Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-349/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: « siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması» ) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Vergi borcunun ödənilməsinə dair ##.##.2022-ci il tarixli, *********** saylı bildirişdən görünür ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən ##.##.2022-ci il tarixə olan ümumilikdə 56858.17 manat məbləğində borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur.
2. Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının siyahıya alınması barədə ##.##.2022-ci il tarixli, *********** saylı qərar qəbul edilmişdir.
3. “Əmlakın siyahıya alınması haqqında” ##.##.2022-ci il tarixli, *********** saylı protokoldan görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin əmlakının siyahıya alınmasına dair ##.##.2022-ci il tarixli Qərara əsasən Vergi Məcəlləsinin 89cu maddəsinə əsasən əmlaklın siyahıya alınması həyata keçirilmişdir.
4. Vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında ##.##.2022-ci il tarixli Protokola ** saylı əlavədən görünür ki, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus dəyəri 120000 manat olan, 1 ədəd “DAEWOO BS090 AVTOBUS MICROAVTOBUS” markalı, **-TG-*** nömrə nişanlı nəqliyyat vasitəsi siyahıya alınmışdır.
5. BDYPİ-nin ##.##.2023-cü il tarixli cavab məktubunda bildirilir ki, ##.##.2018-ci il tarixdən "xxxx" MMC-yə məxsus "DAEWOO BS090 AVTOBUS MİCROAVTOBUS" markalı nəqliyyat vasitəsinə **-TO-*** dövlət qeydiyyat nişanı deyil, **-TG-*** dövlət qeydiyyat nişanı təhkim olunmuşdur (kompüter çıxarışı əlavə olunur). Eyni zamanda bildirilir ki, "DAEWOO BS090 AVTOBUS MİCROAVTOBUS" markalı 10-TG- 033 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin etibarnamə ilə hər hansı şəxsin istifadəsinə verilməsi barədə DİN Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir.
6. İddiaçı tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC tərəfindən ödənilmiş borc məbləğlərinin bir hissəsi İcbari Tibbi Sığorta üzrə cari borclara silinmiş, hazırda ##.##.2022-ci il tarixli *********** nömrəli protokol üzrə vergi ödəyicisinin 4323,29 manat İcbari Tibbi Sığorta fonduna borcu qalmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ##.##.2022-ci il tarixə qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 56858.17 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi üçün cavabdehə bildiriş verilmiş, lakin borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin edilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə ##.##.2022-ci il tarixli Qərar qəbul edilmişdir. Qərar əsasında cavabdehin ##.##.2022-ci il tarixə yaranan 56858.17 manat məbləğində borcuna görə 120000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə ##.##.2022-ci il tarixli *********** saylı Protokol tərtib edilmiş, siyahıya alınmış əmlakın siyahısı Protokola əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc müvafiq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə ##.##.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin ##.##.2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna 56858.17 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
9. Cavabdeh Cavabdeh MMC tərəfindən məhkəməyə ünvanlanmış sonuncu ərizədə bildirilmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən cavabdeh Cavabdeh MMC-nin şəxsi vərəqəsi elektron məhkəmə sisteminə yüklənmişdir. Şəxsi vərəqəyə şirkətin mühasibləri tərəfindən baxış keçirilmiş, hərtərəfli araşdırılmışdır. ##.##.2022-ci il tarixli, *********** saylı protokol və təqdim olunan hesab nömrələri üzrə borcun tam şəkildə ödənildiyi müəyyən edilmişdir. AR Vergi Məcəlləsinin 77.4-cü maddəsinə əsasən, vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 77.4.1. verginin ödənilməsi. Göstərilənləri nəzərə alaraq, iddia tələbi üzrə borc tam ödənildiyi üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
10. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, istinad olunan normalardan göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin edildiyi və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda inzibati işin icraatına xitam verilir. İş materiallarında olan, iddiaçı tərəfindən məhkəməyə göndərilmiş məlumatlardan görünən odur ki, "xxxx" MMC-nin hazırda ##.##.2022-ci il tarixli *********** nömrəli protokol üzrə 4323,29 manat İcbari Tibbi Sığorta fonduna borcu qalmışdır. Odur ki, iddiaçının tələbinin tam təmin edilməməsi ilə əlaqədar işin mahiyyəti üzrə tərəflər arasında mübahisə mövcud olduğundan, məhkəmə hesab edir ki, işə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməlidir.
12. İddiaçı tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC tərəfindən ödənilmiş borc məbləğlərinin bir hissəsi İcbari Tibbi Sığorta üzrə cari borclara silinmiş, hazırda ##.##.2022-ci il tarixli *********** nömrəli protokol üzrə vergi ödəyicisinin 4323,29 manat İcbari Tibbi Sığorta fonduna borcu qalmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
13. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin *-*(***)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. d) Proses iştirakçılarının izahatları
16. Məhkəmə icraatının iştirakçıları məhkəmə Kollegiyasının iclasında iştirak etməmişdir. (Cavabdeh ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.) Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 88.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. ....... 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
20. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.(İPM-in 82-ci maddəsi)
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmişdir və mümkün iddiadır.
22. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, məhkəmənin qərarında qeyd olunan ödənişin edildiyi tarixə qədər vergi ödəyicisinin İcbari Tibbi Sığorta Fonduna 168.869,01 manat əsas, 85.407,52 manat faizlər üzrə borcu olmuşdur. Həmin ödənişlər (56.858,17 manat) Vergi Məcəlləsinin 88.2-ci maddəsinə uyğun olaraq əsas borca yönəldikdən sonra vergi ödəyicisinin əsas borc üzrə 112.010,84 manat, faizlər üzrə 85.580,92 manat borcu qalmışdır.
23. İş materiallarında mövcud olan “İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair ## #### 2022-ci il tarixli bildirişdən də görünür ki, Cəmiyyətin həmin tarixə 52.534,88 manat icbari tibbi sığorta haqları üzrə, 4.323,29 manat faizlər üzrə olmaqla, ümumilikdə 56.858,17 manat borcu olmuşdur.
24. Büdcə gəlirlərinin təsnifatı kodlarının siyahısına əsasən “icbari tibbi sığorta haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə faizlərin hesablanmasından daxil olmalar” üzrə ayırca kod (127300) nəzərdə tutulmuşdur. Belə olan halda vergi ödəyicisi müvafiq kodu seçməli və borc bildirişində qeyd olunan borc məbləğlərinə həmin kodlara uyğun həyata keçirməldir. Lakin cavabdeh etirazda da bildirir ki, məbləği bütövlükdə vahid təsnifat kodu üzrə ödəmişdir. Halbuki yuxarıda qeyd olunan borc barədə bildirişdə iddianın əsasını təşkil edən borcun tərkibi göstərilmişdir.
25. Şəxsi hesab vərəqəsindən göründüyü kimi vergi ödəyicisinin icbari tibbi sığorta haqları üzrə borcları özünün təqdim etdiyi cari və dəqiqləşmiş bəyannamələrdən formalaşmışdır.
26. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 88.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təmin edilmiş borc məbləğləri istisna olmaqla, məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği.
27. Göründüyü kimi vergi ödəyicisi tərəfindən həyata keçirilən ödənişlər ilk növbədə əsas borcunun, həmin borc tam ödənildikdən sonra isə faiz borcunun azaldılmasına yönəldilir.
28. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçı tərəfindən məhkəmənin sorğusuna verilmiş ##.##.2025-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyatda olan "xxxx" MMC tərəfindən ödənilmiş borc məbləğlərinin bir hissəsi İcbari Tibbi Sığorta üzrə cari borclara silinmiş, hazırda ##.##.2022-ci il tarixli *********** nömrəli protokol üzrə vergi ödəyicisinin 4323,29 manat İcbari Tibbi Sığorta fonduna borcu qalmışdır.
29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin *-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2022-ci il tarixə borc məbləğindən İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş 4323,29 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 120000 manat məbləğində siyahıya alınmış əmlakı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.