Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-362/2026 30.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası Hakimlər: X6 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, Iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: IŞIN HALLARI:
1. ##.##.2024-cü il tarixli, ** №-li “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xəstəlik cədvəlinin 22 “c” maddəsinin II qrafısına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** №-li qərarı və DIN-nin ##.##.2008-ci il tarixli, *** №-li təlimatının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə”yə ) əsasən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Daxili Qonşularının Baş Idarəsinin Tibb Xidmətində Hərbi-həkim komissiyasının ##.##.2024-cü il tarixli, *** №-li qərarına əsasən ##.##.2005-ci il təvəllüdlü İddiaçı “C”- Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz: “Eynidir” (XBT-10: G06.0, F45.3, H55) “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır.”
2. ##.##.2024-cü il tarixli *******0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, Diaqnozun mətni: Mərkəzi sinir sisteminin iltihabi xəstəliyi. Kəllədaxili abses və qranuloma. Baş-beynin alın payının absesi. Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri. Vegetativ-sinir sisteminin somatoform disfunksiyası. Meyar: Imtina edilir. Mərkəzə göndərilmənin (imtina edilmənin səbəbi): Diaqnoz əlillik əlaməti təyin etməməsi – Səbəbi: Diaqnoz əillik əlaməti təyin etmir.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarında qeyd olunmuşdur ki, Bakı şəhər sakini ##.##.2005-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024cü il tarixli ** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, huşsuzluq, yüksək arterial təzyiq, qıcolma tutmaları, ətraflarında olan keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarda hərbi xidmətdə olduğu zaman yüksək hərarət fonunda komaya düşdüyünü, ondan sonra şikayətlərinin başladığını bildirmişdir. Nevroloji statusunda horizontal nistaqm mülayim izlənilmiş, əzələ gücü və əzələ tonusu norma daxilində, reflekslər orta canlı alınmış D=S, patoloji reflekslər alınmamış, koordinator sınaqları düzgün icra etmiş, Romberq vəziyyətdə dayanıqlı olmuşdur. Istanbul NS Klinikasının ##.##.2024-cü il tarixli beynin MRT müayinəsinin nəticəsi “Lateral mədəciklərin arxa buynuzları asimmetrikdir (R L), sağ lateral mədəciyin arxa buynuzu atrium səviyyəsində ~12 mm-ə qədər genişlənmişdir. Sol alın payında, parasagittal, paraventrikulyar sahələrdə ölçüsü ~6 mm-ə qədər olan təksaylı qlioz ocağı. Sağ alın payında, verteks səviyyəsində, aşağı alın qırışı proyeksiyasında, korteksdə yüngül, hiperintens Flair siqnal artımı mövcuddur, qliotik dəyişikliklər lehinə düşünülür, kliniki korellyasiyası tövsiyə olunur. Hazırki müayinə nəticələri və görüntülərinin pasiyentin əvvəlki müayinə nəticələri və görüntüləri ilə birlikdə müqayisəli dəyərləndirilməsi tövsiyə edilir” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli **** nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Sol alın payında iltihabı prosesdən (Absses? Ensefalit?) sonrakı vəziyyət. Mərkəzi sinir sistemin iltihabı xəstəliyindən sonrakı vəziyyət. Mülayim horizontal nistaqm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
BIRINCI INSTANSIYA MƏHKƏMƏSINDƏ ICRAAT:
4. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəliyinə görə ona əlillik dərəcəsinin verilməsi barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
5. Sonradan iddiaçının nümayəndəsi vəkili məhkəməyə Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin (bundan sonra IPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun yəni, iddiaçı İddiaçı barəsində ##.##.2024-cü il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarının ləğv edilməsi və ##.##.2005-ci il təvəllüdlü İddiaçı ##.##.2024-cü il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb əlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunması öhdəliyinin cavabdeh Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, hərbi xidmətə çağırılıb və Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Lənkəran rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. Hərbi xidmətdə olduğu zaman səhhətində ciddi problemlər yaranıb. Bununla əlaqədar olaraq mütəmadi olaraq müayinə və müalicə olunsa da heç bir dəyişiklik olmayıb. 2024-cü ilin ilk günlərindən başlayaraq səhhətindəki problemlər daha da ağırlaşmağa başlayıb və koma vəziyyətinə düşdüyü üçün təcili olaraq Daxili Qoşunların Bakıda Nərimanov rayonunda yerləşən hərbi hospitalına yerləşdirilib. 1 ay reanimasiya şöbəsində saxlanılıb. Həmin ay ərzində ona 245 sistem köçürülüb və ağır mülicə prosedurlarından keçib. Şüalanmaya görə normal halda 6 ayda bir dəfə MRT yoxlanışından keçmə tövsiyə olunsa da, məcburiyyət qarşısında səhhətindəki problemlərə görə onu 6 ay ərzində 3 dəfə MRT yoxlanışından keçiriblər. Bir aydan sonra reanimasiya şöbəsindən çıxarılaraq həmin hospitalın Psixinevroloji şöbəsinə keçirilərək müalicəsi davam etdirilib. 1 aydan artıq həmin şöbədə müalicə alsa da, səhhətindəki problem aradan qalxmayıb. Buna görə də ## #### 2024-cü il tarixli ** №-li “X10” əsasən Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Baş Tibb Idarəsinin Tibb xidmətində Hərbi Həkim Komisiyyası tərəfindən “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin samotaform disfunksiyası. Horizontal nistaqm” diaqnozu qoyulmuş və “hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarına əsasən xəstəlik cədvəlinin 22 “c” maddəsinin II qrafasına və ƏTC (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı və DIN-nin ##.##.2008-ci il tarixli *** nömrəli təlimatının “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”-yə qoşma əsasən: Azərbaycan Respublikası DIN-nin DQ-nın Hərbi-həkim komisiyyasının 422 № **.03.2024-cü il tarixli qərarına əsasən: “C”-sülh dövründə hərbi xidmətə yararsız, müharibə Dövründə məhdud yararlıdır, “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı qəbul edilmişdir. Bu qərarla hərbi xidmətdən təxris olunduqdan sonra da “Mirqasımov adına Respublika Klinik Xəstəxanası”nda, “Istanbul” Klinikasında, “Diaqnoz” Tibb Mərkəzi, “Eurolab” Tibb Mərkəzi, X2 rayonunun tibb mərkəzlərində və digər ən müxtəlif tibb mərkəzlərində, yoxlamalar, MRT-lər, müyinə və müalicələr etdirməsinə baxmayaraq, yenə də sağlamlığındakı problemlər aradan qalxmamışdır. Onda stabil baş ağrıları, halsızlıq, özünü, ürək bulanması, yaddaş itməyi, sinir sisteminin pozulması ilə əlaqədar əsəbilik, bəzən donuqluq, ətrafda olanları qavramama, deyiləni eşitdiyi halda reaksiya verə bilməməsi kimi hallar müşahidə olunur. Bir sözlə psixi cəhərdən sərbəst şəkildə özünü idarə etməkdə çətinlik çəkir. Xəstəliyi ilə əlaqədar hərbi xidmətdən təxris olundurdan sonra da stasionar və ambulator müalicələrin təsiri olmadığına və daha da ağırlaşdığına görə, sənədləri əlillik təyin olunması üçün Xüsusi Həkim Komissiyasına göndərilib. Lakin cavabdeh əlilliyin təyin edilməsindən əsassız olaraq imtina etdi. Belə ki, cavabdehin ##.##.2024-cü il tarixli qiymətləndirmə qərarında qeyd edilir ki, “Imtina edilib. Diaqnoz əlillik əlaməti təyin etməməsi”. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.
7. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, huşsuzluq, yüksək arterial təzyiq, qıcolma tutmaları, ətraflarında olan keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarda hərbi xidmətdə olduğu zaman yüksək hərarət fonunda komaya düşdüyünü, ondan sonra şikayətlərinin başladığın bildirmişdir. Nevroloji statusunda horizontal nistaqm mülayim izlənilmiş, əzələ gücü və əzələ tonusu norma daxilində, reflekslər orta canlı alınmış D=S, patoloji reflekslər alınmamış, koordinator sınaqları düzgün icra etmiş, Romberq vəziyyətdə dayanıqlı olmuşdur. Istanbul NS Klinikasının ##.##.2024-cü il tarixli beynin MRT müayinəsinin nəticəsi “Lateral mədəciklərin arxa buynuzları asimmetrikdir (R L), sağ lateral mədəciyin arxa buynuzu atrium səviyyəsində ~12 mm-ə qədər genişlənmişdir. Sol alın payında, parasagittal, paraventrikulyar sahələrdə ölçüsü ~6 mm-ə qədər olan təksaylı qlioz ocağı. Sağ alın payında, verteks səviyyəsində, aşağı alın qırışı proyeksiyasında, korteksdə yüngül, hiperintens Flair siqnal artımı mövcuddur, qliotik dəyişikliklər lehinə düşünülür, kliniki korellyasiyası tövsiyə olunur. Hazırki müayinə nəticələri və görüntülərinin pasiyentin əvvəlki müayinə nəticələri və görüntüləri ilə birlikdə müqayisəli dəyərləndirilməsi tövsiyə edilir” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli **** nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Sol alın payında iltihabı prosesdən (Absses? Ensefalit?) sonrakı vəziyyət. Mərkəzi sinir sistemin iltihabı xəstəliyindən sonrakı vəziyyət. Mülayim horizontal nistaqm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.
8. Bakı Inzibati Məhkəməsinin Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində ##.##.2025-ci il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarın ləğv edilməsi və ##.##.2005-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərarın qəbul olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır.
9. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
APELLYASIYA ŞIKAYƏTININ VƏ ONA QARŞI ETIRAZIN DƏLILLƏRI VƏ MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X11-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona ##.##.2022-ci il tarixli *** saylı qərarla təsdiq edilmiş "Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Belə ki, Əsasnamənin 5.3-cü bəndinə əsasən Sümük-əzələ sisteminin və birləşdirici toxumanın funksiyalarının iltihabi poliatropatiyaları, daha dəqiq RA ilə şərtləndirilmiş davamlı pozuntularının təzahür dərəcəsinin dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsas etibarilə klinik-funksional təzahürün ifadə dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Oynaqların funksiyalarının klinik pozuntusu, oynaq dəyişikliklərinin rentgenoloji mərhələsi, iltihabi prosesin aktivliyinin klinik- laborator göstəriciləri, gedişatın xüsusiyyətləri, kəskinləşmə tezliyi və xəstəliyin ağırlığı, daxili orqanlar sisteminin funksiyalarının pozulması nəzərə alınır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir.
Apellyasiya şikayətinə etirazın dəlilləri:
11. Apellyasiya şikayətinə ertiraz onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və aldığı hərbi travmaya görə əlillik dərəcəsinin müəyyən edilməsi” tələbinə dair iddiası üzrə Bakı Inzibati Məhkəməsi e *-*(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərar çıxarmışdır. Qərara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində ##.##.2025-ci il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarı ləğv edilməsi, ##.##.2005-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması müəyyən edilib. Sözügedən qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. Ancaq hesab edirik ki, şikayət əsassızdır, formal xarakterlidir və buna görə də təmin edilməməlidir. Işin faktiki hallarından müəyyən olunur ki, iddiaçıya “Mərkəzi sinir sisteminin iltihabi xəstəliyi. Kəllədaxili abses və qranuloma. Baş-beynin alın payının absesi. Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri. Vegetativ-sinir sisteminin somatoform disfunksiyası” diaqnozu ilə “Forma 88” göndərişi göndərilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Halbuki göndərişin göndərildiyi dövrdə və halhazırda qüvvədə olan Meyarlarda somatoform pozuntular (Vegetativ-sinir sisteminin somatoform disfunksiyası) xəstəliyi F45 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir. Cavabdeh isə, istər həmin xəstəliyin əlillik təyinatı üçün əsas olduğunu, eləcə də iddiaçının əlilliyinin təyinatına əsas olan “Vegetativ-sinir sisteminin somatoform disfunksiyası” diaqnozun patoloji vəziyyəti nəticəsində meydana gəldiyini və hal-hazırda da iddiaçıda davam etdiyini nəzərə almamış, ona əlilliyin təyinatından əsassız imtina etmişdir. Məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmişdir. Təkrar ekspertiza rəyində aşağıdakılar qeyd edilmişdir: “##.##.2025-ci il tarixdə İddiaçı Birliyin Təkrari ekspertizalar şöbəsində müayinədən keçirilərkən Ilkin müayinə zamanı yəni, ##.##.2025-ci il tarixdə dediklərini bir daha təsdiq etdi. Müayinə olunan orta boylu, düzgün bədən quruluşlu, kafi qidalıdır. ##.##.2025-ci il tarixdə ATU-nun nevroloji xəstəliklər kafedrasının dos. Fərid Məmmədbəyovun baxışı zamanı şikayətləri baş ağrılarından güclü başgicəlləmədən halsızlıqdan ümumi zəiflədən tez yorulmadan əsasən gecə vaxtlarında sidik ifrazı saxlaya bilməməsindən yaddaşın və diqqətin zəifliyindən əsəblikdən, səslərə qarşı dözümsüzlükdən və yuxusuzluqdandı. Tibbi sənədlərə əsasən 19.01- ##.##.2024-cü il tarixlərdə "Kəskin reperator xəstəlik meningit" diaqnozu ilə DIN DQ hospitalına daxil olub reanimasiya şöbəsində müalicə alıb. "Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beyinin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizantal nistaqm (XBT-10: G06.0, F45.3 H55)" diaqnozu ilə "Xəstəlik hərbi xidmət dövründə alınmışdır" qeytiyyatı ilə ambulator müalicəyə göndərilmişdir. Hal hazırda nevroluqun nəzarətində yaşayış yerində ambulator nəzarəti davam etririr. Nevroloji status: Göz almalarının hərəkəti ağrılıdı. Horizantal nistaqm. Korneal refleksləri zəifdir. Göz almaları və yuxarı kerrer nöqtələri palpasiyada ağrılıdır. Kəllə-beyin sinirləri norma daxilindədir. Əzələ gücü və tonus normaldır. Marinesko-Rodiviçi siptomu müsbətdir. Aşağı ətraflarda patoloji reflekslər yoxdur. Meningial simptomlar yoxdur. Romberq sınağında göz qapaqları və əl barmaqlarında tremor. Qırmızı dermoqrafizm. Distal hiperhidroz. Diaqnoz: "Keçirilmiş neyroinfeksiyanın mərkəzi sinir siteminin iltihabı xəstəliyi, baş-beyinin alın payının absesi, vegetativ sinir sisteminin somatoform disfunksiyası qalıq əlamətləri. Ensefalopatiya qabarıq asteno-nevrotik sindrom ila". Nevroloqun nəzarətində ambulator müalicənin davamına ehtiyac var”. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən ekspertin rəyi - məhkəmə ekspertizasını təyin etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Ekspertiza rəyindən və iş materiallarından da göründüyü kimi, iddiaçıda olan xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Qeyd edilənlərə və iş materiallarında olan sənədlərə əsasən hesab edirik ki, Bakı Inzibati Məhkəməsinin № e-*-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı qanuni, əsaslı və ədalətlidir. Cavabdehin həmin qərardan verdiyi apellyasiya şikayətinin rədd edilməsini xahiş edirik.
Tərəflərin izahatları
12. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.
13. Iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin olunmamasını və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək ##.##.2005-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbəlaqəli “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1.1-ci bəndinə əsasən, Orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə 2 il müddətində əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
14. Məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşmiş məzmunda icraata qəbul etmişdir.
15. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasına dəvət olunan ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyini imzalamış məhkəmə-tibbi eksperti Təranə Vəlizadə ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı əyani müayinəyə kənar şəxsin köməyi olmadan gəlmişdi. Onun şikayətləri güclü baş ağrları, baş gicəllənmələri və halsızlıq ilə bağlı idi. Nevroloqun iştirakı ilə o əyani müayinə olunmuş və ona “mərkəzi sinir sisteminin somotoform disfunksiyası, baş-beynin alın payının absesi, vegatativ sinir sisteminin somatoform disfunksiyasının qalıq əlamətləri, ensefalopatiya qabarıq asteno-nevrotik sindrom diaqnozu qoyulmuşdur ki, bu da DIN DQ-nın hospitalının reanimasiya şöbəsinin verdiyi diaqnozla eyniyyət təşkil edir. Biz iş materiallarında olan sənədlər əsasında rəy vermişik. Bizə iddiaçı tərəfindən əlavə müayinələrlə bağlı sənədlər təqdim edilməmişdir. Iddiaçı tərəfindən intihar cəhdlərinin olub-olmaması ilə bağlı məlumat verilməmişdir. Əyani müayinə zamanı iddiaçının ətrafa qarşı təhlükəli vəziyyəti, öz gündəlik yaşantısını sürdürməsində əhəmiyyətli çətinliklər çəkməsi ilə bağlı hallar müşahidə etməmişik. Hansı müddətdə müalicə olunmasından asılı olmayaraq xəstəliyin qalıq əlamətlərinin qalması halı, yəni müalicəyə resistent simptomlar iddiaçıda vardır. Bunun üçün də ona davamlı olaraq nevropatoloq müayinəsindən keçməsi tövsiyə olunmuşdur. Sərbəst yaşantısında kənar şəxslərin köməyinə ehtiyac duyması halının müəyyən edilməsi bizim səlahiyyətimizdə olan məsələ deyildir. Bunun üçün iddiaçı stasionar yatış etməlidir.
TƏTBIQ EDILƏN HÜQUQ
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “Inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
17. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2016-cı il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək.
18. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “HYPERLINK "https://e-qanun.az/framework/49623" \l ":~:text=t%C9%99sdiq%20edilmi%C5%9Fdir.- ,%C6%8Flilliyin%20m%C3%BC%C9%99yy%C9%99n%20olunmas%C4%B1%20meyarlar %C4%B1,-1.%20%C3%9Cmumi%20m%C3%BCdd%C9%99alar"\o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı"Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və HYPERLINK "https://e-qanun.az/framework/44232" \l "%C9%99lav%C9%99"“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin HYPERLINK "https://e-qanun.az/framework/14623" \o "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı"2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEKin müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 2.6-1. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X8 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X8 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. 2.7. TSEK-in üzvləri arasında fikir ayrılığı olduğu halda və konsensus əldə olunmadıqda, TSEK əlilliyin qiymətləndirilməsinin nəticələri barədə məlumatları Agentlik tərəfindən rəy verilməsini zəruri edən səbəbləri qeyd etməklə altsistem vasitəsilə Agentliyə ötürür. Bu Qaydanın 2.4-cü bəndində göstərilən müddət nəzərə alınmaqla, Agentliyin 3 (üç) iş günü müddətində verdiyi rəy əsasında TSEK 2 (iki) iş günü müddətində qərar qəbul edir. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 4.1. “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin üçüncü hissəsinə əsasən həmin Qanunun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən şəxslərin əlilliyi Çernobıl qəzası nəticəsində əmələ gəldikdə, əlillik müddətsiz müəyyən edilir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31- 60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81- 100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. 4.4. “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası istisna olmaqla) və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddətsiz müəyyən edilir
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
20. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsi: 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASIYA INSTANSIYA MƏHKƏMƏSININ MÖVQEYI
21. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
22. Hazırki işdə apellyator birinci instansiya məhkəməsinin qərarını tam mübahisələndirdiyindən məhkəmə kollegiyası həmin qərarın qanuniliyini və əsaslılığını tam həcmdə yoxlayır.
23. Iddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddia onun mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir və mümkün iddiadır. Belə ki, ##.##.2024-cü il tarixli tibbi göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirildikdən sonra iddiaçıcavabdeh orqanda ##.##.2024-cü il tarixdə müayinə olunmuş və əlilliyin təyinatından imtina olunmuşdur. Daha sonra iddiaçı barəsində Agentliyinin Tibbisosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli qərarı qəbul olunmuşdur. Iş materiallarından həmin qərarın iddiaçı tərəfindən hansı tarixdə aldığı müəyyən olunmur. Iddiaçı isə ##.##.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
24. Işin mahiyyətinə gəldikdə isə işin birinci instansiya məhkəməsində icraatı zamanı iddiaçının tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı barəsində ##.##.2025-ci il tarixində qəbul edilmiş “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə Qərarın ləğv edilməsi və ##.##.2005-ci il təvəllüdlü İddiaçı ##.##.2025-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəb-əlaqəli əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərarın qəbul olunması vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması” barədə olmuşdur. Işə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbini təmin etmişdir.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir:
26. Iş materiallarında olan ##.##.2024-cü il tarixli, ** nömrəli “Xəstəlik haqqında şəhadətnamə”nin surətindən müəyyən olunur ki, Xəstəlik cədvəlinin 22 “c” maddəsinin II qrafısına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** №-li qərarı və DIN-nin ##.##.2008-ci il tarixli, *** №-li təlimatının “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamə”yə ) əsasən Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Daxili Qonşularının Baş Idarəsinin Tibb Xidmətində Hərbi-həkim komissiyasının ##.##.2024-cü il tarixli, *** №-li qərarına əsasən ##.##.2005-ci il təvəllüdlü İddiaçı “C”- Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Diaqnoz: “Eynidir” (XBT-10: G06.0, F45.3, H55) “Xəstəlik, hərbi xidmət dövründə alınmışdır.”
27. Işin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunan Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən tərtib edilmiş verilmiş ##.##.2024-cü il tarixli, A********XHT nömrəli tibbi göndərişdən (Forma 88) görünür ki, iddiaçıya Əsas diaqnoz G06.0 Kəllədaxili abses və qranuloma, Mərkəzi sinir sisteminin iltihabi xəstəliyi. Baş-beynin aln payinin absesi, Ağırlaşma F45.3 Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Vegetativ sinir sisteminin somatoform disfunksiyası, Ağırlaşma H55 Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, Horizontal nistaqm diaqnozu qoyulmuşdur.
28. Həmin göndəriş əsasında iddiaçının sağlamlıq vəziyyəti ##.##.2024-cü il tarixdə qiymətləndirmişdir. Iddiaçıya Mərkəzi sinir sisteminin iltihabi xəstəliyi Kəllədaxili abses və qranuloma, Baş-beynin alın payının absesi, Nistaqm və gözlərin digər qeyri-iradi hərəkətləri, Vegetativ-sinir sisteminin somatoform disfunksiyası diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbindən əlillik təyinatından imtina olunmuşdur.
29. Daha sonra iddiaçı barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X12-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli, *-**-*/*-*-****/**** nömrəli qərarı qəbul olunmuş və qərar onunla əsaslandırılmışdır ki, “Bakı şəhər sakini ##.##.2005-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ** nömrəli Qərar verilmişdir. Həmin qərarda “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı kəskin başağrıları, huşsuzluq, yüksək arterial təzyiq, qıcolma tutmaları, ətraflarında olan keyimə hissindən şikayətlənmişdir. Anamnestik məlumatlarda hərbi xidmətdə olduğu zaman yüksək hərarət fonunda komaya düşdüyünü, ondan sonra şikayətlərinin başladığını bildirmişdir. Nevroloji statusunda horizontal nistaqm mülayim izlənilmiş, əzələ gücü və əzələ tonusu norma daxilində, reflekslər orta canlı alınmış D=S, patoloji reflekslər alınmamış, koordinator sınaqları düzgün icra etmiş, Romberq vəziyyətdə dayanıqlı olmuşdur. Istanbul NS Klinikasının ##.##.2024-cü il tarixli beynin MRT müayinəsinin nəticəsi “Lateral mədəciklərin arxa buynuzları asimmetrikdir (R L), sağ lateral mədəciyin arxa buynuzu atrium səviyyəsində ~12 mmə qədər genişlənmişdir. Sol alın payında, parasagittal, paraventrikulyar sahələrdə ölçüsü ~6 mm-ə qədər olan təksaylı qlioz ocağı. Sağ alın payında, verteks səviyyəsində, aşağı alın qırışı proyeksiyasında, korteksdə yüngül, hiperintens Flair siqnal artımı mövcuddur, qliotik dəyişikliklər lehinə düşünülür, kliniki korellyasiyası tövsiyə olunur. Hazırki müayinə nəticələri və görüntülərinin pasiyentin əvvəlki müayinə nəticələri və görüntüləri ilə birlikdə müqayisəli dəyərləndirilməsi tövsiyə edilir” kimi müəyyənləşdirilmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ##.##.2024-cü il tarixli **** nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Sol alın payında iltihabı prosesdən (Absses? Ensefalit?) sonrakı vəziyyət. Mərkəzi sinir sistemin iltihabı xəstəliyindən sonrakı vəziyyət. Mülayim horizontal nistaqm” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”
30. Birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə üzrə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: Iddiaçı ##.##.2005-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ** nömrəli Qərarda göstərilmiş “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozu və həmin diaqnozun ağırlaşmaları müəyyən olunurmu?
31. Həmin qərardada müvafiq olaraq ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ##.##.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T***/**** saylı ekspert rəyindən (ekspertizanın başlanma tarixi ## ##### 2025-ci il, başa çatma tarixi ## ### 2025-ci il) görünür ki, ekspertlər 2005-ci il təvəllüdü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun aşağıdakı nəticəyə gəlmişlər: - İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında adına olan Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının HərbiHəkim Komissiyası tərəfindən ## #### 2024-cü il tarixli, ** nömrəli Qərarında göstərilmiş “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatofom disfunksiyası. Horizontal nistaqm” diaqnoz ona anamnestik, kliniki, laborator-instrumental müayinələrin əsasında qoyulmuşdur. Qeyd ediən diaqnozun və onun ağırlaşmalarının müəyyən olunması TSEK-in həkim nevropatoloqunun səlahiyyətlərinə aiddir.
32. Bakı Inzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə üzrə əlavə məhkəmə tibbi ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ElmiTəcrübi və Tədris Birliyinə tapşırılmış və ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: Iddiaçı ##.##.2005-ci il təvəllüdlü İddiaçı canlı müayinə olunmaqla onda Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2024-cü il tarixli ** nömrəli Qərarda göstərilmiş “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Baş-beynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm” diaqnozu və həmin diaqnozun ağırlaşmaları müəyyən olunurmu?
33. Həmin qərardada müvafiq olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin ##.##.2025-ci il tarixli məktubu ilə məhkəməyə daxil olmuş İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T***/**** saylı ##.##.2025-ci il tarixli ekspert rəyindən (ekspertizanın başlanma tarixi ## ###### 2025-ci il, başa çatma tarixi ## ###### 2025-ci il) görünür ki, ekspertlər 2005-ci il təvəllüdü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun aşağıdakı nəticəyə gəlmişlər: - İddiaçı tibbi sənədlərinə əsasən o, 19.01.- ##.##.2024-cü il tarixlərdə DIN DQ-ın hospitalının reanimasiya şöbəsində “Mərkəzi sinir sisteminin iltihabı xəstəliyi. Başbeynin alın payının absesi. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. Horizontal nistaqm (XBT-10: G06.0, F45.3 H55)” diaqnozu ilə müalicədə olmuş və hospitaldan çıxarkən ambulator müalicəyə göndərilmişdir. - Iddiaçı məhkəmə tibbi ekspertizadan keçərkən ##.##.2025-ci il tarixdə nevroloqun müayinəsinə göndərilmiş və ona “Keçirilmiş neyroinfenksiyanın mərkəzi sinir sisteminin iltihabı xəstəliyi, baş-beynin alın payının absesi, vegetativ sinir sisteminin somatoform disfunksiyası qalıq əlamətləri, ensefalopatiya, qabarıq asteno-nevrotik sindrom ilə” diaqnozu müəyyən edilmişdir.
34. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən ekspert rəyinə istinad edərək hesab etmişdir ki, iddiaçıda olan xəstəliklər iddiaçıya əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə hazırki inzibati mübahisəyə münasibətdə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
36. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə 2022-ci il ####un #-dən qüvvəyə minmiş “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir.
37. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31- 60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
38. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qərarında somatoform pozuntular (Vegetativ-sinir sisteminin somatoform disfunksiyası) xəstəliyi F45 kodu altında göstərilir ki, həmin xəstəlik iddiaçıya əlilliyin təyininə əsas verir.
39. Həmin xəstəliklərin “Əlilliyin müəyyən olunması meyarları”nda əlilliyin təyininə əsas verən xəstəliklər kimi təsbit edilib-edilmədiyi məhkəmə kollegiyası tərəfində araşdırılarkən müəyyən olunmuşdur ki, qeyd edilən xəstəliklərdən F45 XBT kodu ilə somatoform pozuntular Meyarların 7.5.1.-ci bəndində nəzərdə tutulmuşdur. Lakin “Əlilliyin müəyyən olunması Meyarları”nın 7.5.1. bəndində F45 XBT kodlu xəstəlik əlilliyin təyin edilməsinə əsas verən xəstəlik kimi göstərilsə də, sadəcə diaqnozun iddiaçıda öz təsdiqini tapması əlilliyin təyininə əsas vermir. Əlilliyin təyini üçün həmin xəstəlik Meyarların ya 7.5.1.1-ci, ya da ki, 7.5.1.2-ci bəndlərində qeyd olunan əlamətlərlə müşahidə edilməlidir.
40. Belə ki, Meyarların 7.5.1-ci bəndə əsasən, F45 XBT kodlu xəstəlik lə yanaşı həmin xəstəliyin ağırlaşmalar olan- 2 il müddətində əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problem yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan ağır, müalicəyə rezistent simptomlar, bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (7.5.1.1) və 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar, digərlərindən sosial təcrid və ya patoloji dərəcədə asılılıq, kəskin ifadə olunmuş passivlik və tez-tez tibb müəssisələrinə yardım üçün əsaslandırılmış müraciət (7.5.1.2) əlillik təyinatına əsas verir.
41. Məhkəmə kollegiyası tərəfindən məhkəmə iclasına dəvət olunan ##.##.2025-ci il tarixli T***/**** nömrəli ekspert rəyini imzalamış məhkəmə-tibbi eksperti Təranə Vəlizadə ##.##.2026-cı il tarixli məhkəmə iclasında məhkəmə tərkibinin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı əyani müayinəyə kənar şəxsin köməyi olmadan gəlmişdi. Onun şikayətləri güclü baş ağrları, baş gicəllənmələri və halsızlıq ilə bağlı idi. Nevroloqun iştirakı ilə o əyani müayinə olunmuş və ona “mərkəzi sinir sisteminin somotoform disfunksiyası, baş-beynin alın payıın absesi, vegatativ sinir sisteminin somatoform disfunksiyasının qalıq əlamətləri, ensefalopatiya qabarıq asteno-nevrotik sindrom diaqnozu qoyulmuşdur ki, bu da DIN DQ-nın hospitalının reanimasiya şöbəsinin verdiyi diaqnozla eyniyyət təşkil edir. Biz iş materiallarında olan sənədlər əsasında rəy vermişik. Bizə iddiaçı tərəfindən əlavə müayinələrlə bağlı sənədlər təqdim edilməmişdir. Iddiaçı tərəfindən intihar cəhdlərinin olub-olmaması ilə bağlı məlumat verilməmişdir. Əyani müayinə zamanı iddiaçının ətrafa qarşı təhlükəli vəziyyəti, öz gündəlik yaşantısını sürdürməsində əhəmiyyətli çətinliklər çəkməsi ilə bağlı hallar müşahidə etməmişik. Hansı müddətdə müalicə olunmasından asılı olmayaraq xəstəliyin qalıq əlamətlərinin qalması halı, yəni müalicəyə resistent simptomlar iddiaçıda vardır. Bunun üçün də ona davamlı olaraq nevropatoloq müayinəsindən keçməsi tövsiyə olunmuşdur. Sərbəst yaşantısında kənar şəxslərin köməyinə ehtiyac duyması halının müəyyən edilməsi bizim səlahiyyətimizdə olan məsələ deyildir. Bunun üçün iddiaçı stasionar yatış etməlidir.
42. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının sağlamlıq vəziyyəti Meyarların 7.5.1.1 və 7.5.1.2-ci bəndlərində qeyd olunan əlamətlərlə müşahidə edilmir.
43. Birinci instansiyası məhkəməsi qeyd edilən xüsusatları nəzərə almamış və iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.
44. Azərbaycan Respublikası Inzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasından cavabdehin etdiyi imtina qanuna zidd olmayıb, iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığı üçün bu hal cavabdeh inzibati orqanın üzərinə iddiaçının tələb etdiyi inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasını istisna edir.
47. Odur ki, məhkəmə kollegiyası yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərə görə, hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassız hesab edilməli, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğu üçün şikayət təmin edilməli, Bakı Inzibati Məhkəməsinin e-*- *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmamalıdır.
48. Azərbaycan Respublikasının Inzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Inzibati Məhkəməsinin e-*-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qərarı ləğv edilsin. Iddia təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Inzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fərid Mədətli Hakimlər: Aytən Oruczadə Elvin Əliyev