Məhkəmə qərarları › İş №2-1(3-6)-324/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-324/2026

29.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-324/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi və məruzəsilə, X2 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “əmrin ləğvi edilməsi” tələbinə dair iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsinin (AH № ******) ləğvi haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsinin (AH №******) ləğvi haqqında əmrin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Fərmayıl qızı ##.##.2008-ci ildən öz ali təhsil ixtisasına uyğun olaraq əmək fəaliyyəti ilə məşğuldur. İddiaçı ##.##.2006-cı ildən ##.##.2008-ci ilə qədər bir illik internatura kursu keçmək üçün cərrahiyə şöbəsində həkim interna vəzifəsini icra etmişdir. ##.##.2010-cu ildə Ə.Əliyev adına Az.D.H.T Institutu ümumi cərrahiyə kafedrasına baş laborant vəzifəsinə qəbul edilmiş, ##.##.2015-ci ildə isə müsabiqədən keçməsi ilə əlaqədar yeni müddətə ümumi cərrahiyə-İ kafedrasına assistent vəzifəsinə seçilmişdir. ##.##.2017-ci ildə ümumi cərrahiyə-İ kafedrasına 1,0 v. dosent vəzifəsinə keçirilmiş, ##.##.2017-ci ildə isə müsabiqədən keçməsi ilə əlaqədar ümumi cərrahiyə-İ kafedrasına 1,0 v. dosent vəzifəsinə seçilmişdir. İddiaçı ##.##.2019-cu ildə Plastik və X4 qəbul şöbəsinin müdiri vəzifəsinə keçirilmiş və ##.##.2022-ci ildə həmin vəzifəsini həyata keçirməsinə dair əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. İddiaçı ##.##.2022-ci ildən ##.##.2023-cü ilədək “xxxx” MMC nəzdində fəaliyyət göstərən “Kəpəz Hospital”-da həkim-plastik cərrah vəzifəsini icra etmiş, əmək müqaviləsinə ##.##.2023-cü ildə öz xahişi ilə xitam verilmişdir. ##.##.2023-cü ildə “xxxx” MMC-nin Cərrahiyyə şöbəsinə 0,25 ştat vahidi üzrə həkim plastik cərrah vəzifəsinə işə qəbul edilmişdir. ##.##.2023-cü ildə isə “xxxx” MMC-nin Cərrahiyyə şöbəsinə 0,25 ştat vahidi üzrə əlavə iş yerindən 1,0 ştat vahidi üzrə əsas iş yerinə keçirilmişdir. Praktik tibb və ya əczaçılıq fəaliyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsinin verilməsi üçün İddiaçı müvafiq imtahanlarda məqbul nəticə göstərmiş və ona AH****** nömrəli Sertifikasiya Şəhadətaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən İddiaçı ## ### 2022-ci il tarixində həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks yoxlanışı məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli *-**/*-***/**** nömrəli Əmri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən, İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsi (AH № ******) ləğv edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini (şəhadətnamələrini) ləğv etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, ümumiyyətlə, hansısa qurum tərəfindən sertifikasiya şəhadətnamələrinin vaxtından əvvəl ləğvi kimi prosedur qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyinə əsasən qanunsuz inzibati aktın verilməsi müvafiq formada sübuta yetirilməlidir (məsələn, məhkəmənin qanuni hökmü və ya qərarı). Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyası isə yalnız sənədlər əsasında Şəhadətnamələrin ləğvini həyata keçirmişdir. Belə olan halda isə qanuni formada müsabiqədə iştirak etməklə Şəhadətnaməni əldə etmiş şəxslərin də hüquqları pozulmuş və onların da icazə sənədləri ləğv edilmişdir. Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyinə əsasən plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsi inzibati akt hesab olunur. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini (şəhadətnamələrini) ləğv etmək səlahiyyəti isə mövcud deyildir. Bu baxımdan iddiaçı tərəfindən Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsinin (AH № ******) ləğvi haqqında Qərarın ləğvinə dair məhkəməyə müraciət edilmişdir. İddiaçı ixtisasca ümumi cərrahdır. Lakin praktik fəaliyyətlə məşğul olmasına icazə verən yalnız bir sertifikat almaq mümkündür və İddiaçı da plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməni müsabiqədən keçməklə əldə etmişdir. Öz ixtisası üzrə şəhadətnaməni almadığından hal-hazırda öz ixtisası üzrə də fəaliyyət göstərə bilmir. Bu isə uzun illərdir cərrahlıq fəaliyyəti ilə məşğul olan həkim İddiaçı üçün əlverişsiz şərait yaratmışdır. Iddiaçı tərəfindən məhkəməyə müraciət olunaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsinin (AH № ******) ləğvi haqqında Qərarın mübahisələndirilməsinin həyata keçirilməsi məqsədilə ilk növbədə cavabdeh qurum Səhiyyə Nazirliyinə müraciət edilmişdir. Müraciəti ## ##### 2025-ci il tarixində həyata keçirilmişdir. Həmçinin məktubu Səhiyyə Nazirliyi tərəfindən ## ##### 2025-ci il tarixində rəsmi olaraq təhvil alınmışdır. Lakin hələ də Səhiyyə Nazirliyi tərəfindən müraciətinə cavab verilməmiş, inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Buna görə də Xüsusi Komissiyanın ləğv etməyə dair qərarını əldə etmək mümkün olmamış, o cümlədən Səhiyyə Nazirliyi tərəfindən münasibət də bildirilməmişdir. Bu baxımdan iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətin gözlənilməsi zərurəti yaranmışdır. İddiaçı halhazırda əlverişsiz vəziyyətə salınması ilə təcili olaraq müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi zərurəti meydana gəlmişdir. Uzun müddətdir ki, cərrahlıq sahəsində tanınmış həkim olan İddiaçı sertifikatının ləğvi nəticəsində öz fəaliyyətini həm plastik cərrahiyyə, həm də ümumi cərrahlıq sahəsində icra etmir. Bu da onun xeyli çətin və əlverişsiz vəziyyətə düşməsi ilə nəticələnmişdir. Bundan başqa iddianın uğurlu olması ehtimalını artıran xeyli səbəblər mövcuddur. Belə ki, hal-hazırda Rezidentura ixtisası fərqli olan şəxslərin də imtahan verməsinə hələ də icazə verilir. Belə olan halda sertifikatların əsassız olaraq ləğv edilməsi tamamilə qanunsuzdur. Sertifikatların verilməsi ilə nəticələnən, hal-hazırda sertifikatların ləğvi üçün əsas götürülmüş imtahanlar hələ də keçirilir. Belə olan halda hansı əsaslarla sertifikatların ləğv edilməsi aydın deyildir. Həmçinin inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq Xüsusi Komissiyanın sertifikatları ləğv etmək səlahiyyətləri yoxdur. Bu inzibati prosessual qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, İddiaçı münasibətdə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsi əlverişli inzibati aktdır. Bu baxımdan Inzibati icraat haqqında qanunun tələblərinə əsasən ləğv edilməsi yalnız səlahiyyətli qurum tərəfindən həyata keçirilə bilər. Belə ki, yalnız qanunsuz əlverişli inzibati akt Inzibati icraat haqqında qanunun 67-ci maddəsində nəzərdə tutulan halda ləğv edilə bilər. Həmin maddədə qanunsuz əlverişli inzibati aktlarin ləğvi əsaslarından heç biri mövcud deyildir. Qanunun tələbindən də göründüyü kimi əlverişli inzibati akt qanunsuz olsa belə onun ləğvi üçün xüsusi və konkret əsaslar müəyyən edilmişdir. Şəhadətnamələrin ləğvinə dair heç bir səlahiyyəti müəyyən edilməmiş Xüsusi Komissiyanın heç bir qanuni əsas gətirmədən sertifikatları ləğv etməsi tamamilə qanunsuz hal hesab olunur. Bundan başqa, həmin şəhadətnamələrin verilməsində iştirak edən qurum Səhiyyə Nazirliyidir. Həmin inzibati orqanın Əmri ilə yaradılmış Xüsusi Komissiyanın şəhadətnamələri ləğv etməsinin heç bir qanuni əsası yoxdur. Belə ki, bu fəaliyyət həyata keçirilən zaman inzibati icraata dair hansı normativ hüquqi akta istinad olması aydın deyildir. Həmçinin Xüsusi Komissiya Cənab Prezidentin müvafiq aktı ilə deyil, Səhiyyə Nazirliyinin Əmri ilə yaradılmışdır ki, bunun da heç bir hüquqi əsası yoxdur. Bakı Inzibati Məhkəməsinin (hakim Ləman Musayeva) e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsinin verilməsi üçün İddiaçı müvafiq imtahanlarda məqbul nəticə göstərmiş və ona AH****** nömrəli Sertifikasiya Şəhadətaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən İddiaçı ## ### 2022-ci il tarixində Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks yoxlanışı məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli *-**/*-***/**** nömrəli Əmri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının müvafiq qərarına əsasən İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsi (AH № ******) ləğv edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini (şəhadətnamələrini) ləğv etmək səlahiyyəti qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, ümumiyyətlə, hansısa qurum tərəfindən sertifikasiya şəhadətnamələrinin vaxtından əvvəl ləğvi kimi prosedur qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyinə əsasən qanunsuz inzibati aktın verilməsi müvafiq formada sübuta yetirilməlidir (məsələn, məhkəmənin qanuni hökmü və ya qərarı). Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyası isə yalnız sənədlər əsasında Şəhadətnamələrin ləğvini həyata keçirmişdir. Belə olan halda isə qanuni formada müsabiqədə iştirak etməklə Şəhadətnaməni əldə etmiş şəxslərin də hüquqları pozulmuş və onların da icazə sənədləri ləğv edilmişdir. Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyinə əsasən plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsi inzibati akt hesab olunur. Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının həkimlərin icazə sənədlərini (şəhadətnamələrini) ləğv etmək səlahiyyəti isə mövcud deyildir. Bu baxımdan Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsinin (AH № ******) ləğvi haqqında Qərarın ləğvinə dair məhkəməyə müraciət edilmişdir. Lakin həmin mübahisə yekunlaşana qədər İddiaçı plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verilməsinə dair Qərardad qəbul edilməsi zərurəti vardır. İddiaçı ixtisasca ümumi cərrahdır. Lakin praktik fəaliyyətlə məşğul olmasına icazə verən yalnız bir sertifikat almaq mümkündür və İddiaçı da plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnaməsini müsabiqədən keçməklə əldə etmişdir. Öz ixtisası üzrə şəhadətnaməni almadığından hal-hazırda öz ixtisası üzrə də fəaliyyət göstərə bilmir. Bu isə uzun illərdir cərrahlıq fəaliyyəti ilə məşğul olan həkim İddiaçı üçün əlverişsiz şərait yaratmışdır. Bakı Inzibati Məhkəməsinin qərarında göstərilmişdir: “...Işin hallarından göründüyü kimi, iddiaçı İddiaçı internatura təhsilini ümumi cərrahiyyə ixtisası üzrə keçməyinə baxmayaraq, plastik cərrah kimi fəaliyyət göstərmişdir. Praktik tibb və ya əczaçılıq fəaliyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsinin verilməsi üçün İddiaçı müvafiq imtahanlarda məqbul nəticə göstərmiş və ona AH****** nömrəli Sertifikasiya Şəhadətaməsi verilmişdir. Həmin şəhadətnaməyə əsasən İddiaçı ## ### 2022-ci il tarixində Həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir...”. Qərarda göstərilən əsaslandırmaya münasibətdə qeyd olunur ki, iddiaçı Səkinə Fərmayıl qızının plastik cərrah kimi fəaliyyəti qanuni əsasla həyata keçirilmişdir. Belə ki, İddiaçı Fərmayıl qızı qərarda da göstərildiyi kimi müvafiq imtahanlarda məqbul nəticə göstərmiş və ona AH****** nömrəli Praktik tibb və ya əczaçılıq fəaliyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsi verilmişdir. Həmin Şəhadətnamə Azərbaycan Respublikası inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq inzibati akt hesab olunur. Həmin Şəhadətnamə isə qanunvericilikdə nəzərdə tutulan qaydada iddiaçıya verilmişdir. Belə ki, həmin dövrdə imtahan verməklə plastik cərrah kimi fəaliyyət göstərməyə imkan verən şəhadətnamə almaq mümkün olmuşdur. Ancaq inzibati aktı vermiş inzibati orqanın əmri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Daxili Işlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət olmaqla yaradılan Xüsusi Təftiş Komissiyasının yaradılaraq Şəhadətnamələrin ləğvi prosedurunun həyata keçirilməsinin hüquqi əsası mövcud deyildir. Belə ki, İddiaçı verilmiş sertifikatın müddəti 2027-ci ildə bitməli idi. Bundan sonra Sertifikatlarının müddəti bitmiş plastik-cərrahlar yenidən sertifikasiyadan keçməli və əgər məqbul nəticə əldə etməzlərsə, bu halda səlahiyyətli inzibati orqan Şəhadətnaməni verməməli idi. Bu hal inzibati prosessual qanunvericiliyin tələbinə tamamilə uyğun hal olardı. X1 müvafiq Sərəncamı olmadan Səhiyyənin Nazirliyinin Əmri ilə yaradılmış komissiya səlahiyyətli inzibati orqan hesab oluna bilməz. Bundan başqa, Bakı Inzibati Məhkəməsinin qərarında göstərilir: ‘‘...Müvafiq normativ hüquqi aktlara əsasən, həkimmütəxəssis kimi sertifikatlaşdırılmaq və tibbi fəaliyyət hüququ qazanmaq üçün şəxsin məhz rezidentura pilləsini başa vurması zəruridir. Məhkəmə hesab edir ki, iddiaçının müxtəlif tibb müəssisələrində həkim plastik cərrah olaraq fəaliyyət göstərməsi onun həmin ixtisası üzrə həkim-ixtisas dərəcəsinə yiyələndiyinə dəlalət etmir. Iddiaçı məhkəməyə ixtisasının plastik cərrahiyyə ixtisası olmasını təsdiq edən rezidentura təhsilini başa vurmasına dair müvafiq Attestasiya Sisteminin "həkim mütəxəssis" ali peşə-ixtisas və zəruri dövlət nümunəli diplomunu təqdim edə bilməmişdir. Halbuki, rezidenturada təhsil Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş həkimmütəxəssis ixtisasları üzrə aparılır ki, onlardan biri də “Plastik cərrahiyyə”dir. Hazırkı halda iddiaçının əsaslandığı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda kurs keçməsi əsasında onun “plastik cərrah” ixtisasına yiyələnmiş sayılması qanunvericiliyin tələblərinə ziddir. Iddiaçının qeyd olunan dəlili məhkəmə qərarında istinad olunmuş, qanunvericiliyin sadalanan normaları ilə bütünlükdə təkzib edilir...”. İddiaçı müvafiq rezidentura təhsili mövcuddur, buna uyğun olaraq sertifikasiyadan keçmiş və Şəhadətnamə almışdır. Ümumiyyətlə, İddiaçı AH****** nömrəli Şəhadətnaməsinin qanunsuz olduğunu təsdiq edən heç bir sübut mövcud deyildir. Mübahisə inzibati xarakter daşıyır və həmin müvafiq səlahiyyətli inzibati orqan tərəfindən təqdim edilmiş Şəhadətnaməyə də iddiaçının etimad hüququ mövcuddur. Buna uyğun olaraq 2022-ci ildən peşəkar formada plastik cərrahiyyə ilə məşğul olmuşdur. Hal-hazırda Şəhadətnaməni qanunsuz saya biləcək qanuni qüvvəyə minmiş hökm mövcud deyildir. Bu baxımdan cavabdehin nümayəndəsi tərəfindən irəli sürülən arqumentlərin heç birinin hüquqi əsası yoxdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Iş materiallarında olan Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar tərəfindən peşə fəaliyyəti ilə bağlı təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması barədə Xüsusi Təftiş Komissiyasının Iclasının ##.##.2025-ci il tarixli, ** №-li Protokolundan Çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sertifikasiya şəhadətnaməsinin (Ser. AH № ******, verilmə tarixi ## ### 2022-ci il) ləğv olunması qərara alınmışdır. Iş materiallarında olan “Plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa dair bəzi məsələlər haqqında” Azərbayca Respublikası Səhiyyə Nazirliyinin ##.##.2025-ci il tarixli *-**/*-*-***/**** saylı əmrindən görünür ki, Komissiyanın qərarlarına müvafiq olaraq əsaslılığı təsdiq olunmayan adları aşağıda qeyd olunan tibb işçilərinin Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamələri və plastik cərrahiyyə ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verən sertifikasiya şəhadətnamələri ləğv edilmişdir: ... İddiaçı - şəhadətnamə Ser. AH № ******, verilmə tarixi ## ### 2022-ci il. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun: 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. 48-ci maddəsinin 4-cü hissəsinə əsasən tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir (##.##.2025-ci il tarixli HYPERLINK "https://e-qanun.az/framework/60154" \o "Azərbaycan Respublikasının 13 iyun 2025-ci il tarixli 213-VIIQD nömrəli Qanunu"**-VIIQD nömrəli Qanunla ləğv edilmişdir). 49-1-ci maddəsinin 1-ci hissəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.38. rezidentura - tibb ixtisasları üzrə əsas (baza ali) təhsili əsasında həkimmütəxəssis hazırlığı forması. 1.0.50. həkim - əsas (baza ali) tibb təhsili almış məzunlara verilən ali peşə-ixtisas dərəcəsi. 1.0.51. həkim-mütəxəssis - müvafiq təhsil proqramlarına əsasən rezidenturanı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2013-cü il tarixli *** nömrəli qərarı ilə yeni redaksiyada təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”: 1.4. Rezidenturada təhsil dövlət təhsil standartı və proqramlarına uyğun olaraq hazırlanmış tibb təhsili proqramları əsasında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "Rezidenturada həkimmütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı"nda qeyd olunan həkim-mütəxəssis ixtisasları üzrə aparılır. 3.1. Rezidentura təhsili klinik bazaya malik olan ali tibb təhsili və elmi müəssisələrdə və ya Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən rezidentlərin hazırlanması üçün klinik baza kimi müəyyən edilən tibb müəssisələrində (bundan sonra - klinik baza) təşkil edilir. 3.2. Rezidenturada ayrı-ayrı həkim-mütəxəssis ixtisasları üzrə təhsil müddəti 2 ildən 5 ilə qədər olmaqla, bu Qaydaların əlavəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin # #### 2010-cu il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/60925" \l "%C9%99lav%C9%99"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2025-ci il tarixli 344 nömrəli Qərarı"## ###### 2025-ci il tarixli *** nömrəli Qərarı ilə ləğv edilmişdir): 1.1. Bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra — tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. 1.2. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər. 1.4. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən və ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçmirlər. 2.1. Tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. 2.10. Tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün Nazirliyə aşağıda göstərilən sənədlər rəsmi qaydada təqdim edilir: 2.10.3. ali və ya orta tibb təhsili haqqında sənəd (diplom) və onun surəti. 2.14. Sertifikasiya imtahanı Nazirlik tərəfindən müəyyən edilmiş tibb və əczaçılıq ixtisasları üzrə keçirilir. 5.1. Sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Iş materiallarına əsasən müəyyən edildi ki, iddiaçıya Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə tibbi (əczaçılıq) fəaliyyəti ilə məşğul olmaq icazəsi verən AH № ******, ## ### 2022-ci il tarixli Şəhadətnamə verilmişdir. Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2025-ci il tarixli *-**/*-***/**** nömrəli Əmri ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılmışdır. Azərbaycan Respublikasının ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar tərəfindən peşə fəaliyyəti ilə bağlı təqdim edilmiş sənədlərin qanunauyğunluğunun yoxlanılması barədə Xüsusi Təftiş Komissiyasının iclasının ##.##.2025-ci il tarixli ** №-li Protokolundan Çıxarışa əsasən Komissiya tərəfindən qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən həkimlərin ixtisasının dəyişdirilməsinin yalnız ali ixtisas tibb təhsili (rezidentura, uzmanlıq və digər) almaqla mümkün olduğu nəzərə alınaraq, dəvət olunan tibb mütəxəssislərindən İddiaçı Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsasları kompleks şəkildə yoxlanılmaqla araşdırılmış, İddiaçı Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sertifikasiya şəhadətnaməsinin (Ser. AH № ******. verilmə tarixi ## ### 2022-ci il) ləğv olunması qərara alınmışdır. Azərbaycan Respublikasında plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri Komissiyanın iclaslarına dəvət olunmuş, sənədləri ətraflı araşdırılmış və əsaslılığı yoxlanılaraq müvafiq qərarlar qəbul olunmuşdur. Iddiaçı İddiaçı da Komissiyanın iclasına dəvət olunaraq dinlənilmiş, təhsili və əmək fəaliyyəti haqqında məlumat vermiş, təqdim edilən sənədlər ətraflı araşdırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ##### 2025-ci il tarixli *-**/*-*-***/**** saylı əmr ilə Komissiyanın qeyd olunan qərarına müvafiq olaraq İddiaçı Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sertifikasiya şəhadətnaməsi (Ser. AH № ******. verilmə tarixi ## ### 2022-ci il) ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı internatura təhsilini ümumi cərrahiyyə ixtisası üzrə keçməyinə baxmayaraq, plastik cərrah kimi fəaliyyət göstərmişdir. Həkimlərin ixtisasının dəyişdirilməsi üçün ali ixtisas tibb təhsilinin (rezidentura, uzmanlıq və digər) alınması tələb olunur. Həkim-mütəxəssis kimi sertifikatlaşdırılmaq və tibbi fəaliyyət hüququ qazanmaq üçün şəxsin məhz rezidentura pilləsini başa vurması zəruridir. Iddiaçının müxtəlif tibb müəssisələrində həkim plastik cərrah olaraq fəaliyyət göstərməsi onun həmin ixtisas üzrə həkim-ixtisas dərəcəsinə yiyələndiyinə dəlalət etmir. Iddiaçı məhkəməyə ixtisasının plastik cərrahiyyə ixtisası olmasını təsdiq edən rezidentura təhsilini başa vurmasına dair müvafiq Attestasiya Sisteminin "həkim-mütəxəssis" ali peşə-ixtisas və zəruri dövlət nümunəli diplomunu təqdim edə bilməmişdir. Halbuki, ali təhsilin rezidentura səviyyəsi üzrə ixtisasların təsnifatında plastik, rekonstruktiv və estetik cərrahiyyə nəzərdə tutulmuşdur. Hazırkı halda iddiaçının əsaslandığı, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə Institutunda kurs keçməsi əsasında onun “plastik cərrah” ixtisasına yiyələnmiş sayılması qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmaq üçün icazə verən sənədlərinin əsaslılığı müəyyən edilmir. Beləliklə, sadalanan qanunvericilik normalarına əsasən və iş materiallarına əlavə edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əmr qəbul edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır, mübahisələndirilən əmr qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən də iddia əsassızdır və birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar