Məhkəmə qərarları › İş №2-1(3-6)-339/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-339/2026

15.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-339/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Giriş hissə: Hakimlər Aytən Pənah qızı Oruczadənin sədrliyi və məruzəsi ilə, X3 və X5 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı X4 cavabdeh Azərbaycan Respubllikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Inzibati Məhkəməsinin e-*-*(***)- ****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya əlilliyin təyin edilməsinə dair qərar qəbul edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Iddiaçının nümayəndəsi və vəkili ##.##.2024-cü il tarixdə məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim etmiş və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilmişdir. Iddiaçının nümayəndəsi və vəkili ##.##.2025-ci il tarixdə məhkəmə iclasında məhkəməyə ünvanladığı iddianın dəyişdirilməsi barədə ərizəsində iddia tələbinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Tibbi-Sosial Ekspertiza və X13-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və ona ##.##.2024-cü il tarixdən orqanizm funksiyasının 35-60 faiz pozuntusuna görə Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar səbəbli əlaqəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi” kimi icraata qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, X4 əlilliyinin qiymətləndirilməsi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13sosial ekspert komissiyaları tərəfindən tibbi-sosial ekspertiza keçirilmiş və əlilliyin qiymətləndirilməsindən imtina edilmişdir. Imtinanın səbəbi kimi qeyd edilmişdir ki, “diaqnoz əlillik əlaməti təyin etmir”. Qeyd edilmişdir ki, bu imtina ##.##.2024-cü il tarixdə müvafiq sistemə yerləşdirilmiş və iddiaçı tərəfindən aşkar edilmişdir. TSEK-in öz imtinasında aparılan müayinənin diaqnozu olaraq “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar anamnezində intihar fikirləri və cəhdləri ilə. Gərginlik tipli baş ağrısı Miopiya, sağ gözün sadə miopik astigmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla. Sağ əlin IV-V daraq sümüyünün başının bitişmiş sınığı (##.##.2023) Bilək və əl səviyyəsində sınıq. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** №-li Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci bəndinin 2-ci yarımbəndindən də göründüyü kimi, "üzvi mənşəli şəxsiyyət pozuntusu” xəstəliyi F07.0 XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış) kodu ilə qeyd edilmişdir. Həmin Əlavənin 7.6.2.2-ci bəndinə əsasən, xəstəliyin xüsusiyyətləri "məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti” kimi qiymətləndirilməsi zamanı orqanizmin funksiyalarının pozulması faizi 65-80%, orqanizmin funksiyalarının pozulması müddəti 2 il olaraq müəyyən edilmişdir. Cavabdeh iddiaçının diaqnozunda qeyd edilən xəstəliyin (üzvi şəxsiyyət pozuntusu-F07.0) "Əlilliyin müəyyən olunması meyarları”nda qeyd edilməsinə baxmayaraq əsassız və qanunsuz olaraq əlilliyinin qiymətləndirilməsindən imtina etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının əlillik vəziyyətinə Bakı * nömrəli X10nın ##.##.2024-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi ( II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar anamnezində intihar fikirləri və cəhdləri ilə. Gərginlik tipli baş ağrısı Miopiya, Sağ gözün sadə miopik astigmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1.0 olmaqla. Sağ əlin IV-V daraq sümüyü başının bitişmiş sınığı (##.##.2023). Bilək və əl səviyyəsində sınıq. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi Məzkəzə göndərilmənin / Imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir.” səbəbi ilə imtina verilmişdir. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı (hakim R.Quliyev) ilə iddia tələbi təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət TibbiSosial Ekspertiza və X13-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və X4 ##.##.2024- cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 35- 60% orqanizmin funksiyalarının pozulması faizinə uyğun olaraq 2 il müddətinə əlilliyin təyin olunması vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, iddiaçının təqdim etdiyi sənədlər və məhkəməpsixiatrik ekspertizanın rəyinə əsaslanmış, həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, göndərişdə olan diaqnozun Əsasnamədə mövcud olmasının müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin və onun ağırlaşmaları instrumental müayinə nəticələri ilə təsdiq olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Buna baxmayaraq Psixiatriya Mərkəzinin heç bir instrumental müayinə əsasında vermədiyi və tamamilə subyektiv yanaşmanı əks etdirən rəyi məhkəmə əsas götürmüşdür. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, birinci instansiya məhkəməsi sadəcə anamnestik məlumatlar əsasında tərtib edilən həkim rəylərinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmiş, göndərişdə və MHHK qərarında qeyd olunan reabilitasiya potensiallı xəstəlik əlillik səviyyəsində öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Belə ki, göndərişdə əsas diaqnoz kimi “F07-Üzvi mənşəli şəxsiyyət pоzuntusu” diaqnozu qeyd edilmişdir. Əsasnamənin 7.6-cı bəndinə əsasən Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular zamanı psixi funksiyaların təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi zamanı aşağıdakılar nəzərə alınır: - psixi pozuntuya səbəb olan üzvi patologiyanın olması, obyektiv olaraq təsdiq edilməlidir (məsələn, MRT-də beynin atrofik dəyişiklikləri, EEQ vasitəsilə epileptik paroksizmlər, müvafiq testlər vasitəsilə endokrin dəyişikliklər və s.); - xəstəliyin başlama yaşı (məsələn: demensiya əlamətləri ilə erkən başlanğıclı Alsheymer xəstəliyi zamanı 65 yaş əsas götürülür); - xəstəliyin davametmə müddəti və proqredientliyi (prosessual dəyişikliklərin artma sürəti); - intellektual-amnestik pozuntuların təzahür dərəcəsi (psixi statusun qısa qiymətləndirilməsi şkalası - MMSE vasitəsilə müəyyən edilir, bu şkala Demensiyanin diaqnostika və müalicəsi üzrə klinik protokolda vardır); - psixotik epizodların olması (üzvi deliriy, üzvi hallüsinoz, üzvi katotonik pozuntu) və onların tezliyi ilə; - aqresiv davranış və suisidal cəhdlər də daxil olmaqla, şəxsiyyət və davranış dəyişikliklərinin ağırlıq dərəcəsi; - müalicəvi və reabilitasiya müdaxilələrinin aparılmasının mümkünlüyü ilə. Bu patalogiyaların heç biri iddiaçının səhhətində öz əksini tapmır. Diaqnozu təsdiq edən tibb müəssisəsinin rəyləri TSEK tərəfindən tədqiq edilmiş və əlillik təyinatına əsas verən səviyyədə-35 faiz OFP müəyyən edilməmişdir. Buna baxmayaraq eyni klinik instrumental müayinə nəticələri əsasında MPEM əlavə müayinə həyata keçirmədən rəy vermişdir. Məhkəmə iki ziddiyyətli tibbi mövqeyi aydınlaşdırmaq əvəzinə sadəcə ekspert rəyinə əsaslanaraq Agentliyin (TSEKin) hüquqlarını pozmuşdur. Apellyasiya şikayətinə qarşı etiraz: Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olmaqla yanaşı, iş üzrə toplanmış sübutlarla ziddiyyət təşkil edir və birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün heç bir hüquqi əsas yaratmır. Cavabdeh iddia edir ki, birinci instansiya məhkəməsi işi kifayət qədər araşdırmamışdır. Bu iddia həqiqəti əks etdirmir. Belə ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi tibbi və hüquqi sənədlərlə kifayətlənməmiş, iş üzrə məhkəmə psixiatrik ekspertizası təyin etmiş və nəticədə xüsusi biliklərə əsaslanan müstəqil ekspert rəyini əldə etmişdir. Bu hal Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə tam uyğun olmaqla, işin hərtərəfli və obyektiv araşdırıldığını təsdiq edir. Iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy ilə müəyyən edilmişdir ki, iddiaçıda Üzvi mənşəli şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri və koqnitiv funksiyaların enməsi ilə müşayiət olunan xəstəlik mövcuddur və bu hal onun keçirdiyi hərbi travmanın nəticəsi hesab olunur . Ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, həmin xəstəlik davamlı xarakter daşıyır, kompensasiya və dekompensasiya mərhələləri ilə müşayiət olunur və tam sağalma ilə nəticələnmir. Bundan əlavə, ekspertiza tərəfindən verilmiş cavablarda diaqnozun F07.0 olması, onun hərbi travma ilə səbəb əlaqəsinin mövcudluğu və ağır klinik təzahürlərlə müşayiət olunması açıq şəkildə təsdiq edilmişdir. Beləliklə, cavabdehin iddiaçıda patologiyaların mövcud olmaması barədə arqumenti ekspertiza ilə tam təkzib olunur. Cavabdeh apellyasiya şikayətində bildirir ki, diaqnoz instrumental müayinələrlə təsdiq olunmamışdır. Qeyd edilməlidir ki, qüvvədə olan normativ aktlar, o cümlədən “Əlilliyin müəyyən olunması meyarları” instrumental müayinələri əlilliyin təyin edilməsi üçün məcburi şərt kimi müəyyən etmir. Bu hallar yalnız qiymətləndirmə zamanı nəzərə alınan amillərdən biridir. Bununla yanaşı, iş materiallarında mövcud olan çoxsaylı tibbi sənədlər, uzunmüddətli müalicə faktı və məhkəmə ekspertizasının nəticələri iddiaçının sağlamlıq vəziyyətinin davamlı və ağır xarakter daşıdığını sübut edir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçı cavabdeh tərəfindən məhkəmə aktından apellyasiya şikayəti verildiyi dövrdə də iki dəfə psixiatriya xəstəxanasında stasionar müalicədə olmuş, həmin müalicələrə dair epikrizlər iş materiallarına əlavə edilmişdir. Bu hal iddiaçının sağlamlıq vəziyyətinin keçici deyil, davamlı və residiv xarakter daşıdığını, xəstəliyin dinamik inkişaf etdiyini və tibbi müdaxiləyə mütəmadi ehtiyac olduğunu bir daha təsdiq edir. Cavabdeh iddia edir ki, məhkəmə inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə etmişdir. Bu mövqe hüquqi baxımdan əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Inzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, məhkəmə inzibati orqanın qanunsuz imtinasını aradan qaldıraraq onu müvafiq inzibati akt qəbul etməyə məcbur edə bilər. Bu halda məhkəmə inzibati orqanın səlahiyyətini əvəz etmir, yalnız həmin səlahiyyətin qanuna uyğun həyata keçirilməsinə nəzarət edir. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin nəticələrini təkzib edən hər hansı yeni sübut və ya yeni faktiki hallar təqdim etməmişdir. Şikayət ümumi xarakterli mülahizələrdən ibarət olub, konkret sübutlarla əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, iddiaçıda mövcud olan xəstəliklər və onların klinik təzahürləri “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq əlilliyin təyin edilməsi üçün kifayət edir. Bu nəticə həm tibbi sənədlərlə, həm də məhkəmə ekspertizasının rəyi ilə tam təsdiq olunur. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilməməlidir. Bakı Inzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddiaçının iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası Inzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (IPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (IPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. IPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Iddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. IPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Inzibati iş materiallarından görünür ki, əlillik müddətinin bitməsi ilə əlaqədar tibb müəssisəsinin ##.##.2024-cü il tarixli göndərişi əsasında şəxsin sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ##.##.2024-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmamışdır. Hazırkı iş üzrə cavabdeh tərəfindən belə bir aktın, həmçinin hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti barədə məlumatın iddiaçıya təqdim edilməsi aydın görünmür. Inzibati orqan da imtina qərarının iddiaçıya təqdim edilməsinə dair sübutlar təqdim etməmişdir. Bununla belə iddiaçının hazırkı iddia ərizəsi ##.##.2024-cü il tarixdə məhkəmə dəftərxanasına daxil olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş imtina qərarının iddiaçıya təqdim edilməsinə və ya bu barədə yazılı məlumatın verilməsinə dair sübutların olmaması iddiaçı tərəfindən hazırkı iddia tələbinin irəli sürülməsinə dair müddətin ötürülməmiş hesab edilməsinə əsas verir. Həmçinin məhkəmə kollegiyası diqqətə çatdırır ki, “Inzibati Icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Birinci instansiya məhkəməsi iddianın mahiyyəti üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin şəffaflığının və əlçatanlığının təmin edilməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin, Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini Idarəetmə Birliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən ölkə hüdudları daxilində olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FIN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. Insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası əvvəla aşağıdakı sənədlərə diqqət yetirir: - Bakı * nömrəli X10 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli M********IIJ nömrəli göndərişdə - Əsas diaqnoz və ağırlaşmaları: “S06.0 - Baş beynin silkələnməsi, Baş beynin silkələnməsi (kəllədaxili travma); F07.0- Üzvi mənşəli şəxsiyyət pozuntusu, Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar, anamnezində intihar fikirləri və cəhdi ilə; F07.8 - Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozğunluqları; F06.3 əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, əhvalın üzvi mənşəli (affektiv) pozğunluğu” qeyd olunmuşdur. - ##.##.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar, anamnezində intihar fikirləri və cəhdi ilə. Gərginlik tipli baş ağrısı. Miopiya, Sağ gözün sadə miopik astigmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla. Sağ əlin IV-V daraq sümüyü başının bitişmiş sınığı (##.##.2023). Bilək və əl səviyyəsində sınıq. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” diaqnozu ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. Əlilliyin təyin edilməsindən imtinanın əsası diaqnozun əlillik əlaməti təyin etməməsi olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X13-Sosial Ekspert Komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd edilmişdir ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, Iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli *** nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressiv və psixotik daxilolmalarla, təkrarlanan paroksizmlə, anamnezində intihar fikirləri və cəhdləri ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. Partlayış travması (##.##.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, pıçıltı nitqini hər iki qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sol qaşın, sol əlin bərkimiş dəri çapıqları" diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Sağ gözün sadə miopik astiqmatizmi Em və M 1,0D nəticəsində görmə itiliyinin 0,8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir; "Sağ əlin IV-V daraq sümüyü başının bitişmiş sınığı (##.##.2023)” diaqnozlu xəstəliyin səbəb əlaqəsi "Ümumi xəstəlikdir” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024- ##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu’’ kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ Həkim Psixiatr Komissiyasının ##.##.2024-cü il tarixli **** nömrəli Tibbi rəyində diaqnoz "Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə’’ kimi müəyyənləşdirilmişdir. (Təyin edilən diaqnoz 3 il müddətinə qüvvədədir) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ ##.##.2024-##.##.2024-cü il tarixli ******** nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozğunluğu’’ kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrılarından, yaddaşın zəifləməsindən yuxusuzluqdan şikayətlənmişdir. Müayinə zamanı geyimi normal, saçı-saqqalı səliqəli olmuş, huşu aydın olmuşdur. Verilən sualları qavramış, mahiyyətinə uyğun, süst səs tonu ilə cavablar vermişdir. Öncəki müayinələrdə sərgiləməyə meylli olduğu hallusinasiyalar, taxdığı qoruyucu bez (pampers) hazırda izlənilməmişdir. Mühakimə qabiliyyəti qorunmuş, reallığı analiz edə bilmişdir. Ailəsindən rəsmi ayrıldığını söyləsə də, evli olduğu məlum olmuşdur. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi mənşəli mülayim dərəcədə ifadə olunmuş isterik tip şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv daxilolmalar" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən dekompensasiya halları, psixoproduktiv əlamətlər qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Işin faktiki hallarından və əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı barəsində tibb müəssisəsi tərəfindən verilən sonuncu göndərişdə - Diaqnoz: “Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv və psixotik daxilolmalar, anamnezində intihar fikirləri və cəhdi ilə. Gərginlik tipli baş ağrısı. Miopiya, Sağ gözün sadə miopik astigmatizmi Em və M 1,0 D nəticəsində görmə itiliyinin 0.8-ə qədər azalması, korreksiya ilə 1,0 olmaqla, sol gözün görmə itiliyi 1,0 olmaqla. Sağ əlin IV-V daraq sümüyü başının bitişmiş sınığı (##.##.2023). Bilək və əl səviyyəsində sınıq. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi” qeyd olunmuşdur. Iddiaçının əlillik vəziyyətinə həmin göndəriş əsasında inzibati orqan tərəfindən baxılmış və diaqnoz kimi müəyyənləşdirilmiş xəstəliyi instrumental müayinə nəticələrində və onun obyektiv müayinəsi zamanı öz əksini tapmamışdır. Göründüyü kimi cavabdehin imtinasının əsası ondan ibarət olmuşdur ki, iddiaçıda olan xəstəlik Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlilliyin təyininə əsas vermir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, şəxsin sağlamlıq vəziyyətinin müayinə edilərək onda əlilliyin təyin olunması üçün müvafiq xəstəliklərin mövcud olubolmamasının müəyyən edilməsi cavabdehin səlahiyyətinə aid olsa da, məhkəmə tərəfindən həmin orqanın qəbul etdiyi qərarın əsaslılığının yoxlanması yalnız ekspertiza təyin edilməklə həyata keçirilə bilər. Iddiaçıya müəyyən edilmiş diaqnozun Əlilliyin müəyyən olunması meyarlarına uyğun olub-olmaması ilə bağlı Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası” publik hüquqi şəxsi tərəfindən məhkəməyə **** nömrəli ##.##.2025-ci il tarixli məktubu ilə ##.##.2025-ci il tarixli **** saylı ekspert rəyi daxil olmuşdur. Rəyin motivləşdirici hissəsində qeyd edilmişdir ki, X4 ÜZVI (II QARABAĞ MÜHARIBƏSI ZAMANI ALINMIŞ QAPALI KƏLLƏ BEYIN TRAVMASI NƏTICƏSINDƏ) ŞƏXSIYYƏT POZUNTUSU, TEZ-TEZ DEKOMPENSASIYALAR, DEPRESSIV VƏ PSIXOTIK DAXILOLMALAR, CIDDI INTIHAR CƏHDLƏRI, KOQNITIV FUNKSIYALARIN ENMƏSI ILƏ (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar və hazırki psixiatri müayinənin nəticələri -döyüş zonasında hərbi xidmət keçərkən 2020-ci ildə travma alması, MN mərkəzi Hərbi Hospitalında müayinə və müalicədə olarkən “qapalı kəllə-beyin travması” diaqnozunun təyin edilməsi, Respublika Psixiatriya Xəstəxanasında stasionar müayinədə olması, * nömrəli X10 tərəfindən “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla” diaqnozu ilə TSEK-ə göndərilməsi, həmçinin hazırki müayinə zamanı - təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli **** saylı rəyin yekun hissəsində qeyd edilmişdir ki, X4 Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. “S06.0 - Baş beynin silkələnməsi - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiyasının quruluşunun müdfiəsi” sıra diaqnozlar psixiatrik xəstəliklərə aid olmadığından sualın cavablandırılması məhkəmə-psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil; X4 Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Bu diaqnoz X4 olduğu travmanın uzaq fəsadlarından biridir, yəni həmin travmanın ağırlaşması hesab olunur. X4 qeyd edilən Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) diaqnozunun təzahürləri rəyin təsviri hissəsində qeyd olunmuşdur; X4 qeyd olunan həmin diaqnoz hərbi xidmət vəzifələrini yerinə yerirərkən alınmış travmanın ağırlaşmasının nəticəsi hesab oluna bilər; X4 Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0) aşkar olunur. Üzvi şəxsiyyət; pozuntusunun kompensasiya (yaxşılaşma) və dekompensasiya (kəskinləşmə) mərhələləri mövcuddur. Tam sağalma ilə nəticələnmir. Göründüyü kimi, yuxarıda qeyd edilmiş ekspert rəyində “üzvi (II Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, depressiv və psixotik daxilolmalar, ciddi intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə (F07.0)” diaqnozu öz təsdiqini tapmışdır. Iş üzrə ekspert rəyində iddiaçının tibbi göndərişdə ona qoyulmuş diaqnozlardan əziyyət çəkməsinin istisna edilmədiyi aydın müəyyən olunur. Məhkəmə kollegiyası rəyin sübuti əhəmiyyəti ilə bağlı qeyd edir ki, Inzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə istinadən və Mülki Prosessual Məcəllənin 103cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1); Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır (103.2). Mülki Prosessual Məcəllənin 101.2-ci maddəsinə əsasən ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Həmin Qanunun 13-cü maddəsinə əsasən təqdim edilmiş obyektlərin və iş üzrə materialların tam və hərtərəfli tədqiqatını aparmaq və qoyulmuş suallar üzrə əsaslandırılmış və obyektiv rəy vermək ekspertin vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin normalarına görə, ekspert rəyi mülki (inzibati) iş üzrə sübut növlərindən biridir. Ekspert rəyinin məhkəmə üçün məcburi olmaması, məhkəmənin həmin nəticələri və rəyin məzmununun qiymətləndirmək hüququnun olması başa düşülür. Ekspert rəyinin qiymətləndirilməsi ilə əlaqədar ayrı-ayrı məsələlərə aydınlıq gətirilməsi, müəyyən detalların dəqiqləşdirilməsi zərurəti yarandıqda ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməlidir. Rəy natamam olduğu halda, tədqiqatın tam aparılmadığı aşkar olduqda, həmin natamamlıq ekspertin dindirilməsi yolu ilə aradan qaldırıla bilməz və əlavə ekspertiza təyin edilməlidir. Məhkəmədə ekspert rəyi digər sübutlarla müqayisə edilməklə yoxlanılmalıdır. Ekspert rəyi ilə digər sübutlar arasında uyğunsuzluq olduqda bunun səbəbi aydınlaşdırılmalıdır. Məhkəmə öz qətnaməsində və ya başqa aktında ekspert rəyinə verdiyi qiyməti əsaslandırmalıdır. Bu zaman məhkəmənin ekspert rəyini (və ya onu ayrı-ayrı müddəalarını) hansı səbəbdən düzgün hesab etmədiyi, yaxud rəylə tam və ya qismən razılaşdığı inandırıcı surətdə şərh edilməlidir. Məhkəmə kollegiyası ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, digər sübutlarla dəstəkləndiyindən iş üzrə mötəbər sübut qismində qiymətləndirir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə orqanizmin funksiyalarının pozulması faizini və müddətini, həmçinin əlilliyin təyininə əsas verən xəstəliyin səbəb əlaqəsini düzgün müəyyən edərək haqlı mövqe nümayiş etdirmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, oxşar işlər üzrə məhkəmə praktikası ondan ibarətdir ki, məhkəmə araşdırmaları zamanı iddiaçıya əllillik təyin edilməsi öhdəliyi müəyyən edilərkən həmçinin orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi istiqamətində də araşdırma aparılır. Əlbəttə ki, bu, yalnız iddiaçının hüquqi marağı həddində həyata keçirilir. Iş materiallarından da göründüyü kimi ekspert tərəfindən onun səlahiyyətlərinə aid olmaması səbəbindən qarşısına qoyulmuş iddiaçıda orqanizmin funksiyalarının pozulması faizi və müddətinin müəyyən edilməsi barədə sualları cavablandırmamışdır. Diqqətə çatdırılmalıdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilir. Inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda IPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox IPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, IPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməməsindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Bununla belə məhkəmə kollegiyası diqqətə çatdırır ki, hazırda qüvvədə olan qanunvericilik normalarına əsasən xəstəliyin şəxsdə özü-özlüyündə mövcud olması əlillik təyinatının aparılması üçün kifayət etmir, mütləq şəxsdə ağırlaşmaların mövcudluğu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə (2022-ci il ####un #-dən qüvvəyə minmişdir) təsdiq edilmiş və hazırda da qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na əsasən orqanizmin funksiyalarının pozulması 30 faizdən (ayrı-ayrı xəstəliklər üzrə müxtəlif faiz göstəricisi olmaqla) yuxarı olduqda əlillik təyinatının aparılması mümkün hesab edilir. Göründüyü kimi minimum 30 faiz orqanizm pozulması müəyyən edilməlidir ki, müvafiq xəstəliklər əlillik təyinatına əsas versin. Hazırkı mübahisə üzrə mövcud tibbi sənədlər və ekspert rəyindən aydın olur ki, şəxsdə üzvi mənşəli şəxsiyyət pozuntusu XBT-10 kodu F07.0 mövcuddur. Sözügedən Meyarlara diqqət edilsə: 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) Qiymətləndirmə 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)- orqanizmin funksiyalarının pozulmasının 35-60 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti - orqanizmin funksiyalarının pozulmasının 65-80 faizi ilə 2 il müddətinə əlillik təyin edilir. Meyarlardan da aydın olur ki, 7.6.2-ci bəndə qeyd edilən xəstəlik məhz 7.6.2.1 və 7.6.2.2-ci bəndlərdə göstərilən qiymətləndirmələr çərçivəsində əlilliyin təyininə əsas verir. Sırf qeyd edilən xəstəlik üzrə orqanizmin funksiyalarının ən azı 35 faiz pozuntusu müəyyən edilməlidir. Iş materiallarına əlavə edilmiş müxtəlif tibb sənədlərindən, ekspert rəylərinin motivləşdirici hissəsindən, Forma 88 (tibbi göndərişin) status localis hissəsindən aydın olur ki, iddiaçıda olan xəstəlik Meyarların ən azı 7.6.2.1-ci bəndinə uyğun gəlir, yəni ən azı orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması halı mövcuddur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəliklərdən (üzvi mənşəli şəxsiyyət pozuntusu F07.0) əziyyət çəkməsi işin mübahisəsiz halı olmaqla xəstəlik tarixindən Çıxarışlarında öz təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. Iddiaçı qeyd edilən xəstəliklərlə bağlı mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisələrində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi tibb müəssisələri tərəfindən də təsdiqlənmişdir. Iddiaçının həmin xəstəliklərdən uzun müddət əziyyət çəkməsi işin mübahisəsiz halıdır. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hissədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Iddiaçıda olan xəstəlik *** nömrəli ## ###### 2024-cü il tarixli xəstəlik haqqında şəhadətnamədə də qeyd edildiyi kimi Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə “Kəskin (ağır) dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları, depressivvə psixotik daxilolmalarla, təkrarlanan paroksizmlərlə, anamnezində intihar fikirləri və cəhdləri ilə. Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya. Partlayış travması (##.##.2020) nəticəsində soltərəfli xroniki koxlear nevrit, pıçıltı nitqini hər iki qulaqda 6 (altı) metr məsafədən eşitməsi ilə. Sol qaşın sol əlin bərkimiş dəri çapıqları” “HƏRBI TRAVMADIR, AZƏRBAYCAN RESPUBLIKASININ MÜDAFIƏSI ZAMANI ALINMIŞDIR” diaqnozu ilə təsdiqlənmişdir. Həmin qərar mübahisələndirilməmiş, hazırda da qüvvədədir. Həmçinin iş üzrə tibbi sənədlərdən, həkim rəylərindən, ekspert rəyindən aydın görünür ki, iddiaçıdakı diaqnoz hərbi xidmət vəzifələrini yerinə yerirərkən alınmış travmanın ağırlaşmasının nəticəsi hesab oluna bilər. Göründüyü kimi iddiaçıda olan həm əsas diaqnoz, həm də onun ağırlaşmalarının səbəbli əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı kollegiya diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi əlilliyin təyinat tarixində və həmçinin cavabdeh inzibati orqanın ##.##.2024-cü il tarixli qərarını ləğv etməklə yanlışlığa yol vermişdir. Iş materiallarından da göründüyü kimi ##.##.2024-cü il tarix göndərişin tarixidir və inzibati orqan qanunvericilik normalarına istinadən 10 gün ərzində qiymətləndirmə keçirərək ##.##.2024-cü il tarixində “diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə müraciətə imtina vermişdir. Aydın olduğu kimi ##.##.2024-cü il tarixində iddiaçının hüquqlarını pozan hər hansı bir inzibati akt qəbul edilməmişdir. Həmçinin məhkəmə kollegiyası onu da diqqətə çatdırır ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia olduğundan və iddiaçı onun barəsində arzuladığı inzibati aktın qəbul edilməsini tələb etdiyindən inzibati orqanın imtina qərarlarının ləğvinin tələbdə əks etdirilməsinə lüzum yoxdur. Məhkəmə araşdırmaları zamanı məhz tələb olunan inzibati aktın qəbul edilməsi öhdəliyi inzibati orqanın üzərinə qoyulduqda artıq inzibati orqanın imtinalarının qanunsuz hesab edilməsi nəticəsinə gəlinir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə baxışının predmeti sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarı olduğundan əlillik də məhz həmin imtina qərarının verildiyi tarixdən təyin edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsə əlillik statusunun verilməsinin təmin edilməsi sonuncu ##.##.2024-cü il tarixli göndəriş nəzərə alınmaqla məhkəmədə iddia qaldırılanadək verilmiş sonuncu imtina tarixindən - ##.##.2024-cü il tarixindən müəyyən olunmalıdır. Belə ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.4-cü bəndinə əsasən əlilliyin təyinat tarixini inzibati orqan göndərişin altsistemə ötürüldüyü gündən hesablanmaqla 10 (on) iş gününü keçməyəcək qaydada müəyyən etməlidir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla təmin edilməməli və Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı dəyişdirilməli, sonuncu göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarının tarixi - ##.##.2024-cü il tarixindən orqanizmin funksiyalarının pozulmasının 35- 60% kimi nəzərə alınmaqla 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərar dəyişdirilsin. Iddiaçı X4 göndəriş əsasında qəbul edilmiş sonuncu imtina qərarının tarixi - ##.##.2024-cü il tarixindən orqanizmin funksiyalarının pozulmasının 35-60% kimi nəzərə alınmaqla 2 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər Elvin Əliyev Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar