Məhkəmə qərarları › İş №2-1(3-6)-368/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(3-6)-368/2026

21.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(3-6)-368/2026 21.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Haqverdiyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq iddiaçıya 2022-ci ilin iyun ayının ƏDV-si üzrə 38218.43 manat vergi məbləği hesablanmışdır.

2. Cavabdeh tərəfindən məhkəmə icraatının gedişatında əlavə kameral yoxlaması ilə ##.##.2025-ci il tarixdə *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, cari ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar qəbul olunaraq bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən noyabr 2024-cü il əlavə dəyər vergisi üzrə iddiaçıya 38218.43 manat məbləğində vergi borcu hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 23025.94 manat müəyyən edilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı bank məlumatlarına əsasən “xxxx” QSC-dən (VÖEN:**********) bank hesabına 2022-ci ilin fevral-iyun ayları ərzində 250543.06 manat pul vəsaitinin daxil olmasına baxmayaraq bəyananmənin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. İddiaçıdan qeyd olunanlarla əlaqədar olaraq kameral vergi yoxlamasının başa çatdırılması üçün 5 (beş) iş günü ərzində qərarda qeyd olunan sənədlərin təqdim olunması tələb edilmişdir.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş “Fiziki şəxsin fəaliyyətinin dayandırılması barədə” arayışa əsasən vergi ödəyicisi İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2027-ci il tarixədək fəaliyyətini dayandırmışdır.

4. Azərbaycan Rspublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “”Nəzarət-kassa aparatının (NKA-nın) qeydiyyatdan çıxarılması barədə” məktuba əsasən müəyyən edilmişdir ki, İddiaçı ##.##.2020-ci il tarixli ərizəsinə əsasən ona məxsus olan 5200215292-20001 kodlu təsərrüfat subyektində quraşdırılmış Orion- 101 F markalı, ******* nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı şəxsi hesab vərəqəsində mövcud olan 38218.43 manat vergi məbləğinin və 13949.72 manat faizlərin ümumilikdə 52168.15 manat vergi borcunun silinməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə 3-21- *-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul olunaraq 2022-ci ilin iyun ayının ƏDV-si üzrə 38218.43 manat vergi məbləği hesablanmışdır. Daha sonra iddiaçı tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq ##.##.2025-ci il tarixdə 2022-ci ilin iyun ayının ƏDV-si üzrə dəqiqləşmiş bəyannamə təqdim olunaraq büdcəyə ödənilməli vergi məbləği 93.84 manat göstərilmişdir. Tərəflərindən ##.##.2025-ci il tarixli məktubla müraciət olunaraq təqdim olunmuş bəyannaməni və ya kameral hesablamanın təsdiq edilməsi xahiş edilmişdir. Lakin, qeyd olunan müddət ərzində bəyannaməyə münasibət biildirilməyərək qərar qəbul olunmamışdır. Cavabdeh qanunvericiliyin tələblərinə zidd olaraq tərəflərindən təqdim olunmuş dəqiqləşmiş bəyannaməyə müasibət bildirməmişdir. Halbuki, cavabdeh dəqiqləşmiş bəyannamədən sonra Vergi Məcəlləsinin 37.2-ci maddəsinin tələblərini gözləməklə ##.##.2024-cü il tarixdə, *-**- *-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarını ləğv etməklə yenidən vergilər hesablamalı və yaxud dəqiqləşmiş bəyannaməni təsdiq etməli idi. Tərəflərindən 2022-ci ilin iyun ayının ƏDVsi üzrə təqdim olunmuş dəqiqləşmiş bəyannamə ##.##.2024- cü il tarixdə *-**-*-*/*- ******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qüvvədən salmışdır. Tərəflərindən təqdim olunmuş dəqiqləşmiş bayannamə ##.##.2024-cü il tarixdə *-**-*-*/*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarı qüvvədən salınmasına baxmayaraq cavabdeh maddi və prosessual hüquq normalarını pozaraq ##.##.2024-cü il tarixdə şəxsi hesab vərəqəsində əks olunmuş hesablamanı azaltmayaraq Vergi Məcəlləsinin və ona uyğun qəbul edilmiş qaydaların tələblərinə zidd davranmışdır. Məlum olduğu kimi, Vergi Məcəlləsinin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmlərinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfinədn vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bundan əlavə, hüquqi aktların dövlət reyestrində qeydə alınmış və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il # ### tarixli **************** nömrəli qərarı ilə təsdiq edilmiş “Bəyannamələrin, hesabatların və arayışların kameral vergi yoxlamalarının aparılmasına dair Qaydalar”ın 1.3.4-cü bəndinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqı üzrə hesabatlarda vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının düzgün hesablanmaması (vergi məbləğinin və (ya) sığorta haqqının az göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya 5 iş günü müddətində bu Qaydaların * nömrəli əlavəsində göstərilən forma üzrə vergi orqanı tərəfindən “Vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” qərar göndərilir.

7. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavbdehin ##.##.2025-ci il tarixli, 3-21- *-*/*- ******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, vergi ödəyicisi İddiaçı bank məlumatlarına əssən “xxxx” QSC-dən (VÖEN: **********) fərdi sahibkarın bank hesabına fevraliyun ayları ərzində 250543.06 manat vəsait daxil omlasına baxmayaraq bəyannamənin təqdim olunmaması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Yaranmış kənarlaşma ilə bağlı vergi ödəyicisinə ##.##.2023-cü il tarixli, *************** nömrəli “Elektron kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub gödnərilmiş və vergi ödəyicisi tərəfindən zəruri olan təsdiqedici sənədlər (məlumatlar) və ya bəyannamə təqdim edilmədiyi üçün ##.##.2023-cü il tarixli **************** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarla vergi orqanı tərəfindən analoji qaydada əlavə vergi məbləği hesablanmışdır. Vergi ödəyicisi tərəfindən ##.##.2024-cü il tarixdə 2022-ci ilin iyun ayı üzrə dəqiqləşmiş bəyannamə boş olaraq təqdim edilmiş və vergi orqan tərəfindən müvafiq bəyannamə üzrə azaldılmış vergi məbləği bərpa edilərək ##.##.2024-cü il tarixli 3-21-2- */*-******/**** nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir.

9. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır.

10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunan maddələrə nəzər yetirdikdə aydın olun ki, 2022-ci ilin iyun ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDVnı çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun.

11. Lakin yuxarıda qeyd edildiyi kimi, 2022-ci ilin may ayında iddiaçı artıq fəaliyyət göstərməmiş və onun tərəfindən həmin təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirməmişdir.

12. Belə olan halda, iddiaçı 2022- ci ilin may ayında, yəni təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirmədiyindən vergi orqanı əsassız qərar qəbul etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin e-*- *(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etirazı daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

17. Məhkəmə Kollegiyasının iclasında cavabdeh (nümayəndəsi) iştirak etməmişdir. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək ... Maddə 37. Kameral vergi yoxlaması 37.1. kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 49. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması. .... 49.5. Vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. ... Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. ... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. Maddə 173. ƏDV-nin dərəcəsi 173.1. ƏDV-nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir. Maddə 174. Vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV 174.1. Bu Məcəllənin 166-cı maddəsinə uyğun olaraq hesabat dövrü ərzində vergi tutulan dövriyyədən büdcəyə ödənilməli olan ƏDV-nin məbləği bu Məcəllənin 173.1ci maddəsinə uyğun olaraq vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqlə müəyyən olunur. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

21. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. 23.Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, işin faktiki hallarına görə Uçot baza məlumatlarına əsasən İddiaçı ##.##.2014-cü il tarixində ********** nömrəli VÖEN ilə qeydiyyata alınmış və əsas fəaliyyət növü ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışıdır. 24.Vergi ödəyicisi İddiaçı (5200215292) bank məlumatlarına əsasən “xxxx” QSC-dən (VÖEN **********) iddiaçının bank hesabına 2022-ci ilin fevral-iyun ayları ərzində 250543,06 manat vəsait daxil olmasına baxmayaraq bəyannamənin təqdim olunmaması kənarlaşmanın yaranmasına səbəb olmuşdur. 25.Qeyd olunanlar ilə əlaqədar vergi ödəyicisinə kənarlaşma barədə ##.##.2025-ci il tarixli, 3-21¬2-3/2- ******/**** nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktub göndərilmiş və müvafiq dövr üzrə cari bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlərin vergi orqanına təqdim edilməsi tələb olunmuşdur. 26.Müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən cari bəyannamənin, göstərilmiş xidmətlərə və təqdim edilmiş malara dair müqavilələrin surətləri, ətraflı izahat məktubları və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən iddiaçıya 2024-cü ilin noyabr üzrə 38,218.43 manat əlavə dəyər vergisi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə 3-21-2-3/2-902607 /**** saylı, ##.##.2025 tarixli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. 27.İddiaçı hazırda həmin qərarı mübahisələndirir. 28.Birinci instansiya məhkəməsi iddianı təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 178-ci maddəsinə əsasən ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Vergi orqanı 2022-ci ilin iyun ayı üçün kameral qaydada ƏDV hesabladığı zaman hesabat dövründə, yəni 2022-ci ilin iyun ayında baş vermiş əməliyyatları əsas götürməlidir. Lakin, cavabdeh tərəfindən əsas götürülmüş dövr fevral-iyun ayları olmuşdur. 2022-ci ilin iyun ayında vergi ödəyicisinin vergitutma obyekti (təqdim edilən mallar (işlər və xidmətlər)) olmalıdır ki, həmin vergitutma obyektinin dəyərini vergi dərəcəsinə vurmaqla alınan ədəddən əvəzləşdirilmiş ƏDVnı çıxaraq yaranan fərqi büdcəyə hesablanmış olsun. Lakin 2022-ci ilin may ayında iddiaçı artıq fəaliyyət göstərməmiş və onun tərəfindən həmin təqvim ayı ərzində vergi tutma əməliyyatı həyata keçirməmişdir. 29.Cavabdeh isə etirazında və apellyasiya şikayətində bildirir ki, məhkəmə vergi orqanının qərarına əsaslandırma verən zaman pozuntuya yol vermişdir. Belə ki, vergi ödəyicisi 2022-ci ilin fevral-iyun ayları ərzində bank hesabına 250543,06 manat vəsait daxil olmasına baxmayaraq tərəfindən həmin dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində həmin vəsaitlərlə bağlı məlumatlar qeyd olunmamış, həmin vəsaitlə əlaqədar ƏDV məbləği ödənilməmişdir. Buna görə də vergi orqanı tərəfindən müvafiq məlumatlar əldə edildikdən sonra səlahiyyətləri çərçivəsində hesablama aparılmış və bununla bağlı 2024-cü ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi ilə əlaqədar olaraq kameral vergi yoxlaması nəticəsində müvafiq qərar qəbul edilmişdir. 30.Bundan başqa məhkəmənin əsaslandırma hissəsində iddiaçının 2022-ci ilin may ayında fəaliyyətini dayandırdığını və fəaliyyət göstərmədiyini qeyd etsə də, şəxsi hesab vərəqəsindən də görmək mümkündür ki, 2022-ci ilin iyun-dekabr ayları ərzində iddiaçı tərəfindən müvafiq hesabatları üzrə ƏDV bəyannamələri vergi orqanına təqdim edilmiş və kameral vergi yoxlamaları aparılmışdır. Bu isə iddiaçının 2022-ci ilin may ayından etibarən fəaliyyətini dayandırmadığını, öz fəaliyyətini davam etdirdiyini göstərir. 31.Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədi ilə qərardad qəbul edərək iddiaçı İddiaçı (VÖEN: **********) bank hesablarına ##.##.2022-##.##.2022-ci il tarixlər üzrə “FERRUM KAPİTAL” QSC-dən daxil olmuş ödənişlərin əsasları barədə məlumatların məhkəməyə təqdim edilməsini xahiş etmişdir. 32.Məhkəmə Kollegiyasının sorğusuna cavab olaraq “xxxx” ASC tərəfindən iddiaçı İddiaçı (VÖEN: **********) bank hesabına ##.##.2022-##.##.2022-ci il tarixlər üzrə “FERRUM KAPİTAL” QSC-dən daxil olmuş 250.543,06 manat vəsait əsasları barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. 33.Beləliklə, məhkəmə Kollegiyası işin müəyyən olunmuş hazırkı hallarından və tətbiq olunmuş hüquq normalarından çıxış edərək qeyd edir ki, iddiaçı İddiaçı bank hesabına 250.543,06 manat vəsait daxil olmasına baxmayaraq onun tərəfindən müvafiq məbləğlə əlaqədar ƏDV ödənilmədiyinə görə vergi orqanı haqlı olaraq 2024cü ilin noyabr ayı üzrə ƏDV bəyannaməsi ilə əlaqədar müvafiq araşdırma aparmış və qərar qəbul edərək əlavə vergi hesablamışdır. 34.Göründüyü kimi vergi orqanının hərəkətləri tam əsaslı və qanuni olmuş, vergi qanunvericiliyinin tələbləri gözlənilmişdir. 35.Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

36. Odur ki, apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-*-*(***)- *****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv edilməli və iddia rədd olunmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-*-*(***)-*****/**** saylı, ##.##.2025-ci il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar