Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-335/2026 08.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Mehdiyeva İradə Tehran qızının cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi və əlillik dərəcəsinin təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və X6 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçı Mehdiyeva İradə Tehran qızının, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi həkim ekspertiza komissiyası tərəfindən verilmiş ##.##.2017-ci il tarixli, ***** №-li “Xəstəlik haqqında şəhadətnamə”sində göstərilmişdir ki, Mehdiyeva İradə Tehran qızının tibbi müayinəsi zamanı “Kəskin ifadəli depressiv tip şəxsiyyət pozuntusu, davamlı davranış pozuntuları və suiqəsd fikirləri ilə. Süd vəzilərinin fibroz-kistoz mastopatiyası. Düyünlü zob. Sol böyrəyin kistası. Klimakterik sindrom. Xroniki endoservisitin kəskinləşməsindən sonrakı vəziyyət. Auralı miqren. Neyrosirkulyator distoniya, hipertonik tip. Əngin tam adentiyası, ikincili protezləmə ilə. II (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə (BÇİ32,45).” diaqnozu xəstəlikdir, xidmət dövründə alınmışdır.
2. Mehdiyeva İradə Tehran qızına aid: ##.##.2018-ci il tarixli *******0002 №-li aktın qiymətləndirmə nəticəsindən görünür ki, X12: V Sinif Psixi pozğunluqlar və davranış pozğunluqları => F60-F69 -Yetkin yaşlarda təsadüf olunan şəxsiyyət və davranış Təsnifatı: pozğunluqları => F60 - Spesifik şəxsiyyət pozğunluqları => F60.3 - Şəxsiyyətin...; Diaqnozun mətni: Kəskin ifadəli şəxsiyyətin depresiv tip pozuntusu. Davamlı davranış pozuntuları suqest fikirləri ilə.; Meyar: 2.2 ikinci dərəcə əlillik 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri; Təyinat tarixi: ##.##.2018; Müddət: 05 il; Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar; Növbəti qiymətləndirmə tarixi: ##.##.2023. ##.##.2023-cü il tarixli *******0003 №-li aktın qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Spesifik şəxsiyyət pozuntuları. Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə. Meyar: 7.7.11 Psixi va davranış pozuntuları => Spesifik şəxsiyyat pozuntuları => Spesifik şəxsiyyət pozuntuları => Fərdin fəaliyyətinə (özünü neca hiss etməsi, insonlorla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyolar); münaqişəli, yayınma və ya yüksak danaralı asılılıqla ətrofdakılarla münasibət, aila, peşə va saaal dezodaptasiya, özüna va yo atrafo zərər yetirmə riski; Təyinat tarixi: ##.##.2023; Müddət: 02 il; Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar; Orqanizmin funksiyalarının pozulması faizi: 50 %; Növbəti qiymətləndirmə tarixi: ##.##.2025. ##.##.2025-ci il tarixli *******0004 №-li aktın qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Spesifik şəxsiyyət pozuntuları. Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnozun əlillik əlamətləri aşkar edilmir. Dövlət Tibbi Sosial-Ekspertiza və X11-Sosial Ekspert Komissiyasının ##.##.2025ci il tarixli, 3-17-4/3-3-****/**** №-li Qərarında göstərilmişdir ki; “... 3.Bakı şəhər sakini ##.##.1968-ci il təvəllüdlü Mehdiyeva İradə Tehran qızı Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: xüsusi Müraciətlərin sayı: ##.##.2018-##.##.2023 (5 il) II dərəcə HXD; ##.##.2023-##.##.2025 (2 il) OFP 50% HXD-(ESDAS: 3-17-4/3- 1-13862/2023) Təqdim edilmiş sənəd sayı: 7 Hərbi bilet: təqdim edilməyib XHŞ FHN TXXHK: ##.##.2017-ci il tarixli ***** saylı Xəstəlik haqqında Şəhadətnamə Obyektiv müayinə: Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, başgicəllənmədən, yuxusuzluqdan, qorxularının olmasından şikayətlənmişdir. Hamiləlik vaxtı da qorxuları olduğunu, sanki ona nəsə olacağını hiss etdiyini qeyd etmişdir. Özünə qəsd etmək istədiyini, lakin rəfiqəsi tərəfindən qarşısı alındığı söyləmişdir. Medikamentoz preparatlardan “Amitriptyline”, “Ketilept” qəbul etdiyini söyləmişdir. Psixiatrik müayinə:(Mehtizadə Şəhla)-Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Ünsiyyətə daxil olmuş, təqdim etdiyi şikayətlər “Panik ataklara” uyğun olmuşdur. Epikrizlərində, tibbi sənədlərində intihar cəhdi qeyd olunsa da, vətəndaş əyani müayinə zamanı bu barədə ətraflı məlumat verə bilməmişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intellektual mnestik funksiyaları yaşam tərzinə, sosial məişət şəraitinə uyğun olmuşdur. Vətəndaşın müayinəsi zamanı müşahidə olunan klinik əlamətlər hazırda əlillik təyinatına əsas verməmişdir. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələr: aparılmamışdır. Qərarın əsaslandırılması: Aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X3 ##.##.2025-ci il tarixli, **** №-li məktubu ilə təqdim edilmiş həmin qurum tərəfindən verilmiş ambulator Məhkəmə Psixiatrik Ekspertizasnın ##.##.2025-ci il tarixli, **** saylı rəyində qeyd olunmuşdur ki, “ ... Mehdiyevə İradə Tehran qızında hal-hazırda Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə (F60.4, F32) aşkar olunur. Bunu anamnestik məlumatlar – 10 ilə yaxındır vəziyyətinin dəyişməsi, bununla əlaqədar dəfələrlə SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də və * nömrəli Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicə olunması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətlər və aşkar olunan əlamətlər - əhvalruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən ağlaması, davranışında nümayişkaranəliyin biruzə verməsi, əsəbi gərginliklər zamanı onda təşviş meydana gəlməsi və s. sübut edir. II Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: ##.##.1968-ci il tarixdə doğulmuş Mehdiyeva İradə Tehran qızında “F60. Spesifik şəxsiyyət pozuntuları, şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə F32. Depressiv epizod, F60.4, Şəxsiyyətin isterik pozuntusu” diaqnozu təsdiq olunurmu? 2-ci sual: ##.##.1968-ci il tarixdə doğulmuş Mehdiyeva İradə Tehran qızı “F60. Spesifik şəxsiyyət pozuntuları, şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə, F32. Depressiv epizod, F60.4, Şəxsiyyətin isterik pozuntusu” diaqnozları səbəbilə daimi müşahidə zərurətində olmalıdır? 1-ci və 2-ci suallara cavab: Mehdiyeva İradə Tehran qızında hal-hazırda Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə (F60.4, F32) aşkar olunur. Bu diaqnozlar yoxlanılan şəxs İradə Mehdiyeva üçün davamlı ambulator dispanser müşahidəsini zəruri edir.”
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Mehdiyeva İradə Tehran qızı cavabdehlər Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Səhiyyə Nazirliyinin “Spesifik şəxsiyyət pozuntuları, şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla anamnezində intihar cəhdləri ilə” diaqnozlu xəstəliklərlə üçüncü dərəcə əlilliyin təyin edilməsi, ##.##.2025-ci il tarixindən üçüncü dərəcə əlilliyə görə pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. Sonradan iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdehlər Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi ilə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) əvəz olunmasını və məhkəmədən, iddia tələbinin isə “sonuncu forma 88 tarixindən əlilliyin təyin edilməsi” kimi dəyişdirilməsini xahiş etmişdir.
6. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyası və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə X1 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl olan cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz olunması və iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır.
7. Daha sonra iddiaçı yenidən məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən barəsində ##.##.2025-ci il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarının ləğv edilməsi və ona həmin tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
8. Məhkəmənin ##.##.2025-ci il tarixli Qərardadı ilə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2017-ci ildə hərbi xidmət dövrü ilə əlaqədar ona ikinci qrup əlillik dərəcəsi verilmiş və ona “Spesifik şəxsiyyət pozuntuları, şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla anamnezində intihar cəhdləri ilə” diaqnozu qoyulmuşdur. 2018-ci ildən 2023-cü ilədək əlillik dərəcəsi təyin edilmiş, ##.##.2023-cü ildən ##.##.2025-ci ilədək üçüncü dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin edilərkən, sağlamlığın 56 % pozulması qeyd edilmişdir. Lakin 2017-ci ildən hal-hazırkı vaxtadək sağlamlığı bərpa edilməmişdir. Daha sonra 2025-ci ildə yenidən əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı müraciət etmiş və ona ##.##.2025-ci il tarixdə “Şəxsiyyətin emosional davamsız pozuntusu, şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla anamnezində intihar cəhdləri ilə” diaqnozu ilə diaqnozun əlillik əlamətlərinin aşkar edilməməsi əsası ilə imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddia tələbi təmin olunmalıdır.
10. ##.##.2025-ci il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı münasibət (etirazı) məhkəməyə təqdim olunmuşdir.
11. Cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçının obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, başgicəllənmədən, yuxusuzluqdan, qorxularının olmasından şikayətlənmişdir. Hamiləlik vaxtı da qorxuları olduğunu, sanki ona nəsə olacağını hiss etdiyini qeyd etmişdir. Özünə qəsd etmək istədiyini, lakin rəfiqəsi tərəfindən qarşısı alındığı söyləmişdir. Medikamentoz preparatlardan “Amitriptyline”, “Ketilept” qəbul etdiyini söyləmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya uyğun olmuşdur. Ünsiyyətə daxil olmuş, təqdim etdiyi şikayətlər “Panik ataklara” uyğun olmuşdur. Epikrizlərində, tibbi sənədlərində intihar cəhdi qeyd olunsa da, vətəndaş əyani müayinə zamanı bu barədə ətraflı məlumat verə bilməmişdir. Emosional labil şəxs kimi dəyərləndirilmiş, intellektual mnestik funksiyaları yaşam tərzinə, sosial məişət şəraitinə uyğun olmuşdur. Vətəndaşın müayinəsi zamanı müşahidə olunan klinik əlamətlər hazırda əlillik təyinatına əsas verməmişdir. DTSERA-da aparılmış laborator və İnstrumental müayinə aparılmamışdır, hərbi bilet təqdim edilməmişdir. Aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur.
12. İş üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
14. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya 2018-ci il tarixdən 5 il müddətinə “Kəskin ifadəli şəxsiyyətin depresiv tip pozuntusu. Davamlı davranış pozuntuları suqest fikirləri ilə” diaqnozu əsasında ikinci dərəcə əlillik təyin edilmişdir.
15. Daha sonra iddiaçıya 2023-cü il tarixdən 2 il müddətinə “Spesifik şəxsiyyət pozuntuları. Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə” diaqnozu əsasında əlillik təyin edilmişdir.
16. İş materiallarına əlavə edilmiş epikriz çıxarışlarından da məlum olur ki, iddiaçı son dəfə əlilliyinin müəyyən edildiyi dövrdə də dəfələrlə xəstəliyinin kəskinləşməsi səbəbindən tibb müəssisələrinə müraciət etmiş və müəyyən fasilələrlə müalicəsi davam etdirilmişdir. Ötən illər ərzində iddiaçının vəziyyətində sağalma və yaxşılaşma izlənilməmişdir. Bu səbəbdən, iddiaçı əlilliyinin yenidən müəyyən edilməsi üçün müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi zamanı diaqnozun əlillik əlaməti təyin etməməsi qənaətinə gəlmişdir. Həmin qərarla razılaşmayan iddiaçının şikayətinə əsasən cavabdeh orqan tərəfindən onun əyani müayinəsi aparılmış və sonuncu tərəfindən həyata keçirilmiş əyani müayinənin nəticələrinə əsasən qəbul etdiyi qərar da iddiaçının xeyrinə olmamışdır, qərarda aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmadığı göstərilmişdir.
17. Məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir.
18. Məhkəmənin təyin etdiyi məhkəmə-tibbi ekspertizasının rəyi ilə iddiaçıda hazırda mövcud olan diaqnozun əvvəlki diaqnozla eynilik təşkil etdiyi təsdiqlənmişdir.
19. Görünən odur ki, iddiaçıda 2018-ci ildən başlayan və tez-tez kəskinləşmə ilə müşayiət edilən “şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə” xəstəliyi hal-hazırda da aktualdır.
20. İnzibati orqan iddiaçının sözügedən xəstəlikdən əziyyət çəkdiyini heç bir şəkildə inkar etməsə və əksinə həmin diaqnozu təsdiqləsə də, əlilliyin təyinindən imtina edilməsi barədə mövqeyində israrlıdır.
21. Əvvəlki illərdə inzibati orqan iddiaçıda müşahidə olunan xəstəliyi klinik xarakteri və simptomatikası baxımından əlillik təyini üçün tibbi əsas kimi qəbul etsə də, iddiaçının sonuncu müraciəti zamanı həmin xəstəlik və ağırlaşmasının buna kifayət etmədiyi qənaətində olmuşdur.
22. Bir daha vurğulanır ki, iddiaçının əlilliyin müəyyən edilməsindən imtina barədə qərarda iddiaçıda xəstəliyin və onun ağırlaşmasının hansı dərəcədə mövcud olduğu və əlilliyin təyini üçün hansı dərəcədə olmalı olduğu ümumiyyətlə əsaslandırılmamışdır.
23. Bu cür yanaşma inzibati icraatın aparılması qaydalarını müəyyən edən prinsiplərin mahiyyətinə xələl gətirməklə, həm də iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun əhəmiyyətini heçə endirir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
24. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
25. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəmə-psixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X10-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirirlər ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzi heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F60-Spesifik şəxsiyyət pozuntuları, Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.7-ci bəndinə əsasən Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır: - şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti; - kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi.
Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müəyinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEK-in) hüquqlarını pozmuşdur
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
29. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası MPM-in 58-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi ilə əvəz olunmasını qərara almışdır.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ...
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); ...
2. Göndərişin verilməsi qaydası 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X12na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir.
31. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: ... 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı:
2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı:
2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı:
2. II dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: 2. II dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı:
2. II dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı:
2. II dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı.
32. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: ... Maddə 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
33. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: ... 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; ... 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrı- ayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
34. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
37. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
39. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, bu “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir.
40. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir.
41. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
42. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil.
43. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
44. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya 2018-ci il tarixdən 5 il müddətinə “Kəskin ifadəli şəxsiyyətin depresiv tip pozuntusu. Davamlı davranış pozuntuları suqest fikirləri ilə” diaqnozu əsasında ikinci dərəcə əlillik təyin edilmişdir.
45. Daha sonra iddiaçıya 2023-cü il tarixdən 2 il müddətinə “Spesifik şəxsiyyət pozuntuları. Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə” diaqnozu əsasında əlillik təyin edilmişdir.
46. İş materiallarına əlavə edilmiş epikriz çıxarışlarından da məlum olur ki, iddiaçı son dəfə əlilliyinin müəyyən edildiyi dövrdə də dəfələrlə xəstəliyinin kəskinləşməsi səbəbindən tibb müəssisələrinə müraciət etmiş və müəyyən fasilələrlə müalicəsi davam etdirilmişdir. Ötən illər ərzində iddiaçının vəziyyətində sağalma və yaxşılaşma izlənilməmişdir.
47. Bu səbəbdən, iddiaçı əlilliyinin yenidən müəyyən edilməsi üçün müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi zamanı diaqnozun əlillik əlaməti təyin etməməsi qənaətinə gəlmişdir.
48. Həmin qərarla razılaşmayan iddiaçının şikayətinə əsasən cavabdeh orqan tərəfindən onun əyani müayinəsi aparılmış və sonuncu tərəfindən həyata keçirilmiş əyani müayinənin nəticələrinə əsasən qəbul etdiyi qərar da iddiaçının xeyrinə olmamışdır, qərarda aparılan anamnestik və obyektiv müayinələrin nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək psixi pozuntular aşkarlanmadığı göstərilmişdir.
49. Məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir.
50. Məhkəmənin təyin etdiyi məhkəmə-tibbi ekspertizasının rəyi ilə iddiaçıda hazırda mövcud olan diaqnozun əvvəlki diaqnozla eynilik təşkil etdiyi təsdiqlənmişdir. (İş / v -62-64)
51. Görünən odur ki, iddiaçıda 2018-ci ildən başlayan və tez-tez kəskinləşmə ilə müşayiət edilən “şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə” xəstəliyi hal-hazırda da aktualdır.
52. İnzibati orqan iddiaçının sözügedən xəstəlikdən əziyyət çəkdiyini heç bir şəkildə inkar etməsə və əksinə həmin diaqnozu təsdiqləsə də, əlilliyin təyinindən imtina edilməsi barədə mövqeyində israrlıdır.
53. Əvvəlki illərdə inzibati orqan iddiaçıda müşahidə olunan xəstəliyi klinik xarakteri və simptomatikası baxımından əlillik təyini üçün tibbi əsas kimi qəbul etsə də, iddiaçının sonuncu müraciəti zamanı həmin xəstəlik və ağırlaşmasının buna kifayət etmədiyi qənaətində olmuşdur.
54. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar.
55. Belə olan halda, əvvəlki dövr üzrə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır.
56. Halbuki illərlə eyni xəstəlik səbəbindən əlilliyi müəyyən edilən şəxs statusunda olmuş iddiaçının sağlamlıq vəziyyətində heç bir sağalma və yaxşılaşma müşahidə edilməməsi halında, ona əlillik təyin edilməsi ilə bağlı müraciətinə inzibati orqanın inzibati icraatın aparılma qaydasını və başlıca prinsiplərini bəyan edən qanunvericiliyin tələblərinə uyğun olmayan, motivasiya hissəsi ilə nəticə hissəsinin ayırd edilməsi qeyri-mümkün olan imtina qərarı sonuncunun hərəkətlərinin qanuniliyini şübhə altına almaqla, əsaslı və ədalətli yanaşma sərgiləmədiyinə dəlalət edir.
57. Əlilliyin müəyyən olunması və əlilliklə bağlı sair oxşar xüsusiyyətli inzibati icraatlar üzrə ərizəçi, o cümlədən inzibati mübahisələr üzrə iddiaçı qismində müxtəlif növ xəstəlik və patologiyalar, habelə onların fonunda yaranan ağırlaşmalardan əziyyət çəkən şəxslərin iştirak etməsi mübahisəsizdir, hətta həmin xəstəlik, patologiya və ağırlaşmaların əlilliyin təyininə əsas vermədiyi təqdirdə belə, həssas yanaşmanı labüd edən vəziyyət dəyişmir. Ərizəçiyə müraciətinin hansı səbəbə onun xeyrinə müsbət həll edilməməsi dəqiq, dolğun, aydın və inandırıcı formada təqdim edilməlidir.
58. Bu yanaşma “İnzibati icraat haqqında” müddəalarından irəli gəlir, belə ki, həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə, yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur.
59. Həmin maddədə inzibati aktın əsaslandırılması barədə tələbin istisna edildiyi hallardan biri kimi inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsinin təmin olunması və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edilməsi halının təsbit edilməsi özözlüyündə sözügedən normanın daha çox ona münasibətdə əlverişsiz inzibati akt qəbul edilmiş maraqlı şəxsin mənafeyinə xidmət etdiyini göstərir.
60. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutların inzibati aktda göstərilməsinin vacibliyi şərti bu qəbildən olan icraatlar üzrə o zaman ödənilmiş hesab edilə bilər ki, şəxsin sağlamlıq vəziyyətinin obyektiv qiymətləndirilməsi xəstəliyin spesifikasına uyğun, lazımi və düzgün diaqnostik metodlardan istifadə edilməklə həyata keçirilmiş müayinə nəticələrinə əsaslansın. Əlillik bilavasitə qiymətləndirmə nəticəsində müəyyən olunur ki, belə qiymətləndirmə zamanı şəxsin fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar əsasında obyektiv dəyərləndirilir, xüsusən də xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları və digər faktorlar nəzərə alınır. Bu qaydadan kənar, yalnız formal olaraq aparılmış müayinə zahiri görüntü yaratmaq məqsədi daşımaqla, nəticələri şəxsin sağlamlığının həqiqi vəziyyətini əks etdirən və mötəbərliyi şübhə doğurmayan sübut kimi qəbul edilə bilməz.
61. Hazırkı işdən də iddiaçının diaqnozu “Kəskin ifadəli şəxsiyyətin depresiv tip pozuntusu. Davamlı davranış pozuntuları suqest fikirləri ilə” xəstəliyi və ağırlaşmalarının müəyyən edilməsi üçün düzgün instrumental müayinələrin aparılması görünmür.
62. “Əlilliyin müəyyən edilməsi meyarları”na görə, Şəxsiyyət pozuntuları zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi aşağıdakılara əsaslanır:- şəxsiyyətin koqnitiv, emosional, davranış və şəxslər arası sahədə anomaliyalarının təzahür dərəcəsi; - uşaq, yeniyetmə və ya yetkin yaşlarda şəxsiyyətin anomaliyalarının başlanması; - dekompensasiya vəziyyətinin tezliyi və davametmə müddəti;- kompensasiya dövründə adaptasiya imkanları; - sosial təhlükəli davranışların ağırlığı və tezliyi (ətrafdakılara qarşı qanunazidd və ya aqresiv davranışlar və intihar cəhdləri); - intellektin inkişafı və öz davranışına tənqid dərəcəsi. Müalicəvi və reabilitasiya müdaxilələrinin effektliliyi.
63. Adıçəkilən normativ aktın tələblərindən də anlaşıldığı kimi, əlillik dərəcəsinin təyini üçün əsas götürülməli olan meyarlardır.
64. Nəticə etibarilə, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsində qeyd olunmuş meyarlar öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx”nin **** saylı ekspert rəyində qeyd olunmuşdur ki, Mehdiyevə İradə Tehran qızında hal-hazırda “şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə (F60.4, F32)” aşkar olunur. Bunu anamnestik məlumatlar – 10 ilə yaxındır vəziyyətinin dəyişməsi, bununla əlaqədar dəfələrlə SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-də və * nömrəli Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicə olunması, həmçinin hazırkı müayinə zamanı təqdim etdiyi şikayətlər və aşkar olunan əlamətlər - əhval-ruhiyyəsinin dəyişkən olması, xarici qıcıqlara qarşı həssaslığının artması, əhəmiyyətsiz səbəblərdən ağlaması, davranışında nümayişkaranəliyin biruzə verməsi, əsəbi gərginliklər zamanı onda təşviş meydana gəlməsi və s. sübut edir.
65. Bir daha vurğulanır ki, iddiaçının əlilliyin müəyyən edilməsindən imtina barədə qərarda iddiaçıda xəstəliyin və onun ağırlaşmasının hansı dərəcədə mövcud olduğu və əlilliyin təyini üçün hansı dərəcədə olmalı olduğu ümumiyyətlə əsaslandırılmamışdır.
66. Bu cür yanaşma inzibati icraatın aparılması qaydalarını müəyyən edən prinsiplərin mahiyyətinə xələl gətirməklə, həm də iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnun əhəmiyyətini heçə endirir.
67. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyin müəyyən edilməsi və əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində göstərən publik hüquqi şəxsdir. Müvafiq sahədə tibbisosial ekspertiza keçirərək, şəxslərin əlilliyini və reabilitasiya imkanlarını qiymətləndirmək, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin orqanizminin funksiyalarının pozulması faizini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək, tibbi-sosial ekspert komissiyaları vasitəsilə əlilliyi müəyyən olunan şəxslərin meyarlarını tərtib etmək və onun icrasına nəzarət etmək Agentliyin vəzifələri kimi müəyyənləşdirilmişdir.
68. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Agentliyin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
69. Əlillik “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
70. “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri tək-tək sadalanmaqla, uyğun XBT kodu və müqabilində təyin edilməli olan orqanizmin funksiyalarının pozulması faizi və müddəti göstərilmişdir.
71. Bundan çıxış edərək məhkəmə hesab edir ki, əlilliyin müəyyən edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklər, zədələr və çatışmazlıqlar aşkar edildikdə, Agentlik onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətlərinə uyğun əlilliyin dərəcəsini və müddətini müəyyən edilməsi barədə qərar qəbul etməyə borcludur. Yəni əlilliyin müəyyən olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
72. Digər tərəfdən, əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələlərin Agentliyin müstəsna səlahiyyəti kimi səciyyələndirilməsi bu fəaliyyətin həyata keçirilməsinə inzibati məhkəmə nəzarətini istisna etmir. Belə ki, inzibati orqanların bütün akt və hərəkətlərinin məhkəmə nəzarətinə açıq olması hüquqi dövlətin məcburi şərtidir.
73. Dolayısı ilə, bu sahədə məhkəmə nəzarətinin həyata keçirilməsi inzibati orqanın səlahiyyətlərinə müdaxilə edilməsi və ya mənimsənilməsi anlamında təfsir edilməməlidir.
74. Xüsusilə vurğulanmalıdır ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.
75. Nəzərə alınmalıdır ki, qanunvericilikdə əlillik təyin etməklə bağlı səlahiyyət “qapalı səlahiyyət” kimi müəyyən olunmuşdur. Buna görə, şəxsdə “Əlilliyin müəyyən edilməsi meyarları”na Əlavədə konkret sadalanan və qiymətləndirmə meyarlarına cavab verən xəstəliklər, zədələr və ya çatışmazlıqların mövcudluğu təsdiq olunursa, inzibati orqanın həmin şəxsə əlillik təyin etmək öhdəliyi yaranır.
76. Xəstəlik, zədə və ya çatışmazlığın şəxsdə mövcud olub-olmadığının müəyyənləşdirilməsi isə “qiymətləndirmə azadlığı” çərçivəsində inzibati orqan tərəfindən həll edilməli məsələdir. Yəni, məhz inzibati orqan özünün malik olduğu qiymətləndirmə mülahizəsi əsasında şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olub-olmadığını həll edir. Məhkəmələr işə baxarkən inzibati orqanın “qiymətləndirmə azadlığı”ndan düzgün istifadə edib-etmədiyini yoxlayırlar. “Qiymətləndirə azadlığı”nın məhkəmə qaydasında yoxlanılmasının həddləri məhdud olsa da, belə yoxlama yolveriləndir. Bu zaman, orqanın ilk növbədə, müvafiq nəticəyə gələrkən hər hansı əsaslara və hallara istinad edib-etmədiyinə baxılır, eləcə də istinadların nəticəyə gəlmək üçün mötəbər və yetərli olub-olmadığına qiymət verilir.
77. Əgər ekspertiza rəyi, poliklinika tərəfindən verilmiş göndəriş və işdə olan mötəbər digər tibbi sənədlərin məcmu halda qiymətləndirilməsi zamanı şəxsdə əlillik təyininə əsas verən xəstəlik, zədə və ya çatışmazlığın olduğu müəyyən olunarsa, o halda, “qiymətləndirmə azadlığı” hüququnda düzgün istifadə olunmadığı vəziyyəti yaranır. Ona görə də, inzibati orqanın üzərinə əlillik təyin etmək öhdəliyi qoyulur. Çünki “qapalı səlahiyyət” onu tələb edir ki, dispozisiya şərtləri mövcud olduqda orqan qanunda müəyyən olunmuş konkret qərarı qəbul etməlidir. Əlilliklə bağlı işlərə münasibətdə şəxsdə qanunvericilikdə təsbit olunmuş xəstəlik, zədə və ya çatışmazlığın mövcudluğu təsdiq olunursa, inzibati orqan ona əlillik təyin etmək vəzifəsi daşıyır.
78. Bununla belə, onu da vurğulamaq zəruridir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 7.2ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir.
79. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən, hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
80. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir.
81. Apellyasiya şikayəti ilə bağlı məhkəmə Kollegiyası həmçinin, onu da qeyd edir ki, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2026-cı il tarixli, 2-1(3-6)-335/2026 saylı qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
82. ## #### 2026-cı il tarixdə məhkəməyə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X3 ## #### 2026-cı il tarixli, T ***/**** saylı Rəyi daxil olmuşdur.
83. Ekspert Rəyindən müəyyən olunmuşdur ki: 1,2. Vətəndaş İ.T.M ehdiyevanın əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: F60-Spsifık şəxsiyyət pozuntuları. Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə, Ağırlaşma: F32-Depressiv epizod, F60.4-Şəxsiyyətin isterik pozuntusu” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin ##.##.2025-ci il tarixdə əyani müayinəsi zamanı bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası situasiyaya, təqdim etdiyi şikayətlər “Panik ataklara”, intellektual amnestik funksiyaları yaşam tərzinə, sosial məişət şəraitinə uyğun olmuş, ünsiyyətə daxil olmuş, epikrizlərində, tibbi sənədlərində intihar cəhdi qeyd olunsa da, vətəndaş əyani müayinə zamanı bu barədə ətraflı məlumat verə bilməmiş, emosional labil şəxs kimi dəyərləndirilmiş, vətəndaşın müayinəsi zamanı müşahidə olunan klinik əlamətlər hazırda əlillik təyinatına əsas verməmişdir. Şəxsin ##.##.2026-cı il tarixdə məhkəmə-tibbi müayinəsi zamanı zahirən sakit, əhval-ruhiyyəsinin dəyişkən olması müşahidə edilmiş, suallara ətraflı, detallı cavab vermiş, ünsiyyətə sərbəst şəkildə daxil olmuşdur. - Vətəndaş İ.T.Mehdiyeva məhkəmə-tibbi müayinə zamanı * nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş və ##.##.2026-cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “F60, F60.4-Spesifık şəxsiyyət pozuntusu. Şəxsiyyətin isterik tip pozuntusu. Depressiv daxilolmalarla. Anamnezində intihar cəhdləri” diaqnozu qoyulmuşdur. - Qərardadın müvafiq yarımbəndlərində göstərilən hallar meyarların təyininə aid olduğundan onların həlli məhkəmə tibb ekspertləri tərəfindən deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir.
3. Vətəndaş İ.T.Mehdiyevanın barəsində verilmiş və iş materiallarında olan şəhadətnamədə (1/v-ll) əksini tapmış diaqnozlardan yalnız “Kəskin ifadəli depressiv tip şəxsiyyət pozuntusu, davamlı davranış pozuntuları və suiqəsd fikirləri ilə” 1-ci sualda göstərilən “Spesifik şəxsiyyət pozuntuları. Şəxsiyyətin isterik tip pozuntusu, depressiv daxilolmalarla, anamnezində intihar cəhdləri ilə; depressiv epizod; Şəxsiyyətin isterik pozğunluğu” diaqnozu ilə ümumən eynilik təşkil edir. Digər “Süd vəzilərinin fıbroz-kistoz mastopatiyası. Düyünlü zob. Sol böyrəyin kistası. Klimakterik sindrom. Xroniki endoservisitin kəskinləşməsindən sonrakı vəziyyət. Auralı miqren. Neyrosirkulyator distoniya, hipertonik tip. Əngin tam adentiyası, ikincili protezləmə ilə. II (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə (BÇİ-32,45)” xəstəliklər isə Forma 88 göndərişində qeyd olunmamışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir. Şəhadətnamə Hərbi Həkim Komissiyası tərəfindən verildiyindən Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən şəhadətləndirilmiş ##.##.2017-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilir ki, “Kəskin ifadəli depressiv tip şəxsiyyət pozuntusu, davamlı davranış pozuntuları və suiqəsd fikirləri ilə. Süd vəzilərinin fıbroz-kistoz mastopatiyası. Düyünlü zob. Sol böyrəyin kistası. Klimakterik sindrom. Xroniki endoservisitin kəskinləşməsindən sonrakı vəziyyət. Auralı miqren. Neyrosirkulyator distoniya, hipertonik tip. Əngin tam adentiyası, ikincili protezləmə ilə. II (ikinci) dərəcəli alimentar-konstitusional piylənmə (BÇİ-32,45)” xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.
84. Beləliklə, məhkəmə kollegiyası İPM-in 1.2, MPM-in 88-ci maddələrinə əsasən ekspert rəyinə iş materialları ilə birgə hüquqi qiymət verərək qeyd edir ki, ekspert rəyi və iş materialları ilə təsdiq olunur ki, vətəndaş İ.T.Mehdiyeva məhkəmə-tibbi müayinə zamanı * nömrəli Respublika Psixiatriya Xəstəxanasına göndərilmiş və ##.##.2026cı il tarixdə mütəxəssislər tərəfindən müayinə zamanı ona “F60, F60.4-Spesifık şəxsiyyət pozuntusu. Şəxsiyyətin isterik tip pozuntusu. Depressiv daxilolmalarla. Anamnezində intihar cəhdləri” diaqnozu qoyulmuşdur.
85. Həmçinin, iddiaçı Fövqaladə Hallar Nazirliyinin Tibb Xidmətinin Xüsusi Həkim Ekspertiza Komissiyası tərəfindən şəhadətləndirilmiş və ##.##.2017-ci il tarixli, ***** nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd edilir ki, “Kəskin ifadəli depressiv tip şəxsiyyət pozuntusu, davamlı davranış pozuntuları və sui-qəsd fikirləri ilə.
86. Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək apellyasiya şikayətinin dəlilləri ilə bağlı olaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri iddia tələbinin təmin olunmasını istisna etmir.Bununla belə, iddia təmin olunsa da, iddiaçıya hansı müddətə və orqanizmin neçə faiz pozulması ilə bağlı əlillik təyin edilməsi müəyyən olunmamışdır.
87. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *- *(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməklə iddiaçıya orqanizmin 35-60 faiz pozulması ilə 2 il müddətinə əlillik təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
88. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməlidir.
89. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** saylı, ## ###### 2025-ci il tarixli qərarı iddiaçıya orqanizmin 35-60 faiz pozulması ilə 2 il müddətinə əlillik təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilsin. İddiaçı Mehdiyeva İradə Tehran qızının orqanizmin 35-60 faiz pozulması ilə 2 il müddətinə əlillik təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin üzərinə qoyulsun. Qalan hissədə qərar dəyişdirilməsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.