Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-321/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X17 (sədrlik edən və məruzəçi), X19 və X15 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştrakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları
1. ##.##.2024-cü il tarixli HİF/FŞ/XM/39/**** nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı sifarişçi “Hünər İnşaat” Firmasının təqdim etdiyi tikinti layihə-smeta sənədlərinə uyğun olaraq tikinti norma və qaydalarına riayət etməklə müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan “X13” qeyd olunan qiymətlərlə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2,3,4,5 otaqlı 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsi üzrə 6 ədəd fərdi yaşayış evi tikməyi yerinə yetirməyi, sifarişçi isə görülmüş işlərin müqabilində razılaşdırılmış məbləği icraçıya ödəməyi öhdəsinə götürür.
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarına əsasən vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
3. ##.##.2024-cü il tarixli *-**-*-*/*-R-****/**/**** nömrəli “Müraciətə baxılmasının nəticəsi barədə” məktubda göstərilmişdir ki, Tərəfinizdən daxil olmuş ##.##.2024-cü il tarixli məktuba (AVİS qeydiyyatı: ##.##.2024-cü il tarixli **************** nömrəli) aidiyyəti üzrə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müvafiq araşdırmaların aparılması məqsədi ilə aparılmış əməliyyatlar üzrə təsdiqedici sənədlərlə (müqavilələr, işlərin (xidmətlərin) təhvil-təslim aktları və s.) birlikdə ##.##.2024-cü il tarixdə saat 10:00-da səlahiyyətli şəxs (şəxsiyyət vəsiqəsi təqdim edilməklə) Baş İdarəyə dəvəl olunur.
4. Protokola əsasən, Vergi ödəyicisi İddiaçı (Vöen: 1803763972) ##.##.2024-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə dəvət edilmiş və onunla Baş İdarənin inzibati binasının görüş otağında İqtisadi təhlil idarəsinin, Qarşılıqlı əməliyyatların təhlili şöbəsinin Böyük dövlət vergi müfəttişi R X3, Qarşılıqlı əməliyyatların təhlili şöbəsinin dövlət vergi müfəttişi, R X4 və Daxili nəzarət şöbəsinin dövlət vergi müfəttişi, R X5 iştirakı ilə görüş keçirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin ## ####### 2022-ci il tarixli 221704********** nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında vətəndaşların qəbulunun (videoqəbulunun) təşkili Qaydaları"-nın 3.6-cı bəndinə əsasən qəbulun audio-video çəkiliş aparılmaqla keçiriləcəyi barədə vergi ödəyicisnə əvvəlcədən məlumat verilmişdir.
5. MT2407 seriyalı ******** nömrəli ##.##.2024-cü il tarixli Elektron Qaiməyə əsasən, təqdim edən İddiaçı, alıcı Hünər İnşaat Firmasıdır. Əsas: ##.##.2024-cü il tarixli müqavilədir. Yekun olaraq, cəmi məbləğ 11825.93 manat qeyd edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Riskli əməliyyatların araşdırılması barədə” məktubda göstərilmişdir ki, məlum olduğu kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə Qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilir. Qeyd edək ki, "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları" Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmişdir. Vergi orqanı tərəfindən barənizdə aparılan araşdırma nəticəsində "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə, bəndlərinə uyğunluğunuz müəyyən edilmişdir. Riskin məzmunu barədə: Vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə ümumilikdə dəyəri 8302 manat elektron qaimə-fakturalar üzrə "Lentvari bünövrələrin qurulması 600x400mm(qəlib armatur və beton daxil)" qeyd olunan mallar təqdim təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən edilməmişdirQeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"-nın 2.1.1, 3.1.1-ci bəndlərinə əsasən hüquqi şəxs riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilən məsələlərlə bağlı müvafiq dürüstləşdirmələrin aparılması məqsədilə müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən 5 (beş) iş günü ərzində saat 11:00dan 17:00- dak Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin (***) ***-**-** nömrəli əlaqə telefonu ilə əlaqə saxlanılması xahiş olunur. Bu səbəbdən həmin əməliyyatların qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsinin və riskli halların nümayəndənizin iştirakı ilə ##.##.2024 il tarixdə yenidən araşdırılması üçün aparılmış əməliyyatlar barədə aşağıdakı məlumatları və təsdiqedici sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini 5 iş günü ərzində qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməli olduğunuz Sizə bildirilir. Sənədlər: malların təhvil-qəbul aktları müqavilələr kassa mədaxil-məxaric sənədləri üzləşmə aktları alış aktlarının tarixi, seriya və nömrələri yol vərəqələri invoys əldə edilmiş elektron qaimələrin tarixi, seriya və nömrələri bank hesabından çıxarış (ƏDV qeydiyyatı olmayan vergi ödəyiciləri üzrə) mülkiyyətində olan və ya icarəyə götürülmüş daşınar və daşınmaz əmlaklar barədə təsdiqedici sənədlər görülmüş işlər və ya göstərilmiş xidmətlər üzrə mal-material sərfi barədə sənədlər operativ vergi nəzarəti zamanı aşkarlanan və müvafiq qaydada aktlaşdırılaraq maliyyə sanksiyası tətbiq olunan mal qalığı riskli sayılan əməliyyatlar üzrə malların satışının həyata keçirildiyi obyekt, obyektin adı, fəaliyyət sahəsinə uyğunluğu barədə izahat əməliyyatın riskli olmasını hesab etməyə əsas verən halları təkzib edən digər təsdiqedici sənədlər və məlumatlar Araşdırmada şəxsən iştirak edəcəyiniz təqdirdə şəxsiyyətinizi təsdiq edən sənədin, səlahiyyətli nümayəndə (qanuni nümayəndə) vasitəsilə iştirak edəcəyiniz təqdirdə nümayəndənin şəxsiyyətini və səlahiyyətini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi tələb olunur. Tələb olunan sənədlər qeyd olunan müddətdə təqdim olunmadıqda apardığınız əməliyyatlara uyğun olaraq qanunamüvafiq Qərar qəbul olunacaqdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə Qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. Nəzərinizə çatdırmaq istərdik ki, riskli vergi ödəyiciləri ilə bağlı Vergi Məcəlləsinin 38.3.8-1-ci, 50.2.5-ci, 78.4-cü, 83.7-ci, 85.8.2-ci, 85.9-1.2-ci, 87.3-1-ci, 89.3-cü, 109.9-cu, 175.11ci və 179.4-cü maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər nəzərdə tutulmuşdur.
7. EBEE seriyalı ****** nömrəli ##.##.2024-cü il tarixli Elektron Qaiməyə əsasən, təqdim edən İddiaçı, alıcı Hünər İnşaat Firmasıdır. Əsas: ##.##.2024- cü il tarixli müqavilədir. Yekun olaraq, cəmi məbləğ 15002.70 manat qeyd edilmişdir.
8. “Hünər-İnşaat” tərəfindən verilmiş ##.##.2025-ci il tarixli ** nömrəli Arayışda göstərilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı (VÖEN: 1803763972) "Hünər-İnşaať" Firması ilə İddiaçı arasında bağlanmış ## ### 2024-cü il tarixli HIF/FŞ/XM/**/**** nömrəli Xidmət müqaviləsinə əsasən "İcraçı" tərəf olaraq Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3, 4, 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikinti layihəsi üzrə 6 ədəd fərdi yaşayış evinin işçiliyini həyata keçirir. Mal-material təminatı "Sifarişçi"nin öhdəliyinə aiddir.
9. İddiaçı tərəfindən təqdim edilmiş 33 ədəd əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi işəgötürən İddiaçı və 33 nəfər olmaqla, işçilər arasında Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq bağlanmışdır. Hər bir əmək müqaviləsində bağlanılan tarix, tərəflər, aylıq əməkhaqqı məbləği və digər əsaslar öz əksini tapmışdır.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 3-21- 2- 3/2- ******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarına əsasən İddiaçı (1803763972) ədv sub-uçot hesabı üzrə mədaxilməxaric əməliyyatları, elektron qaimə-faktura üzrə əldə edilmiş və təqdim edilmiş mallar (görülmüş işİər, göstərilmiş xidmətlər), idxal-ixrac əməliyyatları, mövcud uçot baza məlumatları və digər mənbəyi bəlli olan məlumatlar üzrə aparılmış araşdırma nəticəsində uyğunsuzluq (lar) aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən ##.##.2024cü il tarixdə ümumilikdə dəyəri 8302 manat elektron qaimə-fakturalar üzrə "Lentvari bünövrələrin qurulması 600x400mm(qəlib armatur və beton daxil)" qeyd olunan mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən ediImədiyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020- ci il 28 iyul tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1, 3.1.1-ci bəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
11. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2024-cü il tarixli *-**-*-*/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisimüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın yarımbəndlərinə əsasən vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir. Qeyd olunan "Meyarlar"ın müddəalarına əsasən İddiaçı (VÖEN: 1803763972) fəaliyyəti təhlil olunmuşdur. Təhlil zamanı vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə ümumilikdə dəyəri 8302 manat elektron qaimə-fakturalar üzrə "Lentvari bünövrələrin qurulması 600x400mm (qəlib armatur və beton daxil)" satılmasına baxmayaraq, satış gününə qədər olan alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq olunmuş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"nın yarımbəndlərinə əsasən İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və ##.##.2024-cü il tarixli **************** nömrəli "Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə" Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.
12. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin ##.##.2025-ci il tarixli *-**-*-*/*-******/**** nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı (VÖEN: 1803763972) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2020-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın müvafiq bəndlərinə əsasən riskli vergi ödəyicisi hesab edilmiş və ##.##.2024-cü il tarixli **************** nömrəli Qərarla riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qeyd edək ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş riskli elektron qaimə-fakturanın ləğv edilməsinə baxmayaraq, ləğv edilmiş elektron qaiməfakturaya əsasən əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması mümkün olmamışdır. a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərarının ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir).
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 15.1.9-cu va 62-ci maddələrinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habela vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. ##.##.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin 1-ci müavini R X6 vergi ödəyicisi İddiaçı barəsində aparılmış araşdırma nəticəsində vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edildiyi haqqında *-**-*-*/*-******/**** saylı Qərar qəbul etmişdir.Əsas kimi ##.##.2024-cü il tarixdə dəyəri 8302 manat elektron qaiməfakturalar üzrə "Lentvari bünövrələrin qurulması 600x400 mm (qəlib, armatur və beton daxil) qeyd olunan mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən edilməmişdir və guya əmtəəsiz əməliyyatlar aparan şəxs kimi riskli vergi ödəyicsi hesab edilmişdir. Qəbul olunan ##.##.2024-cü il tarixli Qərar düzgün qəbul olunmamışdır və ləğv olunmalıdır. Belə ki, ##.##.2024-cü il tarixdə vergi orqanı tərəfindən elektron kabinetə riskli vergi ödəyicisi barədə araşdırma barəsində daxil olan məktubla tanış olduqdan sonra, Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin mövcud ***-***-**-** saylı mobil telefona zəng vuraraq bildirdi ki, elektron kabinetə daxil olan riskli vergi ödəyicisi haqqında araşdırma məktubu əsassızdır. Belə ki, o fiziki şəxs olaraq ********** saylı VÖEN -lə "Hünər İnşaat" (VÖEN 1500271551) Firması arasında Zəngilan rayonu Cahangirbəyli kənd yaşayış məntəqəsində 2,3,4,5 otaqlı 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsi üzrə 6 ədəd fərdi yaşayış evi tikmək haqqında "X13" əsasında yalnız işçilik qiymətləri ilə müqavilə bağlamışdır. Çünki, onlar ancaq Zəngilan rayonunun Cahangirbəyli kəndində evlərin tikintisində xidmət müqaviləsi əsasında çalışırlar və bunun müqabilində onlar işçilik qiymətləri ilə vəsait alırlar. Yəni 1 m2 mişar daşı hörgüsünün işçilik qiyməti razılaşma protokoluna əsasən 8,70 manat müqaviləyə əsasən hesablanırdı hamıya məlumdur ki,1 m2 hörgünün yalnız işçilik qiyməti 7-8 manatdır. Onun material hissəsi olan mişar daşı, qum, sement isə başqa qiymətlə dəyəri vardır və bu sifarişçi tərəfindən təmin olunurdu. Misal üçün 1 m2-ə 25 ədəd mişar daşı daxildir, buda Zəngilan rayonuna gedib çıxması 25 ədəd x 1,10 manat 27,50 man və əlavə olaraq 2-3 manat isə onun qum va sement hissəsi təşkil edir ki, buradan aydın olur ki,1 m2 -ə sərf olunan faktiki materialların dəyəri 30 manat təşkil edir. Elektron qaimədə əks olunan 8.70 manat yalnız onun işçilik qiymətidir. ##.##.2024-cü il tarixdə **************** saylı məktubla müraciət edərək qəbul üçün görüşə dəvət olunmağı barədə məktub ünvanlamışdır. Həmin tarixdə geniş izahlı bir məktub yazaraq işçilik dəyəri ilə, material dəyərlərini fərqli bəndlərlə izah etdilər. Cavab olaraq onu ##.##.2024-cü il tarixdə saat 10:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə görüşə dəvət etdilər. Görüş zamanı vergi işçilərinə xırda detallarla izah olundu ki, məsələn 1 p.m Lentvari bünövrənin qurulması (qəlib, armatur, beton daxil) 13,50 manat işçilik qiyməti təşkil edir, lakin onun 1 p.m-nə sərf olunan material dəyərlilərinin qiyməti isə 62,46 manat təşkil edir. Onunla razılaşdılar, lakin sonradan bəhanə gətirildi ki, işçiniz yoxdur və o bildirdi ki,hal-hazırda 28 nəfər işçi vardır. Onların bildirişini tələb etdilər və o həmin işçilərin əmək müqaviləsinin qanuni qüvvəyə minməsi haqqında Bildirişləri vergi telefonunun vatsapina göndərdi. Görüşdə olan nümayəndə xanım və bəy vergi işçiləri razılaşdılar və artıq heç bir problem olmadığını bildirdilər. Bir neçə gün sonra Vergi İdarəsinin binasına gedərək daxili telefonla zəng etdi və həmin görüşdə olan xanımla 20 dəqiqə söhbətdən sonra 1 dəqiqə gözləyin idarə rəisi ilə danışım dedi. Bir neçə dəqiqə keçdikdən sonra xanım telefona cavab verərək bildirdi ki, bəs Bildirişləri qəbul edirik ancaq əmək haqqı aşağıdır. Onlar qəbul etdikləri yanlış Qərarı ləğv etmək istəmirsə çünki araşdırılmadan, tikinti işini bilmədən, heç bir mütəxəssislə məsləhətləşmədən qərar qəbul etmək heç bir məntiqə sığmır, onlar Qarabağda tikinti sahəsində can qoyaraq, amma yanlış Qərarla fəaliyyətini dondururlar.
15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə ümumilikdə dəyəri 8302 manat elektron qaimə-fakturalar üzrə “Lentvari bünövrələrin qurulması 600x400 mm (qəlib armatur və beton daxil)” qeyd olunan mallar təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən edilməmişdir. Bununla əlaqədar Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq iddiaçı İddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və barəsində “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunması barədə” ##.##.2024-cü il tarixli 3-21-2-3/2-131528 /**** nömrəli qərar qəbul edilmişdir.
16. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli 3-21-2- 3/2- ******/**** nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi qərara alınmışdır.
17. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, ##.##.2024-cü il tarixli HİF/FŞ/XM/39/**** nömrəli xidmət müqaviləyə dair qeyd etmək istərdik ki, yuxarıda qeyd edildiyi kimi iddiaçıya “Riskli əməliyyatların araşdırılması barədə” ##.##.2024-cü il tarixli **************** nömrəli məktub göndərilmiş və riskli əməliyyatların həqiqiliyinə dair təsdiqedici sənədlər tələb edilmiş, lakin iddiaçı nə həmin xidməti müqaviləni, nə də digər hər hansı təsdiqedici sənədi inzibati araşdırmaya təqdim etməmiş, bundan əlavə, iddiaçı vergi orqanına “riskli vergi ödəyicilərinin siyahısından çıxarılması” barədə etdiyi ##.##.2024-cü il tarixli **************** nömrəli və **************** nömrəli müraciətlərə belə qeyd olunan xidməti müqaviləni əlavə etməmişdir. Qeyd olunan müqavilənin sonradan məhkəməyə təqdim edilməsi bir daha onu deməyə əsas verir ki, həmin xidməti müqavilə riskli əməliyyatın həqiqi olduğu görüntüsünü yaratmaq üçün sonradan tərəflər arasında sadə yazılı formada tərtib edilmiş uydurma əqdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı tərəfindən 2024-cü ilin iyun ayında tikinti fəaliyyəti ilə məşğul olan fəhlə və usta vəzifələrinə cəlb edilmiş şəxslərlə bağlanmış 33 ədəd əmək müqaviləsi ilə bağlı bildiririk ki, iddiaçı ##.##.2024-cü il tarixdə 2024-cü ilin III rübü üzrə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları” bəyannamə təqdim etmişdir. Bəyannamənin * nömrəli əlavəsində rüb üzrə 25 nəfər işçi qeyd etməklə, həmin işçilərə ümumilikdə 2 488 əmək haqqı hesablandığı qeyd edilmiş, qeyd edilmiş işçilərə cüzi məbləğlərdə əmək haqqı hesablandığı, bəzi aylarda ümumiyyətlə əmək haqqı hesablanmadığı (rübün 1-ci ayında 23 nəfər işçiyə, 2-ci ayında 12 nəfər işçiyə, 3-cü ayında 3 nəfər işçiyə) göstərilmişdir (əlavə olunur). Göründüyü kimi iddiaçı 2024-cü ilin iyun -iyul aylarında tikinti fəaliyyəti ilə məşğul olan fəhlə və usta vəzifələrinə cəlb edilmiş 33 nəfər şəxsə əmək müqaviləsi bağlasa da, təqdim etdiyi bəyannamədə faktiki olaraq 25 nəfər işçisi olduğunu, bu işçilərə isə cüzi məbləğlərdə əmək haqqı hesablandığı, bəzi aylarda ümumiyyətlə hesablanmadığı müəyyən edilmişdir. Həmçinin iddiaçının əmək müqaviləsi bağladığı 33 nəfər şəxsin əmək müqaviləsi bildirişləri təhlil edilən zaman, həmin bildirişlərin riskli elektron qaimə-fakturanın tərtib edildiyi tarixə yaxın tarixdə elektron sistemə daxil edildiyi və 1 ay sonra əmək müqavilələrinə xitam verildiyi müəyyən olunur. Bundan əlavə, iddiaçının müvafiq iş və xidmətləri göstərməsi üçün zəruri nəqliyyat vasitələrinə malik olması barədə hər hansı məlumat aşkar edilməmişdir.
ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
20. Məhkəmədə iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanması, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## #### tarixli *** nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXIŞININ HƏDLƏRİ
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.1-ci maddələrinə əsasən)
28. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
29. Belə ki, iddiaçı ##.##.2024-cü il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərarının ləğv edilməsini tələb edir.
30. Cavabdeh orqan isə ümumilikdə dəyəri 8302 manat elektron qaimə-fakturalar üzrə malların təqdim edilməsinə baxmayaraq baza məlumatlarında həmin malların ödəyicinin alışında və idxalında müəyyən edilməməsinə istinad edərək, iddia ərizəsini təmin etməkdən imtina etmişdir.
31. Məhkəmə kollegiyası iş materialları üzrə müəyyən olunan aşağıdakı hallar və qanunvericiliyin tələbləri nəzərə alınmaqla cavabdeh orqanın qeyd olunan dəliləri ilə razılaşmır.
32. Belə ki, işin apellyasiya baxışı zamanı “Hünər-İnşaat” Firması tərəfindən verilmiş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən İddiaçı (VÖEN: 1803763972) ilə “Hünər- İnşaat” Firması arasında ## ### 2024-cü il tarixli, HİF/FŞ/XM/39/**** nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı “İcraçı” qismində Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2, 3, 4 və 5 otaqlı, 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsi çərçivəsində işçilik işlərini yerinə yetirmişdir. Qeyd edirik ki, “İcraçı” mal-material qaimələrinin və həmin materialların alışına dair sənədlərin rəsmiləşdirilməsi ilə bağlı hər hansı öhdəlik daşımamışdır, yalnız yerinə yetirdiyi işlərə görə işçilik haqqı almışdır. İcraçının müvafiq orqanla yaranmış mübahisəsi “Hünər-İnşaat” Firmasının tərəf olduğu müqavilə münasibətlərindən irəli gəlmir. Firma həmin müqavilə üzrə işçilik xidmətinin sifarişi, görülmüş işlərin qəbulu və ödənişinin həyata keçirilməsi çərçivəsində tərəf olmuşdur.
33. Eyni zamanda X9 Xidməti tərəfindən daxil olmuş ##.##.2026-cı il tarixli sorğuya cavab məktubundan əlavə edilmiş “Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqavilələrindən görünür ki, İddiaçı müxtəlif tarixlərdə 33 nəfər şəxslə əmək müqaviləsi bağlamışdır.
34. Həmçinin iş materiallarında olan ##.##.2024-cü il tarixli riskli e-qaimədən görünür ki, həmin e-Qaimənin növü olaraq yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlər qeyd edilmiş, alıcı qismində “Hünər İnşaat” Firması, əsas kimi ##.##.2024-cü il tarixli xidmət müqaviləsi, əlavə qeydlər-Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2-3-4-5 otaqlı 1 bə 2 mərətəbəlik fərdi yaşayış evləri-işçilik göstərilmişdir. Qaimənin tərtibindən görünür ki, qaimə üzrə yekun məbləğ müvafiq olaraq xidmətlərin dəyəri 15002.70 manat, ƏDV-yə cəlb edilən 0.00, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 0.00 göstərilmişdir. İddiaçının hər hansı mal idxal etdiyi və ya satın aldığı iş üzrə müəyyən olunmur. İddiaçının həmin dövr üzrə tikinti-təmir xidmətləri göstərməsini həm də ##.##.2024- cü il tarixli HİF/FŞ/XM/39/**** nömrəli Xidmət müqaviləsi ilə yanaşı, həm müqavilə, həm də eqaimənin tərtib edildiyi tarixdə 2024-cü ilin iyun ayında tikinti fəaliyyəti ilə məşğul olan fəhlə və usta vəzifələrinə cəlb edilmiş şəxslərlə bağlanmış 33 ədəd əmək müqaviləsi də təsdiq edir.
35. Həmin ##.##.2024-cü il tarixli HİF/FŞ/XM/39/**** nömrəli Xidmət müqaviləsinə əsasən icraçı İddiaçı sifarişçi “Hünər İnşaat” Firmasının təqdim etdiyi tikinti layihə-smeta sənədlərinə uyğun olaraq tikinti norma və qaydalarına riayət etməklə müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan “X13” qeyd olunan qiymətlərlə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsində 2,3,4,5 otaqlı 1 və 2 mərtəbəli fərdi yaşayış evlərinin tikintisi layihəsi üzrə 6 ədəd fərdi yaşayış evi tikməyi yerinə yetirməyi, sifarişçi isə görülmüş işlərin müqabilində razılaşdırılmış məbləği icraçıya ödəməyi öhdəsinə götürmüşdür.
36. Belə olan halda kollegiya qeyd edir ki, iddiaçı podrat müqaviləsi üzrə xidmət etdiyini, xidmət müqaviləsinə əsasən materialların sifarişçi tərəfindən ona təqdim edildiyini sübut edən sənədlər sırasında Firma ilə İddiaçı(özü) arasında xidmətə dair ##.##.2024-cü il tarixli HİF/FŞ/XM/39/**** nömrəli Xidmət müqaviləsi, eləcə də xidmətlərlə əlaqədar İddiaçı tərəfindən təqdim edilən elektron-qaimələr ilə sübut etmişdir.
37. Qeyd olunanlara əsassən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xidmət sahəsində fəaliyyət göstərməsinə baxmayaraq, onun mal-material təqdim etdiyi əsası ilə riskli vergi ödəyicisi siyahısına daxil edilməsi barədə cavabdeh orqanın ##.##.2024cü il tarixli 3-21-2-3/2- ******/**** nömrəli qərarı əsaslı olmamış və ləğv edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
38. Nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsinin məhkəmədə birdirdiyi arqumentlər, yəni ləğv edilmiş elektron qaimə fakturalar üzrə vəsaitlərin geri qaytarılmaması, o cümlədən qaimə hesab fakturada görülmüş işlərin qarşısından material adının qeyd olunması qamədə göstərilən əməliyytaların riskli olmasına dəlalət edilə bilməz.
39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
40. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
41. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.