Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-332/2026 24.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X4 və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, Iddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (hazırkı Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh) qarşı üçüncü şəxs üçüncü şəxs2, üçüncü şəxs1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın verilməsi tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən 600 kv.metr torpaq sahəsi üzrə onun vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi üçün lazım olan, torpaq sahəsinə mülkiyyət hüququnun onun mərhum atası Z.S.Məmmədova məxsus olmasına dair müvafiq arayışın ona verilməsindən cavabdehin imtina etməsinin əsassız və qanunsuz hesab edilməsi və belə bir arayışın ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşən, sahəsi 600 kv.m olan torpaq sahəsinin onun atası mərhum X3 Bakı şəhəri Səbail bələdiyyəsinin *** saylı ##.##.2004-cü il tarixli Sərəncamı əsasında rəsmiləşdirilmişdir. Atası 1990-cı illərin ortalarından sözügedən torpaq sahəsindən istifadə edib, 2005-ci ildən isə Səbail Bələdiyyəsi ilə alqı-satqı müqaviləsi əsasında bu torpaq sahəsinə həm də sahiblik hüququ yaranmışdlr. Atası kiminsə etirazı olmadan həmin sahəyə sahiblik etmiş və oradan istifadə etmişdir, lazımi vergiləri vaxtında ödəmişdir. Atası bu sahənin abadlaşdırılması üçün çox əmək sərf etmiş, ətrafını daş hasarla əhatə edərək müxtəlif meyvə ağacları və digər bəzək bitkiləri əkmiş, onlara qulluq etmişdir. Hazırda iddiaçı onun işlərini davam etdirir. Atasının vəfatından sonra məlum olmuşdur ki, həmin sahənin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində atasının adına rəsmiləşdirilməmişdir. Bununla əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, imtina cavabı verilmişdir. Cavabdehin iddiaya dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin şərti göstərilən torpaq sahəsinin 50 kv.m hissəsi digər şəxs üçüncü şəxs1 adına verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində (kadastr planı) qeyd edilən koordinatlarla üst-üstə düşür. Torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamış və həmin cizgidə qeyd edilən ölçülər ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 600 kv.m təşkil edir. Əlavə olaraq, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə öz qənaətini belə əsaslandırmışdır ki, iddiaçı torpaq sahəsinə hüququn qeydə alınması üçün hüquqmüəyyənedici sənədə malik olmamaqla yanaşı, ayrılması iddia edilən torpaq sahəsinin Səbail Bələdiyyəsinə verilmiş torpaqlara aid olması da sübuta yetirilmir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmış və qeyd olunmuşdur ki, məhkəmə belə qənaətə gəlmişdir ki, təqdim etdiyi *** saylı Sərəncamın əsli (həmçinin Səbail Bələdiyyəsindən 2024-cü ilin aprel ayında rəsmi olaraq alınmış bu sənədin təsdiq edilmiş surəti) torpaq sahəsinin satılması üçün müvafiq hüquqmüəyyənedici akt (yəni hüquqi əsas verən akt) deyil. Lakin bu sənədlər dövlət möhürü və inzibati orqanın məsul işçilərinin (sədrinin) imzaları ilə təsdiqlənib. Digər tərəfdən, məhkəmə işə qərəzli, qeyri-obyektiv və birtərəfli münasibətini davam etdirərək, işdə olan digər aşağıdakı faktiki halların müəyyən edilməsini zəruri hesab etmir: mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olması faktını (1996-cı ildən istifadə və 2004-cü ildən isə sahiblik etməsi). Eyni zamanda, məhkəmə bu müddət ərzində iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin abadlaşdırılmasına nə qədər əmək və maliyyə vəsaiti xərcləndiyini görməməyə üstünlük verir; -iddiaçının torpaq sahəsinin dəyərini ödədiyi ilkin orijinal ödəniş qəbzinin işdə mövcud olması faktı; -perimetri boyunca bütün qonşuların bələdiyyə mülkiyyətindən onlara verilmiş torpaq sahələrinin sahibləri (mülkiyyətçiləri) olması faktı. Bundan başqa, məhkəmənin iddiaçıdan ## #### 2002-ci il tarixli ** saylı Protokolu təqdim edilməsinin tələbi, habelə bələdiyyə Qərarı əvəzinə onun yalnız bu orqanın Sərəncamının olduğunu izah etməsi daha absurd görünür. Vətəndaş heç bir halda inzibati səlahiyyətlərin daşıyıcısı ola bilməz və bu orqanların hərəkətlərinə və qəbul etdikləri aktlara görə məsuliyyət daşıya bilməz. Üstəlik, o, inzibati orqanlara və onların çıxardığı aktlara etibar etməyə haqlıdır. "Bələdiyyə torpaqlarının ayrılması ilə bağlı sənədlərin hazırlanması və razılaşdırılması" Qaydaları haqqında ##.##.2002 tarixli AR Qanunu ilə təsdiqlənmiş Əsasnaməyə uyğun olaraq (2004-cü ilin sonunda, o zaman Səbail Bələdiyyəsi həmin torpaq sahəsinin hazırda vəfat etmiş atasına satılmasını rəsmiləşdirmişdir), atasının adına olan torpaq sahəsinə mülkiyyət hüququnun rəsmiləşdirilməsi üçün zəruri olan bütün sənədlər bələdiyyə tərəfindən qeydiyyat orqanına göndərilməlidir. Insan Hüquqları və əsas azadlıqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 - Qərarlar). Nəzərə almaq lazımdır ki, mərhum atası bu müqaviləni bağlayaraq, müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmiş, o cümlədən tələb olunan məbləği ödəmiş və bununla da alqı-satqı müqaviləsinin bütün şərtlərini tam şəkildə yerinə yetirmişdir. Cavabdeh tərəfindən çıxarılan inzibati akt mərhum atası Z.S.Məmmədova torpaq sahəsinin mənsub olması haqqında (bu sahə üzrə miras hüquqlarımın qeydiyyatı üçün zəruri olan) müvafiq Arayışın, bunun üçün hüquqi əsaslar olmadan, ona verilməsindən imtina edilməsini, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının digər Qanunları ilə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş və qorunan hüquqlarını kobud şəkildə pozduğu üçün qanunsuz hesab edir. Apellyasiya və kassasiya instansiyası məhkəmələrindəki icraat: Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ##### 2025-ci il tarixli qərarı ilə (hakimlər: M.Tağızadə/sədrlik edən və məruzəçi/, N.Nəbizadə və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından iddiaçı tərəfindən kassasiya şikayəti verilərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli ## ##### 2025-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin (bundan sonra IPM) 82ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. IPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair» ##.##.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarında qeyd edilmişdir ki, “36.Yuxarıda göstərilən bütün hallar iş üzrə düzgün və ədalətli qərarın qəbul edilməsi baxımından həlledici əhəmiyyət daşıdığı halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hallar hərtərəfli və obyektiv araşdırılmamışdır. Apellyasiya məhkəməsi sübutların toplanması, araşdırılması və qiymətləndirilməsi üzrə üzərinə düşən vəzifəni yerinə yetirməmiş, iş materiallarında mövcud olan rəsmi sənədlərə hüquqi qiymət verməmişdir. 37.Halbuki, apellyasiya instansiyası məhkəməsi mübahisənin faktiki və hüquqi əsaslarını tam şəkildə müəyyən etməli, inzibati aktın hüquqi qüvvəsini, torpaq sahəsinin hüquqi statusunu, eyni faktiki və hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə tətbiq edilmiş fərqli yanaşmanın mövcudluğunu, onun səbəblərini, eləcə də inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat aparılarkən bərabərlik hüququ prinsipinin pozulub-pozulmadığını hərtərəfli araşdırmalı idi. Bu tələblər yerinə yetirilmədən qəbul edilmiş məhkəmə aktı əsaslandırılmış və qanuni hesab edilə bilməz. 38.Odur ki, işin təkrar apelyasiya baxışı zamanı apelyasiya məhkəməsi yuxarıda qeyd olunan məsələlərin araşdırılması zamanı həm də iddiaçının adına məxsusluq arayışının verilməsini tələb etdiyi torpaq sahəsinin yerləşdiyi yerin dəqiq müəyyən edilməsi, həmin yerin gələcəkdə xüsusi mülkiyyət hüququ əsasında qeydə alınma imkanının mümkünlüyü istiqamətində də bir araşdırma aparmalı və bu zaman iddiaçının tələbinin təmin ediləcəyi təqdirdə bunun gələcəkdə iddiaçının həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas yaradacağını nəzərə almalıdır.” Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası Ali Məhkəmənin qərarında əks olunan hüquqi mövqeləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (IPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). Iddiaçı IPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Iddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Cavabdeh tərəfindən iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina olunduğundan, tərəflər arasında inzibati mübahisə mövcuddur. Iddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. IPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası iddianın mahiyyəti üzrə aşağıdakıları qeyd edir: Iddia mümkün olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə Kollegiyası ilk olaraq aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. - 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqısatqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Həmin Qanunun 6.6-cı maddəsinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Həmin Qanunun 6.7-ci maddəsinə əsasən bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 5 iş günündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il ## ###### tarixli, *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” Qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət aktı tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir”. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər. Bələdiyyənin iclası iclasda iştirak edən bələdiyyə üzvlərinin qeydiyyatından başlanır. Üzrlü səbəbdən iclasda iştirak edə bilməyən bələdiyyə üzvü bu barədə əvvəldən bələdiyyə sədrinə məlumat verməlidir. Bələdiyyə iclasının bələdiyyə ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı iyirmi beş faizinin, yaxud bələdiyyə üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırıldığı hallar istisna olmaqla, iclasın gündəliyinin layihəsini bələdiyyə sədri təsdiq edilmək üçün iclasın müzakirəsinə çıxarır. Bələdiyyə, bələdiyyə iclasında təsdiq olunmuş reqlamentə müvafiq surətdə fəaliyyət göstərir. Reqlamentdə bələdiyyə iclasının çağırılması və əhali ilə görüşlərin təşkili qaydaları, bələdiyyənin fəaliyyəti ilə bağlı digər məsələlər əks olunur. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bələdiyyələr üçün nümunəvi reqlament tövsiyə edilə bilər. Bələdiyyənin iclası bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 6-cı maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. Iclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrı-ayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası ilkin olaraq iş materiallarında olan sənədlərə nəzər yetirir: - Səbail bələdiyyəsinin *** №-li, ## ###### 2004-cü il tarixli Sərəncamının əsli ilə düzdür nüsxəsinin notarial təsdiq edilmiş surətindən görünür ki, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında vət. X3 adına sənədləşdirilməsi qərara alınmışdır. - # #### 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ##.##.2020-ci il tarixdə vəfat etmiş X3 vərəsələri: ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan pay almalıdır. - Iddiaçı Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mərhum X3 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Cavabdeh * saylı Bakı Ərazi Idarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Imtinaya əsas kimi qeyd edilmişdir ki, “…təqdim etdiyiniz sənədlər toplusunda olan torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən verilmiş qərar və torpaq sahəsinin yerləşmə cizgisi də təqdim edilməmişdir.” - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış *-**/*- *****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Səbail bələdiyyəsinin ##.##.2004-cü il tarixli *** nömrəli sərəncamı Bələdiyyələrlə iş mərkəzində qeydiyyata alınmamışdır. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Milli Arxiv Idarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş *-**-*F/*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Səbail Bələdiyyəsinin arxiv sənədləri, o cümlədən ##.##.2004-cü il tarixli, *** saylı sərəncam Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Səbail Bələdiyyəsi tərəfindən verilmiş **-**-**-***-M/**** nömrəli, ##.##.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, vətəndaş X9 adına torpaq sahəsinin sənədləşdirilməsi barədə Səbail Bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** saylı sərəncamı və digər aidiyyəti sənədlər Bələdiyyənin hazırda mövcud olan arxiv bazasında aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsinin tabeliyində “xxxx” MMC tərəfindən məhkəməyə ünvanlanmış *-**-*-**/*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma zamanı Səbail bələdiyyəsinin ##.##.2004-cü il tarixli, *** nömrəli Sərəncamı ilə X3 600 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Bakı Şəhər Icra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış *-**/*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ##.##.2018-ci il tarixli, *** saylı Fərmanı ilə Bakı Şəhər Icra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş Idarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş və idarəyə aid arxiv sənədləri müvafiq qurumda saxlanılmışdır. - Bakı Inzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış *-**-*/*-****/**** nömrəli, ##.##.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Təkrar apellyasiya baxışı zamanı ətraflı araşdırma aparan Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək mövqeyini aşağıdakı kimi əsaslandırır. Işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı Səbail rayonu, Salyan şosesi 32 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsinin əlavə olunmuş cizgi əsasında alqı-satqı qaydasında X3 adına sənədləşdirilməsi ilə bağlı olaraq Səbail bələdiyyəsinin *** nömrəli, ## ###### 2004-cü il tarixli Sərəncamın mövcudluğuna istinad edərək sözügedən torpaq sahəsinin mərhum atasına məxsus olması barədə arayış əldə etmək istəyir. Cavabdeh inzibati orqanın imtinasında qeyd edilmişdir ki, təqdim olunan “Torpaqların alqı-satqısına dair akt” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin Bakı şəhəri Səbail bələdiyyəsi tərəfindən verilmiş qərar və torpaq sahəsinin yerləşmə cizgisi də təqdim edilməmişdir. Cavabdeh inzibati orqan etirazında isə o hallara istinad etmişdir ki: - elektron kadastr məlumatlarına əsasən qeyd edilən torpaq sahəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı olmaqla dövlət mülkiyyəti torpağıdır və bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. - şərti göstərilən torpaq sahəsinin 50 kv.m hissəsi digər şəxs üçüncü şəxs1 adına verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində (kadastr planı) qeyd edilən koordinatlarla üst-üstə düşür. - torpaq sahəsinə dair təqdim olunmuş yerləşmə cizgisində istinad və məsafələr qeyd edilmədiyindən sənədlərin göstərilən torpaq sahəsinə aid olub-olmamasını müəyyən etmək mümkün olmamış və həmin cizgidə qeyd edilən ölçülər ilə faktiki sahə arasında perimetrik ölçü fərqi mövcuddur. Torpaq sahəsinin faktiki ölçüsü 600 kv.m təşkil edir. - bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Kassasiya instansiya məhkəməsinin hazırki iş üzrə qərarındakı göstərişi ondan ibarətdir ki, inzibati aktın hüquqi qüvvəsi, torpaq sahəsinin hüquqi statusu, eyni faktiki və hüquqi vəziyyətdə olan şəxslərə münasibətdə tətbiq edilmiş fərqli yanaşmanın mövcudluğu, onun səbəbləri, eləcə də inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraat aparılarkən bərabərlik hüququ prinsipinin pozulub-pozulmadığını hərtərəfli araşdırmalıdır. Məhkəmə kollegiyası əvvəla cavabdeh inzibati orqanın ilkin imtina əsası ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “Inzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“Inzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Məhkəmə kollegiyası bununla yanaşı etirazın digər dəlilləri ilə razılaşaraq diqqətə çatdırır ki, hazırki tələb üzrə məhkəmələr tərəfindən araşdırma 2 istiqamətdə getməlidir. Ilkin olaraq iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənədin yəni torpaqayırma aktının özünün və yerləşmə cizgisinin mövcudluğu və mötəbərliyi ilə bağlı məsələ müvafiq qaydada araşdırılmaqla qiymətləndirilir, daha sonra iddia olunan torpaq sahəsinin həqiqətən bələdiyyə (mülkiyyətində) torpağı olması və bələdiyyə tərəfindən sözügedən torpaq sahəsi ayrılarkən onun səlahiyyətli olması araşdırılır. Kollegiya onu da diqqətə çatdırır ki, iddiaçıya münasibətdə bərabərlik prinsipinin pozulub-pozulmamasının müəyyən edilməsi yalnız o zaman araşdırılmalıdır ki, iddiaçı qanunvericiliklə müəyyən olunmuş hüquqmüəyyənedici sənədə malik olsun. Bu əsasla məhkəmə kollegiyası ilkin olaraq iddiaçının istinad etdiyi akta qiymət verir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında da qeyd edilmişdir ki,
33. Belə ki, ilkin olaraq müəyyən olunur ki, torpaqayırma sənədinin özü və yerləşmə cizgisi yalnız kserosurət formasında iş materiallarına əlavə edilmişdir. Məhkəməyə təqdim olunmuş həmin sənədlərin notarial qaydada təsdiqi də fotosurətin düzgünlüyünün təsdiqi olmuşdur. Bundan başqa, Səbail Bələdiyyəsi əvvəlcə ##.##.2024-cü il tarixli məktubunda Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamın və ona əsas olan sənədlərin bələdiyyənin arxiv bazasında aşkar edilmədiyini bildirmişdir. Daha sonra isə Səbail Bələdiyyəsi ##.##.2024-cü il tarixli, **-***-***-** saylı məktubunda qeyd etmişdir ki, Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı ilə Badamdar qəsəbəsinə gedən yolun sağ kənarında yerləşən 1.38 ha torpaq sahəsi Bakı şəhəri Səbail bələdiyyəsinin inzibati ərazi hüdudları daxilində yerləşməklə X2 istifadəsinə verilmiş, bu barədə Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı iclas protokolu da mövcuddur. Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamı üçün əsas olmuş sənədlər üzrə qeydiyyata alınmışdır. Bununla belə, sonuncu məktuba istinad olunan sənəd - Bakı şəhəri Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli, *** saylı iclas protokolu əlavə edilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının ## ###### 2024-cü il tarixli məktubunda Səbail Bələdiyyəsinin ##.##.2003-cü il tarixli *** saylı sərəncamının dövlət arxivinin Bakı filialına təhvil verilmədiyi bildirilmişdir. Odur ki, təkrar apelyasiya baxışında ilk növbədə, iddiaçının istinad etdiyi torpaqayırma sənədinin özünün və yerləşmə cizgisinin mövcudluğu və mötəbərliyi ilə bağlı məsələ müvafiq qaydada araşdırılmaqla qiymətləndirilməlidir. Eyni yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *- *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında da öz əksini tapmışdır. Bundan əlavə oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qərarında qeyd edilmişdir ki,
32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bələdiyyələr tərəfindən ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması ilə əlaqədar tələblərə baxılarkən, məhkəmələr tərəfindən hüquqi əsas qismində qəbul edilən bələdiyyə qərarına münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinə uyğun olaraq, bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bu isə onu qeyd etməyə əsas verir ki, bələdiyyələr tərəfindən torpaq sahəsinin ayrılması yalnız bələdiyyə iclasının qərarı əsasında həyata keçirilə bilər.
33. Məhkəmə araşdırması zamanı bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı qərara hüquqi qiymət verilməsi üçün eyni tarixdə bələdiyyə iclasının keçirilibkeçirilməməsi, həmin iclasda sözügedən məsələnin müzakirə olunub olunmaması və bu növ qərarın qəbul edilib-edilməməsi, bələdiyyənin iclasının protokolu, bələdiyyə iclasının qərarı və torpaqayırma sənədlərinin (torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sxematik təsviri, cizgisi, alqı-satqı aktı və ya müqaviləsi, ödəniş qəbzi və s.) arxiv nüsxələrinin mövcud olub-olmaması araşdırılmış, lakin qeyd edilən bələdiyyə qərarı və ona məxsus inzibati icraat materialları nə bələdiyyənin arxivində, nə də digər arxiv idarələrində aşkar edilməmişdir. Məhkəmə kollegiyası yuxarı instansiya məhkəməsinin oxşar işlər üzrə formalaşmış ən yeni təcrübəsini də nəzərə alaraq qeyd edir ki, iddiaçı hüquqmüəyyənedici sənəd kimi Səbail Bələdiyyəsinin *** nömrəli, ## ###### 2004-cü il tarixli Sərəncamına istinad edir. Əvvəla iş materiallarına əlavə edilmiş Sərəncama nəzər yetirdikdə aydın olur ki, həmin sərəncamın əsli və ya əslinin təsdiq edilmiş surəti mövcud deyildir. Həmin sərəncamın əsli ilə düzdür nüsxəsi iş materiallarına əlavə edilmişdir. Məhkəmələr tərəfindən aparılmış araşdırmalar zamanı da sözügedən sərəncamın əsli və ya arxiv nüsxələri aşkar edilməmişdir. Hətta təkrar apellyasiya baxışı zamanı da 3-cü şəxs qismində işə cəlb edilmiş Səbail bələdiyyəsindən müvafiq hüquqmüəyyənedici sənəd və onun verilməsi ilə bağlı inzibati icraat materialları tələb edilsə də, məhkəmə iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi bələdiyyə arxivində saxlanılan Səbail Bələdiyyəsinin *** nömrəli, ## ###### 2004-cü il tarixli Sərəncamının əslini təqdim etmiş və iclas protokolunun həmçinin digər inzibati icraat materiallarının arxivdə mövcud olmadığını bildirmişdir. Nümayəndənin təqdim etdiyi sərəncama baxış zamanı isə həmin sərəncamın bələdiyyənin möhürü ilə təsdiq edilmədiyi aşkar edilmişdir. Kollegiya qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə bələdiyyələr tərəfindən qəbul edilən rəsmi sənədlərin müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi, qanunvericiliklə nəzərdə tutulmuş rekvizitlərə malik olması, o cümlədən bələdiyyənin möhürü ilə təsdiq edilməsi onların mənşəyinin və rəsmi xarakter daşımasının müəyyən edilməsi baxımından mühüm hüquqi əhəmiyyət kəsb edir. Iş materiallarında möhürsüz təqdim edilmiş sərəncamın həqiqətən müvafiq bələdiyyə tərəfindən qəbul edilməsini təsdiq edən digər mötəbər sübutlar, o cümlədən bələdiyyənin qərarlar kitabından çıxarış, arxiv sənədləri, iclas protokolu və ya səlahiyyətli dövlət orqanlarından əldə olunmuş təsdiqedici məlumatlar mövcud deyildir. Belə olan halda, təqdim edilmiş sərəncamın rəsmi sənəd kimi mənşəyi və həqiqiliyi məhkəmə tərəfindən etibarlı şəkildə müəyyən edilmir. Bu səbəbdən həmin sənəd mübahisənin həlli üçün mötəbər yazılı sübut kimi qəbul edilə bilməz və hüquqi nəticə doğuran rəsmi akt kimi qiymətləndirilməsi mümkün hesab edilmir. Həmçinin, bərabərində qeyd edilməlidir ki, sözügedən sərəncam Səbail Bələdiyyəsinin sədri tərəfindən imzalanmış, öz adından torpaq ayırması barədə qərar qəbul etmişdir. Halbuki, bələdiyyə sədri təkbaşına olaraq torpaq sahəsinin ayrılması barədə qərar verməkdə ümumiyyətlə səlahiyyətli olmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinə İ-ci hissəsinə əsasən bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 6) bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam; Konstitusiyanın 145-ci maddəsinin İ-ci hissəsinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. Həmin maddənin II-ci hissəsinə əsasən bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Qanun 16.4-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin II hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Həmin Qanunun 16.5-ci maddəsinə görə bələdiyyənin bütün iclasları protokollaşdırılır. Həmin Qanunun 33.3-cü maddəsinə görə Qanuna uyğun olaraq bələdiyyələr bələdiyyə mülkiyyəti obyektlərini fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, qanunla müəyyənləşdirilmiş qaydada özgəninkiləşdirə bilər, habelə bələdiyyə mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və ya istifadəyə verilən obyektlərdən istifadə şərtlərini müqavilə və sazişlərdə müəyyənləşdirə bilərlər. Qeyd olunan normalardan görünür ki, bələdiyyə əmlakının şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi barədə qərar qəbul edilir və bu qərar bələdiyyə iclasında bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Bununla yanaşı, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Inzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, “...hazırkı iş üzrə isə apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini pozaraq müvafiq araşdırma aparmadan, ehtimala əsaslanmaqla mübahisəli torpaq sahəsinin Bələdiyyənin mülkiyyətində olmadığı qənaətinə gəlmişdir. Halbuki, inkvizisiya prinsipini rəhbər tutaraq, məhkəmə Bələdiyyəni işə cəlb edərək müvafiq sənədləri əldə etmək, icarəyə dair aktı imzalayan şəxsləri müəyyən etməklə həmin aktın qanunvericiliyin tələblərinə uyğun olaraq “qərar” deyil “sərəncam” adlandırılmasının texniki səhv və yaxud “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Inzibati icraat haqqında” Qanun) 65.1.3-cü maddəsi ilə nəzərdə tutulan pozuntu olmasını aydınlaşdırmaq, müvafiq icra hakimiyyəti orqanlarının rəylərinin olub-olmamasını müəyyən etmək imkanlarına malik idi ki, bu da işin tam və hərtərəfli tədqiq edilməsinə xidmət etmiş olardı. Apellyasiya instansiyası məhkəməsinin qərarında o da göstərilmişdir ki, Azərbaycan Respublikasının 2002-ci il ## #### tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1, 17, 18 və 19-cu bəndlərinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun) 6.2, 6.5 və 6.9-cu maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65 və 66-cı maddələrinin tələblərinə zidd olaraq mərhum A.Mustafayevə bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsi ayrılmış, üstəlik bu ayırma kollegial orqan olan Bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı şəhər Icra hakimiyyətinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılması, eləcə də həmin dövrdə fəaliyyət göstərən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərinin (planlama) aparılması, həmin yerin planının (cizgisinin) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlanması iş materialları ilə təsdiqini tapmamışdır”. Birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, təqdim edilən sənədin texniki səhv olaraq yaxud bələdiyyənin əməkdaşlarının hüquqi savadsızlığı nəticəsində Qərar deyil, Sərəncam adlandırılması qəbul edilsə belə, o zaman bələdiyyə tərəfindən həqiqətən iclasın keçirilməsi və üzvlərin səs çoxluğu ilə iddiaçının mərhum atasına torpağın ayrılmasına qərar verməsi araşdırılmalıdır. Təqdim edilən Sərəncamda bələdiyyənin ##.##.2022-ci il tarixli, ** saylı iclas protokoluna istinad edilir. Lakin nə iddiaçı, nə üçüncü şəxs qismində cəlb edilmiş Bələdiyyə həmi iclasın protokolunu məhkəməyə təqdim edə bilmir. Həmçinin Bələdiyyəyə, Dövlət Arxivinə və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Baş Idarəsinə verilmiş sorğulara cavab məktublarından bələdiyyənin o tarixdə iclas keçirməsi müəyyən edilmir. Nəinki iclas keçirilməsi, Səbail Bələdiyyəsi, Dövlət Arxivinin Bakı Filialı və Ədliyyə Nazirliyinin Bələdiyyələrlə Iş Baş Idarəsində ümumiyyətlə ##.##.2004-cü il tarixli, 572 № li Sərəncamın olması sübuta yetirilmir. Hazırkı iş materiallarından isə görünür ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə Səbail bələdiyyəsinin kollegial qərarı ilə deyil, bələdiyyə sədrinin təkbaşına qəbul etdiyi sərəncam ilə verilmişdir. Işin ətraflı araşdırması nəticəsində müəyyən olunur ki, iddiaçının istinad etdiyi sərəncam “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinin tələbləri baxımından hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Belə olduğu halda məhkəmə kollegiyasının qənaəti həmçinin formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, nə qədərki, iddiaçının istinad etdiyi akt hüquqmüəyyənedici sənəd qismində qəbul edilmir, belə olan halda iddia olunan torpağın bələdiyyə mülkiyyətində olub-olmamasının araşdırılmasının da bir əhəmiyyəti qalmır. Iş üzrə təkrar apellyasiya baxışı zamanı iddiaçı tərəfindən bir sıra məhkəmə qərarları təqdim edilərək, iddia olunan torpaq sahəsinin ətrafında bələdiyyə qərarları əsasında mülkiyyət hüquqlarının qeydiyyata alındığı və bununla da ərazinin bələdiyyə mülkiyyətində olmasının müəyyən edildiyi fikri səslənmişdir. Məhkəmə kollegiyası bir daha diqqətə çatdırır ki, hazırkı iş üzrə iddia olunan torpağın bələdiyyə mülkiyyətinə aid olub-olmamasının müəyyən edilməsinədək ilkin araşdırma predmeti hüquqmüəyyənedici sənədlə bağlıdır ki, yuxarıda qeyd edildiyi kimi məhkəmə araşdırmaları ilə istinad olunan aktın hüquqmüəyyənedici sənəd qismində çıxış etməsinin mümkün olmadığı müəyyən edildi. Məhkəmə kollegiyası təkrarən diqqətə çatdırır ki, daşınmaz əmlakla bağlı hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Hazırkı inzibati iş materiallarından isə görünür ki, iddiaçının hüquqmüəyyənedici əsas qismində təqdim etdiyi sənəd qanunvericiliyin tələblərinə uyğun deyil. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Elvin Əliyev Fərid Mədətli