Məhkəmə qərarları › İş №2-1(3-6)-337/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-337/2026

09.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-337/2026 09.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Fərid İlham oğlu Mədətlidən (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İŞİN HALLARI:

1. X4 ## ###### 2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

2. X4 ## ###### 2024-cü il tarixdə vəfat etmişdir.

3. Əmək pensiyasının təyin edilməsi barədə ## #### 2024-cü il tarixli qərara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.8-ci maddəsinə müvafiq olaraq iddiaçı İddiaçı 1086,24 manat məbləğ olmaqla ailə başçısının itirməyə görə pensiya təyin olunmuşdur. (Dövlət qulluğu vəzifəsində stajı 31 il 7 ay 9 gün. Cəmi dövlət məvacibi 1209.72 manat.)

4. “Əmək pensiyasının yenidən hesablanması” haqqında ##.##.2025-ci il tarixli *-**-*/*- *-****/**** nömrəli qərara əsasən artıq vermə səbəbindən iddiaçının mərhum həyat yoldaşı Məhəmmədəli Hüseynovun pensiya məbləği 1477,76 manatdan 1357,81 manata azaldılmışıdır.

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək pensiya məbləğinin düzgün qaydada - ərinin aldığı 1477 manat pensiyanın 80 %-i miqdarında yenidən hesablanmasını və bu barədə ona məlumat verilməsini xahiş etmişdir.

6. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubla ona bildirilmişdir ki, mərhum həyat yoldaşı X8 pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 39.1-ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən M.B.Hüseynovun artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib. Belə ki, sonrakı artımlar nəzərə alınmaqla M.B.Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 595,00 manat, qulluq illərinə görə vəzifə maaşının 10 faizi miqda.nnda əlavəsi 59,50 manat, rütbəyə görə əlavəsi 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 513,22 manat olmaqla orta aylıq əmək haqqısı 1209,72 manat təşkil etmişdir. Bununla əlaqədar M.B.Hüseynovun əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən, 31 il 7 ay 9 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının (1209,72 manat) 80 faizi-967,78 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021- ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1053,28 manat məbləğində köçürülüb. Buna görə də M.B.Hüseynova həmin dövr ərzində ümumilikdə 1890,16 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən M.B.Hüseynovun əmək pensiyası 1221,05 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2023-##.##.2023cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1328,92 manat məbləğində köçürülüb. Buna görə də M.B.Hüseynova həmin dövr ərzində ümumilikdə 1294,44 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, əmək pensiyalarının növbəti dəfə # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar M.B.Hüseynovun pensiyası həmin tarixdən 1357,81 manat məbləğində hesablanmalı olduğu halda, 2024-cü ilin yanvar və fevral ayları üzrə hər ay 1477,76 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin dövr üzrə M.B.Hüseynova 239,90 manat artıq pul vəsaiti ödənilib. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün M.B.Hüseynova 102,62 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, yalnız son üç il üçün ümumilikdə 3527,12 (1890,16+1294,44+239,90+102,62) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Məhəmmədəli Hüseynovun ## ###### 2024-cü il tarixində vəfat etməsi ilə əlaqədar pensiya ödənişi # #### 2024-cü il tarixindən dayandırılıb. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Eyni zamanda bildirilir ki, müraciətin daxil olduğu ## ###### 2024-cü il tarixindən hesablanmaqla Mərkəzi Filial tərəfindən Qanunun 20.13-cü maddəsinin tələblərinə uyğun olaraq, sizə mərhum M.B.Hüseynovun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilib. Əmək pensiyanız mərhuma ödənilməli olan qanuni şərti əmək pensiyasının (1357,81 manat) 80 faizi-1086,24 manat məbləğində müəyyən edilib. Əmək pensiyalarının # ###### 2025-ci il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar pensiyanız həmin tarixdən 1174,23 manat təşkil edir. Əlavə olaraq bildirilir ki, əmək pensiyası hesablanması haqqında sizə # ### 2024-cü il tarixli *-**- */*-H-******/**** nömrəli, ## ###### 2024-cü il tarixli *-**-*/*-H-******/**** nömrəli və ## ###### 2025-ci il tarixli *-**-*/*-H-*****/**** nömrəli məktublarla ətraflı məlumat verilib.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT:

7. İddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə iddia tələbi “cavabdehin ## #### 2024-cü il tarixli pensiya təyini qərarında dəyişiklik edilməklə mərhum Məhəmmədəli Hüseynovun vəfat etdiyi tarixə aldığı pensiya məbləğinin 80 faizi məbləğində hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi kimi” icraata qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı uzun illər vergi orqanlarında işləmiş, dövlət qulluqçusu kimi ona pensiya təyin edilmiş, həmin şəxs ## ###### 2024-cü il tarixdə vəfat etmişdir. İddiaçı ona pensiya təyin edilməsi barədə müraciət etmiş, 1086 manat məbləğində ona pensiya təyinatı aparılmışdır. Pensiyası artırılmamış, cavabdeh onun həyat yoldaşına əvvəl artıq pensiya ödənildiyini bildirmiş, ödənilməli olan pensiya məbləğinin 80 faizinə məbləğində pensiya təyin edildiyi bildirilmişdir. İddiaçı qeyd edir ki, iddiaçının həyat yoldaşına 1477 manat pensiya məbləği müəyyən edilmişdir ki, onun 80 faizi miqdarında pensiya ona təyin edilməlidir.

10. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı M.Hüseynova sabiq vergi orqanı əməkdaşı kimi yaşa görə pensiya təyinatı aparılmış, ona pensiya artıq məbləğdə ödənilmişdir. Cavabdeh son olaraq bildirir ki, # ###### 2024-cü il tarixdən iddiaçıya ödənilməli olan pensiya 1357,81 manat müəyyən edilməli olmasına baxmayaraq 2024-cü ilin yanvar və fevral ayları üzrə hər ay 1477,76 manat məbləğində ödəniş edilib. Bundan əlavə, maddi yardım üzrə 2022-ci il üçün M.Hüseynova 102,62 manat artıq pul vəsaiti ödənilmişdir. Son üç il üçün ümumilikdə 3527,12 manat artıq pul vəsaiti ödənilmişdir. Şəxsə pensiya təyinatı 1357,81 manat məbləğində olmalı olduğundan onun 80 faizi miqdarında-1086,24 manat olmaqla iddiaçıya ailə başçısının itirməyə görə təyin edilən pensiya düzgün hesablanmışdır. 0# ###### 2025-ci il tarixdən hesablanmaqla indeksləşdirmə ilə əlaqədar pensiya 1174,23 manat təşkil edir.

11. Bakı İnzibati Məhkəməsinin *-*(***)-*****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək cavabdeh tərəfindən qəbul edilmiş X4 barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsi və cavabdehin iddiaçı İddiaçı barəsində qəbul etdiyi ## #### 2024cü il tarixli əmək pensiyasının təyin edilməsi haqqında qərarında dəyişiklik edilməklə mərhum Məhəmmədəli Hüseynovun vəfat etdiyi tarixə aldığı pensiya məbləğinin 80 faizi məbləğində hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

12. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI

Apellyasiya şikayətinin dəlilləri:

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X8 pensiya işinə aid sənədlərdə ona Fondun Yasamal rayon şöbəsi tərəfindən vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Qanununun 39.1ci maddəsinin # ###### 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən M.Hüseynovun artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilmişdir. Belə ki, sonrakı artımlar nəzərə alınmaqla M.Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 595,00 manat, qulluq illərinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 59,50 manat, rütbəyə görə əlavəsi 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 513,22 manat olmaqla orta aylıq əməkhaqqısı 1209,72 manat təşkil etmişdir. Bununla əlaqədar M.Hüseynovun əmək pensiyası Qanunun 20.11.2-ci maddəsinə əsasən, 31 il 7 ay 9 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əməkhaqqısının (1209,72 manat) 80 faizi-967,78 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021- ##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1053,28 manat məbləğində köçürülmüşdür. Buna görə də M.Hüseynova həmin dövr ərzində ümumilikdə 1890,16 manat artıq pul vəsaiti ödənilmişdir. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən M.Hüseynovun əmək pensiyası 1221,05 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1328,92 manat məbləğində köçürülmüşdür. Buna görə də M.Hüseynova həmin dövr ərzində ümumilikdə 1294,44 manat artıq pul vəsaiti ödənilmişdir. Eyni zamanda, əmək pensiyalarının növbəti dəfə # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar M.Hüseynovun pensiyası həmin tarixdən 1357,81 manat məbləğində hesablanmalı olduğu halda, 2024-cü ilin yanvar və fevral ayları üzrə hər ay 1477,76 manat məbləğində ödənilmişdir. Bu səbəbdən də həmin dövr üzrə M.Hüseynova 239,90 manat artıq pul vəsaiti ödənilmişdir. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün M.Hüseynova 102,62 manat artıq pul vəsaiti ödənilmişdir. Qeyd olunanları nəzərə alaraq, M.B.Hüseynova yalnız son üç il üçün ümumilikdə 3527,12 (1890,16+1294,44+239,90+102,62) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Məhəmmədəli Hüseynovun ## ###### 2024-cü il tarixində vəfat etməsi ilə əlaqədar pensiya ödənişi # #### 2024-cü il tarixindən dayandırılmışdır. Qanunun 39.4-cü maddəsinə əsasən “borc ödənilib qurtarmamış əmək pensiyası və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır”. Eyni zamanda bildiririk ki, iddiaçının müraciəti daxil olduğu ## ###### 2024-cü il tarixindən hesablanmaqla Mərkəzi Filial tərəfindən Qanunun 20.13-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçıya mərhum M.Hüseynovun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əmək pensiyası mərhuma ödənilməli olan qanuni şərti əmək pensiyasının (1357,81 manat) 80 faizi-1086,24 manat məbləğində müəyyən edilmişdir. Əmək pensiyalarının # ###### 2025-ci il tarixindən hesablanmaqla indeksləşdirilməsi ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 1174,23 manat təşkil edir. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, əmək pensiyasının yenidən hesablanması barədə ##.##.2025-ci il tarixli qərardan görünür ki, iddiaçının mərhum həyat yoldaşı Məhəmmədəli Hüseynovun pensiya məbləği 1477,76 manatdan endirilərək 1357,81 manat edilmişdir. Yuxarıda göstərilən normativ tənzimləmənin tələbindən isə görünür ki, ## ###### 2025-ci il tarixli qərar 1 illik müddət məhdudiyyəti nəzərə alınmamaqla qəbul edilmiş, göstərilən müddət məhdudiyyəti gözlənilməli olsa da, həmin müddət ötdükdən sonra əvvəllər aparılmış səhv hesablamaya istinadən dövlət qulluqçusu kimi pensiya təyinatı aparılmış şəxsin pensiya məbləği azaldılmışdır. Halbuki, həmin növ azaldılma şəxsin etimad hüququ qorunursa, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə və digər bu kimi vasitələrlə pensiya təyininə və müvafiq yenidən hesablamanın aparılmasına müdaxilə etmə müəyyən edilmirsə, 1 illik müddət ötdükdən sonra yol verilməzdir. Məhkəmənin həmin mövqeyinə münasibətdə bildiririk ki, iddiaçının mərhum ərinə ##.##.2005-ci il tarixdə vergi orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası təyin edilmiş və vəfat etdikdən sonra iddiaçıya ##.##.2024-cü il tarixli qərarla ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Daha sonra cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə inzibati akt qəbul edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən 1 illik müddət ötürülməmişdir

Apellyasiya şikayətinə etirazın dəlilləri:

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmamışdır.

Tərəflərin izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

14. Ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1 18 yaşına çatmamış; 14.1.1.2 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3 təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. Qanunun 20.1-ci maddəsinə qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); 20.1.9. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı), Azərbaycan Respublikası Audiovizual Şurasının, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri; 20.1.10. bu qanunun 20.1.9-cu maddəsində nəzərdə tutulmuş şəxslər və ya həmin şəxslər sırasından bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçıları vəfat etdikdə, onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri; 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir.

18. “İnzibati icraat haqqında” Qanun: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. 28.5. Bu Qanunun 28.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə inzibati icraat bu Qanunun VII fəslində müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla bu fəsildə müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

21. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.

22. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi ##.##.2025-ci il tarixdir. Həmin məktubun iddiaçı tərəfindən nə vaxt ələd olunması iş materiallarından müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası iddianın vaxtında verildiyini nəzərə alaraq hesab edir ki, iddia mümkündür.

23. İşin mahiyyətinə gəldikdə isə hazırda iddiaçının tələbi “cavabdehin ## #### 2024-cü il tarixli pensiya təyini qərarında dəyişiklik edilməklə mərhum Məhəmmədəli Hüseynovun vəfat etdiyi tarixə aldığı pensiya məbləğinin 80 faizi məbləğində hesablanması və ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi və ## ###### 2025-ci il tarixli qərarın ləğv edilməsi” barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, “iddiaçının həyat yoldaşına təyin edilmiş və ödənilmiş pensiya məbləğinin 1477,76 manatdan 1357,81 manata endirilməsi iddiaçıya təyin edilmiş pensiya məbləği ilə birbaşa əlaqədədir. Cavabdehin mərhumun vəfatından sonra 1 illik müddət məhdudiyyəti nəzərə alınmadan pensiyanın 1477,76 manatdan 1357,81 manata azaltması, pensiya alan şəxsin vəfatından sonra ailə başçısını itirməyə görə pensiya təyinatı aparılmış iddiaçıya mərhumun almış olduğu pensiyanın 80 faizi miqdarında pensiya təyinatı aparılması zamanı onun hüququnun pozuntusuna səbəb olmuşdur. Aydın məsələdir ki, göstərilən iki rəqəmin 80 faizi eyni rəqəm olmamaqla, sonuncu məbləğə uyğun hesablama pensiyanın məbləği baxımından iddiaçının hüquqi marağına cavab vermir. Cavabdeh isə 1 illik müddətlə bağlı məhdudiyyəti nəzərə almadan mərhumun vəfatından sonra həm onun pensiyasının azaldılması ilə bağlı qərar qəbul etmiş, bundan öncə isə iddiaçıya qərar qəbul edilməzdən əvvəl, inzibati akt qüvvədə olduğu halda 1357,81 manat məbləğ nəzərə alınmaqla pensiya təyinatı aparmışdır. Halbuki, 1 illik müddət məhdudiyyəti nəzərə alınmasa belə, hər bir halda əmək pensiyasının məbləği barədə 1477,76 manat məbləğin qanuniliyi inzibati aktla ləğv edilmədən, yəni ## ###### 2025-ci il tarixli qərar qəbul edilmədən, ## #### 2024-cü il tarixdə pensiyanın göstərilən qaydada müəyyən edilməsi yolverilməzdir.”

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:

25. İşin faktiki hallarından görünür ki, iddiaçının mərhum əri X4 ## ###### 2005-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və o ## ###### 2024-cü il tarixdə vəfat etmişdir. Onun əmək pensiyası mələği 1477,76 manat təşkil etmişdir. Əmək pensiyasının təyin edilməsi barədə ## #### 2024-cü il tarixli qərara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.8-ci maddəsinə müvafiq olaraq iddiaçı İddiaçı 1086,24 manat məbləğ olmaqla ailə başçısının itirməyə görə pensiya təyin olunmuşdur. “Əmək pensiyasının yenidən hesablanması” haqqında ##.##.2025-ci il tarixli *-**-*/*-*- ****/**** nömrəli qərara əsasən artıq vermə səbəbindən iddiaçının mərhum həyat yoldaşı Məhəmmədəli Hüseynovun pensiya məbləği 1477,76 manatdan 1357,81 manata azaldılmışdır.

26. Cavabadeh azaldılmanı onunla əsaslandırır ki, “M.B.Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 595,00 manat, qulluq illərinə görə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 59,50 manat, rütbəyə görə əlavəsi 42,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 513,22 manat olmaqla orta aylıq əmək haqqısı 1209,72 manat təşkil etmişdir. Bununla əlaqədar M.B.Hüseynovun əmək pensiyası Qanunun 20.11.2ci maddəsinə əsasən, 31 il 7 ay 9 gün qulluq illərinə uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının (1209,72 manat) 80 faizi-967,78 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2021-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1053,28 manat məbləğində köçürülüb. Buna görə də M.B.Hüseynova həmin dövr ərzində ümumilikdə 1890,16 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirmə ilə əlaqədar # ###### 2023-cü il tarixindən M.B.Hüseynovun əmək pensiyası 1221,05 manat məbləğində hesablanmalı olduğu halda, ##.##.2023-##.##.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1328,92 manat məbləğində köçürülüb. Buna görə də M.B.Hüseynova həmin dövr ərzində ümumilikdə 1294,44 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, əmək pensiyalarının növbəti dəfə # ###### 2024-cü il tarixindən indeksləşdirilməsi ilə əlaqədar M.B.Hüseynovun pensiyası həmin tarixdən 1357,81 manat məbləğində hesablanmalı olduğu halda, 2024-cü ilin yanvar və fevral ayları üzrə hər ay 1477,76 manat məbləğində ödənilib. Bu səbəbdən də həmin dövr üzrə M.B.Hüseynova 239,90 manat artıq pul vəsaiti ödənilib. Bundan başqa, maddi yardım üzrə 2022-ci il üçün M.B.Hüseynova 102,62 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, yalnız son üç il üçün ümumilikdə 3527,12 (1890,16+1294,44+239,90+102,62) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib.”

27. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir.

28. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar.

29. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır.

30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1).

31. Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

32. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.

33. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

34. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər.

35. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.

36. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati orqan tərəfindən iddiaçının mərhum əri X4 təyin edilmiş pensiyanın məbləğində artıq ödəmələrin aparılması ilə bağlı araşdırma cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir. İddaçının mərhum ərinə münasibətdə əlverişli inzibati aktın qüvvədə olmasına baxmayaraq ## #### 2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək iddiaçıya ödənilən əmək pensiyasının məbləği azaldılmışdır.

37. Hazırki işdə cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçının mərhum ərinə ödənilən pensiyanın məbləğinin qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi hallara dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda maraqlı şəxsin iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

38. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçının mərhum ərinə münasibətdə əlverişli inzibati aktın qüvvədə olmasına baxmayaraq həmin akt ləğv edilmədən və ya dəyişdirilmədən, bununla bağlı ayrıca inzibati akt qəbul etmədən iddiaçının mərhum ərinə təyin olunmuş əmək pensiyası azaldılaraq iddiaçıya ## #### 2024-cü il tarixdən 1086,24 manat məbləğində ailə başçısını itirməyə görə əmək pensiyası təyin etmişdir. Halbuki onun mərhum ərinin əmək pensiyası 1477,76 manat təşkil etmişdir. Daha sonra ##.##.2025-ci il tarixli *-**-*/*-*-****/**** nömrəli qərara əsasən artıq vermə səbəbindən iddiaçının mərhum həyat yoldaşı Məhəmmədəli Hüseynovun əmək pensiyası yenidən hesablanmış və pensiya məbləği 1477,76 manatdan 1357,81 manata azaldılmışdır.

39. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericiyə əsasən əlverişli inzibati aktın qüvvədə olduğu müddətdə inzibati orqan həmin aktın hüquqi nəticələrini faktiki hərəkətlə dəyişdirə və ya aradan qaldıra bilməz. Əks yanaşma hüquqi müəyyənlik və qanuni etimad hüququn priniplərinə zidd olardı. Belə ki, şəxs dövlət orqanının qəbul etdiyi və qüvvədə olan inzibati aktın sabitliyinə etibar etmək hüququna malikdir. Bununla yanaşı inzibati orqanın səlahiyyəti yalnız qanunla müəyyən edilmiş prosedur və formada həyata keçirilə bilər. Şəxsin pensiyasının yenidən hesablanması və ya azaldılması müəyyən hüquqi nəticə yaratdığından ayrıca inzibati aktın qəbulunu tələb edir. Əlverişli inzibati akt qüvvədə olmasına baxmayaraq inzibati akt qəbul etmədən şəxsin pensiyasının azaldılması səlahiyyətin qanunla nəzərdə tutulmayan formada həyata keçirilməsi deməkdir. Qanunvericiliyə əsasən inzibati orqanlar yalnız nəticəyə deyil, həm də nəticəyə aparan qanuni prosedura da riayət etməyə borcludurlar.

40. İnzibati orqana verilmiş səlahiyyət yalnız qanunla nəzərdə tutulmuş hüquqi formada həyata keçirilə bilər. Əgər qanun müəyyən hüquqi nəticənin inzibati akt vasitəsilə yaradılmasını, dəyişdirilməsini və ya xitamını nəzərdə tutursa həmin nəticə faktiki hərəkətlə dəyişdirilə bilməz. Pensiyanın məbləğinin dəyişdirilməsi şəxsin hüquq və vəzifələrinə təsir edən fərdi hüquqi nəticə yaratdığından bu dəyişiklik inzibati aktla rəsmiləşdirilməlidir. İnzibati orqanın məqsədinin qanuni olması kifayət deyil, həmin məqsədə çatmaq üçün seçilən hüquqi vasitə və prosedur da qanuna uyğun olmalıdır.

41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən inzibati akt qəbul etmədən ## #### 2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək iddiaçıya azaldılmış məbləğdə əmək pensiyasının ödənilməsi inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması deməkdir.

42. Ona görə də iddiaçı ## #### 2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməmiş məbləğin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)- *****/**** nömrəli ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin olunmalı və ## #### 2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməmiş məbləğin iddiaçı İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli ## ######## 2025-ci il tarixli qərarı ləğv edilsin. İddia qismən təmin olunsun. ## #### 2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək ödənilməmiş məbləğin iddiaçı İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar