublikamızın ##.##.2025-ci il tarixdən minimum əmək haqqı məbləğinin artırılmasının nəzərə alınması və buna müvafiq pensiyanın yenidən hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Respublikada həyata keçirilən uğurlu sosialiqtisadi siyasətin nəticələrindən biri də- 2025-ci ildə minimal əmək haqqının 345 manatdan 400 manata çatdırılması və hər il üzrə (hər bir ilin müvafiq göstəricilərinə uyğin olaraq) bütün növ pensiyaların indeksləşdirilməsi olmuşdur. Cari 2025-ci il üzrə indeksləşdirilmə 8,1% təşkil etmiş və pensiyaçılara - onların aldıqları pensiyanın (əsas məbləğin) üzərinə məhz bu faiz artımı əlavə edilməklə pensiya verilməlidir-verilir. Sözsüz ki, indeksləşdirmənin tətbiqindən əvvəl verilən əsas pensiya məbləği hesablanarkən cari ildə minimum əmək haqqının artması da nəzərə alınmaqla düzgün hesablanmalı, müəyyən edilməlidir ki, məhz bu əsas məbləğin 8,1%-ini təşkil edən məbləğ (bununlada nəticəvi/verilməli aylıq pensiyanın məbləği) də düzgün müəyyənləşdirilsin. Bununla belə, Cavabdeh-DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd olunmuş meyarları: ilk növbədə-Respublikada 2025-ci ildə minimum əmək haqqının artmasını nəzərə almamış, bunun nəticəsində indeksləşdirilməkdən əvvəl olan pensiyamın (ƏSAS məbləğin) hesablamasında səhvə yol vermişdir. Bu səbəbdən-indeksləşdirmə tətbiq olunduqdan sonra aldığı pensiyanın ümumi məbləğinin hesablanmasında səhvə yol verilmişdir. Buna aşağıdakı təkzibedilməz hallar dəlalət edir: iddiaçıya ##.##.2024-cü il tarixində pensiya yaşına çatmış Ali instansiya məhkəməsinin sabiq (2-ci yüksək ixtisas dərəcəli) hakiminə yaşa görə 6.432, 54 manat məbləğində aylıq pensiya təyin edilmiş və vaxtı-vaxtında verilmişdir. Cavabdehin də bildiyi kimi, hesablanmış, aldığı bu pensiya məbləğinin tərkibinə həmçinin * saylı Bakı İnzibati Məhkəməsinin qüvvəyə minmiş 2- 1(81)-1120/2017saylı, ##.##.2019-cu il tarixli Qərarı əsasında ona (o dövrdə pensiya yaşına çatanadək əlil olan sabiq hakimə) 2-ci ixtisas dərəcəli Ali instansiya məhkəməsinin hakiminə verilən pensiyasına mövcud minimal əmək haqqının 4(dörd) misli həcmində hesablanan əlavə də daxil edilmişdir. Belə ki, ##.##.2023cü il tarixdən AR Prezidentinin müvafiq Fərmanı ilə minimum əmək haqqı Respublikada 345 manat müəyyən edilmiş və bunun 4 (dörd) misli nəzərə alınaraq ona pensiyası hesablanaraq verilmişdir o dövrdə. Cavabdeh tərəfindən səhvən, məhz həmin minimum əmək haqqı məbləği nəzərə alınmaqla aldığım pensiya məbləği 2025-ci ildə 8,1 % indeksləşdirilərək- 6.953,54 manat təşkil etmişdir. Halbuki, Prezidentimizin müvafiq Sərəncamı ilə ##.##.2025ci il tarixindən bu minimum əmək haqqı məbləği 400 manat müəyyənləşdirilmiş və hazırda məhz bu mövcud məbləğin 4(dörd) misli nəzərə alınaraq ##.##.2025-ci il tarixdən hesablanmaqla ona pensiya verilməlidir. Bununla belə, Cavabdeh tərəfindən minimum əmək haqqı məbləğinin dəyişilməsi/artırılması nəzərə alınmadığından cari-2025-ci ilin yanvar ayından bəri pensiya ona 2024-cü ildə təyin edilmiş 6.432,54 manat məbləğində (+bunun 8.1% indeks.), yəni 6.953.54 manat hesablanaraq verilməkdədir. Halbuki, 2025-ci ilin yanvar ayından tətbiqi verilməsi nəzərdə tutulmuş (yanvar-fevral ayları birlikdə verilmiş) minimum əmək haqqının artması nəzərə alındıqda əsas pensiyamın məbləği -6.608,54 manat təşkil edir, 2025-ci il üzrə 8,1% indeksləşdirilmə nəzərə alınmaqla onun aylıq pensiyası 7.143,83 man. təşkil etməlidir. (6.608,54 man. + bunun 8.1%-i). Belə ki, 2025-ci ilədək mövcud olmuş minimum /h: 345 manatın 4 misli (1.380 man.) nəzərə alınmaqla hesablanmış pensiya -6.432,54 man. + bunun 8,1%-i =6.953,54 man.; - 2025 ci il üzrə mövcud minimum ə/h: 400 manatın 4 misli (1.600 man.) nəzərə alınmaqla hesablanmalı pensiya- 6.608,54 man. + bunun 8,1%-i = 7.143,83 man təşkil edir. Göründüyü kimi, fərq190,29 man, təşkil edir(7.143,83 man.- 6.953,54 man. 190,29 man.) və Cavabdeh tərəfindən bunlar nəzərə alınaraq, 2025-ci il üzrə pensiyası yenidən hesablanmalıdır. Qeyd olunanlarla bağlı iddiaçı ##.##.2025-ci il tarixdə cavabdehə müvafiq ərizə ilə müraciət edərək hesablama xətası nəticəsində baş vermiş halların aradan qaldırılmasını, Respublikada 2025-ci ildən mövcud minimum əmək haqqı nəzərə alınmaqla pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Bununla belə, ərizəsi cavabsız qalmış, bu səbəbdən Məhkəməyə müraciət etmək məcburiyyətindədir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #- dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Həmin Qanunun 20.1.4-cü maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.7.1-ci maddəsinə əsasən 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlarda nəzərə alınmaqla 15 il hakim işləmiş sabiq hakimlərəhakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında təyin edilir. Həmin Qanunun 20.7.2-ci maddəsinə əsasən 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə-hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İlk öncə bildiririk ki, iddiaçı İddiaçı ## ##### 2024-cü il tarixindən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 2840,00 manat, hakimlik stajına görə vəzifə maaşı 30 faizi miqdarında əlavə - 852,00 manat, ixtisas dərəcəsinə görə əlavə - 1200,00 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında - 710,00 manat, yüksək hüquqi ixtisas dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 426,00 manat və digər növ əlavə 1772,67 manat olmaqla orta aylıq əmək haqqı 7800,67 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçı İddiaçı əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin ## ###### 2005-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən sabiq hakim kimi orta aylıq əmək haqqının (7800,67 manat) 80 faizi-6240,54 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Həmçinin iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqı hesablanarkən hakimlik stajına görə əlavənin faiz dərəcəsi İddiaçı müraciətində göstərildiyi kimi 30 faiz miqdarında müəyyən edilib. Bundan başqa bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa # ###### 2023-cü il tarixindən tətbiq edilmiş dəyişikliyə, o cümlədən Qanunun 20.7-ci maddəsinin tələblərinə uyğun olaraq, 20.1.4-cü maddəsində nəzərdə tutulmuş şəxslərin (sabiq hakimlərin) əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla müəyyən edilir. Sözügedən kateqoriyadan olan şəxslərin əmək pensiyalarında artımlar Qanunun 29cu maddəsinə # ###### 2023-cü il tarixindən tətbiq olunan dəyişikliyə görə əmək pensiyalarının indeksləşdirilməsi yolu ilə aparılır. Bununla əlaqədar da iddiaçının əmək pensiyasının cari il üzrə indeksləşdirilmə nəzərə alınmaqla 6953,58 manat məbləğində müəyyən edilərək müvafiq kart hesabına köçürülür. Qeyd edilənlərə əsasən iddiaçı İddiaçı əmək pensiyası qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır.
10. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Milli Məclisinin "Azərbaycan Respublikası Məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında " ##.##.1992-ci il tarixli, *** saylı Qərarının 1-ci bəndinə görə ll-ci ixtisas dərəcəli hakimə minimum əmək haqqının 4(dörd) misli həcmində əlavə haqq ödənilir, həmin Qərarın 2-ci bəndinə görə isə-pensiyaya çıxmış hakimlərin bu əlavə haqq almaq hüququ saxlanılır. Məlum olduğu kimi, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.1-ci maddəsinə görə: "... normativ hüquqi akttənzimlənməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə, qanunla və ya fərmanla dövlət orqanının səlahiyyətlərinə aid edilən məsələlər üzrə həmin dövlət orqanı və ya referendum ilə qəbul edilmiş, hamı üçün məcburi davranış qaydalarını əks etdirən, qeyrimüəyyən subyektlər dairəsi üçün və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı rəsmi sənəddir. Adı keçən Konstitusiya Qanununun 86.1-cı maddəsinə görə, normativ hüquqi akt onun mətnində digər hal nəzərdə tutulmadıqda o, müddətsiz qüvvədədir. Bu Qanunun 87-ci maddəsinə görə, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vll-ci hissəsi ilə təmzimlənir, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə-şamil edilir. Bununla belə, qeyd olunan və iddia tələblərimin əsaslılığına dəlalət edən hüquqi əsaslara, təkzibedilməz hallara baxmayaraq Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2-1(112)- *****/**** saylı Qərarı ilə iddiam rədd edilmişdir. Bakı İnzibati Məhkəməsinin adı keçən Qərarının maddi və prosessual hüquq normalarının tələblərinə və işin faktiki hallarına zidd olduğundan onun ləğvini və iddianın təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edir. Belə ki, ilk növbədə 1-ci instansiya Məhkəməsi tərəfindən AR İPM-nin, 12.1-ci maddələrində təsbit edilmiş inzibati məhkəmə icraatının prinsipləri pozulmuşdur: məhkəmə icraatını həyata keçirərkən hakim yalnız AR Konstitusisına və qanunlara tabe olmasını nümayiş etdirməmiş, işüzrəmübahisənindüzgünhəlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borclu olduğu təqdirdə-bunu etməmişdir. Bunun nəticəsində: AR Konstitusiyasının 60-cı maddəsinin İ, ll-ci hissələrinin, 71-ci maddəsinin 1-ci hissəsinin və 129-cu maddəsinin lll-cü hissəsinin tələblərinə zidd olaraq-iddiaçının hüququnun və qanunla qorunan mənafeyinin məhkəmə müdafiəsi 1-ci instansiya məhkəməsi tərəfindən təmin edilməmiş, işə qərəzsiz yanaşılmamış, iş üzrə olan Qərar tam qanuna və sübutlara əsaslanmamışdır. Tətbiq olunmalı maddi hüquq normaları tətbiq olunmamış, iş üzrə mövcud mötəbər aidiyyatı sübut və dəlillər nəzərə alınmamışdır. AR İPM-nin 58.7-ci maddəsinin tələblərinə zidd olaraq, sübutlar 1-ci instansiya Məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra məcmu şəklində qiymətləndirilməmişdir., əksinə-işin materiallarında olan və iddia tələblərinin əsaslı olmasına dəlalət edən mötəbər/aidiyyati sübutlara deyil, yalnız Cavabdehin mövqeyinə və formal(əsassız) mülahizələrinə üstünlük vermişdir. Maddi və prosessual hüquq normalarının tələblərinin pozulması nəticəsində 1-ci instansiya məhkəməsi iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Şikayətləndirdiyi bu Qərardan açıqaşgar göründüyü kimi, 1-ci instansiya məhkəməsi bu qərarını cavabdehin iddia tələblərimə qarşı formal mülahizələrdən ibarət etirazındakı "dəlilləri" ilə əsaslandırmışdır, əsasən də "Əmək pensiyaları haqqında" AR Qanunun bəzi normalarını sadalamaqla, əsasən bu Qanunun 29-cu maddəsinə istinad edərək, əslində isə bu normanı arzuladığı kimi şərh (təhrif) etməklə iddia tələblərimi rədd etmişdir. Halbuki, heç bir əlavə şərhə ehtiyyacı olmayan məhz bu normanın birmənalı məzmunu/mətni də iddia tələblərinin əsaslı olmasına dəlalət edir, belə ki "əmək pensiyaları haqqında"ar qanununun 29.1-ci maddəsində qeyd edildiyi kimi ''əmək pensiyasının sığorta hissəsi, bu qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş(l) əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə(l) müəyyən edilmiş məbləğ... ildə bir dəfə...indeksləşdirilir. "Əmək pensiyaları haqqında" AR Qanununun 29-cu maddəsinə edilmiş dəyişikliyin ##.##.2023-cü il tarixdən(l) tətbiq edilməsinə həm cavabdeh, həm 1-ci instansiya məhkəməsi istinad etsələrdə (bununla da iddia tələblərimin əsassızlığı biİdirsələr də), təkzibedilməz haldır ki, cavabdeh məhz 2024-cü il ərzində dəfələrlə pensiyasına olan (minimum əmək haqqı ilə bağlı) "ixtisas dərəcəsinə görə əlavəni" yenidən hesablamış və mövcud minimum əmək haqqının 4 misli həcmində əlavəni vermiş, bununla belə, bunu 2025-ci ildə əsassız/qanunsuz olaraq dayandırmışdır.
Tərəflərin izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 29.1. (##.##.2023-cü ildən qüvvədə olan redaksiyası) Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
18. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
19. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubu iddiaçının nə vaxt alması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.
20. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçı İddiaçı tələbi “##.##.2025-ci il tarixdən minimum əmək haqqı məbləğinin artırılmasının nəzərə alınması və buna müvafiq pensiyanın yenidən hesablanaraq ona verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının tələbi pensiya qanunvericiliyinə edilmiş son dəyişikliyin güddüyü məqsədə-20.1.4-cü maddədə sadalanan şəxslərin əmək haqqı artımı hesabına pensiyanın artırılmasına yol verilməməsi müddəasına birbaşa ziddiyyət təşkil edir.”
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
22. İşin faktiki hallarından görünür ki, iddiaçıya ilkin olaraq sabiq hakim kimi əlilliyə görə əmək pensiyası təyin edilmiş, daha sonra iddiaçıya ##.##.2024-cü ildə pensiya yaşına çatdıqdan sonra həmin tarixdən etibarən sabiq hakim kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Eyni zamanda müəyyən olunur ki, məhkəmənin qanuni qüvvəsini almış qərarı ilə iddiaçının 2-ci ixtisas dərəcəsi olduğundan aylıq pensiya məbləğinə həm də respublikada mövcud minimum əmək haqqının 4 misli məbləğində əlavələr edilməklə pensiyanın yenidən hesablanaraq ödənilməsi qərara alınmışdır. Məhkəmə qərarı icra edilmiş və iddiaçıya pensiya təyinatı zamanı minimum əmək haqqının 4 misli məbləğində əlavə edilməklə pensiyası hesablanmış və ödənilmişdir.
23. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2025-ci il tarixli *-**-*/*-******/**** nömrəli məktubu ilə təqdim edilmiş sənədlərdən görünür ki: -İddiaçı qulluq stajı ilə bağlı məlumatlara əsasən: qulluq stajı 7 il, 5 ay, 16 gün təşkil edir. D/M hesablandığı dövr 1995-2000, qulluq əlavəsi 30%. Dövlət qulluğu stajının hesablanması məlumatlarına əsasən işə daxil olma ##.##.1993-cü il, işdən azad olma ##.##.2000-ci il olmaqla cəmi 7 il 5 ay 16 gün Ali Arbitraj Məhkəməsində hakim vəzifəsində çalışmışdır. Vəzifə maaşı – 2.840.00; qulluq stajına görə əlavə 30% - 852.00, səlahiyyətlərin icrasına görə 25%-710.00, hüquq ixtisası üzrə 15%-462.00, ixtisas dərəcəsinə görə 1380.00(345*4), mükafat 2000%-1832.67 (2840+852+426+1380)*20/60 olmaqla cəmi dövlət məvacibi 8.040.67 manat, pensiya məbləği 80% olmaqla 6432.54 manat qeyd edilmişdir. X1 çıxarışa əsasən ##.##.2025-ci il tarixdən iddiaçıya cari pensiya məbləği 6953.58 manat ödəniş həyata keçirilir.
24. “Əmək pensiyaları haqqında Qanunun ##.##.2023-cü il tarixdən qüvvədə olan 29.1ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.
25. Həmçinin # ###### 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə 29.1ci maddəyə “sığorta hissəsi” sözlərindən sonra “, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği” sözləri əlavə edilmişdir.
26. Yuxarıda sadalanan normalardan da göründüyü kimi 0# ###### 2023-cü ildən edilmiş qanundakı dəyişikliyə əsasən ƏPQ-nun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin, o cümlədən hakimlərin əmək pensiyasına əlavələr məhz pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar hesabına formalaşmış, yəni həmin tarixədək olan əmək haqqındakı artımdan hakimlərin əmək pensiyası tərkibində əlavə hesablanmışdır. Bundan sonra həmin şəxslərin pensiyalarının artırılması əmək haqqındakı artım hesabına deyil, ildə bir dəfə yalnız orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq artırılması hesabına nəzərdə tutulmuşdur. Başqa sözlə, qanuna edilmiş dəyişikliklə pensiya təyinatı tarixinədək pensiya məbləğinə daxil olan əmək haqqının məbləği və əlavələr bütövlükdə ümumi pensiya məbləği daxilində ölkə üzrə hər cari il üçün illik indeksasiya faizi tətbiq edilməklə artırılır.
27. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi “iddiaçının tələb etdiyi şəkildəyəni ixtisas dərəcəsinə görə əlavənin hər cari il üzrə ölkədə minimum əmək haqqının 4 mislinə vurulmaqla pensiya məbləğinə daxil edilərək alınan məbləğin yenidən illik indeksləşdirmə tətbiq edilməklə artırılması özlüyündə pensiyaçının ikiqat faydalanmasına gətirib çıxarmaqla pensiya qanunvericiliyinə edilmiş son dəyişikliyin güddüyü məqsədə- 20.1.4-cü maddədə sadalanan şəxslərin əmək haqqı artımı hesabına pensiyanın artırılmasına yol verilməməsi müddəası ilə birbaşa ziddiyyət təşkil edir” qənaətinə gəlməkdə haqlı olmuşdur.
28. İş materiallarından da aydın olur ki, cavabdeh sonuncu dəfə pensiya təyinatı tarixinədək məhkəmə qərarına müvafiq olaraq iddiaçının ixtisas dərəcəsinə görə əlavəsini 1380 manat (minimum əmək haqqı 345 man x 4 ) məbləğində hesablamış, həmin məbləğin üzərinə əmək haqqı hesabına fomalaşan məbləği daxil etməklə cəmi dövlət məvacibinin 80 % məbləğində -6432.54 manat pensiya hesablamış, həmin ümumi məbləğə sonuncu dəfə 2025-ci ildə illik 8.1% indeksasiya faizini tətbiq etməklə ümumi pensiya məbləğini Qanunun 29-cu maddəsinin tələbinə uyğun şəkildə hesablayaraq 6953.58 manat məbləğə çatdırmışdır.
29. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun sayılmalıdır.
30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev