Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(3-6)-366/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportlara dəyişiklik edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(112)-3663/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), məhkəmə iclasından kənar baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların ləğv edilməsi və xx.xx.2016-cı ildə X2 adına aparılan reyestr qeydiyyatında 1 kv. metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə, X2 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilməsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmasından imtina edilməsi qərara alınmışdır. İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə qanunsuz tərtib edilmiş texniki pasportların sanitar qovşaqlar hissəsində ləğv edilməsi və xx.xx.2016-cı ildə X2 adına aparılan reyestr qeydiyyatında 1 kv. metr sahə ilə bağlı düzəliş edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddianın dəyişdirilməsi qeyd edilən məzmunda qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2-1(112)-3663/2025 nömrəli qərarı ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9A saylı mənzilinə dair xx.xx.2016-cı ildə və xx.xx.2021-ci ildə tərtib edilmiş texniki pasportların sanitar qovşaq (1 kv.metr) hissəsində ləğv edilməsi və xx.xx.2016-cı ildə X2 adına aparılan reyestr qeydiyyatında 1 kv.metr sahə ilə bağlı düzəlişin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin) üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadı ilə, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilmiş və işə baxılması xx.xx.2026-cı il tarixə, saat 12:15-ə təyin edilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin hakimi Emin Abdullayevin xx.xx.2026-cı il tarixli sorğusuna əsasən, iş üzrə üçüncü şəxsin “qərarın nəticə hissəsində mövcud yanlışlığın aradan qaldırılması” barədə ərizəsinə baxılması ilə əlaqədar işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxışdan çıxarılmalı və ərizəyə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən isə, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6 -cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X3 üçüncü şəxs qismində cəlb edilməklə “texniki pasportlara dəyişiklik edilməsi” tələbinə dair inzibati iş apellyasiya baxışından çıxarılsın və üçüncü şəxs tərəfindən verilmiş “qərarın nəticə hissəsində mövcud yanlışlığın aradan qaldırılması” barədə ərizə üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Həmid Ağalarov Hakimlər Şərafət Məmmədova Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(3-6)-366/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(3-6)-366/2026
02.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver