Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-334/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 publik hüquqi şəxsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Fərid İlham oğlu Mədətlinin sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyatı” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:
1. Bakı Şəhəri İcra Hakimiyyətinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə ##.##.1999-cu il tarixli Fərmanına əsasən Suraxanı rayonu üzrə Qaraçuxur qəsəbəsinin 166,93 ha torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sahələr daxilində Qaraçuxur qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir.
2. Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə vətəndaş İddiaçı Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsində (ayrıc aktında göstərilən yerdə) fərdi yaşayış evi tikmək üçün 245.80 kv.m (0,02458 ha) torpaq sahəsinin ayrılması qərara alınmışdır.
3. Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 mülkiyyətində olan torpaq sahəsinin alqısatqı yolu ilə mülkiyyətə verilməsi barədə müqaviləyə əsasən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir.
4. Kassa mədaxil orderindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir.
5. Situasiya planından görünür ki, iddiaçıya ayrılmış 0,02458 ha torpaq sahəsinin planı bələdiyyə tərəfindən tərtib olunmuş və təsdiq olunmuşdur.
6. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə hazırki tələblə müraciət etmiş, lakin sonuncu tərəfindən imtina məktubu ilə bildirilmişdir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi 2430130115, ********** nömrəli müraciətlər əsasında üçüncü şəxs1 MMC adına hazırlanmış yerquruluşu planın daxilində yerləşməklə üst-üstə düşür. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə perimetrik ölçülər qeyd olunmamış, konfiqurasiyada uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin ətrafından ortatəzyiqli yerüstü qaz xətti keçir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:
7. İddiaçı İddiaçı cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edir ki, cavabdeh heç bir əsaslı səbəb göstərmədən həmin torpaq sahəsinə hüququn tanınmasından imtina etmişdir. Yerləşmə cizgisində bələdiyyə qərarına istinad olunmaması iddiaçının təqsiri deyildir.
9. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon üçüncü şəxs2 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üçüncü şəxs1 MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir (zəruri cəlbetmə).
11. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin ## ###### 1997-ci il tarixli, *** nömrəli fərmanının həmin dövrdə qüvvədəolan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmiş torpaqların alqı-satqısına dair akt təqdim edilməmiş və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyənin qərarına istinad olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi 2430130115, ********** nömrəli müraciətlər əsasında üçüncü şəxs1 MMC adına hazırlanmış yerquruluşu planın daxilində yerləşməklə üst-üstə düşür. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə perimetrik ölçülər qeyd olunmamış, konfiqurasiyada uyğunsuzluq mövcuddur. Torpaq sahəsinin ətrafından ortatəzyiqli yerüstü qaz xətti keçir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
12. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi və Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 ** nömrəli, ##.##.2006-cı il tarixli qərarı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən 0,02458 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçıun mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdeh cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
13. Həmin qərardan narazı qalan üçüncü şəxs üçüncü şəxs1 MMC apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 mülkiyyətində olan və iddiaçı İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin də daxil olduğu 3,0 hektar torpaq sahəsi ərazisində aidiyyatı orqanların razılıqları əsasında mülkiyyətçilərə qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq kompensasiyalar verilməsi və ya yeni tikiləcək binalarda yaşayış sahəsi verilməklə köhnə evlərin sökülməsi nəzərdə tutulmuşdur. Çox təəssüf ki, məhkəmə tikinti şirkəti olaraq məhkəmə baxışında bizim iştirakımızı təmin etməməklə çəkişmə prinsipi pozulmuşdur. Bununla isə bizim hüquqlarımız kobudcasına pozulmuşdur. Belə ki, yuxarıda qeyd edildiyi kimi həmin torpaq sahəsində köhnə tikililərin sökülərək yerində yaraşıqlı hündürmərtəbəli yaşayış evlərinin tikilməsinə aidiyyatı orqanlar tərəfindən müvafiq razılıqlar və sərəncam verilmişdir. Odur ki, belə hesab edir ki, Bakı İnzibati Məhkəməsinin qeyd olunan qərarı ləğv olunmalı və obyektiv araşdırılma aparılması üçün işi müvafiq inzibati məhkəməyə göndərməlidir.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
15. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qərarı tam əsaslı və qanunauyğun olaraq qebul edilmiş ve onun iddiası tamin edilmişdir.
Tərəflərin izahatları
16. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 * saylı Bakı Ərazi İdarəsi sıradan çıxmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində cavabdeh1 onun hüquq varisi kimi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin ## #### 2025-ci il tarixli 3-21/3- *-F-***/**** nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində xxxx (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Ona görə də həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, belə olan halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-in özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1n * saylı Bakı Ərazi İdarəsi onun hüquqi varisi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ilə əvəz olunmuşdur.
17. ##.##.2026-cı il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunsa da inzibati məhkəmə icraatının iştirakçıları məhkəmə iclasında iştiraklarını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə onların iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; … 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
23. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
24. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür.
25. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 ** nömrəli, ##.##.2006-cı il tarixli qərarı ilə ayrılmış ünvan 1 ünvanında yerləşən 0,02458 ha torpaq sahəsi üzərində iddiaçı İddiaçıun mülkiyyət hüququnun dövlət qeydiyyata alınması, bu barədə çıxarışın verilməsi” barədədir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
27. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur.
28. İş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri İcra Hakimiyyətinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanunun tətbiq edilməsi barədə ##.##.1999-cu il tarixli Fərmanına əsasən Suraxanı rayonu üzrə Qaraçuxur qəsəbəsinin 166,93 ha torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sahələr daxilində Qaraçuxur qəsəbə Bələdiyyəsinə təhvil verilmişdir. Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı ilə vətəndaş İddiaçı Qaraçuxur qəsəbəsi, T.Şirinov küçəsində (ayrıc aktında göstərilən yerdə) fərdi yaşayış evi tikmək üçün 245.80 kv.m (0,02458 ha) torpaq sahəsinin ayrılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi barədə müqaviləyə əsasən torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Kassa mədaxil orderindən görünür ki, torpaq sahəsinin dəyəri iddiaçı tərəfindən ödənilmişdir. Situasiya planından görünür ki, iddiaçıya ayrılmış 0,02458 ha torpaq sahəsinin planı bələdiyyə tərəfindən tərtib olunmuş və təsdiq olunmuşdur.
29. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 86-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri alqı-satqı obyekti ola bilər. Bələdiyyə mülkiyyətindəki torpaqların alqı-satqısı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı, şəhərsalma sənədləri əsasında planlaşdırılır və qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyələr tərəfindən həyata keçirilir.
30. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.
31. Həmin Qanunun 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.
32. Həmçinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
33. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu təsərrüfat planı, yaşayış məntəqəsinın baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Mövcud yaşayış məhəllərində tikintisi mümkün olan ayrıayrı binaların yerləşdirilməsi üçün sahənin seçilməsi də bu bənddə göstərilmiş qaydada həyata keçirilir.
34. Həmin Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafıq icra hakimiyyəti orqanına göndərir.
35. Həmin Əsasnamənin 18-ci bəndinə əsasən müvafıq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
36. Həmin Əsasnamənin 19-cu bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır.
37. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
38. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin ##.##.2002ci il tarixli *** nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, Əsasnamənin 7-ci və 24-cü bəndlərində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri, 17, 18, 19, 21, 22-ci bəndlərində və 26-cı bəndinin ikinci cümləsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikası Dövlət və Xəritəçəkmə Komitəsinin (“DTXK”) yerli qurumları həyata keçirirlər.
39. Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
40. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2021-ci il tarixli qərarında göstərilmişdi ki, inzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).
42. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
43. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
44. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.
45. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il ## ###### tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il ## ###### tarixli, §49 Qərarlar).
47. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir”.
48. Beləliklə, müəyyən olunur ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 ** nömrəli, ##.##.2006-cı il tarixli qərarı əsasında iddiaçıya ayrılmışdır. Həmin qərar hal-hazırda da qüvvədədir, ləğv olunmamış, geri çağrılmamış və dəyişdirilməmişdir.
49. Birinci instansiya məhkəməsinin sorğusuna Dövlət Arxivinin Bakı flialı tərəfindən verilmiş cavab məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 ##.##.2006-cı il tarixli, ** nömrəli qərarı, torpaqların alqı-satqısına dair aktı və yerləşmə cizgisinin nüsxəsi arxivdə saxlanılır.
50. İş materillarında olan mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 245.8 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi (ikimərtəbəli+mansardlı) mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları “kateqoriyasına aiddir. Sahənin mülkiyyəti barədə bazada məlumat aşkar olunmadı. Göstərilən ərazidən 425.0 mm-lik və 108.0 mm-lik orta təzyiqli açıq qaz xətti keçir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilməyib. sahənin yaxınlığında 006011007606 (Günəşli inşaat Mənzil Tikinti Kooperativi) və 006013023762-10301 (sahə hazırda X1 xüsusi mülkiyyətindədir.) reyestr nömrəli sahələr qeydiyyata alınmışdır. Bundan əlavə göstərilən sahəyə yaşayış binalarının tikintisi məqsədilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi kimi yerquruluşu planının tərtib edilməsi barədə müraciət olmuş və 3.0 ha əraziyə yerquruluşu planı tərtib edilmişdir.
51. İş materiallarında olan Ekspert rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 245.8 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi (ikimərtəbəli+mansardlı) mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə “Yaşayış məntəqələrinin torpaqları “kateqoriyasına aiddir. Sahənin mülkiyyəti barədə bazada məlumat aşkar olunmadı. Göstərilən ərazidən 425.0 mm-lik və 108.0 mm-lik orta təzyiqli açıq qaz xətti keçir. Sahəyə dair yerləşmə cizgisi təqdim edilməyib. Sahənin yaxınlığında 006011007606 (Günəşli inşaat Mənzil Tikinti Kooperativi) və 006013023762-10301 (sahə hazırda X1 xüsusi mülkiyyətindədir) reyestr nömrəli sahələr qeydiyyata alınmışdır. Bundan əlavə göstərilən sahəyə yaşayış binalarının tikintisi məqsədilə icarəyə verilməsi nəzərdə tutulan torpaq sahəsi kimi yerquruluşu planının tərtib edilməsi barədə müraciət olmuş və 3.0 ha əraziyə yerquruluşu planı tərtib edilmişdir.
52. Qeyd olunanlara əsasən cavabdeh tərəfindən tərtib edilmiş mütəxəssis rəyində, habelə həmin rəyin əsasında hazırlanmış ekspert rəyində müvafiq torpaq sahəsinin mülkiyyət hüququ barədə elektron kadastr bazasında məlumatın mövcud olmadığına istinad olunmuşdur. Qeyd olunmalıdır ki, torpaq ayrılan zamanı torpaq sahələrinə münasibətdə məlumatların müstəsna daşıyıcısı olan DTXK çıxış etmişdir, indiki halda elektron kadastr baza məlumatları cavabdehdə olmuşdur. Hərçənd cavabdeh iddia edir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə mülkiyyətinə daxil deyildir, lakin bu mövqeyini təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Bundan başqa, kadastr bazasında həmin torpaq sahəsinin mülkiyyəti barədə məlumatın ümumiyyətlə mövcud olmaması şəraitində cavabdehin belə nəticəyə gəlməsinin əsasları izah olunmamışdır. Bu baxımdan vurğulanmalıdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən, müvafiq inzibati-ərazi vahidi hüdudlarında qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində saxlanılan və ya xüsusi mülkiyyətə verilmiş torpaqlar istisna edilməklə, qalan bütün torpaqlar bələdiyyə mülkiyyətinə aid edilir.
53. Ona görə də birinci instansiya məhkəməsinin dövlət və ya xüsusi mülkiyyətdə olması müəyyən edilməmiş torpaq sahələrinin hüquqi rejiminin bələdiyyə torpaqları kimi qiymətləndirilməsinə dair mövqeyi düzgün olmuşdur. Həmçinin məhkənin iddia predmetini təşkil edən torpaq sahəsinin dövlət və ya xüsusi mülkiyyət statusunun müəyyən edilməməsi şəraitində, qüvvədə olan bələdiyyə qərarına əsasən həmin torpaq sahəsinin bələdiyyə inzibati sərhədləri daxilində yerləşdiyi və bu səbəbdən bələdiyyə torpaqları kateqoriyasına aid edilməsini əsaslı hesab etməkdə haqlı olmuşdur.
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır.
55. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- *(***)-***/**** nömrəli, X6 cavabdeh1n * saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli, X2 cavabdeh1 * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli, Cəfər Həsənəliyevin cavabdeh1 * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, *-*(***)-****/**** nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, *- *(***)-****/**** nömrəli və X7 xxxxnin * saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)- ****/**** nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. Həmin bələdiyyə qərarı mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdirilməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin inzibati akt hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. İnzibati orqanlar inzibati aktın qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmışdır. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır.”
56. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsinin üçüncü şəxs1 MMC-nin adına hazırlanmış yerquruluşu planının sərhədləri daxilində yerləşməsi və həmin planla üstüstə düşməsi ilə bağlı qeyd edir ki, aparılmış ekspertiza tədqiqatı nəticəsində bu cür üst-üstə düşmə halı müəyyən edilməmişdir. Həm cavabdeh tərəfindən təqdim olunmuş mütəxəssis rəyində, həm də ekspert rəyində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsinin yaxınlığında Günəşli İşaat Mənzil Tikinti Kooperativinin mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Belə olan halda, cavabdehin istinad etdiyi bu arqument ekspertiza nəticələri ilə təsdiqini tapmadığından, onun iddianın təmin edilməsini istisna edən əsas hesab olunmur.
57. Torpaq sahəsinin ətrafından ortatəzyiqli yerüstü qaz xəttinin keçməsi, iddiaçının mülkiyyət hüququnun qeydiyyatına maneə yaratmır.
58. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsasli sayılmalıdır.
59. Məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində qeyd etdiyi “məhkəmə tikinti şirkəti olaraq məhkəmə baxışında onların iştirakını təmin etməməklə çəkişmə prinsipi pozulmuşdur” dəlillinə münasibətdə qeyd edir ki üçüncü şəxs1 MMC, Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edildikdən sonra bununla bağlı ##.##.2025-ci il tarixli bildiriş üçüncü şəxsə göndərilsədə də, üçüncü şəxs təərfindən bildirişin qəbulundan imtina edilmişdir. Bununla bağlı poçt qəbzində “imtina edildi” qeyd olunmuşdur.
60. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
61. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən məhkəmə sənədlərinin ünvanlandığı şəxs qanuni əsas olmadan onları qəbul etməkdən imtina edərsə, məhkəmə sənədləri verildiyi ünvanda qalmalıdır. Bu halda məhkəmə sənədləri rəsmi qaydada verilmiş hesab olunur.Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur. Məhkəmə bildirişinin ünvanlandığı şəxs tərəfindən həmin sənədləri qəbul etməkdən imtina edilməsi işə baxılması üçün və ya ayrıayrı prosessual hərəkətlərin edilməsi üçün maneə deyildir.
62. Məhkəmə kollegiyası apellyatorun “Bakı şəhəri Suraxanı rayonu üçüncü şəxs2 mülkiyyətində olan və iddiaçı İddiaçı fərdi yaşayış evi tikmək üçün verilmiş torpaq sahəsinin də daxil olduğu 3,0 hektar torpaq sahəsi ərazisində aidiyyatı orqanların razılıqları əsasında mülkiyyətçilərə qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq kompensasiyalar verilməsi və ya yeni tikiləcək binalarda yaşayış sahəsi verilməklə köhnə evlərin sökülməsi nəzərdə tutulması” dəlilinə münasibətdə qeyd edir ki, qeyd edilən hal bələdiyyənin müvafiq qərarına əsasən iddiaçıya qanuni əsaslarla ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatından imtina üçün əsas hesab edilə bilməz.
63. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, şikayət təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
64. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## ######## 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev