Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-33/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Ədilov İlqar İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Ədilov İlqar İbrahim oğlunun, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ədilov İlqar İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. İddiaçı Ədilov İlqar İbrahim oğlu ##.##.1960-cı il təvəllüdlüdür.
2. İddiaçıya məxsus ****** nömrəli diplomun surətindən görünür ki, ##.##.1976-cı il tarixdən ##.##.1979-cu il tarixədək ** nömrəli texniki peşə məktəbində təhsil almışdır.
3. İddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, ##.##.1979-##.##.1981-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
4. İddiaçıya məxsus ## #### 1984-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətinə əsasən iddiaçı ##.##.1975-##.##.1979-cu il, ##.##.1983- ##.##.1984-cü il, ##.##.1984-##.##.1991-ci il, ##.##.1991-##.##.1992-ci il, ##.##.1992-ci il ##.##.1994-cü il tarixlərdə, eyni zamanda ##.##.1994-##.##.2003-cü il, ##.##.2019- ##.##.2023-cü il tarixlərəd ayrıayrı vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
5. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən əmək stajı ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət daxil olmaqla 20 il 8 ay 21 gün təşkil edir.
6. İddiaçı Ədilov İlqar İbrahim oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi ilə müraciət etmiş, lakin cavabdehin ## #### 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “...təqdim etdiyiniz sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.1979-cu il tarixindən ##.##.1981-ci il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla ümumi sığorta stajınız 20 il 8 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalınız ##.##.2006-cı il tarixinədək 16 il 5 ay 21 gün sığorta stajınıza uyğun olaraq 16966,21 manat, ##.##.2019-cu il tarixindən ##.##.2023-cü il tarixinədək 4 il 3 ay sığorta stajınıza uyğun olaraq 6827,65 manat olmaqla ümumilikdə 23793,86 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təyinatına imkan vermir. Məlumat üçün bildiririk ki, ##.##.2025-ci il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir.Bildiririk ki, ##.##.2025-ci il tarixli müraciətiniz zamanı təqdim etdiyiniz “xxxx” ASC-nin arayışında ##.##.1994-cü il tarixindən ##.##.2003-cü il tarixinədək olan dövr üzrə əmək fəaliyyətinizi təsdiqləyən hər hansı rəsmi sənədin (əmək müqaviləsi, əmr və s.) aşkar edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məlumat üçün bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz.təqdirdə ümumi sığorta stajınız 25 ilə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizaraşdırılaraq pensiya təyinatı hüququnuza yenidən baxılacaqdır. Qanunun 22- 1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il ######ın #-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin # #### tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019- 2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il ######ın #-dək olan sığorta stajı 25 il, 2026cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.2006-cı il tarixindən ##.##.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından sizə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdı ”.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 65 yaşdan, yəni ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir).
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək "Bakı Avtonəqliyyat 2 ASC-də əmək fəaliyyəti dövrümün araşdırılması zərurəti yarandığından dəfələrlə həmin müəssisəyə rəsmi müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir.
9. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur.
10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Ədilov İlqar İbrahim oğluna 65 yaşdan, yəni ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
11. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. Aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, iddiaçı Ədilov İlqar İbrahim oğlu Mərkəzi Filiala müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Müraciətə aidiyyəti üzrə Mərkəzi Filial tərəfindən baxılaraq ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək olan dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərin surətlərində qeyd olunan və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən ##.##.1979-cu il tarixdən ##.##.1981-ci il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla ümumi sığorta stajı 20 il 8 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ##.##.2006-cı il tarixədək 16 il 5 ay 21 gün sığorta stajına uyğun olaraq 16966,21 manat, ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək 4 il 3 ay sığorta stajına uyğun olaraq 6827,65 manat olmaqla ümumilikdə 23793,86 manat (2025-ci il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təyinatına imkan vermir. Məlumat üçün bildiririk ki, ##.##.2025-ci il tarixdən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat, minimum əmək pensiyasının məbləği isə 320 manat müəyyən edilmişdir. Həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının ##.##.2006cı il tarixdən ##.##.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi də mümkün olmamışdır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçı Ə.İlqara ##.##.2025-ci il tarixdən proaktiv qaydada 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Əlavə olaraq bildiririk ki, iddiaçı ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək "xxxx” ASC-də işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.1992-ci il tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» əsasnamənin 3-cü maddəsinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının” 3.2ci bəndinə əsasən, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Eyni zamanda qeyd olunur ki, şahid ifadələri əsasında əmək kitabçasında hər hansı düzəlişlər edilməsi yolverilməzdir. Sözügedən qaydaların tələblərindən göründüyü kimi iddiaçıya məxsus əmək kitabçasındakı qeydlər bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama uyğun olmalıdır. Lakin iddiaçının cavabdeh orqana müraciəti zamanı təqdim etdiyi “xxxx” ASC-nin ##.##.2025-ci il tarixli arayışında ##.##.1994-cü il tarixindən ##.##.2003-cü il tarixinədək olan dövr üzrə əmək fəaliyyətini təsdiqləyən hər hansı rəsmi sənədin (əmək müqaviləsi, əmr və s.) aşkar edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən qeyd olunan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Qeyd olunanlara baxmayaraq Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli 2- *(***)-*****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1 ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il ## ###### tarixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İddiaçı ##.##.1975-ci il tarixdən bir sıra müəsisələrdə işləyərək əmək fəaliyyəti ilə məşğul olmuş, əmək kitabçasında işə qəbul və işdən azad edilmə tarixləri və əmrləri göstərilmişdir. Əmək kitabçasından iddiaçının ##.##.1994-ci il tarixli **k nömrəli əmrlə Bakı Baş Tikinti İdarəsinin “İstehsalat Avtonəqliyyat Birliyinə sürücü vəzifəsinə işə qəbul edilmiş, ##.##.2003-cü il tarixli **k nömrəli əmrlə işdən azad edilmişdir. İstinad edilən qanunvericilik normalarına əsasən işçinin 01.01,2006-cı ilədək iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildiririk ki, analoji iş üzrə Azərbaycan Respulikasının Ali Məhkəməsinin ##.##.2024-cü il *-*(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, formalaşmış təcrübəyə əsasən 2006-cı il # ###### tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. İşin hallarından görünür ki, iddiaçının yeganə hüquqi əsası onun əmək kitabçası olmuşdur. Hazırkı halda isə iddiaçıya yaşa görə təyin olunmuş əmək pensiyasının təyin edilməsi üçün cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə onun işləməsi faktı özü-özlüyündə, qeyd-şərtsiz təsdiq edilmir. Məhkəmə həmçinin qeyd edir ki, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun 1-ci maddəsinə görə, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi qanunverici tərəfindən 2006-cı ilin ## ###### tarixinə yaranmış və 2018-ci ilin ## ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclar tam məbləğdə silinmiş, qeyd edilən dövrə aid olan sosial sığorta borcları üzrə amnistiya tətbiq olunmuş və borclar bağışlanılmışdır. Belə olan təqdirdə, həmin dövrdə iddiaçının əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsinin iddiaçının ziyanına təfsir olunması və onun pensiya hüququnun məhdudlaşdırılması qanunvericiliyə ziddir. Məhkəmənin qeyd olunan mövqeyinə münasibətdə bildiririk ki, analoji iş üzrə Azərbaycan Respulikasının Ali Məhkəməsinin ##.##.2023-cü il *-*(***)-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, Apelyasiya instansiyası məhkəməsi “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinad edərək hesab edir ki, qanunvericiliklə bütün sığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə ##.##.2006-cı il tarixə yaranmış borcları ##.##.2018-ci il tarixdən silinmişdir. Buna görə də iddiaçının ##.##.1997- ##.##.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olması həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, adı çəkilən Qanunda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. Bu işdə iddiaçının ##.##.1997-##.##.2005-ci il tarixlərdə faktiki olaraq “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləməsi, ona əməkhaqqı hesablanması, əmək haqqından məcburi dövlət sosial sığorta haqları tutulması, lakin ödənilməməsi, nəticədə borc yaranmasına dair hər hansı məlumat mövcud deyildir. Apelyasiya məhkəməsinin istinad etdiyi Qanunun 1-ci maddəsində sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcların tam məbləğdə silinməsindən bəhs olunur. İddiaçı ##.##.1997- ##.##.2005-ci il tarixlərdə “Bakı Təcrübə Eksperimental Zavodu”nda işləmədiyi halda uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclardan söhbət gedə bilməz. Bu səbəbdən hazırkı mübahisəyə “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanunun müddəaları tətbiq edilə bilməz. Göründüyü kimi iddiaçının işlədiyini iddia etdiyi ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixiədək olan dövr üzrə əməkhaqqı hesablanması, əməkhaqqından məcburi dövlət sosial sığorta haqları tutulması ilə bağlı hər hansı məlumat mövcud deyil. Qeyd olunanlara baxmayaraq məhkəmə tərəfindən “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanuna istinad edilməsi əsaslı hesab oluna bilməz.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Tərəflərin izahatları
14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın əsassız olduğunu, bu səbəbdən də ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən iddiaçı Ədilov İlqar İbrahim oğlu apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. Bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.
7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un # -dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. 21.1.Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti 23.2. 1992-ci il ######ın #-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
17. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu (qüvvədən düşmüşdür)
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla # ###### 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. # ###### 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi ##.##.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il ######ın #-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən. 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il ######ın #-dək qazanmış olsunlar.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.
24. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının həmin müəssisədə ##.##.2006-cı il tarixədək işlədiyi müddət nəzərə alınmaqla, iş stajı və hərbi xidmət dövrü də daxil edilməklə ümumilikdə 30 il, 4 ay, 1 gün iş stajı vardır. Şərh olunanlara əsasən, məhkəmə qeyd edir ki, qanunvericiliklə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 65 yaşı tamamdır və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir.”
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. İddiaçı Ədilov İlqar İbrahim oğlu ##.##.1960-cı il tarixdə doğulduğundan onun 65 yaşının tamam olduğu ##.##.2025-ci il tarixə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərti mövcud olmalıdır. 1) İddiaçının pensiya yaşının tamam olması, 2) İddiaçının 25 il ümumi iş stajının mövcud olması və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı.
27. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh hazırda iddiaçının hərbi xidmətdə olduğu müddət də daxil olmaqla iddiaçının ##.##.1979-cu il tarixdən ##.##.1981ci il tarixədək olan 20 il 8 ay 21 gün əmək stajını mübahisələndirmir.
28. Hazırda mübahisə dövr iddiaçının ##.##.1994-##.##.2003-cü il tarixlərdə - 9 il, 7 ay, 10 gün Bakı Baş Tikinti İdarəsinin “İstehsalat Avtonəqliyyat Birliyində olan əmək stajı ilə bağlıdır. Cavabdeh həmin dövrü iddiaçının əmək stajına daxil etməməsinin səbəbi kimi “xxxx” ASC-nin arayışında ##.##.1994-cü il tarixdən ##.##.2003-cü il tarixədək olan dövr üzrə əmək fəaliyyətini təsdiqləyən hər hansı rəsmi sənədin (əmək müqaviləsi, əmr və s.) aşkar edilməməsinə istinad edir.
29. Bununla bağlı işin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Bakı Baş Tikinti İdarəsinin “İstehsalat Avtonəqliyyat Birliyi”nə dair məlumat mövcud deyildir. Məlumat üçün bildiririk ki, “Bakı Baş Tikinti İdarəsi İstehsalat Avtonəqliyyat Birliyi 1-li Avtobaza” ## ###### 1996-cı il tarixindən ## ###### 1998-ci il tarixinədək Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatda olmuşdur. “xxxx” ASC isə ## #### 1996-cı il tarixdən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır.
30. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ##.##.2001-ci ildə dövlət qeydiyyatına alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN 2000189011) "xxxx" X1 Cəmiyyətinin bazasında yaradılmışdır, onun hüquqi varisidir, ləğv olunması barədə məlumat aşkar edilməmişdir, hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 zamanda bildiririk ki, ##.##.2000-ci ildə D-3165 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış "xxxx" X1 Cəmiyyəti ##.##.1994-cü il tarixdə KOL-1104 nömrə ilə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin tabeliyində olmuş İstehsalat Avtonəqliyyat Birliyinin bazasında yaradılmış və onun hüquqi varisi hesab olunmuşdur.
31. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 23/15-ci məhəllədə yerləşən Bakı şəhər İcra Hakimiyyətinin Bakı Tikinti və Şəhərin İnkişafı Departamentinin İstehsalat avtonəqliyyat birliyinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri ##.##.2001-ci il tarixində tam özəlləşdirilmişdir. Cəmiyyətin fəaliyyət növü quru yol yük daşıma nəqliyyatı olmuşdur. “xxxx" X1 Cəmiyyəti yaradılarkən müəssisədə fəaliyyət göstərən özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşdirmə planında (emissiya prospektində) güzəştli satışda iştirak etmək hüququ olan əmək kollektivinin üzvlərinin siyahısında Ədilov İlqar İbrahim oğlunun adı aşkar olunmuşdur.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tərixli, *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda 2006-cı il ######ın #-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübutu nə birinci, nə də ki apellyasiya instansiya məhkəməsinə təqdim edə bilməmişdir.
33. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
34. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir.
35. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qeyd etdiyi iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində sözügedən illərdə pensiya kapitalının qeydə alınmaması dəlilinə münasibətdə qeyd edir ki, həmin dəlil də əsassızdır. Belə ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin # ###### tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin # ###### tarixinə yaranmış və 2018-ci ilin # ##### tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin # ##### tarixdə tam məbləğdə silinmiş olurdu.
36. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Ədilov İlqar İbrahim oğluna 65 yaşdan, yəni ##.##.2025-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmuşdur.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin *-*(***)-*****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev