Məhkəmə qərarları › İş №2-1(3-6)-322/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-322/2026

16.09.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-322/2026 16.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi Günəş Yusif qızının iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “təyin olunmuş pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya təyin olunmuş pensiyanın yenidən hesablanaraq, qeyd olunan illər üzrə dəymiş maddi ziyanın pensiya kapitalına daxil edilərək ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının ərizəsinə əsasən iddia tələbi “iddiaçıya təyin olunmuş pensiya məbləği yenidən hesablanılaraq ## ###### 2020-ci ildən ## ######## 2024-cü ilədək olan dövr üçün əksik hesablanmış 28028,65 manat məbləğində pensiyanın ödənilməsi, # ####### 2024-cü ildən isə aylıq pensiya məbləğinin 3464,11 manat həcmində müəyyən edilməsi” kimi dəyişdirilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 25 il ədliyyə işçisi kimi fəaliyyət göstərdiyinə görə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-ci maddəsinə əsasən # ###### 2012-ci ildən yaşa görə pensiya təyin olunmuşdur. Pensiyasının məbləği həmin Qanunun 20.19-cu maddəsinə uyğun olaraq ədliyyə orqanlarında qulluğun son 24 ayı (# ###### 2010-cu ildən # ###### 2012-ci ilədək) ərzindəki orta aylıq əmək haqqı əsasında hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il # ###### tarixli ***-VQD nömrəli Qanunu qüvvəyə minən tarixə, yəni # ###### 2023-cü ilədək ədliyyə işçilərinin əmək haqqındakı sonrakı artımlara əsasən (# ###### 2017-ci ildən, # ##### 2018-ci ildən və # ######## 2019-cu ildən) pensiyanın məbləğinə yenidən baxılmışdır. Lakin pensiya təyin edən inzibati orqanın təqsirindən istər orta aylıq əmək haqqının, istərsə də pensiya məbləğinin müəyyən edilməsində ciddi nöqsanlara yol verilərək ona maddi ziyan vurulmuşdur. Belə ki, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 25ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əmək haqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə, elmi dərəcəyə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. Həmin Qanunun 23.2-ci və 23.3-cü maddələrinə əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Onlara hər il məzuniyyətə çıxarkən iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Iddia ərizəsinə əlavə olunmuş ## ####### 2013-cü il tarixli ***-*/*-****/** nömrəli arayışdan göründüyü kimi (analoji arayış pensiya təyin olunarkən 2012-ci ildə pensiya təyin edən orqana təqdim olunmuşdur), # ###### 2010-cu ildən # ###### 2012-ci ilə qədər hər ay 234 manat vəzifə maaşı, xüsusi rütbəyə görə 130 manat əlavə almışdır. Həmin əlavələr 2010-cu ilin avqust və sentyabr aylarında, 2011-ci ilin dekabr aylarında məzuniyyət haqqının tərkibində nəzərə alınıb. Xüsusi rütbəyə görə əlavənin məbləği isə # ###### 2013-cü ildən 134 manata çatdırılmışdır. Həmin dövrdə ona hər ay 145,6 manat məbləğində (vəzifə maaşının və xüsusi rütbəyə görə ödənilən məbləğin 40%-i həcmində) əlavə, qeyd edilən müddətdə bütövlükdə büdcə vəsaiti hesabına 1930,5 manat (vəzifə maaşının 8,25 misli), xüsusi fond vəsaiti hesabına isə 234,0 manat (vəzifə maaşının 100 faizi) mükafat, 2948,4 manat müavinət (vəzifə maaşının 12,6 misli), 2038,4 manat müalicə pulu (vəzifə maaşının 8,71 misli) ödənilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 14-cü maddəsinə uyğun olaraq yuxarıda qeyd edilən ödənişlərin hamısına görə məcburi dövlət sosial sığorta haqqı hesablanmışdır. Bu fakt ərizəsinə əlavə olunmuş Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ## ###### 2023cü il tarixli *-**-*/*-H-******/**** nömrəli arayışı ilə bir daha təsdiq olunur. Qanunun 20.30cu maddəsinə əsasən qulluq stajına görə əlavə hesablanarkən orta aylıq əməkhaqqına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qaydası # ###### 2019-cu ildən tətbiq olunur. Iddiaçıya isə # ###### 2012-ci ildən ədliyyə işçisi kimi pensiya təyin olunduğuna görə xüsusi fonddan ödənilən 234,0 manat məbləğində mükafat da orta aylıq əməkhaqqı müəyyən edilərkən nəzərə alınmalıdır. Nəticədə yuxarıda qeyd edilənlər nəzərə alınmaqla pensiyasının hesablanması üçün orta aylıq əməkhaqqı # ###### 2012-ci ildən 807,54 manat, # ###### 2013-cü ildən 1457,43 manat, # ##### 2018- ci ildən 1537,63 manat, # ######## 2019-cu ildən 2219,33 manat təşkil edir. 25 il ədliyyə işçisi kimi qulluq stajı olduğuna görə həmin tarixlərdən pensiyasının ümumi məbləği müvafiq olaraq 646,05 manat, 1165,94 manat, 1230,1 manat və 1775,46 manat olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq işləyən yaşa görə pensiyanın baza və sığorta hissəsi tam məbləğdə, 37.3.4-cü maddəsinə əsasən 20.1.14-cü maddəsinə əsasən ədliyyə işçisi kimi pensiya təyin olunmuş şəxs ədliyyə işçisi kimi fəaliyyət göstərdikdə isə qulluq stajına görə əlavə 50% həcmində ödənilir. Həmin Qanunun # ###### 2023-cü ilədək qüvvədə olmuş 29.2 və 29.3- cü maddələrinə əsasən pensiyanın sığorta hissəsi ildə bir dəfədən az olmamaqla indeksləşdirilir və pensiyanın sığorta hissəsi artırıldıqda pensiyaya əlavələrin məbləği həmin məbləğdə artırılmaqla yenidən hesablanır. Əmək kitabçasındakı qeydlərə və hərbi biletinə əsasən 2006-cı il ######ın #-dək 27 il 9 ay sığorta stajı toplanır. Eyni zamanda # ###### 2012-ci il vəziyyətinə fərdi hesabının sığorta hissəsində 6537,96 manat pensiya kapitalı qeydə alınmışdır. Beləliklə, # ###### 2012-ci il tarixinə pensiyanın sığorta hissəsi 188,39 manat (85,0 manat baza hissəsi də nəzərə alınmaqla) təşkil edir. Nəticədə ona # ###### 2012-ci ildən 417,21 manat pensiya ödənilməlidir. Pensiyanın baza hissəsi # ######## 2013-cü ildən 100,0 manata. # ###### 2016-cı ildən 110,0 manata çatdırılmış və # #### 2017-ci ildən pensiyanın baza hissəsinin onun sığorta hissəsinə şərti çevrilməsi aparılmışdır. Beləliklə, ona # ###### 2013-ci ildən 417,77 manat, # ######## 2013-cü ildən 425,27 manat, # ###### 2013-cü ildən 685,23 manat, # ###### 2014-cü ildən 686,48 manat, # ###### 2015-ci ildən 687,22 manat, # ###### 2016-cı ildən 689,39 manat, # ###### 2016-cı ildən 694,39 manat, # ###### 2017-ci ildən 708,21 manat, # ###### 2018-ci ildən 715,34 manat, # ##### 2018-ci ildən 747,42 manat, # ###### 2019-cu ildən 751,39 manat, # ######## 2019-cu ildən 1024.07 manat, # ###### 2020- ci ildən 1046,7 manat, # ###### 2021-ci ildən 1064,82 manat, # ###### 2022-ci ildən 1177,92 manat (10% maddi yardım nəzərə alınmaqla), # ###### 2023-cü ildən 1351,07 manat aylıq pensiya ödənilməli idi. Halbuki ona # ###### 2012-ci ildən 314.03 manat, # ###### 2013-cü ildən 407,14 manat, # #### 2018-ci ildən 475,78 manat, # ######## 2019-cu ildən 601,75 manat, # ###### 2022-ci ildən 661,93 manat, # ###### 2023-cü ildən isə 759,23 manat məbləğində aylıq pensiya ödənilmişdir. Nəticədə pensiya təyin edən orqanın təqsirindən ## ##### 2023-cü ilədək bütövlükdə iddiaçıya 42249,93 manat məbləğində maddi ziyan vurulmuşdur. Cavabdehin ## ####### 2023-cü il tarixli 3-17-1/2-H- ******/**** nömrəli məktubunda göstərilir ki, iddiaçıya ## #### 2012-ci il tarixindən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilib. Xidmətdən azad olmağı ilə pensiyası yenidən hesablanmaqla 2111,41 manat məbləğində müəyyən edilib. Eyni zamanda aparılan araşdırma nəticəsində pensiyası ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə yenidən hesablanıb. Nəticədə ötən dövr üzrə ona ümumilikdə ödənilməli olan 6047,89 manat fərq məbləği müəyyən edilib. ##.##.2020-ci ildən ##.##.2023-cü ilədək pensiya ödənişində yaranmış fərq məbləği 6047,89 manat deyil, 15698,46 manat təşkil edir. Qanunun 32.1-1-ci maddəsi Qanunun mətninə # #### 2017-ci ildən daxil edilmişdir. Həmin maddə ilə # #### 2017-ci ildən etibarən ilk dəfə pensiya təyin olunanlara münasibətdə pensiya təyin olunması müddətləri tənzimlənir. 2012-ci ildən təyin olunmuş və pensiya təyin edən orqanın təqsirindən yaranmış əksik ödəmənin verilməsinə həmin maddənin tətbiqinə istinad etmək bilə-bilə, qəsdən pensiya qanunvericiliyinin tətbiqinin düzgün olmaması kimi qiymətləndirilə bilər. Buna görə də ##.##.2023-cü ilədək vurulmuş 42249,83 manat məbləğində maddi ziyan tam şəkildə ödənilməlidir. Eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli *-**-*/*-H-*******/**** nömrəli arayışından göründüyü kimi, # ###### 2012-ci ildən ## ##### 2023-cü ilədək fərdi hesabının sığorta hissəsində ## ##### 2023-cü il vəziyyətinə 63023.04 manat pensiya kapitalı qeydə alınmışdır. Qanunun 31.3.1-ci ci və 37.3.2-1-ci maddələrinə əsasən həmin sığorta kapitalı nəzərə alınmaqla ## ##### 2023-cü ildən aylıq pensiya məbləği 2111,41 manat deyil, 3115,42 manat təşkil etməlidi. Belə ki, 2219,33 manat orta aylıq əməkhaqqının 80 faizinin üzərinə həmin məbləğin 10 faizi həcmində maddi yardım əlavə olunmaqla onun # ###### 2023-cü ildən 14,7 faiz indeksləşdirilməsi nəticəsində altnan rəqəmə 875,32 manat (63023,04:72) əlavə edilməlidir. Nəticədə ## ##### 2023-cü ildən # ###### 2023-cü ilədək mənə ayda 1004,01 manat olmaqla bütövlükdə 7362,74 manat manat maddi ziyan vurulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, hesab edir ki, cavabadehin ##.##.2023-cü il tarixli məktubu formal xarakter daşıyır. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması və pensiya təyin edilən vaxtdan yaranan fərq məbləğinin ona ödənilməsini xahiş etmişdir. Iddiaçı İddiaçı müraciətinə aidiyyəti üzrə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialında baxılaraq ##.##.2023-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli məktubla aşağıdakı əsaslarla imtina cavabı verilmişdir. Daha sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək pensiyasının yenidən hesablanması və ümumilikdə ##.##.2012 - ##.##.2023- cü illərdə ona vurulmuş 42249,93 manat maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasının məhkəmədən xahiş etmişdir. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki ,onun iddia tələbi 3 hissədən ibarətdir. ##.##.2012 -##.##.2023-cü illərdə ona vurulmuş 42249,93 manat maddi ziyanın ödənilməsi, ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək ona ödənilən 2111,41 manat deyil 3115,42 manat məbləğindən hesablanması və nəticədə ona dəymiş 7362,74 manat maddi ziyanın ona ödənilməsi. Ona ##.##.2020-##.##.2023-cü illər üzrə yaranmış və ödənilmiş 6047,89 manat deyil fərq məbləğinin birinci tələbdən irəli gələrək 15698,46 manat həcmində ona ödənilməsi. Ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması. İddiaçı xidmətdən azad olmağı ilə əlagədar ## ##### 2023-cü il tarixindən onun pensiyası yenidən hesablanmagla 2111,41 manat məbləğində müəyyən edilmişdir. Həmçinin aparılan araşdırma nəticəsində İddiaçı əmək pensiyası ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Nəticədə ötən dövr üzrə ona ümumilikdə ödənilməli olan 6047,89 manat fərg məbləği müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alarag İddiaçı əmək pensiyası üzrə ötən dövr üçün hesablanmış 6047,89 manat fərg məbləğinin 4628,95 manat hissəsi ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə ona ödənilmişdir. Qalıq 1418,94 manat hissəsi isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq dekabr ayında tam məbləğdə əmək pensiya üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Iddiaçı İddiaçı iddia ərizəsində ona ## ###### 2012-ci il tarixdən ədliyyə orqanlarının əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilərkən yanlışlığa yol verildiyini və bu səbəbdən ona ## ###### 2012-ci il tarixdən ## ##### 2023-cü il tarixədək 42249,93 manat maddi ziyan vurulduğunu qeyd edərək onun əmək pensiyasının yenidən hesablanması və dəymiş maddi ziyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçı İddiaçı xidmətdən azad olması ilə əlaqədar ## ##### 2023-cü il tarixdən pensiyası yenidən hesablanmaqla 2111,41 manat məbləğində müəyyən edilmiş, eyni zamanda araşdırma nəticəsində onun əmək pensiyası ##.##.2020-##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Nəticədə ötən dövr üzrə iddiaçıya ümumilikdə ödənilməli olan 6047,89 manat fərq məbləği müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı əmək pensiyası üzrə ötən dövr üçün hesablanmış 6047,89 manat fərq məbləğinin 4628,95 manat hissəsi ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə ona ödənilmişdir. Qalıq 1418,94 manat hissəsinin isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 2023-cü ilin dekabr ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Əmək pensiyalarının # ###### 2024-cü il tarixdən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası cari ilin fevral ayında 2347,89 manata artırılmışdır. Həmçinin cari ilin yanvar ayı üzrə iddiaçıya ödənilməli olan 236,48 manat fərq məbləği hesablanmışdır. Həmin 236,48 manat fərq məbləği cari ilin fevral ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Göründüyü kimi iddiaçı İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun yenidən hesalanmış və yaranmış fərq məbləği ona ödənilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə (hakim L.Musayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdehə qarşı 2 tələb irəli sürülmüşdür: 1. ## ###### 2020-ci ildən 30aprel 2023-cü ilədək olan dövr ərzində ona əskik ödənilmiş pensiya məbləğinin 6047,89 manat deyil, 15698,6 manat həcmində müəyyən edilməsi; 2. ## ##### 2023-cü ildən etibarən pensiya məbləğinin ilk dəfə pensiya təyin olunduqdan sonra qazanılmış pensiya kapitalı da nəzərə alınmaqla # ###### 2010-cu ildən # ###### 2012-ci ilədək olan dövrün gəlirindən müəyyən edilmiş orta aylıq əmək haqqı əsasında hesablanması. Məhkəmə qərarında göstərilir ki, cavabdeh tərəfindən aparılan həmin hesablamaların qaydasının doğruluğu məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur. Belə ki, rəydə cavabdehin etirazında və imtinasında göstərilən hallar təsdiq edilərək aparılmış yenidən hesablamanın iddiaçının vəziyyətinə əsasən qanunvericiliyin normaları düzgün tətbiq edilərək aparıldığı sübut olunmuşdur. Iddia ilə əlaqədar aparılan məhkəmə prosesində dəfələrlə ## ###### 2020-ci ildən ## ##### 2023-cü ilədək olan dövr üzrə ona 6047,89 manat məbləğində əskik ödəmə hesablanmasının qanunvericilik əsaslarının cavavdeh tərəfindən göstərilməsini tələb etsə də, cavab ala bilməmişdir. Məhkəmənin bununla əlaqədar heç bir araşdırma aparmadan istinad etdiyi mütəxəssis rəyi isə cavabdeh təşkilatın # ###### 2024-cü il və ## ###### 2024-cü ildə pensiya təyinatının qanunvericiliyə uyğun aparılmasına bilavasitə məsul olan böyük mütəxəssisi Ilkin Babayev tərəfindən tərtib olunmuşdur. Eyni zamanda işi ilə əlaqədar məhkəmə ekspertizasının aparılması üçün məhkəmə tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət olunmuşdur. Lakin Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 29-1-ci maddəsinə, Mülki Prosessual Məcəlləsinin 63-cü maddəsinə uyğun olaraq zəruri məlumatlar məhkəmə tərəfindən təqdim olunmadığına görə ekspertizanın keçirilməsindən imtina edilmişdir. Halbuki ekspertizanın keçirilməsi üçün zəruri olan məlumatlar (2010-2012-ci illər üzrə orta aylıq əmək haqqı, ## ###### 2020-ci ildən ## ##### 2023-cü ilədək ödənilən pensiya məbləği, ## ###### 2006-cı ildən ## ##### 2023-cü ilədək ödənilən məcburi dövlət sosial sığorta haqqında məlumatlar) məhkəməyə iddia ilə birlikdə təqdim olunmuşdur. Əgər müvafiq məlumatlar ekspertizaya təqdim edilməyəcəkdirsə, qərar qəbul edilməsi üçün cavabdehin heç bir hüquq normasına istinad etməyən məktubuna əsaslanacaqdırsa, məhkəmə ekspertizasının keçirilməsi haqqında qərar qəbul etmək nə üçün lazım olmuşdur? Qeyd etmişdir ki, Kapital Bankın iddia ərizəsinə əlavə olunmuş məlumatına əsasən ona ## ###### 2020-ci ildən hər ay 601,25 manat, # ###### 2022-ci ildən hər ay 661,93 manat, # ###### 2023-cü ildən isə hər ay 759,23 manat məbləğində pensiya ödənilmişdir. Ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci, 97-ci, 20.1.14cü, 20.19-cu maddələrinə əsasən yaşa görə pensiya təyin olunmuşdur. Pensiya hesablanması üçün orta aylıq əmək haqqı Qanunun 20.19-cu maddəsinə əsasən # ###### 2010-cu ildən # ###### 2012-ci ilədək olan dövrün gəliri əsasında müəyyən edilmişdir və # ###### 2022-ci ilədək qüvvədə olmuş 20.21-ci maddəyə uyğun olaraq əmək haqqındakı sonrakı artımlara əsasən pensiya hesablanması üçün orta aylıq əmək haqqının və pensiyanın məbləğinə yenidən baxılaraq artırılmışdır. Nəticədə # ######## 2019-cu ildən etibarən pensiya hesablanması üçün orta aylıq əmək haqqı 2019,33 manat təşkil etmişdir. Qanunun 20.19.2-ci maddəsinə əsasən ədliyyə işçilərinin pensiyasının ümumi məbləği orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaqla müəyyən edilən məbləğlə bu Qanunla təyin edilən pensiyanın sığorta hissəsinin arasındakı fərq qədər hesablanan qulluğa görə əlavənin cəmi həcmində müəyyən olunur. Beləliklə, # ######## 2019-cu ildən pensiyanın ümumi məbləği 1775,46 manat təşkil etməlidir. Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq işləyən yaşa görə pensiyanın sığorta hissəsi tam məbləğdə, 37.3.4-cü maddəsinə əsasən ədliyyə işçisi kimi fəaliyyət göstərdikdə isə qulluq stajına görə əlavə 50 faiz həcmində ödənilir. Qanunun # ###### 2023-cü ilədək qüvvədə olmuş 29.2 və 29.3-cü maddələrinə əsasən pensiyanın sığorta hissəsi ildə bir dəfədən az olmamaqla indeksləşdirilir və pensiyanın sığorta hissəsi artırıldıqda pensiyaya əlavənin məbləği həmin həcmdə azaldılmaqla yenidən hesablanır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən ona # ###### 2020-ci ildən 1064,82 manat, # ###### 2022-ci ildən 1177,92 manat (pensiyaya əlavə olunan maddi yardım da nəzərə alınmaqla), # ###### 2023-cü ildən 1351,0 manat aylıq pensiya ödənilməli idi. Nəticədə ## ###### 2020-ci ildən ## ##### 2023-cü ilədək ona vurulmuş maddi ziyan 6047,89 manat deyil, 15698,6 manat olmalıdır. Qanunun 9.7-ci maddəsinə əsasən yaşa görə pensiya təyin olunmuş ədliyyə işçisinin pensiyasının məbləğinə # ###### 2023-cü ildən etibarən 2 qaydada baxıla bilər: 1. Qanunun 20.19-cu maddəsinə əsasən qulluğun son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzindəki orta aylıq əmək haqqından; 2. Qanunun 37.3.1ci və 37.3.4-cü maddələrinə əsasən ədliyyə işçisi kimi pensiya təyin olunduqdan sonrakı dövrdə qazandığı sığorta kapitalı əsasında.Belə ki, Qanunun 37.3.4-cü madddəsi # ###### 2023-cü ildən etibarən əvvəllər ədliyyə işçisi kimi pensiya təyin olunmuş şəxslərin pensiyasının məbləğinə pensiya təyin olunduqdan sonra qazandığı sığorta kapitalı əsasında yenidən baxılmasını nəzərdə tutur. Pensiyanın məbləği ## ##### 2023-cü ildən etibarən 1-ci qaydada göstərilən üsul əsasında hesablanmışdır. Məhkəmənin qərarında da pensiya məbləğinin həmin qaydada müəyyən olunması şərh edilmişdir. Lakin iddia tələbinin əsası pensiyanın 2 qaydada göstərilən əsaslarla hesablanmasından ibarətdir. Məhkəmə isə qərarında bu məsələyə ümumiyyətlə toxunmamış, iddianın haqlı və ya haqsız olmasına dair qanunvericilik əsasında heç bir münasibət bildirmədən rədd etmə ilə kifayətlənmişdir. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***-***/****) saylı qərarının ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz iddiaya etiraza uyğun olaraq əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı İddiaçı əmək pensiyası qanunvericiliyin tələblərinə uyğun yenidən hesalanmış və yaranmış fərq məbləği ona ödənilmişdir. Eyni zamanda Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarında da haqlı olaraq qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya xidmətdən azad olunmağı ilə əlaqədar vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 2545,88 manatın (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ona ödənilmiş 73483,86 manatdan mükafat (xüsusi fond) və kompensasiya sütunlarında göstərilən ümumilikdə ona ödənilən 12382,56 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin (61101,30 manat) 24-ə olan nisbəti) 80 faizi-2036,70 manat məbləğində müəyyən edilmişdir. Həmçinin xidmətdən azad edilənədək ödənilmiş pensiyasının tərkibindəki maddi yardım da nəzərə alınmaqla iddiaçınım pensiyası ## ##### 2023-cü il tarixindən 2111,41 manat məbləğində müəyyən edilmişdir. Hazırda Əmək pensiyalarının # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 2347,89 manat təşkil edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən aparılan həmin hesablamaların aparılma qaydasının doğruluğu məhkəmə sorğusu nəticəsində əldə edilmiş mütəxəssis rəyi ilə təsdiq olunur. Belə ki, rəydə cavabdehin etirazında və imtinasında göstərilən hallar təsdiq edilərək aparılmış yenidən hesablamanın iddiaçının vəziyyətinə əsasən qanunvericiliyin normaları düzgün tətbiq edilərək aparıldığı sübut olunmuşdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyası qanunvericiliyin tələblərinə (“Əmək pensiyaları haqqında” Qanunun 20.19 və 20.30-cu maddələri) və əmək pensiyası təyin edildikdən sonra işlədiyi ##.##.2020-ci il tarixindən ##.##.2023-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində sığorta kapitalına uyğun şəkildə düzgün hesablanmışdır. Bununla bağlı iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlaması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Əlavə olaraq izahatında ##.##.2026-cı il tarixli qərarla razılaşmadığını, inzibati orqan tərəfindən aparılan hesablamanın düzgün olmadığını və ona az məbləğdə pensiya təyin edildiyini, əslində pensiya məbləğinin 3464,11 manat təşkil etməli olduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, iddiaçının tələbinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış, iddiaçının qeyd etdiyi pensiya kapitalından da artıq pensiya kapitalı nəzərə alınaraq 72 aya bölünməklə hesablama aparılmış və onun əmək pensiyası bir qədər artırılmışdır. Iddiaçıya olan 3918,28 manat məbləğində borc isə tərəflərindən hər ay pensiya ödənişi zamanı hissəhissə şəxsə ödəniləcək. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası işə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə imtina edilmişdir. IPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Iddia mümkün iddia olmaqla, mahiyyəti üzrə də əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Iş materiallarında olan: - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən cavabdehin *-**-*/*-******/**** nömrəli ##.##.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, “İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Nizami rayon şöbəsi tərəfindən ## #### 2012-ci il tarixindən ədliyyə orqanlarının əməkdaşı (işləyən əmək pensiyaçısı) kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, İddiaçı əmək pensiyasının sığorta hissəsi tam, qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında olmaqla Mərkəzi Filiala ## ###### 2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən ## ###### 2020-ci il tarixindən 629,90 manat məbləğində, # ###### 2021-ci il tarixindən 646,02 manat məbləğində, # ###### 2022-ci il tarixindən 651,37 manat məbləğində və maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən isə 821,83 manat məbləğində müəyyən edilib. Eyni zamanda, İddiaçı ötən dövr üzrə ödənilməli olan 6047,89 manat fərq məbləği hesablanıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ötən dövr üçün hesablanmış 6047,89 manat fərq məbləğinin 4628,95 manat hissəsi ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə ona ödənilib. Qalıq 1418,94 manat hissəsi isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 2023-cü ilin dekabr ayında adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq, Qanunun 20.19-cu maddəsinə əsasən ədliyyə orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqınızın orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqınızdakı sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.30-cu maddəsinə uyğun olaraq ədliyyə orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Xidmətdən azad olunmağı ilə əlaqədar İddiaçı Qanunun 20.19.2-ci maddəsinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 2545,88 manatın (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ona ödənilmiş 73483,86 manatdan mükafat (xüsusi fond) və kompensasiya sütunlarında göstərilən ümumilikdə ona ödənilən 12382,56 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin (61101,30 manat) 24-ə olan nisbəti) 80 faizi-2036,70 manat məbləğində müəyyən edilib. Həmçinin adıçəkilən şəxsə xidmətdən azad edilənədək ödənilmiş pensiyasının tərkibindəki maddi yardım da nəzərə alınmaqla pensiyası ## ##### 2023-cü il tarixindən 2111,41 manat məbləğində müəyyən edilib. Əmək pensiyalarının # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 2347,89 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür.” - Bakı Inzibati Məhkəməsinin sorğusuna əsasən cavabdehin ## ###### 2024-cü il tarixli 3-17-1/2- ******/**** saylı məktubu ilə təqdim edilən İddiaçı pensiyasının hesablanmasına dair Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının böyük mütəxəssisi X5 tədqiqata dair rəyinə əsasən: İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Nizami rayon şöbəsi tərəfindən ## #### 2012-ci il tarixindən ədliyyə orqanlarının əməkdaşı (işləyən əmək pensiyaçısı) kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Buna görə də, İddiaçı əmək pensiyasının sığorta hissəsi tam, qulluq stajına görə əlavə hissəsi isə 50 faiz miqdarında olmaqla Mərkəzi Filiala ## ###### 2023-cü il tarixində daxil olmuş müraciətinə əsasən ## ###### 2020-ci il tarixindən 629,90 manat məbləğində, # ###### 2021-ci il tarixindən 646,02 manat məbləğində, # ###### 2022-ci il tarixindən 651,37 manat məbləğində və maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən isə 821,83 manat məbləğində müəyyən edilib. Eyni zamanda, İddiaçı ötən dövr üzrə ödənilməli olan 6047,89 manat fərq məbləği hesablanıb. Qanunun 32.1-1-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ötən dövr üçün hesablanmış 6047,89 manat fərq məbləğinin 4628,95 manat hissəsi ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə ona ödənilib. Qalıq 1418,94 manat hissəsi isə Mərkəzi Filiala müraciəti nəzərə alınaraq 2023-cü ilin dekabr ayında adıçəkilən şəxsin əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülüb. Əlavə olaraq, Qanunun 20.19-cu maddəsinə əsasən ədliyyə orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqınızın orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqınızdakı sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. Qanunun 20.30-cu maddəsinə uyğun olaraq ədliyyə orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Xidmətdən azad olunmağı ilə əlaqədar İddiaçı Qanunun 20.19.2-ci maddəsinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 2545,88 manatın (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ona ödənilmiş 73483,86 manatdan mükafat (xüsusi fond) və kompensasiya sütunlarında göstərilən ümumilikdə ona ödənilən 12382,56 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin (61101,30 manat) 24-ə olan nisbəti) 80 faizi-2036,70 manat məbləğində müəyyən edilib. Həmçinin adıçəkilən şəxsə xidmətdən azad edilənədək ödənilmiş pensiyasının tərkibindəki maddi yardım da nəzərə alınmaqla pensiyası ## ##### 2023cü il tarixindən 2111,41 manat məbləğində müəyyən edilib. Əmək pensiyalarının # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar İddiaçı pensiyası həmin tarixdən 2347,89 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. - Bakı Inzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərardadına əsasən təyin olunmuş məhkəmə-mühasibat ekspertizasının aparılmasından imtina edilməsi barədə cavabdehin ## ######## 2025-ci il tarixli 3-16-16/2- */****/**** saylı məktubu ilə iş ekspertiza aparılmadan geri qaytarılmışdır. Inzibati işin faktiki hallarından müəyyən edilir ki, iddiaçıya ## ###### 2012-ci il tarixdən ədliyyə orqanlarının əməkdaşı (işləyən əmək pensiyaçısı) kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda mübahisə - iddiaçının tələbi pensiya təyin edilən zaman yanlışlığa yol verildiyindən ## ###### 2020-ci ildən ## ######## 2024-cü ilədək olan dövr üçün əksik hesablanmış 28028,65 manat məbləğində pensiyanın ödənilməsi, # ####### 2024-cü ildən isə aylıq pensiya məbləğinin 3464,11 manat həcmində müəyyən edilərək pensiyasının yenidən hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi iş üzrə ətraflı araşdırma aparmış, qanuni və əsaslı olaraq iddiaçının iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni mahiyyət etibarilə əsaslı hesab edir. Məhkəmə kollegiyası gəlmiş olduğu nəticə ilə bağlı qanunvericiliyin aşağıdakı tələblərini diqqətə çatdırır: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: 2.3-cü maddəsinə əsasən, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il # ###### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 1-ci bəndinə əsasən, həmin Qaydalar əmək pensiyası təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasını tənzimləyir. Həmin qaydaların 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.14. xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunvericiliklə müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) 20.19. Bu qanunun 20.1.14-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr ədliyyə orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.19.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 il qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.19.2. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 15 ildən yuxarı qulluq etmiş ədliyyə işçilərinə - orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.30. Bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. 31.1-1. Bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması, eləcə də bu Qanunun 34.1-1-ci maddəsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada bir növdən digər növə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 37.1. Əmək pensiyalarının əhaliyə ödənilməsi (çatdırılması) qaydaları əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilir. Əmək pensiyalarının əhaliyə çatdırılması ilə bağlı xidmət haqları və nağd pul vəsaitinə görə haqqın məbləği həmin orqanın bank və rabitə orqanları ilə bağladıqları müqavilələrlə müəyyənləşdirilir. Əmək pensiyalarının ödənilməsi yalnız nağdsız qaydada həyata keçirilir. 37.2. Əmək pensiyasına əlavənin ödənilməsi əmək pensiyası ilə birlikdə və əmək pensiyasının ödənilməsi qaydalarına uyğun aparılır. 37.3. Işləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır;... 37.3.4. bu qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələr həmin maddələrdə göstərilən vəzifələrdə çalışdıqda 50 faiz həcmində ödənilir. Həmin şəxslər (bu qanunun 20.1.5-ci, 20.1.14-cü, 20.1.18-ci, 20.1.20-ci maddələrində göstərilən şəxslərdən yalnız həmin orqanlarda azı 35 il qulluq stajı olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə (bu qanunun 20.1.1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.3-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.4-cü maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.5-1-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.6-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.7-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.9-cu maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.12-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə, 20.1.16-cı maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə) çalışdıqda, onlara həmin əlavənin ödənilməsi dayandırılır. Aydın olduğu kimi hazırkı iş üzrə iddiaçı pensiya təyin edən orqan tərəfindən aparılmış yenidən hesablama ilə razılaşmamış, ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövr üzrə pensiyanın əksik hesablandığını iddia edir. Iddiaçının hüquqi marağı pensiyasının yenidən hesablanaraq ödənilməmiş pensiya məbləğlərinin ona ödənilməsinə yönəlmişdir. Iddiaçı hazırkı tələbini onunla əsaslandırır ki, Qanunun 20.30cu maddəsinə əsasən qulluq stajına görə əlavə hesablanarkən orta aylıq əməkhaqqına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlərin nəzərə alınmaması qaydası # ###### 2019-cu ildən tətbiq olunur. Ona isə # ###### 2012-ci ildən ədliyyə işçisi kimi pensiya təyin olunduğuna görə xüsusi fonddan ödənilən 234,0 manat məbləğində mükafat da orta aylıq əməkhaqqı müəyyən edilərkən nəzərə alınmalıdır. Orta aylıq əməkhaqqı # ###### 2012-ci ildən 807,54 manat, # ###### 2013-cü ildən 1457,43 manat, # ##### 2018- ci ildən 1537,63 manat, # ######## 2019-cu ildən 2219,33 manat təşkil edir. Nəticədə ona # ###### 2012-ci ildən 417,21 manat pensiya ödənilməlidir. Pensiyanın baza hissəsi # ######## 2013-cü ildən 100,0 manata. # ###### 2016-cı ildən 110,0 manata çatdırılmış və # #### 2017-ci ildən pensiyanın baza hissəsinin onun sığorta hissəsinə şərti çevrilməsi aparılmışdır. Beləliklə, ona # ###### 2013-ci ildən 417,77 manat, # ######## 2013-cü ildən 425,27 manat, # ###### 2013-cü ildən 685,23 manat, # ###### 2014-cü ildən 686,48 manat, # ###### 2015-ci ildən 687,22 manat, # ###### 2016-cı ildən 689,39 manat, # ###### 2016-cı ildən 694,39 manat, # ###### 2017-ci ildən 708,21 manat, # ###### 2018-ci ildən 715,34 manat, # ##### 2018-ci ildən 747,42 manat, # ###### 2019-cu ildən 751,39 manat, # ######## 2019-cu ildən 1024.07 manat, # ###### 2020-ci ildən 1046,7 manat, # ###### 2021-ci ildən 1064,82 manat, # ###### 2022-ci ildən 1177,92 manat (10% maddi yardım nəzərə alınmaqla), # ###### 2023-cü ildən 1351,07 manat aylıq pensiya ödənilməli idi. Məhkəmələr tərəfindən işin araşdırılmış hallarından görünür ki, eyni zamanda iddiaçıya aid pensiya işi materiallarından aydın olur ki, iddiaçının xidmətdən azad olması ilə əlaqədar ##.##.2023-cü il tarixdən pensiyası yenidən hesablanmaqla 2111,41 manat məbləğində müəyyən edilmiş, eyni zamanda əmək pensiyası ##.##.2020- ##.##.2023-cü il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Belə ki, yenidən hesablanma nəticəsində ##.##.2020-ci il tarixindən 629,90 manat məbləğində, ##.##.2021-ci il tarixindən 646,02 manat məbləğində, ##.##.2022-ci il tarixindən 651,37 manat məbləğində və maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar ##.##.2023-cü il tarixindən isə 821,83 manat məbləğində müəyyən edilib. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya ötən dövr üzrə ödənilməli olan 6047,89 manat fərq məbləği hesablandığı görünür. Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının ## ###### 2023-cü il tarixli *-**-*/*-H-*******/**** nömrəli arayışından görünür ki, ## ###### 2012-ci ildən ## ##### 2023-cü ilədək fərdi hesabının sığorta hissəsində ## ##### 2023-cü il vəziyyətinə 63023.04 manat pensiya kapitalı qeydə alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati iş materiallarından görünür ki, cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq, ötən dövr üçün hesablanmış 6047,89 manat fərq məbləğinin 4628,95 manat hissəsinin ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində hissə-hissə iddiaçıya ödəmiş, qalıq 1418,94 manat hissəni isə Mərkəzi Filiala müraciəti nəzərə alaraq 2023-cü ilin dekabr ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürmüşdür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək diqqətə çatdırır ki, ədliyyə orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlarda nəzərə alınmaqla müəyyən edilir. Ədliyyə orqanları əməkdaşlarının əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıya xidmətdən azad olunmağı ilə əlaqədar vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının 2545,88 manatın (Mərkəzi Filiala təqdim etdiyi əmək haqqı barədə arayışda göstərilən ümumilikdə ona ödənilmiş 73483,86 manatdan mükafat (xüsusi fond) və kompensasiya sütunlarında göstərilən ümumilikdə ona ödənilən 12382,56 manat çıxıldıqdan sonra qalan pul vəsaitinin (61101,30 manat) 24-ə olan nisbəti) 80 faizi-2036,70 manat məbləğində müəyyən edilmişdir. Həmçinin xidmətdən azad edilənədək ödənilmiş pensiyasının tərkibindəki maddi yardım da nəzərə alınmaqla iddiaçının pensiyası ## ##### 2023-cü il tarixindən 2111,41 manat məbləğində müəyyən edilmişdir. Hazırda Əmək pensiyalarının # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 2347,89 manat təşkil edir. Apellyasiya baxışı zamanı iddiaçının apellyasiya şikayətində qeyd olunan dəlillərə uyğun olaraq ətraflı araşdırma aparılmış, cavabdeh inzibati orqandan iddiaçıya aid pensiya işinin əsli tələb olunmuş, eyni zamanda məhkəmə iclasına mütəxəssis dəvət olunmuşdur. ##.##.2026-cı il tarixli məhkəmə iclasında X4 təyinatı departamentinin Əmək haqqı əsasında hesablanan pensiya təyinatı şöbəsinin baş mütəxəssisi X3 mütəxəssis qismində iştirak etmiş və izahatında bildirmişdir ki, şəxs tərəfindən 2012-ci ildə fondun rayon şöbəsinə ədliyyə orqanından arayış təqdim edilmiş, həmin arayışda şəxsin tam əmək haqqı, həm də şəxsin stajı barədə məlumat qeyd edilmişdir. Belə ki, arayışda qeyd edilmişdir ki, 2012-ci ilin dekabr ayının 3-nə şəxs 27 il 3 ay 20 gün ədliyyə orqanlarında xüsusi rütbədə fəaliyyət göstərmişdir. Burdan da aydın olur ki, şəxsin ədliyyə orqanlarında 25 il stajı 2010-cu ilin avqust ayında tamam olmuşdur. Lakin arayış 2012-ci il tarixdə təqdim edildiyindən rayon şöbəsi tərəfindən də 2012-ci il tarixindən də təyinat aparılmış, pensiya dövrünə 2010-2012-ci ilin əmək haqqı daxil edilmişdir. Ədliyyə orqanlarında işləyən şəxslər 2010-cu ildən əmək haqqına əlavələr verilməyə başlanılmışdır. Ona görə də pensiya dövrünə 2010-2012-ci ilin daxil edilməsi pensiya məbləğinin artmasına səbəb olur. Əgər şəxsə 2010-cu ildən pensiya təyinatı getsə idi bu zaman pensiya məbləği az olacaqdı. Daha sonra şəxs 2023-cü ilin aprel ayında işdən çıxdıqdan sonra inzibati orqana ərizə ilə müraciət edərək əmək pensiyasının tam şəkildə ödənilməsini xahiş etmiş, bu zaman yol verilmiş yanlışlıq aradan qaldırılmış, 2008-2010-cu illərin əmək haqqı pensiya ödənişinə daxil edilməklə şəxsin pensiyası hesablanmışdır. 2012-ci ildə rayon şöbəsi tərəfindən şəxsə 628 manat məbləğində pensiya təyin edilmişdir. 2023-cü ildə isə yenidən hesablama zamanı işləyən şəxs kimi 329 manat məbləğində pensiya təyin edilmişdir. Həmçinin 3 il geriyə olan məbləğ də şəxsin xeyrinə hesablanaraq şəxsə ödənilmişdir. Iddiaçının qeyd etdiyi 2020-2024-cü il üzrə 28000 manat məbləğində fərq sadəcə şəxs işləyən deyil, işsiz kimi tam pensiya təyin edilərsə, yarana bilər. Lakin bu da qanunvericiliyə ziddir, çünki şəxs 2023-cü ilin aprel ayından işsiz olmuşdur. Sadəcə şəxsə belə bir köməklik etmək olar ki, şəxsin 2010-cu ildən 2023-cü ilədək olan pensiyasını hesablayıb hazırki dövrə kapital kimi nəzərə alsaq bu zaman şəxsin pensiya məbləği təxmini bir qədər arta bilər. Bunun üçün isə şəxsin inzibati orqana rəsmi ərizəsi daxil olmalıdır. Apellyasiya araşdırması zamanı iddiaçının rəsmi müraciəti əsasında cavabdeh inzibati orqanın *-**-*/*-*-*****/**** nömrəli ##.##.2026-cı il tarixli əmək pensiyasının yenidən hesablanması haqqında qərarı ilə iddiaçının hazırkı pensiya məbləği – 2774 manat 11 qəpik inventarizasiya səbəbilə yenidən hesablanaraq 2898 manat 89 qəpik olmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, həm birinci instansiya icraatı zamanı əldə edilmiş mütəxəssis rəyi ilə, həm də apellyasiya baxışı zamanı mütəxəssisin izahatı ilə aydın olur ki, cavabdeh tərəfindən aparılan yenidən hesablamalar düzgün qaydada aparılmışdır. Belə ki, cavabdehin etirazında və imtinasında göstərilən hallar təsdiq edilərək aparılmış yenidən hesablamanın iddiaçının vəziyyətinə əsasən qanunvericiliyin normaları düzgün tətbiq edilərək aparıldığı sübut olunmuşdır. Beləliklə məhkəmə kolegiyası birinci instansiya məhkəməsinin mövqeyini haqlı sayaraq qeyd edir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar