Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-32/2026 17.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, İddiaçının qanuni nümayəndəsi Nümayəndə2 Kəmaləddin oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı (“üçüncü şəxs "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi) “ünvanlı dövlət sosial yardımın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-10492/2024 saylı 05 dekabr 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 fevral 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 3əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi, daha sonra iddianın dəyişdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 2023-cü ilin oktyabr ayından, yəni müraciət etdiyi tarixdən 01 iyul 2024-cü il tarixə qədər ünvanlı dövlət sosial yardımının verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 13 sentyabr 2024-cü il tarixli, 2-1(112)-10492/2024 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2- 1(103)-687/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin iddiaçıya xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi hissəsində mümkünsüz hesab edilməsi və ya işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2-1(103)-687/2025 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə, iddia qismən təmin edilmiş və İddiaçı xx.xx.2024-cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qərar qanuni qüvvəsini aldığından məhkəmə tərəfindən xx.xx.2025-ci il tarixli məktub ilə icraya yönəldilmiş, icra edilməsi üçün inzibati orqana 30 gün müddət təyin edilmişdir. İddiaçı xx.xx.2025-ci ildə məhkəmə dəftərxanası vasitəsilə ərizə təqdim edərək, qərar icra edilmədiyindən cavabdehin 50.000 manat məbləğində cərimə edilməsini və qərarın icrasının təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2024 saylı 05 dekabr 2025-ci il tarixli qərardadı ilə ərizənin təmin olunmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçının qanuni nümayəndəsi Nümayəndə2 Kəmaləddin oğlu tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1 (102)-1480/2025 nömrəli qərarı ilə iddiaçı X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2025 ci il tarixədək ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin həmin qərarın icrası cavabdeh orqanın əməkdaşları tərəfindən düzgün yerinə yetirilməmiş və 1 aylıq ünvanlı sosial yardım məbləği 330,48 manat pul iddiaçının hesabına köçürülməmişdir. Göründüyü kimi cavabdeh orqanın əməkdaşları məhkəmə qərarını icra etmədiyinə görə iddiaçının qanunla qorunan hüquqları pozulmuş, bu barədə əvvəlcə cavabdeh orqana və daha sonra məhkəməyə müraciət etməli olmuşdur. Üçüncü şəxs "Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi tərəfindən apellyasiya şikayətinə etiraz verilərək bildirilmişdir ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və aşağıda qeyd olunanlara əsasən məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli 2-1 (112)-10492/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Yuxarıda qeyd edilən qərar icra edilməsi üçün aidiyyəti üzrə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maddiməişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialına göndərilmiş və həmin Filialının xx.xx.2025-ci il tarixli 3-17-1/3-1-84786/2025 nömrəli xidməti məktubuna əsasən Bakı şəhəri Sabunçu rayon sakini F.Kərimovanın sosial yardımın təyin edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli **********5364-1 nömrəli müraciətinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ailəyə aylıq 330.48 manat məbləğində sosial yardım təyin olunmuş, təyin olunan məbləğ 1 (bir) il müddətində, tam məbləğdə (330.48x12=3965.76 manat) ödənilməklə sözügedən məhkəmə qərarının icrası təmin edilmişdir. X4 tərəfindən ərizəçinin xx.xx.2024 tarixli **********5364-1 nömrəli müraciəti üzrə 01,06.2024-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək aylıq 330.48 manat məbləğində sosial yardımı təyin edilməsi barədə qərarın elektron sistemdə əks olunması təmin olunmuşdur {qərar məhkəməyə təqdim edilmişdir). Hazırda iddiaçı tərəfin apellyasiya şikayətinin əsasını inzibati orqanın məhkəmə qərarını düzgün icra etməməsi, iddiaçıya məhkəmə qərarından sonra yeni ödəniş edilməməsi, 2024-ci ilin iyun ayı üçün ödənişin müvafiq bank çıxarışında əks olunmaması təşkil etmişdir. Qeyd olunanlara münasibətdə bildiririk ki, iddiaçıya xx.xx.2024-cü il tarixli **********5364-1 nömrəli müraciətinə əsasən ödənilməli olan 12 ay üzrə sosial yardımın ödənişi 2025-ci ilin iyul ayında, yəni Ali Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı qəbul edilən tarixədək artıq tamamlanmışdır. Bundan sonra iddiaçı tərəfindən VEMTAS-a yeni sosial yarım təyin edilməsi barədə xx.xx.2025-ci il tarixli **********6022-1 nömrəli müraciət ünvanlanmış və yenidən sosial yardım təyin edilmişdir. Yəni göründüyü kimi inzibati orqan tərəfindən məhkəmə qərarı ilə iddiaçıya ödənilməli olan hər hansı əskikvermə məbləği mövcud olmamışdır. Bundan başqa iddiaçının növbəti xx.xx.2025-ci il tarixli **********6022- 1 nömrəli müraciəti və sosial yardımın təyin edilməsi tarixlərinə əks-təsir edə bilməsi ehtimalı nəzərə alınmaqla, müvafiq sistemdə də İddiaçı xx.xx.2024-cü il tarixli **********5364-1 nömrəli müraciəti üzrə təyinatın başlanğıc tarixində Ali Məhkəmənin qərarına uyğun düzəliş edilməsi təmin edilmişdir. Həmçinin analoji məhkəmə mübahisəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 may 2024-cü il tarixli 2-1 (102)- 1383/2024 nömrəli qərarında qeyd edilir ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərini sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir (mart 2023-cü il - fevral 2024-cü il tarixləri arasında). Yəni apellyasiya məhkəməsi iddiaçıya 1 (bir) il 2 (iki) ay müddətinə ünvanlı sosial yardımın ödənilməsini cavabdehin üzərinə qoymuşdur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ünvanlı sosial yardımın 14 (on dörd) ay ərzində ona ödənilməsini tələb etməklə bağlı subyektiv hüququ yoxdur, belə ki, bu subyektiv hüquq qanunla 12 (on iki) ayla, yəni bir illə məhdudlaşdırılmışdır. Bakı İnzibati Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli 2-1(112)- 10492/2024 nömrəli qərardadın da qeyd edilmişdir ki, “göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)- 1480/2025 saylı qərarı icra olunmuş, iddiaçıya xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımı təyin edilərək ödənilmişdir”. Bir daha qeyd edirik ki, “Ünvanlı dövlət sosial yardım haqqında “Qanun”un 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu kimi qeyd edilmişdir. “Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları” təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X5 və X6 (VEMTAS) yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025- ci il tarixli 2-1(102)-1480/2025 nömrəli qərarı əsas götürülməklə ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımın ödənişi xx.xx.2024-cü il tarixindən etibarən bir il müddətinə nəzərə alınmaqla tam həcmdə həyata keçirilmişdir. Beləliklə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(112)- 10492/2025 nömrəli qərarının ləğv edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Apellyasiya şikayəti mümkün sayılaraq icraata qəbul edilmiş və işə baxılması xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının qanuni nümayəndəsi Nümayəndə2 Kəmaləddin oğlu ərizəni və apellyasiya şikayətini müdafiə edərək, onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və inzibati orqanın cərimə olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirərək, inzibati məhkəmə icraatının iştirakçılarının izahatlarını dinləyərək hesab edir ki, birinci instansiya məhkəməsi inzibati orqanan cərimə edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 116.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları tətbiq olunur. Həmin Məcəllənin 116.2-ci maddəsinə əsasən məhkəmə qərarının icrası birinci instansiya məhkəməsi tərəfindən təmin edilir. Üzərinə qoyulmuş öhdəlikləri (vəzifələri) icra etməyən inzibati orqanların cərimə edilməsi ilə bağlı məsələlər İnzibati Prosessual Məcəllənin 120-ci maddəsi ilə tənzimlənir. Həmin maddənin dispozisiyasında konkret olaraq qeyd edilmişdir ki, bu Məcəllənin 33.4- cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Göründüyü kimi, cavabdeh inzibati orqan barəsində Məcəllənin 120-ci maddəsinin tələblərinə uyğun olaraq cərimənin təyin edilməsi üçün həmin inzibati orqan tərəfindən bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş halların mövcud olması əsas şərt kimi qəbul edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 saylı qərarı ilə İddiaçı xx.xx.2024cü il tarixdən ünvanlı dövlət sosial yardımının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu rayon sakini İddiaçı ailəni təmsil edən şəxs qismində sosial yardımı almaq hüququnun müəyyən edilməsi ilə bağlı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2024-cü il tarixli **********5364-1 nömrəli müraciətinə əsasən ailəyə xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımı təyin olunmuşdur. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2- 1(102)- 1480/2025 nömrəli qərarı əsas götürülməklə ailəyə təyin olunmuş ünvanlı dövlət sosial yardımının ödənişi (aylıq 330.48 manat) xx.xx.2024-cü il tarixindən etibarən bir il müddətinə nəzərə alınmaqla müddətin sonunadək tam məbləğdə ödənilmişdir. Həmin məktuba əlavə edilmiş Ünvanlı dövlət sosial yardımın təyin olunması barədə qərardan görünür ki, ona xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək aylıq 330.48 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Beləliklə, hazırki işdən müəyyən olunur ki, zərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(102)-1480/2025 saylı qərarı icra olunmuş, iddiaçıya xx.xx.2024-cü il tarixindən ünvanlı dövlət sosial yardımı təyin edilərək ödənilmişdir.Ona görə də birinci instansiya məhkəməsi ərizə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2024 saylı 05 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10492/2024 saylı 05 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(3-6)-32/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-32/2026
17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver